112
olmaqla çar hakimiyyətinin bütün aparatını saxladı. Çar müs-
təmləkəçilərinin bütün vəzifələrdən qovulmasını, hakimiyyətin
fəhlə və əsgər deputatları Sovetlərinə verilməsini tələb edən
kütlələrin təzyiqi altında martın 31-də Daşkənd fəhlə və əsgər
deputatları Sovetinin, Müsəlman deputatları Sovetinin və
kəndli deputatları Sovetinin birləşmiş iclasında Kuropatkinin
köməkçiləri ilə birlikdə işdən götürülüb həbs edilməsi haqqın-
da qərar qəbul edildi. Həmin iclasda eyni zamanda yeni qoşun
komandanı və hərbi dairə qərargahı rəisi seçildi. Lakin vila-
yətdə mülki işlərin idarə olunması Daşkənd icraiyyə komi-
təsinin üç komissarına tapşırıldı ki, burada da çar məmurları
üstün yer tuturdular.
Kuropatkin vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Mü-
vəqqəti hökumət, Şepkin başda olmaqla Türküstan komitəsi
yaratdı. Hərbi qubernatorlar və qəza rəisləri əvəzinə çar mə-
murlarından, eserlərdən, menşeviklərdən və burjua millətçilə-
rindən vilayət və qəza komissarları təyin edildi. Türküstan ko-
mitəsi Yeddisunun cənub qəzalarında yerli əhalinin 2,5 milyon
desyatin torpağının zorla alınması haqqında hələ Kuropatkin
tərəfindən hazırlanmış planı təsdiq etdi. Kazak qoşunlarının
çox böyük torpaq malikanələrinə toxunulmadı. Türküstan
komitəsi Müvəqqəti hökumətin regionda siyasətini həyata ke-
çirən orqana çevrildi. Türküstan komitəsi Orta Asiya xalq-
larının sosial-iqtisadi, milli, siyasi və başqa problemlərini həll
etmədi.
1917-ci ilin martında özbək burjuaziyasının yaratdığı
müsəlman komitələri “Şurayi-islam” təşkilatında birləşdilər.
Bu təşkilata milli burjuaziyanın, feodalların və müsəlman
ruhanilərinin nümayəndələri daxil idi. 1917-ci il aprelin 16-dan
23-ə qədər “Şurayi-islam” təşkilatının birinci qurultayı keçirildi.
Qurultay Türküstan müsəlmanlarının Diyar Sovetini seçdi.
Qurultayda təhsil, vəqf torpaqları, müsəlmanların mərkəzləş-
dirilmiş dini idarəsinin yaradılması və başqa məsələlər mü-
zakirə edilmişdir. Burada həm də Türküstan müsəlmanlarının
113
ə
razi muxtariyyəti ideyasını nəzərdə tutan qərar qəbul
olunmuşdu.
Fevral inqilabı Buxara əmirliyi və Xivə xanlığına da öz
təsirini göstərmişdi. Burada da rus fəhlələri fəhlə və əsgər de-
putatları Sovetləri yaratmışdılar. Buxara əmirliyində idarə işlə-
rinin yenidən qurulması uğrunda mübarizə gedirdi. Bu işlərin
həyata keçirilməsi ilə Müvəqqəti hökumətin buradakı nüma-
yəndəsi Miller məşğul idi. May ayında Buxarada “Şurayi-
islam”ın yerli bölməsi təsis edildi. Miller Buxaranın idarəçili-
yindən uzaqlaşdırıldı və koalisiyon hökumət təşkil olundu.
Xivədə də Sovetlərlə yanaşı Müvəqqəti komitə də yaradılmışdı.
darəçiliyi həyata keçirmək üçün həmin komitənin göstərişi
nəticəsində Məclis yaradıldı. Müvəqqəti komitə şəhərin təsər-
rüfat, iqtisadiyyat və mədəni həyatını idarə etməyi öz əlinə
almışdı. Beləliklə, bütün bölgədə ikihakimiyyətlik yaradılmışdı.
Fevral inqilabından sonra qazax-qırğız milli hərəkatı
Milli Şura yaratmışdı. Milli Şura qazax-qırğız milli muxtariy-
yətinin yaradılmasını qəbul etdi. 1917-ci ilin dekabrında
Bukeyxanovun başçılığı altında Alaş-Orda Muxtar qazax höku-
məti təşkil edilmişdi. 1917-ci il oktyabr çevrilişindən sonra ha-
kimiyyətə gələn bolşeviklər bərabərlik və xalqların öz mü-
qəddəratını təyinetmə prinsipini irəli sürsə də işdə imperiyanın
keçmiş müstəmləkələrindən olan xalqlara öz talelərini özlərinin
həll etmələrinə imkan verilmədi. 1920-ci ilin martında Alaş-
Orda dövləti süqut etdi.
Fevral inqilabından sonra Rusiyanın hər yerində olduğu
kimi Volqaboyunu da inqilab dalğası bürümüşdü. Martın 2-də
Kazanda və quberniyalarda fəhlə deputatları Sovetləri yaradıldı.
Martın 10-da əsgər deputatları Sovetləri təşkil olundu. Martın 14-
də bunlar Kazan fəhlə və əsgər deputatları Sovetində birləşdilər.
Eyni zamanda 1917-ci ilin martın 5-də yerli burjuaziya Quberniya
ictimai təhlükəsizlik komitəsi yaratdı. 1917-ci ilin martında Baş-
qırdıstanda da ikihakimiyyətlik yaradılmışdı. Bunlar quberniya
ictimai və təhlükəsizlik komitələri, fəhlə və əsgər deputatları
114
Sovetlərindən ibarət olmuşdu. Çuvaşiyada da belə qurumlar yara-
dılmışdı.
Müvəqqəti hökumət də rus dilini dövlət dili kimi tanıyır
və onun milli ucqarlarda tətbiqini genişləndirirdi. Məhz buna
görə də hökumət yerli burjua təbəqələri ilə də toqquşmalı
olurdu. IV Dövlət dumasında fəaliyyət göstərən Müsəlman
fraksiyasının liderləri “Rusiya müsəlmanlarının mərkəzi büro-
su”nu yaratdılar. “Mərkəzi büro” müsəlman xalqlarının milli,
hüquqi, sosial-iqtisadi çətinliklərinin aradan qaldırılması
haqqında tələblər irəli sürmüşdü. 1917-ci il aprelin 23-24-də
Kazan quberniyası müsəlmanlarının birinci qurultayı çağırıldı.
Qurultayda Volqaboyu türklərinin burjua nümayəndələri, bəy,
qolçomaq və ruhani rəhbərlərinin daxil olduqları quberniya
müsəlmanlarının “Milli Şura”sı yaradıldı. Volqaboyu türklə-
rinin milli burjuaziyası bütün müsəlman-türk xalqlarının birliyi
ideyasını təbliğ edirdi. Onlar Rusiyada mövcud hakimiyyəti
saxlamaqla müsəlman xalqlarına mədəni-milli muxtariyyət
verilməsini tələb edirdilər. 1917-ci il mayın 1-dən 17-nə kimi
Moskvada keçirilən Ümumrusiya müsəlmanlarının birinci
qurultayında milli-məhəlli muxtariyyət, maarif və mədəniyyət,
müəssislər məclisi, torpaq və s. məsələlər müzakirə edildi.
Tatarların nümayəndəsi Ə.Salikova görə, milli azlıqlara yalnız
mədəni muxtariyyət verilməli idi. M.Ə.Rəsulzadənin irəli
sürdüyü milli-məhəlli muxtariyyət təklifi səs çoxluğu ilə qəbul
edildi. Qurultayın qərarlarında ibtidai təhsilin icbari və pulsuz,
təhsilin ana dilində olması, bu prinsipin orta və ali məktəblərdə
də gözlənilməsi, rus dilinin xarici dil kimi tədris edilməsi gös-
tərilirdi. Türk-müsəlman xalqlarının müvafiq problemlərini həll
etmək üçün qurultayın qərarı ilə Milli Şura yaradıldı. 1917-ci il
iyulun 26-dan avqustun 2-nə kimi Kazanda keçirilən Ümum-
rusiya Müsəlmanlarının ikinci qurultayı Mərkəzi Rusiya və
Sibir müsəlmanlarının mədəni-milli muxtariyyətini elan etdi.
Dostları ilə paylaş: |