Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/68
tarix16.11.2017
ölçüsü2,8 Kb.
#10590
1   ...   23   24   25   26   27   28   29   30   ...   68

 
82
masına baxmayaraq, bu hərəkat kəndlilərə fəhlə hərəkatının və 
inqilabi  sosial-demokrat  təbliğatının  təsirinin  gücləndiyini 
sübut edirdi. 
 
Peterburqda  baş  vermiş  yanvar  hadisələri  Krımda  da 
inqilabi hərəkatın başlanmasına səbəb oldu. 1905-ci il yanvarın 
17-də  Sevastopolda  sosial-demokrat  təşkilatlarının  yığıncağı 
keçirildi,  yanvar  hadisələrinə  etiraz  əlaməti  olaraq  kütləvi 
tətillər keçirilməsi qərara alındı. 1905-ci il iyunun 14-də  Qara 
dənizdə “Potyomkin” zirehli gəmisində matrosların üsyanı baş 
verdi.  Zirehli  gəmi  Odessanın  yaxınlığında  idi,  bu  vaxt  Odes-
sada fəhlələrin ümumi tətili keçirilirdi. Matroslar Odessada baş 
vermiş  hadisələrdən  xəbərdar  idilər  və  fəhlələrə  yardım  gös-
tərməyə  çalışırdılar.  lk  dəfə  olaraq  hərbi  gəmi  inqilabçıların 
tərəfinə keçmişdi. “Potyomkin” gəmisinin xalqın tərəfinə keç-
məsi  hakim  dairələri  bərk  qorxutdu,  lakin  üsyançı  matrosların 
kifayət qədər təcrübəli rəhbərlərinin olmamasından matrosların 
üsyanı  məğlubiyyətlə  qurtardı.  “Potyomkin”  zirehli  gəmisin-
dəki üsyandan sonra Krımda fəhlələrin siyasi tətilləri gücləndi.  
 
1905-ci il oktyabrın 7-də Moskva-Kazan dəmiryolunda 
tətil  başlandı.  Tətilin  təşəbbüsçüsü  maşinistlər  idi.  Bu  tətil 
ölkənin əksər dəmiryollarını əhatə etdi. Oktyabrın 12-də tətildə 
750  min  dəmiryol  fəhləsi  və  qulluqçusu  iştirak  edirdi.  Dəmir-
yolunda  başlanan  tətil  bütün  Volqaboyunu  və  Uralı  da  əhatə 
etdi. Bu tətil bütün xalqı fəhlə sinfi ətrafında birləşdirdi. Ümu-
mi siyasi tətil çarizmə ciddi zərbələr vurdu. Ümumi tətilin baş-
lanğıcında  fəhlələrə  divan  tutmaq  haqqında  göstəriş  verən  çar 
hökuməti Oktyabr ümumi tətilinin vüsətindən qorxuya düşərək, 
bir sıra güzəştlərə getməyə məcbur oldu.  
 
1905-ci  il  oktyabrın  17-də  çar  II  Nikolay  manifest  im-
zaladı.  Manifestdə  əhaliyə  demokratik  azadlıqlar-vicdan,  söz, 
ittifaqlar  və  yığıncaq  azadlığı  “bəxş”  ediləcəyi  və  qanunverici 
duma çağırılması vəd edilirdi. Manifest inqilab nəticəsində çar-
dan  qoparılan  güzəşt  idi.  Manifest  məhkum  xalqlara  o  cüm-
lədən,  türklərə  heç  bir  yenilik  vəd  etmirdi.  Əsasən  sosialist 


 
83
inqilabçılar  və  radikal  demokratlar  bu  manifestin  səmimi  ol-
duğuna  inanmırdılar.  Mitinqlər  yenə  davam  edir,  çarın  port-
retləri və manifesti cırılaraq ayaqlar altında tapdalanırdı. Çarın 
işlətdiyi  bu  siyasi  hiylənin  məqsədi,  əksinqilabi  qüvvələri 
səfərbərliyə almaq üçün vaxt qazanmaqdan ibarət idi.       
  1905-ci ilin dekabrında qazaxların I ümumqazax qurul-
tayı keçirildi. Bu toplantıda qazaxların milli maraqlarına əsas-
lanan  partiyalarını  yaratmağa  təşəbbüs  göstərilmişdi.  Yaradı-
lacaq partiya yerli əhalinin maraqlarına əsaslanmalı idi. 1906-cı 
ilin  fevralında  Semipalatinskdə  qazaxların  ikinci  qurultayı 
keçirildi.  Qurultayda  qəbul  olunmuş  proqramda  kəndlilərin 
vilayətlərə köçürülməsinin dayandırılması, Qazaxıstanın bütün 
ə
razilərinin yerli əhalinin mülkiyyəti olmasının qəbul edilməsi, 
yeni məktəblərin açılması və başqa məsələlər əks etdirilmişdi. 
Qazaxlar din azadlığı, milli mədəniyyətin inkişafı, Qazaxıstan-
da  qazax  dilinin  rus  dili  ilə  yanaşı  işlənməsi  üçün  mübarizə 
aparırdılar.  Lakin  repressiyalar  və  həbslər  qazaxlara  öz  siyasi 
partiyalarını yaratmağa imkan vermədi.  
1905-1906  illərdəki  inqilabi  hərəkatlar  Orta  Asiyada 
siyasi təşkilatların yaranmasında mühüm rol onamışdı. 1905-ci 
ilin  sonu  və  1906-cı  ilin  əvvəllərində  Orta  Asiyanın  Daşkənd, 
Səmərqənd, Kokand, Əndican kimi şəhərlərində belə təşkilatlar 
qurulmuşdu.  1905-ci  ildən  başlayaraq  “Soldatskiy  listok”,   
“Pravda”  qəzetləri  dərc  olunurdu.  1906-cı  ilin  fevralında  Daş-
kənddə  Türküstan  sosial-demokrat  təşkilatlarının  konfransında 
RSDFP-nin  Türküstan  təşkilatlarının  ittifaqı  yaradıldı.  Konf-
ransın  qərarı  ilə  bu  təşkilat  yerli  fəhlələr  arasında  təbliğat  və 
təşviqatı genişləndirməli idi. 
  1905-ci  ilin  avqustun  15-də  Nijni-Novqorodda  Ə.Top-
çubaşov,  .Qaspıralı, Y.Akçura oğlu, F.Kərimi və başqalarının 
təşəbbüsü  ilə  Ümumrusiya  müsəlmanlarının  birinci  qurultayı 
keçirildi. Çar Rusiyası işğalı altında olan türk xalqları ilk dəfə 
olaraq  birlikdə  milli  mübarizəyə  qoşulurdular.  Qurultayda 
Krım, Qafqaz, Kazan, Ural, Orta Asiya və Sibirdən nümayən-


 
84
dələr  iştirak  edirdi.  Qurultayın  keçirilməsinə  rəsmi  razılıq  ol-
madığından  nümayəndələr  gəzinti  qayığında  toplandılar.  Qu-
rultay  “Rusiya  Müsəlmanları  ttifaqı”  yaratmağı  qərara  aldı. 
“ ttifaqın qarşısında aşağıdakı vəzifələr dururdu: 
1. Vahid hərəkat çərçivəsində bütün Rusiya müsəlman-
larının birləşdirilməsi; 
2.  Bütün  millətlərin  nümayəndələrinin  bərabər  surətdə 
təmsil  olunması  əsasında  konstitusiyalı  monarxiyanın  qurul-
ması; 
3.  Müsəlman  və  rus  əhalisinin  hüquqi  cəhətdən  bəra-
bərliyi, müsəlmanlara qarşı bütün ayrıseçkilik salan qanunların 
və idarəetmə metodlarının ləğv edilməsi; 
4.  Müsəlmanların  mədəni  və  maarif  tərəqqisinə  nail 
olunması; 
 
“Rusiya  Müsəlmanları  ttifaqı”nın  ikinci  qurultayı 
1906-cı il yanvarın 15-23-də Peterburqda keçirildi. Mübahisəli 
şə
raitdə keçən bu qurultayda  smayıl bəy Qaspıralı sədr seçilsə 
də öz namizədliyini geri götürmüş, onun yerinə Əlimərdan bəy 
Topçubaşov  sədr  seçilmişdi.  Nümayəndələr  Əlimərdan  bəyin 
“ ttifaq” üçün hazırladığı layihəni qəbul edib, bəzi çatışmazlıq-
ların  gələcək  qurultayda  aradan  qaldırılmasını  qərara  aldılar. 
Bu  arada  Bakıda  “Həyat”  qəzeti  nəşr  olunmağa  başlamış  və 
qurultay haqqında oxuculara ətraflı məlumatlar vermişdi.  
 
“ ttifaq”ın üçüncü qurultayı  yenə də Nijni-Novqorodda 
1906-cı  il  avqustun  16-21-də  olmuşdur.  Qurultay  Ə.Topçuba-
ş
ovun sədrliyi ilə keçmişdir. Qurultay “ ttifaq”ın Rusiyanın bü-
tün  müsəlmanlarının  mənafeyini  ifadə  edən  siyasi  partiyaya 
çevrilməsi haqqında qərar qəbul etdi. Qurultayda eyni zamanda 
türk xalqlarının siyasi, iqtisadi və mədəni problemləri müzakirə 
edilmişdi. Əsarətdə ömür sürən türklərin öz təşkilatlarını yarat-
dıqlarını görən çar rejimi bu hərəkatı boğmağa, “ ttifaq” parti-
yasının fəaliyyət göstərməsinə hər cür maneələr törətməyə baş-
ladı.  Stolıpinin  irtica  rejimi  hakimiyyətə  gəldikdən  sonra 
“ ttifaq”ın fəaliyyəti tamamilə qadağan edildi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə