Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/68
tarix16.11.2017
ölçüsü2,8 Kb.
#10590
1   ...   44   45   46   47   48   49   50   51   ...   68

 
145
TÜRK XALQLARI SSR -N N TƏRK B NDƏ 
 
1.
  SSR -nin təşkili. 20-30-cu illərdə türk 
xalqlarının sosial-iqtisadi vəziyyəti 
 
Rusiyada Oktyabr çevrilişindən sonra 1918-ci ilin martında 
Türküstan quberniyasının ərazisində RSFSR-in tərkibində Tür-
küstan  Muxtar  Sovet  Sosialist  Respublikası  yaradıldı.  Qısa 
müddət ərzində Xivə xanlığı və Buxara əmirliyi Rusiya bolşe-
viklərindən asılı olmayaraq müstəqil fəaliyyət  göstərdilər. Ru-
siyada  vətəndaş  müharibəsi  zamanı  rus  qoşunları  Kokandı, 
Buxaranı,  Xivəni  tutdular.  Bu  zaman  Türkiyənin  dəstəyi  ilə 
bolşeviklərə qarşı mübarizə hərəkatı (basmaçılar) təşkil olundu. 
Lakin, hərəkat uzun müddət müqavimət apara bilmədi. Belə ki, 
hərəkatın  əsas  qüvvələri  rus  qoşunları  tərəfindən  1922-ci  ildə 
məhv edildi. Ayrı-ayrı dəstələr isə 1933-cü ildə təslim oldular. 
1920-ci  ilin  fevralında  Xivə  xanlığı  və  Buxara  əmirliyi  Qızıl 
Ordu  tərəfindən  tutuldu.  Xarəzm  və  Buxara  Xalq  Sovet  Res-
publikaları  yaradıldı.  1920-ci  ilin  avqustunda  Türküstan 
MSSR-in qazaxlar məskunlaşmış Sırdərya və Yeddisu əraziləri 
RSFSR  tərkibindəki  Qırğızıstan  MSSR-na  daxil  edildilər. 
1920-ci  ilin  sentyabrında  RSFSR  ilə  Xarəzm  Sovet  xalq  res-
publikası  arasında  ittifaq  müqaviləsi  bağlandı.  Eyni  zamanda 
iqtisadi saziş də imzalandı. 1920-ci ilin noyabrında RSFSR və 
Buxara  Sovet  respublikası  müvəqqəti  hərbi-siyasi  saziş,  1921-ci 
ilin martında isə ittifaq müqaviləsi və iqtisadi saziş bağladılar.  
Rusiyanın başqa ucqarlaırnda olduğu kimi, Orta Asiyada da 
Sovetlər hakimiyyətinin yaradılması uğrunda mübarizə oktyabr 
inqilabının tərkib hissəsi idi. Burada Sovetlərin qələbəsi Kom-
munist partiyası başda olmaqla fəhlə sinfinin rəhbərliyi altında 
baş verirdi.  
Hələ  1918-ci  ilin  əvvəllərində  başqırd  və  tatar  xalqlarının 
muxtariyyətinin  yaradılmasına  hazırlıq  görülməyə  başlandı. 
Lakin  burada  başlanan  vətəndaş  müharibəsi  həmin  tədbirin 


 
146
yerinə  yetirilməsinə  mane  oldu.  1919-cu  il  martın  20-də  Baş-
qırdıstan  Sovet  Muxtar  Respublikası  elan  olundu.  1920-ci  il 
mayın 27-də Tatarıstan MSSR, 1920-ci il iyunun 24-də Çuvaş 
muxtar  vilayəti  yaradıldı.  1925-ci  il  aprelin  21-də  Çuvaş 
muxtar vilayəti Çuvaş MSSR-ə çevrildi. Orta Asiya ərazisində 
RSFSR  tərkibinə  daxil  olan  Türküstan  MSSR  və  iki  müstəqil 
sovet  xalq  respublikası-Xarəzm  və  Buxara  respublikaları 
mövcud  idi.  1923-cü  ilin  oktyabrında  Xarəzm  respublikası, 
1924-cü  ilin  sentyabrında  isə  Buxara  respublikası  özlərini 
sosialist respublikası elan etdilər.  
Lakin  Orta  Asiyanın  üç  respublikasının  sərhədləri  onların 
ə
razisində  yaşayan  xalqların  sərhədlərinə  uyğun  gəlmirdi. 
Həmin xalqların əraziləri ayrı-ayrı hissələrə parçalanmışdı  ki, 
bu  da  çar  hökumətinin  köhnə  müstəmləkəçilik  siyasətindən 
miras qalmışdı.  
1921-ci ilə kimi bolşeviklər keçmiş Rusiya imperiyası əra-
zisinin  əksər  hissəsində  hakimiyyəti  ələ  keçirmişdilər.  RSFSR 
keçmiş  Rusiya  imperiyası  ərazisinin  92  faizini  tuturdu.  ndiki 
Orta  Asiya  türk  respublikalarının  əraziləri  o  zaman  qismən 
RSFSR-in tərkibinə daxil idi.  
Polşaya uğursuz inqilabi yürüşdən sonra kommunis rəhbər-
lərinin  bəziləri  Şərqin  dünya  inqilabının  bazalarından  biri 
olacağı barədə qənaətə gəldilər. Lenin və Trotski Krımda islam 
ölkələrində inqilab üçün baza kimi müsəlman sosialist respub-
likası yaratmağa çalışırdılar. Tatar kommunisti Sultan Qaleyev 
bütün “inqilabçı müsəlmanlar” üçün Tatar-Başqırd respublikası 
və  müsəlman  Qızıl  Ordusu  təşkil  etmək  ideyasını  irəli  sürdü, 
lakin bu ideya qəbul olunmadı.  
Bolşeviklər  sovet  rejimli  respublikaların  formal  müstəqil-
liyinə son qoymağa və onları vahid ittifaqda birləşdirmək ide-
yasını  həyata  keçirməyə  başladılar.  Həmin  müstəqil  respubli-
kalarda  bolşevik  rejiminin  mövcudluğu  bu  işi  daha  da  asan-
laşdırırdı.  1922-ci  il  dekabrın  30-da  Sovet  Sosialist  Respub-
likaları  ttifaqının  yaradıldığı  elan  edildi.  SSR   yaradılarkən 


 
147
onun  tərkibinə  RSFSR,  Ukrayna  SSR,  Belorusiya  SSR  və 
ZSFSR  daxil  oldu.  ZSFSR  1922-ci  ildə  Azərbaycan  SSR, 
Gürcüstan  SSR  və  Ermənistan  SSR-dən  təşkil  olunmuşdu. 
SSR -nin  yaradılmasından dərhal sonra uzun illər davam edən 
daxili ərazi sərhədlərinin müəyyənləşdirilməsi başlandı.  
Sovet  Sosialist  Respublikaları  ttifaqı  yaradıldıqdan  az 
sonra  sovet  respublikaları  xarici  siyasət  sahəsindəki  funksiya-
larını  SSR   dövlətinə  verməli  və  xaricdəki  diplomatik  nüma-
yəndəliklərini  bağlamalı  oldu.  1923-cü  ilin  avqustunda  müttə-
fiq respublikaların Xalq Xarici  şlər Komissarlıqları SSR  Xalq 
Xarici  şlər  Komissarlığının  Müvəkkilləri  darəsinə  çevrildi. 
Eyni  zamanda  respublikaların  müdafiə,  sərhədlərə  yenidən 
baxmaq,  dövlət  təhlükəsizliyi,  xarici  ticarət,  büdcə,  rabitə,  pul 
dövriyyəsi  kimi  səlahiyyətləri  mərkəzi  orqanlara  verildi.  Bun-
lar  əslində  müttəfiq  respublikaların  suveren  hüquqlarının  əlin-
dən  alınması,  onların  SSR   adı  altında  Sovet  imperiyası  tər-
kibinə daxil edilməsi demək idi.  
1924-cü  ilin  sentyabrında  Türküstan  MSSR  M K-in  sessi-
yası, həmçinin beşinci Ümumbuxara və beşinci  Ümumxarəzm 
qurultayları  milli-dövlət  bölgüsü  keçirilməsi  haqqında  qərar 
çıxardılar.  1924-cü  ilin  oktyabrında  SSR   M K-in  ikinci  ses-
siyası həmin qərarları təsdiq etdi. Milli bölgü nəticəsində özbək 
xalqı  vahid  Özbəkistan  Sovet  Sosialist  Respublikasında,  türk-
mən  xalqı  Türkmənistan  Sovet  Sosialist  Respublikasında  bir-
ləşdi.  Qırğızlar  RSFSR  tərkibində  Qara  qırğız  (1925-ci  ildən 
Qırğızıstan  adlanmağa  başladı)  muxtar  vilayətində  birləşdilər. 
Ə
vvəlki Qırğızıstan MSSR isə Qazaxıstan MSSR adlandırıldı. 
Qaraqalpaqlar Qazaxıstan MSSR tərkibinə daxil olan Qaraqal-
paq muxtar vilayətini təşkil etdilər. Türküstan MSSR-in qazax-
lar  yaşayan  vilayətləri  Qazaxıstanın  qalan  hissəsi  ilə  yenidən 
birləşdi.  Buxara  və  Xarəzm  SSR,  həmçinin  Türküstan  MSSR 
ləğv olundu.  
1925-ci ilin fevralında Özbəkistan və Türkmənistan respub-
likalarının Sovetlər qurultayları keçirildi. Həmin  qurultaylarda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə