109
milli-azadlıq xarakteri daşıyırdı, hərəkatda rus fəhlələri və
yoxsul kəndlilər iştirak edirdilər.
Beləliklə, birinci dünya müharibəsi dövründə, bütün ölkə-
də olduğu kimi, türk xalqları yaşayan bölgələrdə də əhalinin
müflisləşməsi və onların ehtiyacının artması sosial-iqtisadi zid-
diyyətləri kəskinləşdirdi. Orta Asiyada baş vermiş üsyanlar
müharibənin törətdiyi inqilabi böhranın güclənməsinə təsir
etmişdi.
5. 1917-ci il fevral inqilabından sonra Orta Asiya,
Volqaboyu, Sibir və Krımda ictimai-siyasi vəziyyət
Müharibənin gedişində təsərrüfat dağınıqlığının daha da
artması, tətil və inqilabi hərəkatın genişlənməsi, kəndlilər içəri-
sində kütləvi narazılığın güclənməsi, məzlum xalqlar arasında
həyəcanlar, orduda müharibəyə qarşı etirazlar Rusiyanın in-
qilabi böhran keçirməsinin aşkar hiss olunan əlamətləri idi. Öl-
kəni görünməmiş dərəcədə viran qoyan və çoxlu insan tələfatı-
na səbəb olan imperialist müharibəsi inqilabi hərəkatı sürət-
ləndirdi.
1916-cı ilin axırlarında-1917-ci ilin əvvəllərində ölkədə
inqilabi mübarizə o qədər gücləndi ki, bu mübarizə çar mütlə-
qiyyətini kökündən sarsıtdı. mperialist müharibəsinə qarşı xal-
qın etirazı, çarizmə və kapitalist zülmünə qarşı fəhlələrin mü-
barizəsi, mülkədar torpaq sahibliyini ləğv etmək uğrunda
kəndli hərəkatı, milli zülmü ləğv etmək uğrunda Rusiyanın uc-
qarlarında yaşayan xalqların mübarizəsi vahid axın halında
birləşirdi.
1917-ci il fevralın 26-da Baş nazir Dumanın buraxıl-
ması əmrini verdi. Baş nazir çarın adından Dumanın buraxıl-
ması əmrini versə də onun əmri yerinə yetirilməmişdi. Əsgər-
lərin çoxu əmrə itaət etmirdi. Rodziyenkonun sədrliyi altında
müvəqqəti Duma komitəsi yaradıldı. Bu komitədə ifrat sağlar
və bolşeviklərdən başqa bütün partiyaların nümayəndələri
110
vardı. Nümayişə çıxan fəhlələr, sənətkarlar və əsgərlər höku-
mətə qarşı mübarizə aparırdılar. 1905-ci il inqilabından sonra
inqilabçıların kimisi öldürülmüş, kimisi Sibirə sürgün olunmuş,
bir qismi də Qərb ölkələrinə qaçaraq canlarını qurtarmışdılar.
Birdən-birə partlayan bu inqilaba istiqamət verəcək liderlərə
ehtiyac vardı.
Xalq həbsxanalara hücum edərək məhkum və həbsdə
olanları azad etdi. Onların arasında sosial-demokratların, bol-
ş
evik və eserlərin də liderləri vardı. Bu partiyaların nümayən-
dələri zavodlara, fabriklərə gedərək iğtişaşın artmasına çalış-
dılar. Duma yerləşən Tavriya sarayına yollandılar. Sovetin
toplanması üçün başlanan hazırlıq işlərində iştirak etdilər. Bu
çalışmaların nəticəsində tezliklə müvəqqəti cra Komitəsi
yaradıldı. Həmin axşam yəni, fevralın 27-də Peterburq Soveti-
nin toplanmasına qərar verildi. Menşevik liderlərindən Çxeid-
zenin sədrliyi altında o axşam Peterburq Soveti toplandı və in-
qilabın qələbə çaldığını elan etdi. Qərara alındı ki, fəhlə soveti
bundan sonra “Fəhlə və əsgər deputatları Soveti” adlandırılsın.
“ cra Komitəsi” və başqa komissiyalar bu Sovetə daxil oldular.
Duma müvəqqəti komitəsi sonradan Lvovun rəhbərliyi altında
yenidən yaradılaraq Müvəqqəti hökumət adını aldı. Lakin ölkə
daxilində bu hökumətin heç bir etibarı və nüfuzu olmadı.
Beləliklə, ölkədə iki hakimiyyət-Müvəqqəti hökumət və fəhlə-
ə
sgər deputatları soveti yaradılmışdı. Xalqın inqilabdan həllini
gözlədiyi məsələlər aşağıdakılar idi:
1. Rusiyanın müharibədən çıxaraq sülh əldə etməsi və
gizli müqavilələrin ləğvi.
2. Müəssislər məclisinin tezliklə toplanması.
3. Torpaq islahatı problemi.
4. şçilərin fabriklər üzərində nəzarət məsələləri.
5. Ölkənin hər yerində bərbad və dağınıq olan istehsalın
yenidən təşkil edilməsi.
6. Rus əsarətində olan millətlərin hüquq və azadlıqlarını
ə
ldə etməsi.
111
Müvəqqəti hökumət və Sovetlər bu məsələlərin heç
birini həll edə bilmədilər. Partiyalar bir-birləri ilə çəkişir və nə
edəcəklərini bilmirdilər. Fevral inqilabının başladığı gündən
qərarsızlıq hər tərəfdə baş alıb gedirdi. Müvəqqəti hökumətin
üzvlərindən tutmuş polis məmuruna, vətəndaşa qədər bütün
siniflərdən olan insanlar inqilabın gedişində müəyyən bir
aydınlıq görmürdülər.
Peterburq və Moskvanın ardınca inqilabi çıxışlar bütün
ölkəni bürüdü. Gizli fəaliyyət vəziyyətindən çıxan bolşevik-
lərin rəhbərliyi altında fəhlələr işi dayandırır, nümayişlər təşkil
edir, polisi tərksilah edir, siyasi məhbusları həbsxanalardan
azad edir, çar hakimiyyəti orqanları nümayəndələrini vəzifədən
götürür və Sovetlərə deputatlar seçirdilər. Yerlərdə fəhlələrin
çıxışı, əsgərlərin də onlara qoşulması köhnə hökumət orqanları
tərəfindən hər cür müqavimət göstərilməsi imkanını aradan
qaldırdı.
Mütləqiyyətin devrilməsi xəbəri alındıqdan sonra milli
ucqarlarda o cümlədən, Orta Asiyada, Volqaboyu və Sibirdə
fəhlələr və əhalinin demokratik təbəqələri Sovetlər yaratmağa,
köhnə hakimiyyət orqanlarını ləğv etməyə başladılar. Orta
Asiyanın şəhər, qışlaq və aullarında kütləvi mitinq və nümayiş-
lər baş verirdi. Orta Asiyada birinci olaraq martın 3-də Daş-
kənd fəhlə deputatları Soveti, martın 5-də isə əsgər deputatları
Soveti yarandı və az sonra bunlar fəhlə və əsgər deputatları
Sovetində birləşdilər. Rus əhalisi yaşayan qəsəbələrdə kəndli
deputatları Sovetləri, yerli əhali içərisində isə müsəlman fəhlə
deputatları Sovetləri və müsəlman zəhmətkeşləri ittifaqı yara-
nırdı. Orta Asiyanın Əndican, Səmərqənd, Xocənt, Buxara və
digər şəhərlərində də Sovetlər yaranmağa başlamışdı. 1917-ci
ilin mart-aprel aylarında Qazaxıstanda yaradılmış 24 Sovetdən
8-i fəhlə, 9-u kəndli və 7-si əsgər deputatları Soveti idi.
Orta Asiyanı mərkəzin inqilabi təsirindən təcrid etməyə
və köhnə hərbi-müstəmləkə idarə üsulunu saxlamağa çalışan
müvəqqəti hökumət, general-qubernator Kuropatkin başda
Dostları ilə paylaş: |