97
findən təyin olunurdu. Beləliklə, hökumət icma kəndli torpaq
sahibliyinin ləğv edilməsini öz nəzarəti altına alırdı və kəndli-
lərin özlərinə məxsus torpaqları bölüşdürməsinə imkan
vermirdi.
1906-cı il iyunun əvvəlində çar hökuməti kəndli icması-
nın ləğv edilməsi və icma torpaqlarının kəndlilərin şəxsi mül-
kiyyətinə çevrilməsi barədə öz təkliflərini baxılmaq üçün
birinci Dövlət dumasının müzakirəsinə verdi. Əslində isə o,
istəmirdi ki, Duma onun təklifini müzakirə etsin. Tezliklə I
Duma buraxıldı və icma kəndli torpaq sahibliyindən xüsusi
torpaq sahibliyinə keçmək haqqında fərman 1906-cı il noyabrın
9-da Dövlət duması tərəfindən təsdiq edilmədən elan olundu.
Bu fərmana əsasən, icma torpağına sahib olan hər bir kəndliyə
icma torpağından ona düşən payı xüsusi mülkiyyət kimi almaq
hüququ verilirdi. Fərman mülkiyyətçi kəndlilərə köhnə yerdə
yaşamaqda davam etmək, yaxud onlara mülkiyyət kimi
ayrılmış torpaq sahəsinə keçmək hüququ verirdi. Birinci halda
kəndlilər otrub, ikinci halda isə xutor sahibləri adlanırdılar.
1910-cu il iyunun 14-də II Nikolay Dumanın və Dövlət
ş
urasının qəbul etdiyi “kəndli torpaq sahibliyinə dair” qanun la-
yihəsini təsdiq etdi. Yeni aqrar qanunu 1906-cı il 9 noyabr fər-
manının prinsiplərini bərqərar edir və icma torpaq sahibliyinin
ləğv edilməsi üçün daha böyük imkanlar yaradırdı. 1910-cu il
qanunu ilə artıq məcburi qaydada bütün icmaçı kəndlilər, əgər
onların yaşadığı icmalarda ödəncə keçildiyi vaxtdan icma
torpağı yenidən dövraşırı bölünməyibsə, xüsusi mülkiyyətçilər
vəziyyətinə keçirilirdilər. 1911-ci il 29 may qanununa görə
kəndlilərin icmadan çıxması üçün kəndli yığıncağının razılığını
almaq işi də xeyli asanlaşırdı. ndi bu iş kəndli yığıncağında
səslərin üçdə iki hissəsinə əsasən deyil, sadəcə olaraq səs çox-
luğuna əsasən mümkün idi.
Hökumət yer quruluşu komissiyalarından istifadə edə-
rək, məcburi qaydada icma kəndli torpaq sahibliyini dağıtmağa
və kəndliləri torpaqdan yeni “azad etmə” işinə başladı. 1906-
98
1916-cı illər ərzində hökumət 16 milyon kəndli həyətindən
yalnız 2,1-2,3 milyon həyəti, yəni bu həyətlərin hamısının təq-
ribən 14,4 faizini icma sahibliyindən xüsusi mülkiyyətə keçirə
bildi. Lakin, icmadan ayrılmış kəndlilərin az olmasına baxma-
yaraq, onların bir çoxu tamamilə var-yoxdan çıxdı və öz
torpağını itrdi.
Kəndlilər çar aqrar qanununa qarşı qətiyyətlə mübarizə
aparırdılar. Onlar öz nümayəndələrini yer quruluşu komissi-
yalarına göndərməkdən imtina edir, kəndlilərin icmadan ayrıl-
ması üçün cəmiyyətin razılığını vermir, torpağın öz xüsusi
mülkiyyətinə keçirilməsi barədə ərizə verən kəndliləri təqib
edir və onları öz ərizələrindən imtina etməyə məcbur edirdilər.
Hökumət öz siyasətindən əl çəkmək istəmir, kəndlilər isə buna
kütləvi etirazla cavab verdilər. Kəndli hərəkatı yenidən
yüksəlməyə başladı.
Çar hökuməti kəndlilərin mübarizəsini zəiflətmək və
müəyyən mənada məhdudlaşdırmaq məqsədilə Stolıpin aqrar
qanunun qüvvəsini yalnız bir sıra mərkəzi quberniyalar ilıə
məhdudlaşdırıb, qeyri rus quberniyalarının əksəriyyətini, o
cümlədən Qafqazı, Orta Asiyanı və Volqaboyunun bir sıra böl-
gələrini bu qanunun qüvvəsi dairəsindən çıxardı. Çar hökuməti
bu rayonlarda öz aqrar siyasətini köhnə torpaq münasibətləri
ə
sasında yeritməkdə davam edərək, rus kəndlilərini milli ra-
yonların kəndlilərindən ayırmağa çalışırdı. Lakin çar hökumə-
tinin bu tədbiri müvəffəqiyyət qazanmadı.
Rusiyanın ucqarlarında Stolıpinin aqrar islahatı yarımçıq
və məhdud şəkildə həyata keşirilirdi. Orta Asiyada kənd icma-
larının dağılması nəticəsində torpaqlar kəndlilərə xüsusi mül-
kiyyət kimi deyil, yalnız müvəqqəti istifadəyə veriliridi. Kəndli
icmanın dağılmasından sonra torpağın sahibi hesab edilsə də,
xüsusi mülkiyyətçi kimi heç bir sənəd almırdı. O, öz torpağını
yalnız dövlət torpaqları üzərində hüququ olan şəxsə verə bi-
lərdi. Orta Asiya, Sibir və digər milli rayonların kəndliləri mər-
kəzi quberniyaların kəndlilərinə nisbətən daha məhdud
99
hüquqlar əldə etdiklərinə görə dəfələrlə mərkəzi hökumətə
ş
ikayət ərizələri və tələblər göndərmişdilər. Türk xalqları re-
gionlarının əksəriyyətinin kəndliləri də onlara ruslarla eyni
hüquqların verilməsini tələb edirdilər.
Stolıpin aqrar islahatı Volqaboyu, Sibir və Krımda mü-
vəffəqiyyət qazana bilmədi. O, ucqarlarda natamam şəkildə
həyata keçirilmişdi. Məhdudiyyətlər Sibirdə daha çox nəzərə
çarpırdı. Sibir torpaqları, o cümlədən türklərin yaşadıqları
ə
razilər, yenə də əvvəlki kimi Dövlətin mülkiyyəti olaraq qa-
lırdı. Volqaboyu ərazilərdə islahat məcburi şəkildə həyata keçi-
rilirdi. Burada islahatdan boyun qaçıran və ona qarşı çıxan hər
bir şəxs üç ay müddətinə həbs edilməli və ya cərimə olunmalı
idi. Aqrar islahatın həyata keçirilməsi nəticəsində Krımda pay
torpaqları daha çox azalmışdı. Bu isə bir tərəfdən yoxsul təsər-
rüfatların sayının artmasına, digər tərəfdən isə muzdlu əmək-
dən istifadə edən iri qolçomaq təsərrüfatlarının çoxalmasına
səbəb olurdu.
nqilabdan əvvəlki dövrə nisbətən çar hökumətinin
köçürmə siyasəti də dəyişikliyə uğradı. Hökumət, köçürməni
məhdudlaşdırmaq siyasətindən kəndlilərin kütləvi surətdə Orta
Asiya, Sibir və başqa yerlərə köçürülməsi siyasətinə keçdi.
Kəndlilərin köçürülməsi Stolıpin aqrar islahatının tərkib his-
səsini təşkil edirdi. Köçürmə siyasətində məqsəd, Rusiyanın
mərkəzi quberniyalarında torpaq çatışmamazlığını aradan qal-
dırmaq, inqilabi əhval-ruhiyyədə olan kəndliləri mərkəzdən
uzaqlaşdıraraq Sibir və Qazaxıstana göndərmək, milli ucqarlar-
da ruslaşdırma siyasəti yeritmək və qeyri-rus xalqları milli-
müstəmləkə zülmü altında saxlamaq üçün köçürülən ruslardan
bir vasitə kimi istifadə etmək idi. Orta Asiya, Sibir və digər
bölgələrə köçürülən kəndlilər yerli əhalidən alınmış torpaqla
təmin edilirdi. Çar hökumətinin köçürmə siyasətini həyata
keçirən məmurlar ən münbit torpaqları yerli əhalidən alaraq
onları qeyri-münbit torpaqları çəkilməyə məcbur edirdilər. Bu
isə bölgələrdə yerli əhalinin üsyanlarına səbəb olurdu. Bu dövr-
Dostları ilə paylaş: |