69
çatdırmışdı. Üç gündən sonra Mallet Türkiyənin irəli sürdüyü
təkliflərə ətraflı cavab verdi. ndiki vaxtda ngiltərə öz müt-
təfiqlərinin razılığı ilə bəzi maliyyə kapitulyasiyalarının ləğv
edilməsinə razı ola bilər Türkiyənin adalarla bağlı Yunanıs-
tanla olan mübahisənin müəyyən vaxta qədər təxirə salınması
lazım bilindi. Misir məsələsi müharibədən sonra həll edilərsə
daha yaxşı olar. Mallet həm də bildirdi ki, rusların Türkiyə
üzərinə hücum etmək məqsədi yoxdur, həm də ngiltərə və
Fransa Türkiyənin ərazi bütövlüyünə təminat verən memoran-
dum imzalamışlar.
Kapitulyasiyaların Osmanlı dövləti tərəfindən ləğv edil-
məsi ərəfəsində ingilis səfiri Mallet ngiltərə və Fransanın adın-
dan Türkiyəni inandırmağa çalışmışdı ki, Rusiyanın Türkiyəyə
qarşı təcavüzkar niyyəti yoxdur, əgər Türkiyə ordusu təcili
tərxis olunarsa, “Heben” və “Breslau” gəmiləri tərksilah edi-
lərsə, alman təlimatçıları ölkədən kənarlaşdırılarsa, onda müttə-
fiqlər Türkiyənin toxunulmazlığına təminat verər, adalar məsə-
ləsini Türkiyənin xeyrinə həll edər, iqtisadi kapitulyasiyalar
məsələsində güzəştə gedərlər. Malletin irəli sürdüyü şərtlər
Türkiyə hökuməti tərəfindən Antanta dövlətlərinin zəiflik
ə
laməti kimi qəbul edildi. ngiltərə Türkiyənin bitərəf qalması
üçün çox səy göstərirdi. Sentyabrın 27-də ingilis səfiri bildir-
mişdi ki, əgər Türkiyə bitərəfliyini qoruyub saxlayarsa ngiltərə
hökuməti müharibənin başlanğıcında müsadirə etdiyi hərbi
gəmiləri geri qaytara bilər. Lakin müharibəyə qoşulmaqla daha
çox fayda əldə edəcəyini düşünən və getdikcə daha çox Al-
maniyanın təsiri altına düşən Türkiyə hökuməti ngiltərənin bu
müraciətini cavabsız qoydu.
1914-cü ilin iyulun sonunda alman hərbi gəmilərinin
Aralıq dənizindən keçib Osmanlıya gəlməsi ölkənin hakim
dairələrindəki almanpərəst qrupun mövqeyini xeyli möhkəm-
ləndirmişdi. Türkiyənin ordu və donanması tamamilə Almani-
yanın nəzarəti altında idi. Osmanlı oktyabra qədər müharibəyə
hazırlaşdı. Oktyabrın 16-17-də alman-türk donanması Odessa,
70
Sevastopol, Feodosiya və Novorossiyski atəşə tutdular.
Oktyabrın 20-də Rusiya Osmanlıya müharibə elan etdi, ertəsi
gün isə ingilislər Dardaneli bombardman etdilər. Asiyada bir
neçə yeni cəbhə əmələ gəldi ki, bunlardan başlıcası Qafqaz
cəbhəsi idi. Qafqaz cəbhəsində aparılan ən mühüm döyüşlərdən
biri Sarıqamış döyüşü olmuşdur. Ənvər paşanın rəhbərlik etdiyi
bu döyüşün məqsədi 1878-ci ildə ruslara verilmiş Qars, Ər-
dahan və Batumu geri almaq idi. Almanlar bunun yerinə
Osmanlı qüvvələrinin Qalitsiyaya çıxarılıb Avstriya cəbhəsində
vuruşmasını məsləhət vermişdilər. Amma Ənvər paşa qəbul
etməmişdi. Bunun da səbəbi o idi ki, türklər bilirdilər ki ruslar
tez-gec Qafqaz və randakı mövqelərindən faydalanaraq Şərqi
Anadolunu işğal etməyə çalışacaqlar. Ənvər Paşa bütün
qüvvələri ilə birlikdə döyüşə girdi. Dekabrda üçüncü türk or-
dusu hücuma başlayıb, rus ordusunun arxasına keçdi. Lakin Sa-
rıqamışın müdafiəsi və Türkiyə qoşun qruplarını cinahlardan
dövrəyə alan rus qoşunlarının hərbi əməliyyatı dekabrın
axırlarında Türkiyənin bir korpusunun mühasirəyə salınması və
digərinin darmadağın edilməsi ilə nəticələndi. Türk ordusu ağır
qış şəraitində aparılan bu döyüşdə böyük itkilər verərək geri
çəkilməyə məcbur oldu. 1916-cı ilin yazında rus qoşunları
bütün Qafqaz cəbhəsi boyunca hücuma keçdi. Müharibənin
çətin şəraitdə, dağlarda aparılmasına baxmayaraq, rus qoşunları
1916-cı ilin fevralında Ərzurumu, apreldə isə Trabzonu tut-
dular və bununla ruslar bütün Şərqi Anadolunu işğal etmiş
oldular. Bu tarixdən etibarən türk qoşunlarının zəif qüvvələrlə
təşkil olunan hücumları nəticəsiz qaldı. Ərzincan barışığının
imzalanmasından sonra rus ordusu işğal etdiyi bölgələrdən
çəkilməyə başladı.
Hələ Birinci dünya müharibəsi ərəfəsində Rusiya isti-
fadə etmək üçün “erməni məsələsi”ni yenidən irəli sürmüşdü.
Ermənilərin “Daşnakstyun” partiyası “öz milli müqəddaratını
təyin etmək” şüarı ilə pərdələnərək Antanta dövlətlərinin, ilk
növbədə Rusiyanın əlaltısına çevrilmişdi. Bütün ermənilərin
71
katolikosu 1912-ci ilin payızında II Nikolaya müraciət edərək
Osmanlıda yaşayan erməniləri “müdafiə etməyi xahiş etmişdi”.
Rusiya hökuməti Osmanlıda yaşayan ermənilərdən gələcəkdə
bir vasitə kimi istifadə etmək üçün onları müdafiə edəcəyinə
söz vermişdi.
Osmanlının 1914-cü ildə ngiltərə, Fransa və Rusiyaya
qarşı müharibəyə girməsi, erməni komitələrində böyük bir
fürsət olaraq dəyərləndirilmişdi. Könüllü alaylar toplayaraq rus
ordusuna qatılan ermənilər, rus işğalçı orduları ilə birlikdə
Şə
rqi Anadolu torpaqlarına soxulmuşlar. Həm də Anadolunun
müxtəlif bölgələrində erməni əhalisi yeni qiyamlar qaldırmış,
Osmanlı dövlətinə xəyanət etmiş və dinc əhali böyük bir
soyqırıma məruz qalmışdı. Bu soyqırımda təkcə türklər deyil,
Trabzon ətrafında yaşayan rumlar və kürdlər də ermənilər
tərəfindən qətlə yetirilmişdir. Osmanlı dövləti ermənilərin
xəyanətinə cavab tədbirləri görməyə məcbur oldu. Çünki ermə-
nilər ruslarla ittifaqda idilər və onlar dinc əhaliyə qanlı divan
tuturdular. Erməni başkəsənləri heç kəsə aman vermirdilər: qo-
caları, uşaqları, hamilə qadınları, körpələri misli görünməmiş
vəhşiliklərlə qətlə yetirirdilər.
Bunlara cavab olaraq Osmanlı hökuməti erməniləri
hərbi xidmətə cəlb etməməyə, erməni komitə mərkəzlərini ləğv
etməyə, onların başçılarını həbs etməyə başladı. Osmanlı hö-
kuməti qiyamçı erməniləri həm də Suriya və Livana köçürmək
haqqında qərar verdi. O zaman bu ərazilər Osmanlı impe-
riyasına daxil idi. Köçürülmə və həbslər 1915-ci il aprelin 24-
də başladığına görə ermənilər bu günü qondarma erməni soy-
qırımı kimi qeyd edirlər və bunun digər ölkələr tərəfindən
tanınmasına çalışsalar da məkrli məqsədlərinə nail ola bilmə-
mişdilər.
1915-ci ildə Qafqaz cəbhəsində böyük hərbi əməliyyat
olmadı. Türk ordularının diqqəti müttəfiqlərin Dardanelə çıxar-
dığı desanta qarşı mübarizəyə cəlb olunmuşdu. ngilis
donanması 18 mart 1915-ci ildə Çanaqqala (Dardanel) boğazını
Dostları ilə paylaş: |