Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/68
tarix16.11.2017
ölçüsü2,8 Kb.
#10590
1   ...   27   28   29   30   31   32   33   34   ...   68

 
94
bölmədən  ibarət  proqramını  qəbul  etmişdi.  Proqramda  vətən-
daşların hüquqları, dövlət və dini quruluşun əsasları, yerli özü-
nüidarə, məhkəmə, xalq maarifi, fəhlə və kəndli məsələsi frak-
siyanın  əsas  məqsəd  və  vəzifələri  olmuşdur.  Dövlət  duma-
larında  türk  deputatlarının  fəaliyyəti  fraksiya  daxili  işlərlə 
məhdudlaşmırdı,  Duma  komissiya  və  şöbələrinin  işində  də 
fəaliyyət  göstərirdilər.  II  Dumada  Müsəlman  farksiyası  I  Du-
mada olan deputat saylarını mühafizə etmişdilər. 
Türk deputatların bütün Rusiyanın Тürk-Мüsəlman əha-
lisinin  hüquqsuzluğuna  qarşı  kəskin  çıxışları  və  bunun  güclü 
oyadıcı  təsirinin  çarizmi  vahiməyə  salması,  başqa  səbəblərlə 
yanaşı, I və II Dövlət Dumalarının buraxılmasında az rol oyna-
mamışdı.  Məhz  buna  görə  də  III  Dumaya  seçkilər  zamanı 
Т
ürk-Мüsəlman  əhalisinin  yaşadığı  Orta  Asiya,  Sibir  və  digər 
regionlar  seçki  hüququndan  məhrum  edilmişdi.  III  Dövlət 
Dumasında Rusiya imperiyasının müsəlman ucqarlarından olan 
deputatlar vahid parlament fraksiyasında  yenidən təşkil edildi. 
Müsəlman  fraksiyası  10  nəfərdən  ibarət  idi.  Müsəlman  fraksi-
yası  dini  etiqad,  vicdan  azadlığı  məsələsinə  böyük  əhəmiyyət 
verərək,  bu  məsələ  üzrə  özünün  xüsusi  məruzəsini  Dumanın 
müzakirəsinə  təqdim  etdi.  Fraksiyanın  fəaliyyəti  bütün  qanun 
layihələrinin  müzakirəsində  iştirak  etmək,  Duma  iclaslarında 
vahid hərəkət xəttini işləyib hazırlamaq, məqsəd isə islahatlara 
nail  olmaq  idi.  Müsəlman  fraksiyasını  həmişə  məktəblərdə 
tədris dili maraqlandırırdı.      
1910-cu  ildə  fraksiya  üzvü  Kazan  quberniyasından 
seçilən  S.Maksudov  Volqaboyu,  Ural,  Türküstan  və  Qafqaza 
səyahət  etmişdir.  Ufa  vilayətində  olan  zaman  burada  “Müsəl-
man  cəmiyyətinin”  qərargahında  yığıncaq  keçirmiş  və  əhalini 
müsəlman  fraksiyasının  fəaliyyəti,  Dumanın  gələcək  iclas-
larında müzakirə olunacaq məsələlərlə tanış etmişdir. 
   IV Dövlət Duması 1912-ci ildə noyabrın 15-dən çağı-
rıldı. Müsəlman fraksiyası  IV Dumada 7 deputatla təmsil olu-
nurdu ki, bunlar da Ural, Volqaboyu, Krım və Cənubi Qafqaz 


 
95
türkləri idi. Müsəlman fraksiyasının üzvü, Azərbaycandan olan 
deputat  M.Cəfərov  qırğızların  münbit  torpaqlarının  ruslara 
verilməsindən  narazı  olduqlarını  IV  Dumanın  deputatlarının 
nəzərinə çatdırmaq səlahiyyətlərini öz üzərinə götürmüşdü.  
I-IV Dövlət dumalarında Müsəlman fraksiyası proqram 
tələblərinin  həyata  keçirilməsinə  nail  olmaq  üçün  Duma 
iclasları  və  komissiyalarının  işində  fəal  iştirak  edirdi.  Türk 
deputatları  tələblərinin  qanunvericilik  yolu  ilə  həyata  keçiril-
məsinə  çalışsalar  da  istəklərinə  nail  ola  bilmirdilər.  Ümumiy-
yətlə,  I-IV  Dövlət  dumalarında  türk  deputatlarının  əldə  et-
dikləri nəticələr çox cüzi idi. Buna çar Rusiyasının milli-müs-
təmləkəçilik siyasəti imkan vermirdi.  
  
3.Türk xalqları yaşayan bölgələrdə Stolıpin aqrar 
islahatının həyata keçirilməsi 
 
  Birinci  rus  inqilabının  qarşısında  duran  əsas  məsələ-
lərdən  biri  də  aqrar  məsələnin  həll  olunması  problemi  idi.  n-
qilabın  yatırılmasından  sonra  çarizm  bu  problemi  islahatlar 
yolu ilə həll etməyə, yəni hakimiyyəti və torpaqları mülkədar-
ların əlində saxlayaraq aqrar böhranın səbəblərini  aradan qal-
dırmağa  çalışırdı.  I  Rusiya  inqilabının  məğlubiyyətlə  nəti-
cələnsə də inqilabi hərəkatların geniş vüsət alması onu göstərdi 
ki, kəndlərdə, milli ucqarlarda hökumətin sosial dayağı yoxdur.  
 
1905-1907-ci  illər  inqilabı  Rusiyada  aqrar  məsələsini 
onun  burjua  inkişafının  milli  xüsusiyyəti  olduğunu  tamamilə 
təsdiq  edərək,  bunu  başlıca  məsələ  kimi  bütün  kəskinliyi  ilə 
irəli sürdü.  slahatdan sonrakı bütün inkişaf sübut etdi ki, həm 
mülkədar, həm də kəndli təsərrüfatı, feodalizmin saysız-hesab-
sız qalıqları ilə buxovlansa da, kapitalizm yolu ilə inkişaf edir. 
1905-1907-ci  illər  inqilabı  dövründə  kəndli  hərəkatından  qor-
xuya düşmüş hökumət kəndlilərin torpaq uğrunda mübarizəsini 
dayandıra  bilən  tədbirlər  görmək  qərarına  gəldilər.  1905-ci  il 
noyabrın  3-də  çar  hökuməti  mülkədarlardan  torpağı  satın  alıb 


 
96
kəndlilərə  satan  Kəndli  torpaq  bankının  fəaliyyətini  genişlən-
dirmək  haqqında  fərman  verdi.  Torpaq  məsələsi  ilə  əlaqədar 
daha  geniş  tədbirlər  işləyib  hazırlamaq  məqsədi    ilə  hökumət 
1906-cı  il  yanvarın  6-da  kəndlilərin  pay  torpaqlarına  malik 
olmaq hüququna aid qanunların ilkin qaydada işlənib hazırlan-
ması  üçün  “xüsusi  müşavirə”  adlanan  bir  müşavirə  çağırdı. 
Müşavirə  zadəganlara  məxsus  torpaq  fondunun  toxunulmaz-
lığını saxlamaq barədə mülkədarların və onların siyasi partiyası 
olan  “Birləşmiş  zadəganlar  şurası”nın  xüsusi  sifarişini  yerinə 
yetirdi. Müşavirə mülkədar torpaqlarının onlardan hətta qismən 
alınmasına dair bütün təklifləri rədd etdi və 1906-cı il yanvarın 
25-də  kəndlilərin  öz  icma  torpaqlarından  istifadə  etməsində 
dəyişiklik  haqqında  yekdilliklə  qərar  çıxardı.  Bu  qərarda  de-
yilirdi ki, icma torpağını yenidən dövraşırı bölüşdürməmiş cə-
miyyətdə onun üzvü olan hər bir kəndlinin özünə məxsus icma 
torpaq  payını  xüsusi  mülkiyyətə  çevirməyi  tələb  etməyə  ix-
tiyarı vardı.     
 
Bir  müddətdən  sonra  həmin  qərar  hökumət  tərəfindən 
bəyənildi və o,  Stolıpinin aqrar siyasətinin təməlini qoydu. Bu 
tədbirdə kəndli icma torpaq sahibliyini ləğv etmək və kəndliləri 
öz  pay  torpaqlarının  xüsusi  sahiblərinə  çevirmək  nəzərdə  tu-
tulurdu.  1906-cı  il  martın  4-də  çar  hökuməti  yer  quruluşu  ad-
lanan  komissiyalar  yaratmaq  qərarına  gəldi.  Bu  komissiyalar 
kəndli  torpaq  sahibliyinin  ehtiyaclarını  aydınlaşdırmaqla  məş-
ğ
ul  olmalı,  Kəndli  bankının  əməliyyatlarında  ona  kömək  et-
məli, kəndlilərin bir yerdən başqa  yerə köçürülməsini asanlaş-
dırmalı, dövlət torpaqlarını icarəyə götürməkdə kəndlilərə yar-
dım  göstərməli  idi.  Komissiyalar  pay  torpaqlarından  istifadə 
edilməsinin  ən  yaxşı  üsuluna  və  kənd  icmalarının  daha  xırda 
təsərrüfat vahidlərinə bölünməsinə dair təkliflər verə bilərdilər.     
Komissiyalar  quberniyalarda  və  qəzalarda  yaradılırdı. 
Komissiyalara  quberniyalarda  qubernatorlar,  qəzalarda  isə  za-
dəganların  seçilmiş  nümayəndələri  başçılıq  edirdilər.  Bu  ko-
missiyaların  üzvlərinin  əksəriyyəti  hökumət  orqanları  tərə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə