63
230 deputatdan 150 nəfəri gənc türklərdən idi. Ancaq gənc
türklər parlamentdəki çoxluqlarından antifeodal islahatlar
keçirmək üçün istifadə etmədilər. Onların bu hərəkəti rəhbər-
liyin sosial tərkibi ilə izah olunurdu. Rəhbərlik əsasən, feodal
və bürokratik dairələrdən təşkil olunduğu üçün “Gənc türklər”
burjuaziyanın mənafeyini ifadə edirdi. Bu zaman gənc türk-
lərə qarşı müxalifətdə olan Əhrar partiyası fəaliyyət göstəriridi
və onları ingilislər müdafiə edirdilər. II Əbdülhəmid və onun
ə
trafındakılar Əhrar partiyası və “ ttihadi müsəlman” təşkilati
ilə birgə əksinqilabi çevriliş edərək, hakimiyyəti ələ aldı.
“ ttihadi müsəlman” feodal qaragürühçuların toplaşdığı bir
təşkilat idi. nqilabçıların təqib olunmasına başlanıldı. Ölkədə
vətəndaş müharibəsi təhlükəsi yarandı. Gənc türklər 1909-cu
ilin 23 aprelində Mahmud Şövkət paşanın komandanlığı altında
Makedoniya ordusunu stanbul üzərinə yeritdilər. Əbdülhəmid
hakimiyyətdən kənarlaşdırıldı. Onun iradəsiz qardaşı V
Mehmet Rəşad sultan elan edildi. Beləliklə, Osmanlı tarixində
çox önəmli rol oynayan inqilab Osmanlı imperiyasının siyasi
quruluşunu dəyişə bilmədi. Çünki bu yuxarı təbəqələrin in-
qilabı idi. Gənc türklərin daxili zəifliyini görən Avropa məhz
bundan yararlanmaq istəyirdi. 1909-1911-ci illərdə “ ttihad və
tərəqqi” yavaş-yavaş ölkədə yeganə hakim siyasi partiya halına
gəldi. Osmanlı dövlətinin daxildə qarşılaşdığı çətinliklər xarici
müdaxilələrdən qaynaqlanırdı. Gənc türklər isə parlamentli bir
rejim yaratdıqdan sonra Qərb dövlətlərinin onlara göstərə-
cəkləri himayə ilə daxili çətinlikləri aradan qaldıra biləcəklərini
düşünürdülər. Ancaq hadisələr heç də belə olmadı. Avstriya-
Macarıstanın Bosniya və Hersoqovinanı ilhaq etməsi, Bolqa-
rıstanın istiqlaliyyətinin elanı gənc türklərin gözlərini açdı. n-
qilabın yarımçıqlığına baxmayaraq “Gənc türklər”in hakimiy-
yəti dövründə ölkədə bir sıra islahat və tədbirlər həyata ke-
çirildi. qtisadi baxımdan gənc türklərin ilk və ən mühüm
addımları 1914-cü ildə kapitulyasiyanın aradan qaldırılması
oldu. Bu hərəkat Türkiyədə iş yerlərinin milliləşdirilməsi üçün
64
şə
rait yaratdı. 1916-cı ilin 24 martında verilən bir qanunla
bütün şirkətlərin yazışmalarının türk dilində aparılması məc-
buri idi. Bu dəyişikliklərə müvafiq olaraq, Ziraət bankı yenidən
təşkil edilərək 1917-ci ilin martında Osmanlı Milli Bankı adı
altında quruldu. Bu və digər tədbirlərlə gənc türklər bir növ
dövlətin nəzarəti altında iqtisadi dəyişikliklər etməyə, sənaye-
ləşməni genişləndirərək milli burjuaziya yaratmağa çalışırdılar.
Şə
rq məsələsində Qərb dövlətləri ilə Rusiyanın məna-
feləri toqquşurdu. Bu da gənc türklərin xarici siyasətinə təsir
edirdi. 1909-cu ildə Osmanlı əleyhinə Rusiya ilə taliya ara-
sında Rakkoniki razılaşması imzalandı. Burada dövlətlər razı-
lığa gəlmişdilər ki, taliya Rusiyanın Balkanlardakı, Rusiya isə
taliyanın Trablisdəki mənafeyini tanısın. taliya hesab edirdi
ki, müharibə zamanı Avstriya və Almaniya bitərəf qalacaq.
Mərakeş böhranı talyanın müharibəyə başlamasına şərait
yaratdı. 1911-ci il sentyabrın 28-də taliya hökuməti Türkiyəyə
nota göndərdi. Notada deyilirdi ki, Türkiyə taliyanın Tripo-
litaniya və Kirenaika ilə əlaqələrinə mane olur. Türkiyə Şimali
Afrikada yerləşən vilayətlərin taliya tərəfindən işğalına mane
olmamalı idi. Türkiyə taliyanın tələblərini təbii ki, rədd
etdi.Sentyabrın 29-da taliya hərbi əməliyyatlara başladı.
Vilayətlərin əhalisi taliya qoşunlarına ciddi müqavimət göstə-
rirdi. Trablisdə çox az qüvvəsi olan Osmanlı dövləti taliyanın
hücumuna ilk anda lazımi hərbi müqavimət göstərə bilmədi.
talyanlar sahildə əlverişli mövqe ələ keçirdilər. Lakin Misir və
Tunis vasitəsilə Trablisə gələn könüllü türk zabitləri taliya
işğalının genişlənməsinə mane ola bildilər. taliya Türkiyəni
sülhə məcbur etmək üçün Dardanel boğazına donanma gön-
dərdi və Dardanelin girişini bombaladı. taliyanın bu hərəkəti
Qərbin və Rusiyanın ciddi narazılığına səbəb oldu. Lakin
boğazlarda daha ciddi hərəkət etməyə taliya cəsarət etmədi.
Avstriya-Macarıstan qorxurdu ki, taliya vəziyyətdən istifadə
edib Albaniyanı işğal etsin. taliya-Türkiyə müharibəsi ilə bağlı
Osmanlıya Almaniyanın təsiri zəiflədi. Ancaq bu müharibənin
65
gedişinə əsaslı təsir göstərə bilmədi. Türkiyə müqavilə bağla-
mağa məcbur oldu. 1912-ci il oktyabrın 18-də Lozannada mü-
qavilə bağlandı. Trablis və Kirenaika taliyanın müstəmləkə-
sinə çevrildi.
taliya-Türkiyə müharibəsi artıq çoxdan yetişmiş Bal-
kan böhranını sürətləndirdi. Balkan dövlətləri bu müharibədən
istifadə edərək, Türkiyəyə qarşı bir ittifaqda birləşmək qərarına
gəldilər. Rusiyanın Serbiya ilə Bolqarıstanı yaxınlaşdırmaq
cəhdləri 13 mart 1912-ci il Serb-Bolqar ittifaqının yaranmasına
səbəb oldu. 1912-ci il mayın 29-da Yunanıstan, oktyabrın 6-da
isə Çernoqoriya bu ittifaqa qoşuldu. Osmanlı dövlətinə qarşı
Balkan dövlətləri birliyi yaradılmış oldu. 1912-ci ildə əvvəlcə
Çernoqoriya, sonra isə Bolqarıstan, Serbiya və nəhayət 25
oktyabrda Yunanıstan Osmanlıya müharibə elan etdi. Türklər
səfərbərliyə çox gec başladılar. Osmanlılar bolqarlarla savaş-
da Trakyanı itirdilər, Çatalçaya qədər geri çəkilmək məcbu-
riyyətində qaldı. Kumovada isə türklər Serbiyaya məğlub
oldular. Yunanlar Soloniki ələ keçirdi, bütün şimali Albaniya
isə Çernoqoriya tərəfindən işğal edildi. Balkan dövlətlərinin
qələbələri imperialist dövlətlərini inandırdı ki, Balkanlarda
ə
vvəlki vəziyyəti saxlamaq mümkün deyildir. Bununla bərabər
bu dövlətlər Balkanlardakı hadisələrdən müstəmləkə işğalları
məqsədi ilə istifadə etməyə çalışırdılar. Rusiya stanbulu və
boğazları, Avstriya-Macarıstan, Soloniki, taliya Albaniyanı,
Almaniya Anadolunu, ngiltərə isə Ərəbistan və Mesopota-
miyanı işğal etməyə çalışırdı.
Bu məğlubiyyətlərdən sonra Osmanlı dövləti Qərb
dövlətlərinin vasitəsilə 1912-ci ilin 3 dekabrında atəşin dayan-
dırılmasına nail oldu. 1913-cü il mayın 30-da Londonda
Balkan dövlətləri ilə Osmanlı arasında sülh müqaviləsi imza-
landı. Bu müqavilə ilə Türkiyə Albaniya və Egey adalarının
sərhədini müəyyən etməyi böyük dövlətlərin öhdəsinə bu-
raxırdı. Krit Yunanıstana verildi, Ədirnə də Bolqarıstana keçdi.
Avropada Türkiyənin əlində boğazlara bitişik dar bir ərazi
Dostları ilə paylaş: |