148
bu respublikaların SSR tərkibinə daxil olması haqqında
qərarlar qəbul edildi. 1925-ci il mayın 13-də SSR -nin üçüncü
Sovetlər qurultayı Özbəkistan SSR-ni və Türkmənistan SSR-ni
Sovet Sosialist Respublikaları ttifaqı tərkibinə qəbul etdi.
1936-cı ilin 5 dekabrında isə Qırğızıstan və Qazaxıstan Muxtar
Sovet Sosialist Respublikaları RSFSR-in tərkibindən çıxa-
rılaraq rəsmi olaraq SSR -nin tərkibinə daxil edildilər. Həm-
çinin Qaraqalpaq muxtar vilayəti Özbəkistan SSR-in tərkibinə
birləşdirildi.
Orta Asiya respublikalarında bərpa dövrü bir qədər uzun
çəkdi. Orta Asiyada mülkədar torpaq sahibliyi 1925-1927-ci
illərin torpaqsu islahatına qədər mövcud idi. Torpaq-su isla-
hatları torpaq və su üzərində yerli əhali ilə buraya köçürülmüş
kəndlilərin hüquqlarını bərabərləşdirdi. Orta Asiyada xalq
təsərrüfatının bərpası yalnız 1927-1928-ci illərdə başa çat-
dırıldı.
Sənayeləşdirmə birinci növbəli vəzifə kimi hələ 1925-ci ilin
sonunda irəli sürülmüşdü. Ənənəvi sənayeləşdirmədən fərqli
olaraq SSR -də sənayeləşdirmənin ağır sənayenin inkişafından,
istehsal vasitələri istehsalından başlanması nəzərdə tutulurdu.
Bu xətt “sosialist sənayeləşdirməsi” adlandırılırdı. Onun baş-
lıca məqsədi ölkənin sosial-iqtisadi geriliyini aradan qaldır-
maqdan, iqtisadi cəhətdən xaricdən asılılığı yox etməkdən, ilk
növbədə baza sənaye sahələrini inkişaf etdirməkdən ibarət idi.
Zəruri maddi və maliyyə vəsaitlərinin olmaması üzündən
bu vəzifələrin yerinə yetirilməsi ləngiyirdi. Dünya ölkələri də
ictimai quruluşu yad bir ölkəyə yardım etmək, borc vermək
istəmirdilər. Yeganə yol bu vəsaitləri daxildə tapmaq idi.
Bunun üçün ölkədə olan vəsaitlərin bölgüsünü daha çox mər-
kəzləşdirmək, ona möhkəm nzarət etmək tələb olunurdu. Bu da
mərkəzləşdirilmiş planlaşma əsasında mümkün idi. Ona görə
də 1927-ci ildə ilk beşillik plan hazırlandı. O, 1928-1932-ci
illəri əhatə edirdi. Planda ölkəni sənayeləşdirmək üçün daxili
ehtiyat mənbələrində istifadə olunması ön plana çəkilirdi.
149
1928-ci ildən Türkmənistanda sənayeləşmə prosesi baş-
landı. lk növbədə yüngül və yeyinti sənaye müəssisələri yaran-
mağa başladı. Nebitdağda neft, Qara Boğazkolda sulfat turşusu,
Qaraqumda kükürd çıxarılmağa başlandı. Xüsusilə 30-cu illər
neft sənayesinin inkişafında mühüm mərhələ oldu. Çeleken ya-
rımadasında vətəndaş müharibəsi nəticəsində dağıdılmış
yataqlar istismara verildi və Nebitdağdakı yeni yataqlar işləndi.
kinci Dünya Müharibəsinin başlaması ilə SSR -nin qərb böl-
gələrindəki sənaye obyektlərinin Orta Asiyaya köçürülməsi
prosesi nəqliyyatın da sürətli inkişaf zərurətini meydana gətirdi
ki, nəticədə Aşqabad dəmiryolu Krasnovodska qədər uzadıldı.
1924-cü ildən 1940-cı ilədək sənayedə və təsərrüfatın digər
sahələrində çalışan fəhlələrin sayı 34 mindən 188 minə qədər
artdı.
Türkmənistanın sənayesi, xüsusilə neft və kimya səna-
yesi sürətlə inkişaf edirdi. kinci beşillikdə respublikada neft
hasilatı 13 dəfədən çox artmışdı. kinci beşilliyin axırında res-
publikada 300-ə yaxın iri sənaye müəssisəsi var idi. 1937-ci
ildə sənaye məhsulu bütün xalq təsərrüfatı məhsulunun 69 fai-
zini təşkil edirdi. Bu, Türkmənistanın sənaye respublikasına
çevrildiyini göstərirdi.
Özbəkistanda sənayeləşmə dövründə yüngül və yeyinti
sənayesini əhatə edən bir sıra sənaye müəssisələri tikildi.
Müharibədən əvvəlki beşillik dövründə Özbəkistanda 500-dən
artıq sənaye müəssisəsi inşa olunmuşdu. Bunlar arasında,
“Daşselmaş” Maşınqayırma Zavodunu, Daşkənd Parça Kombi-
natını, Çirçik Elektrokimya Kombinatını göstərmək olar. Neft
emalı artmış, yeni şəhərlər salınmış, Çirçik, Bekabad, Katta-
kurqan və başqa bu kimi köhnə şəhərlər bərpa edilmişlər.
Özbəkistan SSR-də ikinci beşillikdə Daşkənd toxuculuq
kombinatının birinci növbəsi, Daşkənd kənd təsərrüfatı maşın-
ları zavodu və bir sıra başqa müəssisələr tikilmişdi. Neft və qaz
hasilatı təxminən 8 dəfə, elektrik enerjisi istehsalı 3 dəfə art-
mışdı.
150
1928-37-ci illərdə Qazaxıstan sənayesinin inkişafına
Sovet büdcəsindən 2 mlrd. rubl vəsait ayrılmışdı. Bunun da
nəticəsində burada 200-dək iri sənaye müəssisəsi yaradıldı.
Bunların ən böyükləri qismində Çimkənd Qurğuşun, Balxaş
Misəridən Zavodlarını, Karaqanda Kömür Mərkəzi və Tür-
küstan-Sibir dəmiryolunun çəkilişini göstərmək olar.
Qazaxıstanda ikinci beşillikdə 120 iri sənaye müəssisəsi
tikilmişdi. Əlvan metallurgiya məhsulları təxminən üç dəfə
artmışdı. Emba, Aktyubinsk neft rayonlarında neft hasilatı
təxminən 2 dəfə çoxalmışdı. Karaqanda hövzəsi kömür hasila-
tını 5,5 dəfə artırmışdı. Ümumittifaq sənaye istehsalında Qaza-
xıstanın rolu xeyli yüksəlmişdi. O, SSR -də qurğuşun hasi-
latında birinci yerə, neft hasilatında ikinci yerə, daş kömür
hasilatında üçüncü yerə çıxmışdı. Qazaxıstan SSR -nin mühüm
yeyinti sənayesi mərkəzlərindən birinə çevrilmişdi. Respubli-
kanın ərazisində 1000 km yeni dəmiryol xətti çəkilib istifadəyə
verilmişdi, təxminən 1000 km dəmiryol xətti isə çəkilməkdə
idi.
20-30-cu illərdə Qırğızıstan sənayesi sürətlə inkişaf
edirdi. 1924-cü ildə Bişkeki Alma-Ata və Novosibirskə
birləşdirən dəmiryolunun tikintisi başa çatdı. Sənaye sahəsində
sənayeləşdirmə dövründə mühüm irəliləyişlər əldə olundu.
Elektrostansiyalar və sement zavodları tikildi. 1940-cı ildə
Qırğızıstan şaxtaları bütün Orta Asiyanın istifadə etdiyi kömü-
rün 88%-i qədər kömür emal edirdi. Respublikada həmçinin,
ə
lvan metallurgiya, sürmə və civə sənayesi, qida (şəkər isteh-
salı) və yüngül sənaye sahələri də inkişaf edirdi. Sürmə və civə
istehsalına görə respublika SSR -də ilkin yerlərdən birini
tuturdu.
Krım, Volqaboyu və Sibirin sovetləşməsi vətəndaş
müharibəsi zamanı dağılmış xalq təsərrüfatının bərpası ilə baş-
lanmışdır. Sovet hakimiyyəti bu vilayətlərdə öz hakimiyyətini
möhkəmlətməyə yönələn tədbirlər həyata keçirməyə başladı.
Sürətlə və məcburi olaraq sosialist quruculuğu həyata
Dostları ilə paylaş: |