Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/68
tarix16.11.2017
ölçüsü2,8 Kb.
#10590
1   ...   14   15   16   17   18   19   20   21   ...   68

 
54
haribə davam edə bilərdi.  Lakin Avstriyanın ultimatumu Rusi-
yanı  sülhə  məcbur  etdi.  Qafqaz  cəbhəsində  döyüşlərin    Rusi-
yanın  xeyrinə  olmasına  baxmayaraq,  bu  müharibənin  gedişinə 
həlledici  təsir  göstərmirdi.  Rusiya  biabırçı  şəkildə  məğlubiy-
yətə uğradı. 1856-cı il  martın 30-da  Parisdə  Rusiya ilə müttə-
fiqlər  arasında  müqavilə  imzalandı.  Paris  danışıqlarında  Os-
manlı,  ngiltərə,  Fransa,  Prussiya,  Rusiya,  Avstriya,  Sardiniya 
krallığı  iştirak  edirdi.  Baxmayaraq  ki,  Osmanlı  imperiyası 
Krım  müharibəsində  qalib  gəldi  və  danışıqlarda  qalib  dövlət 
kimi təmsil olunurdu, o, bu sülhlə siyasi tərəfdən itkilər verdi. 
Müqaviləyə  əsasən  Rusiya  Bessarabiyanın  bir  hissəsini  Mol-
daviyaya  verdi.  Dunay  çayının  mənsəbi  ilə  birlikdə  Qara 
dənizdə hərbi donanma və sahilboyu hərbi dəniz cəbbəxanaları 
saxlamaq  hüququnu  da  itirirdi,  nəticədə  Rusiyanın  Qara  dəniz 
sahili  müdafiəsiz  qalırdı.  Müqaviləyə  görə  Türkiyə  xristianla-
rına və Dunay knyazlıqlarına himayəçilik bütün böyük dövlət-
lərə  həvalə  edilirdi.  Müharibə  vaxtı  işğal  edilmiş  ərazilər  mü-
badilə edilməli idi, bununla əlaqədar olaraq Rusiya Qarsı Tür-
kiyəyə  qaytarırdı,  müttəfiqlər  isə  Sevastopoldan,  Yevpatoriya-
dan və işğal etdikləri digər rus şəhərlərindən imtina edirdilər.  
1856-cı  il  fevralın  18-də    Osmanlı  sultanı  ölkədə  isla-
hatların keçirilməsi haqqında  yeni bir   fərman verdi.  Bu  fərman 
1836-cı  il  fərmanından  onunla  fərqlənirdi  ki,  burda  Fransa  və 
ngiltərənin  Türkiyəyə  təqdim  etdiyi  memorandum  tətbiq 
edilmişdi. Bu fərman qeyri-müsəlmanlara müsəlmanlarla bəra-
bər  hüquqlar  verir,  dini  etiqadından  asılı  olmayaraq,  bütün 
təbəələrin şəxsiyyət və mülkiyyət təhlükəsizliyinin təmin olun-
masını,  insan  şərəfinin  qorunmasını  təsdiq  edirdi.  Burada  yol-
ların çəkilməsi, bankların açılması, Avropa dövlətlərinin kapi-
talından, həmçinin elm və incəsənətin nailiyyətlərindən istifadə 
edilməsi nəzərdə tutulmuşdu. Bəzi dəyişiklikləri istisna etmək-
lə  tənzimatın  ikinci  mərhələsi  də  ölkədə  əsaslı  dəyişikliklərə 
gətirib  çıxarmadı.  mperiya  feodal-mütləqiyyət  qaydaları  və 
sultanların  iradəsi  ilə  idarə  olunurdu.  Xarici  dövlətlər  hələ  də 


 
55
Osmanlının  daxili  işlərinə  qarışmaqda  davam  edirdilər.  Ölkə-
nin  milli  sərvəti  komprador  burjuaziya  tərəfindən  talan  olu-
nurdu.  mperianın maliyyə vəziyyəti lap  ağır şəraitdə idi, belə 
ki,  hər  müharibədə  olduğu  kimi  Krım  müharibəsində  də  ma-
liyyə  sistemi  alt-üst  oldu,  Avropadan    böyük  miqdarda  borc 
alındı. Artıq 1860-cı ildə Avropa  maliyyə dairələri Osmanlıya 
borc  verməkdən  imtina  edirdilər.  Hökumətin    400  milyon  xa-
rici  borcu  var  idi  və  üstəlik  bir  fransız  iş  adamı  ilə  bağlanan 
sazişə  əsasən  ondan  böyük  miqdarda,  böyük  faizlə  borc  götü-
rülmüşdü. Əslində Avropa dövlətlərinin məqsədi əsrlərdir hərbi 
yolla  çökdürə  bilmədikləri  imperiyanı  iqtisadi  asılılığa  salmaq 
və tədricən müstəmləkəyə çevirmək idi. Ölkədəki ağır vəziyyət 
xalq  kütlələrinin  etirazına  səbəb  olurdu,  bir  sıra  yerlərdə  pə-
rakəndə olsa da, kəndli üsyanları baş verirdi. 1859-cu ildə sul-
tanı  devirmək  məsədi  ilə  mədrəsə  tələbələri,  məmurlar  və  za-
bitlərin  təşkil  etdikləri  qəsdin    üstü  açıldı.  Onların  çoxu  həbs 
edildi  və  stanbuldakı  Güləli  həbsxanasına    salındı.  Ona  görə 
də  bu hadisə “Güləli təşəbbüsü” adını almışdı. 
 
Osmanlı dövlətinin çoxmillətli ictimai quruluşu, müasir 
tələblərə  cavab  verməyən  siyasi-intellektual  səviyyəsi  Qərbin 
inkişafı  qarşısında  geriləməkdə  idi.  Bu,  Osmanlı  dövlət 
xadimləri tərəfindən erkən dərk edilmişdi. Bu vəziyyətdən xilas 
olmaq  üçün  irəli  sürülən  çıxış  yollarındakı  fərqlər  Osmanlı 
ziyalılarının birliyini pozdu və mübahisələrə səbəb oldu. Lakin 
Osmanlı  ziyalıları  əsaslı  bir  dəyişiklik  ehtiyacının  mövcud 
olması  fikrində  birləşdilər.  Qərb  tərzindəki  islahatlar  ciddi  bir 
müqavimətlə qarşılaşmadı. XIX əsrin ikinci yarısında Türkiyə-
nin siyasi həyatına istiqamət verəcək yeni bir ziyalı nəsli ortaya 
çıxdı.  Ziyalılar  xalqın  nicat  yolunu    maariflənməkdə,  konsti-
tusiyalı monarxiyada görürdülər. 
mperiya  tarixində  Avropa  anlamında  ilk  müstəqillik 
hərəkatı “Yeni Osmanlılar” hərəkatıdır. 1831-ci ildə Osmanlıda 
ilk qəzet çap olunmuşdur. 1864-cü ildə hökumətin mətbuat ni-
zamnaməsi  ilə  belə  qəzetlərə  qadağa  qoyulması  1865-ci  ildə 


 
56
Belqrad  meşəliyində  təşkil  olunan  bir  gizli  toplantıda  təşkilat 
qurmaqla  nəticələndi.  Bu  təşkilata  Namiq  Kamal,  brahim 
Ş
inasi,  Sübhi  Paşazadə,  Rəşad  Qayazadə  və  Əli  Suəvi  kimi 
ziyalılar daxil idi. Qısa müddət ərzində gizli təşkilatın üzvləri-
nin  sayı  245  nəfər  oldu.  Onlar  sultana  birbaşa  və  açıq  mək-
tublar göndərməyə başladılar. Nəticədə bir çoxu və fəalları sür-
gün  olundu.  “Yeni  Os-manlılar”  cəmiyyətinin  azadlıqda  olan 
üzvləri  Londanda  “Müxbir”  adlı  qəzet  çıxarmağa  başladılar. 
Daha  sonra  Namiq  Kamal  Londоnda  “Hürriyyət”  qəzetini  çı-
xarmağa başladı. Lakin bunlar hamısı cəmi bir il davam elədi. 
Həm  daxili  ziddiyyətlərin  yaranması,  həm  də  hökumətin 
təzyiqi ilə cəmiyyət tədricən dağıldı.  
50-70-ci illərin isalahatları ölkənin məhsuldar  qüvvələ-
rinin inkişafına  yol aça bilmədi və xalq kütlələrinin  vəziyyəti 
yaxşılaşmadı.  Kənd  təsərrüfatında  demək  olar  ki,  heç  bir 
inkişaf  yox  idi.  Torpağın  köhnə  qaydalarla  becərilməsi,  ağır 
vergilər, feodal zorakılığı bol məhsul əldə etmək yolunda ciddi 
maneəyə  çevrilmişdi.  Kəndlilər  təkcə    ağır  vergilərdən  deyil, 
həm  də  becərilmiş  məhsullara  qoyulmuş  çox  ucuz  icbari  qiy-
mətlərdən, eləcə də məhsulları bir bölgədən digərinə apararkən 
alınan  daxili  gömrük  rüsumlarının  çoxluğundan  əziyyət  çəkir-
dilər.  Sənaye  məhsullarının  istehsalında  da  vəziyyət  yaxşı  de-
yildi. Xaricdən idaxal olunmuş mallarla rəqabət apara bilməyən 
yerli    sənaye  müəssələri  müflisləşir,  bir-birinin  ardınca  bağ-
lanırdı. Hakim dairələrdə çaşqınlıq və  inamsızlıq hökm sürür-
dü.  Müxalifətə  qarşı  mübarizəni  gücləndirmək  məqsədi  ilə 
sultan  Əbdüləziz  tənzimat  siyasətindən  üz  döndərərək,  açıq 
şə
kildə  mürtəce  kurs  götürdü.  1871-ci  il-də  Mahmud  Nədim 
paşa  baş  vəzir  vəzifəsinə  təyin  edildi  ki,  o  da  qatı  irticaçı  idi. 
Müxalifəti daim nəzarətdə saxlamaq üçün “Yeni Osmanlılar”a 
amnistiya  tətbiq  etdi.  Lakin  o  yanılmışdı,  çünki  geri  qayıdan 
“Yeni Osmanlılar”  yenidən öz qə-zetlərinin nəşrinə başladılar, 
Ə
bdüləziz  və  Nədim  paşanın  siyasətini  kəskin  tənqid  etdilər. 
Belə bir şəraitdə Avropa dövlətləri  Balkanlarda  yeni iğtişaşlar  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə