139
prezident oldu. smət nönü koalisyon hökumət təşkil etdi.
Sürətli yüksəlişi təmin etmək və yaxın gələcəkdə qabaqcıl
ölkələrə çatmaq koalisyon hökumətin qarşısında duran başlıca
vəzifə oldu. Onun həyata keçirilməsi üçün iqtisadiyyatın istər
dövlət bölməsinə, istərsə də özəl bölməsinə kapital qoyuluşunu
artırmaq, maliyyə qaynaqları kimi daxili və xarici investorların
imkanlarından istifadə etmək nəzərdə tutulurdu.
Ə
dalət partiyası CXP-nın daxili siyasətini tənqid edir, bu
siyasətin bir qrup adamların diktaturasını yaratmağa xidmət
etdiyini söyləyirdi. Əsas tələblərdən biri devrilmiş hakimiyyə-
tin həbs olunmuş üzvlərinin əfv edilməsi idi. ƏP Kipr məsə-
ləsində də CXP hökumətinin passiv mövqeyini pisləyirdi. CXP
hökumətinin öz fəaliyyətini davam etdirməsi mümkünsüz idi
və hökumət 13 fevral 1965-ci ildə istefaya getdi. Müxalifət
partiyaları bir araya gəldilər və koalisyon hökumət yaradılması
şə
rtlərini razılaşdırdılar. 20 fevralda Ürküplünün başçılığı
altında koalisyon hökumət təşkil olundu. S.Ürküplü hökuməti
dövründə mühüm hadisə 1965-ci il parlament seçkiləri oldu. 10
oktyabrda keçirilən bu seçkilərdə ƏP deputat yerlərinin çoxunu
qazandı və S. Dəmirəl başda olmaqla hökuməti təşkil etdi.
Türkiyə və SSR iki ölkə arasında əlaqələrin inkişafına qar-
ş
ılıqlı maraq göstərirdilər. Bu isə iki ölkənin iqtisadi və elmi-
texniki əməkdaşlığına şərait yaradırdı. 1964-1965-ci illərdə
xarici işlər nazirlərinin qarşılıqlı səfərləri həyata keçirildi.
1965-ci ilin avqustunda Türkiyənin baş naziri Moskvaya gəldi.
1967-ci ildə iki ölkə arasında imzalanmış sazişə əsasən SSR
Türkiyədə yeddi iri sənaye müəsissəsinin tikilməsinə kömək
etməli idi. Tərksilah, müstəmləkələrin ləğvi və Yaxın Şərq
böhranı kimi məsələlərdə SSR ilə Türkiyənin mövqelərində
oxşar cəhtlər var idi. 1972-ci ilin aprelində SSR ilə Türkiyə
arasında münasibətlərin prinsipləri haqqında bəyannamə imza-
landı. SSR -nin köməyi ilə Türkiyədə tikilən müəssisələr
içərisində 1977-ci ildə istifadəyə verilən sgəndərun metallur-
giya kombinatı böyük əhəmiyyətə malik idi. 1978-ci ilin
140
yayında Türkiyənin baş naziri B.Ecevit SSR -ə rəsmi səfərə
gəldi. 1984-cü ilin sonunda SSR hökumətinin sədri N.Tixo-
novun Türkiyəyə səfəri zamanı 1986-1989-cu illərdə iqtisadi
və elmi-texniki əməkdaşlıq proqramı imzalandı.
1960-cı ildə Kipr istiqlaliyyət aldıqdan sonra yunanlar
türkləri sıxıdırmağa başladılar. Kiprli türklər özlərini müdafiə
etmək üçün təxminən 12 min nəfərlik hərbi birləşmə təşkil
etməyə məcbur oldular. Buna cavab olaraq Kipr hökuməti
hərbi mükəlləfiyyət tətbiq etdi. Yunanıstanın təzyiqi ilə yeni
orduya millətçi Qrivas komandan təyin edildi. Əslində bu ordu
Yunanıstan ordusunun bir hissəsi kimi fəaliyyət göstərirdi.
Gizli olaraq adaya yunan ordusunun bir diviziyası da gətiril-
mişdi. Qrivas 1967-ci ildə “enozis”i zorla həyata keçirmək
üçün türklərə qarşı hücum əmri verdi. Lakin say üstünlüyünə
baxmayaraq yunanlar türklərin müqavimətini qıra bilmədilər,
münaqişə uzandı. Yunanıstan ilə Türkiyə arasında müharibə
təhlükəsi yarandı. Beynəlxalq ictimaiyyətin təzyiqi altında
1968-ci ildə Yunanıstan gizli olaraq Kiprə göndərdiyi diviziya-
sını geri çağırmağa məcbur oldu, general Qrivas vəzifəsindən
azad olundu və Kiprdən çıxarıldı.
70-ci illərin əvvəllərində Kiprdə birləşmə tərəfdarları
yenidən fəallaşdılar. 1971-ci ildə gizli olaraq Kiprə qayıdan
Qrivas terrorçu təşkilatı yaratdı. Məqsədi Kiprə Yunanıstanın
müdaxiləsi üçün şərait yaratmaqdan ötrü adada vəziyyəti gər-
ginləşdirmək idi. Qrivas tərəfdarları Milli qvardiyada üstünlük
təşkil edirdilər. Milli qvardiya 1974-cü ilin iyulunda adanın
cənubunda türklərə qarşı qırğınlar törətdi. Türkiyənin diplo-
matik səyləri heç bir nəticə vermədi. Türkiyə Kipri xarici mü-
daxilədən müdafiə etmək üçün 1974-cü il iyulun 20-də öz qo-
ş
unlarını adaya çıxardı. 1974-cü ilin oktyabrında Kipr problemi
BMT Təhlükəsizlik Şurasında müzakirə olundu. Qəbul olun-
muş qətnamədə Kiprin ərazi bütövlüyünə, müstəqilliyinə və
bloklara qoşulmamaq siyasətinə hörmət, bütün xarici qoşunla-
rın çıxarılması, mübahisəli məsələlərinin yunan və türk icma-
141
ları arasında danışıqlıqlar yolu ilə həll edilməsi nəzərdə tutu-
lurdu. 1975-ci ilin yanvarında BMT baş katibinin vasitəçiliyi
ilə icmalararası danışıqlar başlandı. 1975-ci ilin fevralında türk
icmasının rəhbərləri Kiprin türk qoşunları tərəfindən tutulmuş
hissəsində Kipr türk dövləti yarandığını elan etdilər. 1976-cı
ildə R.Denktaş həmin dövlətin prezidenti seçildi. 1983-cü il
noyabırın 14-də bu dövlət Şimali Kipr Türk Cümhuriyyəti
adlandırıldı. BMT Təhlükəsizlik Şurası türk icmasının qərarını
hüquqi qüvvəsi olmayan qərar adlandırdı.
70-ci illərdə beynəlxalq enerji böhranı nəticəsində neft və
neft məhsullarının çox sürətlə artması Türkiyə iqtisadiyya-
tından da yan keçmədi. Türkiyədə iqtisadi çətinliklər qarşısında
qaldı. Həm də aydın oldu ki, ölkədə yaradılmış iqtisadi istehsal
infrastrukturunun daxili imkanlara əsaslanmaq zəminində fəa-
liyyəti mümkün deyildir. Ona görə ki, Türkiyə enerji ehti-
yatlarının çox böyük hissəsini neft idxalı hesabına ödəyirdi və
özünün daxili enerji mənbələri kifayət qədər az idi. Birdən-birə
neft və neft məhsullarının qiymətinin artması ölkə iqtisadiy-
yatını böhran həddinə gətirib çıxartdı. Yaranmış şəraitdə
Türkiyə öz iqtisadi inkişaf kursuna korrektələr etməyə başladı
və bununla da sonrakı illərdə ölkənin inkişaf strategiyasının
ilkin təməlləri qoyuldu.
12 sentyabr 1980-ci ildə Türkiyədə hərbi çevriliş oldu.
Kenan Evrenin başçılıq etdiyi Milli Təhlukəsizlik Şurasının
hakimiyyəti öz üzərinə götürməsi Türkiyənin tarixində yeni bir
mərhələnin başlanğıcı oldu. Hərbi çevriliş nəticəsində siyasi
partiyalar və digər ictimai təşkilatlar ləğv edilmiş, ölkənin yeni
konstitusiyası və bir sıra yeni qanunlar qəbul olunmuş, Türkiyə
cəmiyyətinin siyasi quruluşunda ciddi dəyişikliklər baş ver-
mişdir.
Hərbi rəhbərlik Türkiyənin bağladığı bütün müqavilə və
sazişlərə, o cümlədən NATO-ya sədaqətli qaldığını, eyni za-
manda başda qonşu dövlətlər olmaqla bütün ölkələrlə hərtərəfli
ə
məkdaşlığı inkişaf etdirəcəyini bildirirdi. ABŞ ilə münasi-
Dostları ilə paylaş: |