142
bətlər istər NATO çərçivəsində, istərsə də ikitərəfli qaydada
inkişaf etməkdə idi. 29 noyabr 1982-ci ildə iki dövlət arasında
“Qarşılıqlı anlaşma haqqında memorandum”un imzalanması
Türkiyə-ABŞ yaxınlaşmasının yeni bir göstəricisi oldu. Sovet
dövləti ilə münasibətlər sovet qoşunlarının Əfqanıstanı işğal
etməsi, eləcə də bu dövlətin Türkiyədəki bəzi separatçı qüvvə-
ləri dəstəkləməsi, hətta təşkilatlandırması və silahlandırması
səbəbindən xeyli sərinləşsə də Ulusu hökuməti qonşu döv-
lətlərlə münasibətlərdə olan gərginliklərin aradan qaldırılma-
sına cəhd göstərdi.
ABŞ-ın rəsmi dairələri Türkiyədəki bu dövlət çevrilişini
razılıqla qarşıladılar, ona tərəfdar olub kömək edəcəklərini bil-
dirdilər. NATO da bu işə müsbət münasibətdə olduğunu bil-
dirdi. Lakin bəzi Avropa dövlətləri hərbi diktatura yaradılması
ilə əlaqədar Türkiyə demokratiyasının taleyi üçün narahat
olduqlarını bildirdilər.
MTŞ-nin qərarı ilə ictimai təşkilatların fəaliyyətinin qa-
dağan olunması barədəki göstəriş müəyyən qədər götürüldü və
beləliklə də ictimaiyyətin nüfuzlu dairələrinin konstitusiya layi-
həsinin hazırlanmasında iştirak etmələri üçün şərait yaradılmış
oldu. Yeni konstitusiya ətrafında Türkiyə mətbuatında geniş
diskussiya başlandı. 1982-ci il konstitusiyasının hazırlanma-
sında siyasi partiyalar iştirak etmədilər. 1982-ci il konstitu-
siyası 1924 və 1961-ci il konstitusiyaları ilə müqayisədə güclü
dövlət və nüfuzlu hakimiyyət olması məsələsinə daha çox
ə
həmiyyət verirdi.
1983-cü ilin aprelində qəbul olunmuş siyasi partiyalar haq-
qında qanun MTŞ-nin fəaliyyətinə qarşı partiyaların çıxış
etmələrini qadağan edirdi. Partiyalara həmçinin dindən siyasi
məqsədlər üçün istifadə etmək qadağan edilirdi. Həmin qanuna
ə
sasən partiyalar xarici təşkilatlardan hər hansı bir kömək ala
bilməzdilər. Partiyaların bütün işi və onların təbliğat fəaliyyəti
ancaq türk dilində olmalı idi. MTŞ partiyaların siyasi fəaliy-
143
yətinin qadağan olunması barədəki qanunun da 1983-cü il
aprelin 24-də ləğv olunması barədə qərar qəbul etdi.
Partiyaların yenidən fəaliyyətə başlamalarına icazə veril-
məsi Türkiyənin siyasi həyatında çox mühüm hadisə idi və o,
ölkədə çox böyük siyasi fəallığa səbəb oldu. Yeni yaranmış
partiyalar içərisində hərbçilərin ümid bəslədiyi partiya MDP
idi. Hərbçilər öz siyasi arzularının bu partiya tərəfindən real-
laşacağına inanırdılar. Bu partiyanın yaradıcısı istefada olan
general Turqut Sunalp idi. 1983-cü il mayın 20-də Ana Vətən
Partiyası fəaliyyətə başladı. Bu partiyanın başçısı Turqut Özal
oldu. Parlament seçkiləri ərəfəsində 10-dan çox siyasi partiya
fəaliyyətə başladı. 1983-cü il noyabrın 6-da keçirilmiş par-
lament seçkilərində Ana Vətən Partiyası səslərin 45 faizdən ço-
xunu topladı. Turqut Özalın başçılığı ilə hökumət təşkil olundu.
Tədqiqatçıların yekdil fikrinə görə həmin vaxtdan Türkiyə
həyatının müxtəlif sahələrində yeni bir inkişaf mərhələsi baş-
ladı ki, tarixi ədəbiyyatda bu liberal dəyişikliklər dövrü kimi
xarakterizə olunur. stər siyasi həyatda, istərsə də iqtisadi
həyatda liberal dəyərlərə üstünlük verilməsi Ana Vətən Par-
tiyasının dönməz fəaliyyət kursu oldu. 80-ci illərdə daxili si-
yasi həyatın demokratikləşdirilməsi, növbəti parlament seçki-
lərinin demokratik təməllər əsasında keçirilməsi, mülki haki-
miyyətin daha da gücləndirilməsi sahəsində görülən tədbirlər
Özal hakimiyyətinin başlıca uğurları sayılır. Məhz bu səbəblərə
görə Turqut Özal az bir zamanda istər ölkə daxilində, istərsə də
ölkə xaricində öz sözü və nüfuzu olan bir baş nazir kimi
tanındı.
Ölkə hərbi üsul idarədən uzaqlaşdıqca 1982-ci il konstitu-
siyasına yenidən baxılmasına zəruriyyət yaranırdı. 1986-cı ilin
aprelində Turqut Özalın təklifi ilə keçmiş siyasi liderlərin üzə-
rindəki qadağalar götürüldü. Siyasi qadağaların ləğvi imkan
verdi ki, hərbi çevrilişdən əvvəl partiya başçıları olan siyasi
liderlər açıq mübarizəyə qoşulsunlar. Yaranmış şəraitlə bağlı
olaraq Ana Vətən Partiyası parlamentə vaxtından əvvəl seçkilər
144
keçirilməsinə qərar verdi. TBMM və ölkə prezidenti bu təklifi
dəstəklədilər. Seçkilər 1987-ci ilin noyabrına təyin olundu.
AVP seçki qabağı təbliğat mərhələsini yüksək səviyyədə
həyata keçirdi. Təbliğat gedişində daim diqqət mərkəzində
duran məsələ iqtisadiyyatda qazanılmış nailiyyətlər idi. Bu
partiya eyni zamanda təbliğ edirdi ki, onların hakimiyyəti döv-
ründə ölkədə demokratik qanun-qayda və təhlükəsizlik şəraiti
yaradılmışdır. Bu seçkilərdə AVP xüsusi kapitala geniş yer
verməyi, əhalinin sosial problemlərini həll etməyi, bir sözlə
Türkiyəni qabaqcıl və müasir dövlətə çevirməyi vəd edirdi.
1987-ci ilin parlament seçkilərində 7 siyasi partiya iştirak et-
sədə, parlamentdə 3 siyasi partiya təmsil olundu. AVP bu seç-
kilərdə 65 faizə yaxın səs toplayaraq tək başına hökuməti təşkil
etdi. 1989-cu ilin payızında prezident K.Evrenin prezidentlik
müddəti başa çatdığından Turqut Özal oktyabrda öz nami-
zədliyini irəli sürdü. TBMM-də Özal tərəfdarlarının çoxluq təş-
kil etməsi onun ölkə prezidenti seçkilərində qalib gəlməsinə sə-
bəb oldu. Turqut Özal bir prezident kimi fəaliyyətində öz sələf-
lərindən fərqli yol tutmuşdu. Turqut Özal istər baş nazir, istərsə
də prezident kimi öz fəaliyyətilə Türkiyə həyatının bütün
sahələrinə bir yenilik gətirmişdir.
Dostları ilə paylaş: |