85
Məğlubiyyətə baxmayaraq, 1905-1907-ci illər inqila-
bında fəhlə sinfi və kəndlilər öz mübarizəsi ilə çar hökumətini
bəzi güzəştlərə getməyə məcbur etdi. Sənayenin bir sıra
sahələrində əməkhaqqı artırıldı, iş günü qısaldıldı. Kəndlilər
ödənc əməliyyatlarının ləğv edilməsinə nail oldular. Birinci rus
inqilabı ölkədəki siniflərin və partiyaların mövqeləri arasındakı
fərqi, onların əməli fəaliyyətləri əsasında dəqiq müəyyənləşdir-
di. nqilab fəhlə və kəndliləri siyasi mübarizəyə cəlb etdi və
onlar üçün mühüm siyasi məktəb oldu. Bu inqilab məğlu-
biyyətlə nəticələnsə də çar üsul-idarəsini xeyli sarsıtdı. nqilab
beynəlxalq imperializmin müstəmləkəçilik siyasətinə qarşı
azadlıq hərəkatının başlanmasına da təsir göstərdi.
1905-1907-ci illər inqilabı, mərkəzdə olduğu kimi, milli
ucqarlarda da, o cümlədən türk xalqları yaşayan bölgələrdə də
məğlubiyyətlə nəticələndi. Birinci rus inqilabı zamanı türk
xalqlarının ictimai hərəkatları istər rus, istərsə də başqa mət-
buat səhifələrində geniş təsir bağışlamışdı.
2. Rusiya Dumalarında türk deputatlarının fəaliyyəti
1905-ci ilin oktyabr manifesti ilə çar bir sıra azadlıq-
larla yanaşı Dövlət dumasının çağırılmasına da icazə verirdi.
Çar Duma çağırılmasından inqilaba qarşı mübarizə aparmaq
üçün istifadə etmək ümidində idi. I Dövlət dumasına seçkilər
Dekabr üsyanının güclü vaxtında, 1905-ci il dekabrın 11-də
çarın verdiyi seçki qanununa əsasən təyin edilmişdi. Çar höku-
məti bu qanunla kütlələr içərisində Duma haqqında fikirlər
yaymağa, onların inqilabi yoldan üz döndərməsinə nail olmağa,
fəhlələrlə kəndlilərin möhkəmlənən ittifaqını dağıtmağa ça-
lışırdı. Qanun elə tərtib edilmişdi ki, Dumada deputatların ək-
səriyyətinin mülkədarların və burjuaziyanın nümayəndələ-
rindən ibarət olmasını təmin etsin. Seçki hüquqlarının genişlən-
diyini bəyan edən bu qanun fəhlələrin bir hissəsinə seçki
hüquqlari verilməsini nəzərdə tuturdu. Əvvəlki seçki qanunun
86
kəndlilər haqqında qoyduğu qaydalar saxlanılırdı. Hökumət
hələ də kəndlilərin şəxsində Dumada mühafizəkar dayaq yarat-
maq ümidində idi. Lakin bu dəfə də qadınlar, 25 yaşına qədər
olan gənclər, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular və
köçəri həyat tərzi sürən xalqlar seçki hüququndan məhrum
edilmişdilər.
Çar hökuməti elan etdi ki, seçki qanununa əsasən 1906-cı
il fevralın sonları-martın əvvəllərində Dövlət dumasına seçkilər
keçiriləcəkdir. Lakin fəhlə üsyanlarını və kəndli çıxışlarını
yatırdıqca çar hökuməti hücuma keçirdi və inqilabçı siniflərə
etdiyi güzəştləri geri almağa başlayırdı. Çar hökuməti təkcə
antidemokratik seçki sistemi ilə kifayətlənməyərək, Duma ça-
ğ
ırılması ərəfəsində onun qanunvericilik təşəbbüsünü məhdud-
laşdırdı. 1906-cı il fevralın 20-də Dövlət şurasının yenidən qu-
rulması haqqında fərman verərək, Dövlət şurasını ikinci yuxarı
palataya çevirdi və ona Dumada qəbul edilən qanunları təsdiq
etmək hüququ verildi. Dövlət şurası üzvlərinin yarısı çar tərə-
findən təyin olunurdu. Nəzərdə tutulurdu ki, Duma beş il müd-
dətində fəaliyyət göstərməli və çarın istəyi ilə vaxtından əvvəl
buraxıla bilərdi. Qafqaz, Orta Asiya və Sibirdə seçkilərin keçi-
rilməsi prosesi Avropa Rusiyasının quberniyalarındakı seç-
kilərdən ayrı keçirilməli, Volqaboyu və Krımda Dumaya seç-
kilər mərkəzi Rusiya quberniyaları ilə eyni vaxtda keçirilməli
idi.
Azərbaycan quberniyaları da Dövlət Dumasında təmsil
olunmaq hüququ qazandı. Lakin hökumət milli ucqarların əha-
lisinin Dumada təmsil olunmasını məhdudlaşdırmaq və
maksimum surətdə azaltmaq məqsədilə ucqarlarda seçkilər
haqqında qaydaların tətbiq edilməsi məsələsini öyrənmək adı
altında bir sıra komissiyalar yaratdı. Uzun bürokratik hazırlıq-
dan sonra 1906-cı il fevralın 2-də çar "Qafqazda seçkilər haq-
qında əsasnamə"ni təsdiq etdi. "Əsasnamə" kəndlilərin seçki-
lərini torpaq sahiblərinin seçkiləri ilə birləşdirərək, Qafqaz
kəndlilərini dumada müstəqil təmsil olunmaqdan məhrum etdi.
87
Canişinə seçkilərin vaxtını Qafqaz quberniyaları "əhalisinin
sakitləşdirilməsindən" asılı olaraq müəyyən etmək hüququ
həvalə edilmiş və bununla da Qafqaz duma seçkilərini qeyri-
müəyyən müddətə ləngitmək imkanı vermişdi. Lakin, buna
baxmayaraq, Azərbaycanda dumaya seçkilər 1906-cı il mayın-
da, yəni aprelin 27-də açılmış I Dövlət Duması artıq fəaliyyətə
başladıqdan sonra keçirildi.
Türküstan diyarında Dövlət dumasına seçkilərlə bağlı
xüsusi vəziyyət elan olunmuşdu. Əvvəlcə Fövqəladə Şura Mər-
kəzi Asiyanı güyakı onların inkişaf səviyyəsinin aşağı olması
ilə əlaqədar seçkilərdə iştirak hüququndan məhrum etmək
istəyirdi. Lakin buna baxmayaraq Türküstanda Dövlət Duma-
sına seçkilər baş tutdu. Yeddisu, Səmərqənd, Zakaspi, Sırdərya
və Fərqanə vilayətlərinin nümayəndələri üçün ayrılan 13
deputat yerindən 6-sı ruslar, 6-sı yerli əhaliyə, 1-i Yeddisu ka-
zakları üçün nəzərdə tutulmuşdu. Baxmayaraq ki, ruslar bölgə
ə
halisinin 5 faizini təşkil edirdilər. Akmolinsk, Semipalatinsk,
Ural və Turqay vilayətlərinin nümayəndələri üçün isə 10 de-
putat yerindən 4-ü qazax və qırğızlar, 2-si kazaklar, 4-ü ruslar
üçün ayrılmışdı. Halbuki qazax və qırğızlar göstərilən vila-
yətlərin əhalisinin 70 faizindən çoxunu təşkil edirdilər. Duma-
ya seçilən müsəlman-türk deputatları içərisində əsas çəki Ufa
və Orenburq quberniyalarına mənsubdur. Bu əsasən quberni-
yanın müsəlman əhalisinin çoxluğu və burada yaşayan baş-
kırdlar və tatarların “Müsəlman ttifaqı” partiyasının keçirdiyi
seçkiqabağı kompaniyasında fəal iştirak etməsi ilə bağlıdır.
Sibir və Yakutiyada isə Dövlət dumasına seçkilər keçirilmədi.
Dövlət dumasının onsuzda məhdud hüquqlarını daha da
məhdudlaşdırmaq məqsədilə çar hökuməti onun iclaslarının
açılışına bir neçə gün qalmış “Əsas dövlət qanunları mə-
cəllə”sini yeni redaksiyada dərc etdi. Burada bütün qanunveri-
cilik hüquqları əslində çarın ixtiyarında saxlanılmışdı. Dövlət
dumasının və Dövlət şurasının hüquqları azaldılmışdı. Birinci
çağırış Dövlət duması 1906-cı il aprelin 27-də açıldı. Çarın və
Dostları ilə paylaş: |