100
də Rusiyanın mərkəzi quberniyalarında kəndli çıxışları zəif-
lədiyi halda, Orta Asiyada bu hərəkat güclənməkdə idi.
Çarizmin köçürmə siyasəti də onun özünə qarşı çevrildi.
Çar hökuməti bu siyasət nəticəsində “həm Rusiyada, həm də
ucqarlarda kəndlilərin narazılığının artmasına və onların vəziy-
yətinin daha da ağırlaşması”na nail oldu. Köçürülənlərin sayı
1905-ci ildə 39 min, 1906-cı ildə 141 min, 1907-ci ildə 427
min, 1908-ci ildə 665 min nəfər idi. Sonra, köçürülənlərin sayı
xeyli azalmağa başladı. 1909-cu ildə köçürülənlərin sayı 619
min, 1910-cu ildə 316 min və 1911-ci ildə 183 min nəfər idi.
Bununla bərabər, 1910-cu ildən etibarən geri qayıdanların sayı
sürətlə artdı. Bu, çar hökumətinin köçürmə siyasətinə bağladığı
bütün ümidlərin boşa çıxması demək idi.
Bu siyasətin müvəffəqiyyətsizliyinin iki başlıca səbəbi
var idi. Birinci səbəb ondan ibarət idi ki, köçürülənlər əsasən
yoxsullar idi. Onlar Orta Asiyaya, Sibirə və başqa yerlərə öz
vəziyyətlərini yaxşılaşdırmaq ümidi ilə köçürdülər. Onlar
satdıqları torpaqdan və əmlakdan əldə etdikləri az məbləğə və
dövlətdən aldıqları azacıq pulu yola xərclədiklərindən, köçürül-
dükləri yeni yerdə özlərinə təsərrüfat düzəltmək üçün vəsaitləri
qalmırdı. Aldanıb var-yoxdan çıxanların bir hissəsi köçürül-
dükləri yerdə varlıların əsarəti altına düşür, köçürülənlərin çox
hissəsi isə peşmançılıqla öz köhnə yurdlarına qayıdırdı. kinci
səbəb, köçürmə işinin düzgün təşkil edilməməsindən ibarət idi.
Köçürülənlərdən ötrü çox zaman təsərrüfat üçün yararlı torpaq
ayırıb vermirdilər. Kifayət qədər borc verilmirdi. Köçürmə si-
yasəti qarşısında sırf siyasi məqsədlər qoyan çar hökuməti
onun iqtisadi nəticələri barəsində düşünmürdü. Köçürülənlərə
kömək göstərilməsinin təşkili üçün geniş tədbirlər əsla görül-
mürdü. Nəticə etibarı ilə köçürülmə siyasəti kütləvi köçürülmə
rayonlarında iqtisadi və siyasi vəziyyətin kəskinləşməsinə
səbəb oldu.
Kəndli bankının fəaliyyəti də müvəffəqiyyətsizliyə uğ-
radı. 1906-cı ildən 1916-cı ilədək Kəndli bankı 6,5 milyon
101
desyatin torpaq almış və kəndlilərə, başlıca olaraq qolçomaq-
lara təqribən 4,1 milyon desyatin torpaq satmışdı. Bu müddət
içərisində Bank torpaqlarında və Kəndli bankının yardımı ilə
alınan torpaqlarda 280 minədək otrub və xutor təsərrüfatı
yaradılmışdı. Kəndli torpaq bankı torpaqların satışı ilə yanaşı
onları icarəyə də verirdi. carəyə verilmiş torpaqların haqqı ya
pulla, ya da natura şəklində ödənilirdi. Kazan quberniyasında
pulla icarə üstünlük təşkil etmişdi.
Çar hökuməti müsəlman dininə etiqad edən xalqları təh-
lükəli hesab edirdi, çünki Stolıpinin yazdığı kimi, “gərgin gün-
lərdə qiyamçı Zaqafqaziyanın, zahirən sakit görünən Volqabo-
yunun və narahat Türküstanın özgə xalqları inqilab cəbhəsində
olacaqlar”. Çarizm müsəlman əhali arasında inqilabi hərəkatın
qarşısını almaq üçün bütöv tədbirlər sistemi işləyib hazırladı.
Bu tədbirlərdən ən başlıcası “müsəlmanların xristianlaşdırıl-
ması” deyilən tədbir idi. Hökumət bu məqsədlə Kazanda ruhani
akademiyası nəzdində xüsusi olaraq missionerlik şöbəsi açdı
ki, bu şöbə çox keçmədən öz məzunlarının böyük bir qrupunu
müsəlman rayonlarına göndərdi. Çar missionerləri bir çox
rayonlarda polis orqanlarının köməyi ilə xristianlığı yayırdılar.
Stolıpin aqrar islahatı kənd təsərrüfatında kapitalizmin
inkişafını gücləndirdi. Lakin aqrar islahatlar bütövlükdə höku-
mətin və mülkədarların gözlədikləri nəticələri vermədi. Mülkə-
darlarla kəndlilər arasında torpaq uğrunda mübarizə Stolıpinin
aqrar siyasəti nəticəsində nəinki zəifləmədi, əksinə gücləndi.
Çar hökuməti iqtisadi inkişafın və sinfi mübarizənin gedişində
qarşıya qoyulmuş vəzifəni yerinə yetirə bilmədi. Stolıpin
islahatı kəndli məsələsini gündəlikdən həll edib çıxarmadı. s-
lahat bütün çətinlikləri və qüsurlarına baxmayaraq türk xalqları
yaşayan bölgələrdə kapitalizmin inkişafı, bank və maliyyə sis-
teminin yaranması, yeni sənaye sahələrinin meydana gəlməsi,
burjuaziya və fəhlələrin təşəkkülünə səbəb olmuşdu.
102
4. Türk xalqları Birinci Dünya müharibəsi illərində
Birinci dünya müharibəsi böyük imperialist dövlətləri
arasındakı ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş verdi.
mperializm dövründə kapitalizmin qeyri-bərabər inkişafının
xüsusilə güclənməsi nəticəsində XX əsrin əvvəllərində böyük
dövlətlər arasındakı ziddiyyətlər son dərəcə kəskinləşdi. Bu
ziddiyyətlərin ən başlıcası ingilis-alman ziddiyyətləri idi.
qtisadi inkişaf sürəti cəhətdən ngiltərəni ötüb keçən və dünya
bazarında onu sıxışdıran Almaniya Yaxın və Orta Şərqdə,
həmçinin Afrikada geniş işğalçılıq siyasəti apararaq Britaniya
müstəmləkə imperiyasının bütövlüyünə təhlükə törədirdi.
ngiltərə bütün qüvvəsini Almaniyanın işğalçı siyasətini sarsıt-
mağa və öz müstəmləkə torpaqlarını, dənizlərdəki hökmran-
lığını qoruyub saxlamağa sərf edirdi.
Fransız-alman ziddiyyətləri də olduqca mürəkkəbləş-
mişdi. Fransa tərəfi Almaniyanın 1871-ci ildə işğal etdiyi Elzas
və Lotaringiyanın qaytarılmasını tələb edirdi. Fransanın
Afrikadakı müstəmləkələri üstündə Almaniya və Fransa Afri-
kada da toqquşurdular.
Beynəlxalq münasibətlərdə bir tərəfdən Rusiya, digər
tərəfdən isə Almaniya və Avstriya-Macarıstan arasındakı zid-
diyyətlər də mühüm yer tuturdu. Çar Rusiyası bu ölkələrlə
Yaxın Şərqdə və Balkanlarda toqquşurdu. Avstriya-Macarıs-
tanın Balkanlarda güclənən işğalçılıq siyasəti, burada Rusiya
təsirini tamamilə sarsıtmaq təhlükəsi yaradırdı. Rusiya ilə Al-
maniya arasında ciddi iqtisadi ziddiyyətlər də var idi.
Başlıca imperialist dövlətləri arasındakı ziddiyyətlər iki
düşmən qruplaşmanın yaranmasına səbəb oldu. Hər iki qrup-
laşma üzvləri öz hökmranlığını möhkəmlətmək və xalqları
ə
sarət altına almaq məqsədi ilə dünyanı yenidən bölüşdürmək
planları hazırlayırdılar. mperialist dövlətlərinin hazırlıqları
birinci dünya müharibəsinə gətirib çixartdı.
Dostları ilə paylaş: |