Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/68
tarix16.11.2017
ölçüsü2,8 Kb.
#10590
1   ...   20   21   22   23   24   25   26   27   ...   68

 
72
keçməyə  təşəbbüs  etsədə,    sahil  topçularının  müvəffəqiyyətli 
müdafiəsi  nəticəsində  məqsədinə  nail  olmadı  və  ağır  itkilərə 
məruz  qaldı.  rəliləmək  istəyən  ingilislərlə  tez-tez  şiddətli  vu-
ruşmalar olurdu, lakin hər bir hücum türk əsgərinin müdafiəsi 
qarşısında  müvəffəqiyyətsizliyə  uğrayırdı.  Düşmən  Çanaq-
qalada  müvəffəqiyyətə  nail  olmadığına,  irəliləyə  bilməməsinə 
baxmayaraq,  yeni  bir  desant  əmliyyatına  başlamaq  istəyirdi. 
ngilislər  bu  məqsədlə  1915-ci  ilin  avqustunda  möhkəm-
ləndirilmiş  qüvvələrlə  daha  bir  hücuma  əl  atdılar.  Düşmən 
qüvvələri  ilə  türklər  arasında  şiddətli  vuruşmalar  oldu.  Ancaq 
Mustafa  Kamalın  rəhbərlik  etdiyi  19-cu  diviziyanın  əsgərləri 
düşmənin bu hücumunun da qarşısını aldı. Beləliklə, düşmənin 
irəliləməsinə  imkan  verilməmiş,  əksinə,  onlar  tutduqları  möv-
qelərdən  çıxarılmışdılar.  Aylarla  davam  edən  desant  əməliy-
yatlarına  və  döyüşlərə  baxmayaraq  irəliləyə  bilməyən  in-
gilislər,  nəhayət,  1915-ci  ilin  dekabrında  müttəfiqlərlə  bərabər 
Çanaqqaladan geri çəkildilər. Düşmənlərin Çanaqqala boğazını 
keçə bilməməsi  stanbulun işğalının qarşısını almış, ingilislərin 
Mərmərə  və  Qara  dəniz  vasitəsilə  müttəfiqləri  olan  Rusiya  ilə 
ə
laqə yaratmaq imkanını puç etmişdi.    
1914-cü  ildə  raqa  ordu  çıxaran  ingilislər  ruslarla  bir-
ləşib Anadolunu mühasirəyə almaq fikrində idilər. Eyni zaman-
da  türk  qoşunlarının  rana  girməsinin  və  Hindistanı  hədə-
ləməsinin  qarşısını  almağı  düşünürdülər.  ranın  şimal  hissəsi 
rus qoşunları tərəfindən tutulmuşdu, lakin rusların  raqda hərbi 
ə
məliyyat  keçirən  ingilislərlə  sıx  əlaqə  yaratmaq  cəhdləri 
müvəffəqiyyətsiz oldu. 1915-ci ildə hərbi qüvvələrinin çox his-
səsini  itirən  ingilislər  geri  çəkilsələr  də,  1917-ci  ildə  Bağdada 
daxil  olmuşlar.  Türklərin  Misirdə  Osmanlı  hakimiyyətini 
yenidən  qurmaq  və  Süveyş  kanalını  ələ  keçirərək  ngiltərənin 
Hindistana  yolunu  kəsmək  məqsədilə  apardıqları  döyüş 
ə
məliyyatları da uğursuzluqla nəticələnmişdir. 
 
Uzun və mürəkkəb danışıqlardan sonra Antanta dövlət-
ləri  Türkiyənin  bölüşdürülməsi  məsələsində  müəyyən  razılığa 


 
73
gəlmişdilər.  1916-cı  ilin  aprel  və  may  aylarında  ingilis  və 
fransız  diplomatları  olan  Sayks  və  Pikonun  lahiyəsi  əsasında 
ngiltərə,  Fransa  və  Rusiya  arasında  Asiya  Türkiyəsini  bölüş-
dürmək  haqqında  ümumi  saziş  bağlandı.  Sazişə  əsasən,  mü-
haribədən  sonra  stanbul,  boğazlar,  Ərzurum,  Van,  Bitlis,  Bə-
yazid, Trabzon və Trabzonun qərbində Qara dəniz sahillərinin 
xeyli hissəsi Rusiyaya verilməli idi. Lakin bunun müqabilində 
Rusiya  Türkiyə  torpaqlarının  böyük  bir  hissəsinə  ngiltərə  və 
Fransanın hüququnu təsdiq etməli oldu. 
 
Sazişə  görə  Fransa  Suriya,  Livan,  Kilikiya  və  Mosul 
bölgələrini,  sgəndəriyyə  körfəzini  almalı  idi.  ngiltərə  fransız 
zonasından  cənuba  ran  körfəzinə  qədər  olan  əraziyə  sahib 
olmalı  idi.  Ərəbistan  yarımadasının  böyük  hissəsi  ingilis  təsir 
dairəsi hesab olunurdu. Beləliklə, gələcək ərəb dövlətləri  ngil-
tərə və Fransanın siyasi, iqtisadi və hərbi asılılığına düşürdülər. 
1917-ci  ilin  aprelin  19-da  ngiltərə  və  Fransa  taliyanın  Kiçik 
Asiyanın  fransız  mülklərindən  şərqə  doğru  zmirə  qədərki 
ə
raziləri tutmaq hüququnu tanıdılar. 
 
1917-ci  ilin  7  noyabrında  baş  verən  bolşevik  çevrilişi 
hadisələrə  yeni  axar  verdi,  rus  siyasətində  əsaslı  dönüş  oldu. 
Bolşevik  rəhbərlərinin  müraciəti  ilə  Almaniya  sülh  təklifini 
qəbul  etdi  və  1917-ci  ilin  15  dekabrında  Brest-Litovsk  şəhə-
rində  bir  tərəfdən  Almaniya,  Avstriya-Macarıstan,  Bolqarıstan 
və  Türkiyə,  digər  tərəfdən  də  Rusiya  arasında  sülh  danışıqları 
başlandı. 1918-ci ilin martın 3-də bağlanmış Brest-Litovsk mü-
qaviləsinə  görə  Qars,  Ərdahan  və  Batum  Osmanlı  dövlətinə 
qaytarılırdı.  Brest-Litovsk  müqaviləsinin  Osmanlıya  aid  şərt-
lərinin həyata keçirilməsi üçün üçüncü ordu komandanı Vəhib 
paşa  Zaqafqaziya  Seyminə  10  mart  1918-ci  ildə  nota  gön-
dərərək  Qars,  Ərdahan  və  Batumdan  erməni  və  gürcü  qoşun-
larının  geri  çəkilməsini  tələb  etdi.  Ancaq  gürcülər  Batumun, 
ermənilər  də  digər  vilayətlərin  osmanlılara  verilməsinin  əley-
hinə  oldular.  Zaqafqaziya  Seymi  Brest-Litovsk  müqaviləsini 
tanımadıqlarını  elan  edərək  Osmanlı  dövlətinə  ayrıca  danışıq 


 
74
aparmağı təklif etdi. Osmanlı dövləti bu təklifi qəbul etdi və 14 
mart-14  aprel  1918-ci  ildə  tərəflərin  Trabzon  konfransı  oldu. 
Bu danışıqlardan bir nəticə alınmayacağı aydın olduqdan sonra 
türk  ordusu  hücuma  keçdi.  Qars,  Ərdahan  və  Batum  azad 
edildi. 
 
1918-ci  il  sentyabrın  30-da  Almaniyada  yeni  hökumət 
təşkil edildi və bu hökumət oktyabrın 4-də Amerika prezidenti 
Vudro Vilsona müraciət edərək sülh bağlamağa razı olduğunu 
bildirdi.  Barışıq  haqqında  danışıqlar  davam  edərkən  Almani-
yanın  müttəfiqləri  bir-bir  hərbi  əməliyyatları  dayandırırdılar. 
1918-ci  ilin  oktyabrında  türk  ordusu  Fələstində  və  Suriyada 
məğlubiyyətə  uğradı.  1918-ci  il  oktyabrın  30-da  türklərlə 
ingilislər  arasında  Mudros  barışığı  imzalandı.  Mudros  barışığı 
ə
rəb  ölkələrinin  ərazisinin  Antanta  qüvvələri  tərəfindən  tutul-
ması  ilə  kifayətlənməyərək,  Türkiyənin  qarşısında  aşağıdakı 
ağır tələbləri qoymuşdu: 
 
Dardanel  və  Bosfor  boğazları  müttəfiqlərin  ixtiyarına 
verilsin;  ölkədəki  bütün  malları  almaq  üçün  müttəfiqlərə  üs-
tünlük  verilir  və  Türkiyə  xaricə  mal  apara  bilməz;  Türkiyənin 
bütün  dəmiryolları  müttəfiqlərin  nəzarəti  altına  keçir;  ərəb 
ölkələrində  olan  bütün  ordular  müttəfiqlərin  ixtiyarına 
verilməlidir;  Trablis  və  Kirenaykada  olan  bütün  türk  zabitləri 
taliya qarnizonuna verilməlidir; Türkiyə ərazisində olan alman 
və  Avstriya  təbəələri  ölkədən  sürgün  edilməlidirlər;  Türkiyə 
hərbi  əsirləri  isə  müttəfiqlərin  ixtiyarında  qalmalıdır;  müttə-
fiqlərin  hərbi  əsirləri  stanbula  gətirilərək  müvafiq  ölkəyə 
təslim edilməli idi; Osmanlı hökuməti daxili nizam-intizamı və 
sərhədləri qorumaq üçün lazım olacaq hərbi qüvvələrdən başqa 
qüvvə  saxlamaq  hüququndan  məhrum  edilirdi;  Osmanlı  su-
larında  üzən  hərbi  gəmilər  müttəfiqlərə  təslim  edilməli  idi; 
müttəfiq  dövlətlər  öz  mövqelərinə  qarşı  təhlükə  hiss  edər-
dilərsə,  onda  imperiyanın  istənilən  strateji  yerini  işğal  etmək 
hüququna  malik  idilər.  Barışığın  şərtlərinə  görə  türk  ordusu 
tezliklə  Azərbaycan  tərk  etməli,  türklər  Cənubi  Qafqaz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə