136
dövlətinin reaksiyasına gətirib çıxarsa da, lakin Sovet dövləti
Türkiyəyə hərbi müdaxilə etmədi. “Trumen doktrinası”nın
qəbul edilməsindən sonra Türkiyə ümumiyyətlə Qara dəniz
boğazlarının rejimi məsələsinin müzakirəsindən danışmadı.
1947-ci ilin iyununda qəbul olunmuş “Marşal planı”na əsasən
Türkiyə ilə ABŞ arasında 1948-ci il iyulun 4-də bağlanan mü-
qavilə ilə ABŞ kapitalının ölkəyə axını daha geniş miqyas aldı.
Bu addım ölkə iqtisadiyyatının liberallaşmasına və azad bazar
iqtisadiyyatının inkişafına təkan verdi.
3. Türkiyə Cümhuriyyəti 50-80-ci illərdə
Müharibədən sonra bütün dünyada olduğu kimi Türki-
yədə də demokratik hərəkat genişləndi. 1946-cı ildə Demok-
ratik Partiya yarandı. DP dövlət kapitalizminin əleyhinə olub,
şə
xsi sahibkarlığa geniş imkan yaratmaq tərəfdarı idi. 1950-ci
il seçkilərində DP qələbə qazandı. Cəlal Bayar prezident, Ad-
nan Menderes isə baş nazir oldu.
DP hakimiyyəti ilk vaxtdan bütün gücünü iqtisadi inkişafa
yönəltdi. DP-nin iqtisadi siyasəti Türkiyə Cümhuriyyətinin
yaranmasından bəri dövlətin tətbiq etdiyi özəl fəaliyyəti inkişaf
etdirmək strategiyasının davamı idi. DP hakimiyyəti istər aqrar,
istərsə də sənaye sahələrində böyük layihələrin maliyyələşdiril-
məsində həm özəl kapitalın, həm də xarici kapitalın fəaliy-
yətinə əlverişli şərait yaratmaq kursu götürmüşdü. Xarici kapi-
talın ölkəyə axınını təmin etmək məqsədilə 1950-1954-cü
illərdə bəzi qərarlar və qanunlar qəbul edilmişdi. Hələ 1950-ci
ilin avqustunda Türkiyə Sənaye nkişaf Bankı təsis edildi. 50-ci
illərdən başlayaraq sənaye sahəsində yeni müəsissələrin inşası,
eləcədə köhnə müəsissələrin yenidən qurulması və genişlən-
dirilməsinə başlanıldı. Bu layihələrdə xarici kapitalın iştirakına
ə
lverişli imkanlar yaradıldı. 1954-cü ilin yanvarında qəbul
edilən qanun isə xarici kapitalın fəaliyyəti ilə bağlı olan
məhdudiyyətləri aradan qaldırdı. Xarici və daxili kapitalın gücü
137
ilə bir sıra sənaye müəssisələri, o cümlədən dövlət müəssisələri
işə salındı. Bu müəssisələrin işə salınması Türkiyənin tekstil,
şə
kər, kağız, şüşə və bu kimi ilkin zəruri mallarla özünü təmin
etməsinə imkan verdi. Ölkə iqtisadiyyatında sənaye istehsalının
ümumi həcmi xeyli artdı. Aqrar sahənin də ölkə sənayesinin
ehtiyaclarını ödəmək zəminində qurulması kənddə kapitalist
münasibətlərinin genişlənməsinə səbəb oldu. DP hakimiyyə-
tinin iqtisadi sahədə həyata keçirdiyi kurs Türkiyənin inkişa-
fına şərait yaratdı, ölkə bir sıra sənaye və kənd təsərrüfatı məh-
sulları ilə nəinki özünü təmin etmək, həm də onları xarici
bazara çıxarmaq imkanına sahib oldu.
Demokratik Partiyanın hakimiyyəti illərində Türkiyənin
xarici siyasətinə gəldikdə bu siyasət həmin dövrdə iki güc
mərkəzinin region dövlətlərinə olan münasibətləri zəminində
formalaşırdı. kinci dünya müharibəsindən sonra təklənmiş
Türkiyə tədricən Qərb blokunun etibarlı üzvünə çevirilirdi.
Türkiyənin xarici siyasətinin Qərbə istiqamətlənməsində Sovet
dövlətinin Türkiyəyə qarşı ərazi iddiaları və təhdidləri az rol
oynamamışdır. Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO)
yarandığı vaxtdan Türkiyə bu təşkilata maraq göstərirdi. Lakin
NATO üzvü olan ölkələr Türkiyənin bu təşkilata üzvlüyünə bir
müddət mane oldular. Belə ki, NATO-ya üzv olan ölkələr
Türkiyənin bu quruma daxil olmasının SSR -nin etirazına sə-
bəb olacağından ehtiyat edirdilər. Lakin Türkiyə öz təhlükəsiz-
liyinin təminatını ABŞ-la birlikdə, onun başçılıq etdiyi ittifaqda
görürdü və NATO-ya girməkdə israr edirdi. ngiltərə 1951-ci
ildə Türkiyənin Orta Şərq təhlükəsizlik sisteminə qatılacağı
təqdirdə onun NATO-ya üzvlüyünü dəstəkləyəcəyini bildirdi.
1951-ci ilin sentyabrında Ottavada toplanan NATO Nazirlər
Ş
urası Türkiyə və Yunanıstanın təşkilata qoşulmasına razılıq
verdi. Türkiyə 1952-ci ildə NATO-ya daxil oldu. ABŞ SSR ilə
Türkiyə arasında münasibətlərin yaxınlaşmasında maraqlı
deyildi. 50-ci illərdə Sovet-Türkiyə münasibətləri gərginliyi ilə
fərqlənirdi. 1953-cü ildə SSR bildirdi ki, Montre konvensiya-
138
sının qüvvədə qalmasına etiraz etmir və Türkiyəyə qarşı heç bir
ə
razi iddiası yoxdur. Ona görə də iki ölkə arasında gərginlik
müəyyən qədər zəiflədi.
1955-ci ildə raq, ran, ngiltərə, Pakistan ilə birlikdə Tür-
kiyə Bağdad paktını imzaladı. Lakin 1958-ci ildə raqda inqilab
baş verməsi nəticəsində raq hökuməti 1959-cu il martın 24-də
raqın Bağdad paktından çıxmasını rəsmi şəkildə elan etdi.
1959-cu il iyulun 25-də bu blokun qalan üzvləri blokun Mərkəz
Müqavilə Təşkilatı (SENTO) adlandırılması qərarına gəldilər.
Təşkilatın rəhbər orqanları Bağdaddan Ankaraya köçürüldü.
1952-1954-cü illər arasında Yunanıstanın Kiprə yiyələn-
mək məqsədi ilə ngiltərəyə etdiyi müraciətlərə rədd cavabı
verildi. ngiltərə bildirdi ki, adanın status-kvosu dəyişdiril-
məyəcəkdir. 1954-cü ilin avqustunda Yunanıstan Kipr məsələsi
ilə bağlı BMT-yə müraciət etdi. Bundan sonra Türkiyə dövləti
də öz rəsmi mövqeyini açıqladı. Türkiyə adanın ngiltərənin
nəzarəti altında qalmasını istədi. Türkiyə həmin tarixdən Kipr
məsələsi ilə xarici siyasətinin ən əsas məsələlərindən biri kimi
məşğul olmağa başlamışdır. 1958-ci ildə Kiprdə yunanların
törətdikləri zorakılıqlar yenidən gərginlik yaratdı. ngiltərə
məsələni yoluna qoymaq üçün Yunanıstan və Türkiyə ilə
birlikdə müzakirələrə başladı. 1959-cu ildə Sürix və Londonda
imzalanan sazişlərə əsasən Kiprdə müstəqil respublika yaradıl-
masına qərar verildi. ngitərə 1960-cı ildə Kiprə müstəqillik
verərkən “enozis”i əsassız tələb kimi rədd etdi.
Türkiyə NATO-ya daxil olduqdan sonra ABŞ ilə hərbi
xarakterli bir sıra ikitərəfli müqavilə və sazişlər imzalamışdır.
1954-cü ildə bağlanan sazişə görə Türkiyədə ABŞ hərbi-hava
bazası yaradılmasına icazə verilmişdi. Türkiyədə ABŞ təsirinin
güclənməsi ölkədə müəyyən dairələrin narazılığına səbəb oldu.
qtisadi vəziyyətin pisləşməsi də Bayar-Menderes hökumətinin
vəziyyətini pisləşdirdi. Quru qoşunlarının komandanı general
Camal Gürsel etiraz əlaməti olaraq istefa verdi və sonra hərbi
çevriliş etdi. Çevriliş nəticəsində 1960-cı ildə Camal Gürsel
Dostları ilə paylaş: |