66
qaldı. Eniz-Midiya xəttindən Qərbə Avropa Türkiyəsinin bütün
ə
razisi qalib ölkələrə keçdi. Yüz minlərlə türk bütün var-
yoxlarını qoyaraq stanbula və Anadoluya qayıtdılar. Londan
konfransının qərarları ilə Türkiyə çox böyük itkilərlə üzləşdi.
Osmanlı dövlətinin ağır məğlubiyyətlə Balkanlardan
geri çəkilməsi siyasi baxımdan çox böyük bir boşluq yaratmış,
Balkan torpaqlarının bölüşdürülməsi ilə əlaqədar bir-biri ilə dil
tapa bilməyən müttəfiqlər arasında mübahisələr başlamışdı.
1913-cü il iyunun 1-də Solonikdə Serbiya ilə Yunanıstan
arasında Bol-qarıstana qarşı hərbi ittifaq bağlandı. Rusiya Bal-
kan ittifaqının dağılmasının qarşısını ala bilmədi. Avstriya-
Macarıstan tərəfindən qızışdırılan Bolqarıstan 1913-cü il
iyunun 30-da Serbiya və Yunanıstana qarşı hərbi əməliyyatlara
başladı. Beləliklə, ikinci Balkan müharibəsi başladı. Osmanlı
dövləti Bolqarıstanın işğal etdiyi türk torpaqlarına doğru
hərəkət edərək Ədirnəni geri aldı. Rumıniya qoşunları Dunayı
keçərək, demək olar müqavimətə rast gəlmədən Dobrucanı
tutub Sofiyaya doğru hərəkət etdilər. Bolqarıstan tezliklə məğ-
lub oldu. 1913-cü il avqustun 10-da Buxarestdə sülh müqa-
viləsi imzalandı. Buxarest sülhünün şərtləri ümumiyyətlə, bol-
qarlar üçün əlverişli deyildi. Bolqarıstan birinci Balkan mü-
haribəsi zamanı işğal etdiyi yerlərin çox hissəsini, hətta birinci
Balkan müharibəsinə qədər olan yerlərinin bir hissəsini itirdi.
Belə ki, Dobruca Rumıniyaya, Makedoniyanın böyük hissəsi
Serbiyaya, Ədirnə isə Osmanlı dövlətinə verildi. Yunanıstan
Balkan müharibələri nəticəsində Egey dənizindəki bütün ada-
ları, Cənubi Makedoniyanı, Soloniki aldı. Balkan müharibələri
Osmanlı imperiyasının bu regionda mövqelərini zəiflətdi.
67
4.Osmanlı imperiyası Birinci Dünya
müharibəsi illərində
Balkan müharibələri beynəlxalq vəziyyətin daha da
kəskinləşməsinə səbəb oldu. Bu müharibələr Balkan yarımada-
sında Türkiyənin ağalığına son qoymaqla yanaşı, Balkan döv-
lətləri arasında ziddiyyətləri kəskinləşdirdi. Balkan dövlət-
lərinin arxasında böyük dövlətlər dururdular və bir-biriləri ilə
Yaxın Şərqdə nüfuz uğrunda mübarizə aparırdılar. Balkan
dövlətlərini öz təsirləri altına salmaq uğrunda mövcud qrup-
laşmalar arasında güclü mübarizə gedirdi.
1913-cü ilin dekabrında general Liman fon Sanders
başda olmaqla Türkiyəyə yeni alman hərbi nümayəndəliyi
gəldi. Bu nümayəndəliyə Balkan müharibələri dövründə dağı-
dılmış türk ordusunu yenidən təşkil etmək tapşırılmışdı. Nüma-
yəndəliyin başçısı stanbulda yerləşən birinci türk korpusunun
komandanı təyin edilirdi. Paytaxtda olan türk qoşunlarının
alman generalına tabe edilməsi, əslində Almaniyanı boğazların
ağasına çevirirdi. Buna görə də general Limanın nümayəndəliyi
təbii olaraq Rusiyanın hakim dairələrində güclü həyəcana
səbəb oldu. Müttəfiqlər maliyyə boykotu, Bosforda dəniz qüv-
vələrinin nümayiş etdirilməsi və ya Türkiyənin bəzi limanla-
rının tutulması yolu ilə Türkiyəyə qarşı müxtəlif təzyiq təd-
birləri haqqında Rusiya hökumətinin təklifini də rədd etdilər.
Müttəfiqlərdən yardım ala bilməyən çar hökuməti belə bir
formal güzəştlə kifayətlənməli oldu ki, general Liman korpus
komandanı əvəzinə türk ordusunun baş müfəttişi vəzifəsinin
tutsun. Aydındır ki, general Limanın yeni vəzifəsi Türkiyənin
hərbi işlərinə onun həlledici təsirini zəiflətmirdi. Çünki alman
generalı stanbul korpusuna daxil olan Skutar diviziyasının
rəisi olaraq qalırdı.
Müharibənin ilk günlərindən hər iki tərəf Türkiyəni öz
tərəfinə çəkməyə cəhd edirdi. Gənc türklər hökuməti Almani-
yaya meyl edirdi. Lakin Türkiyənin Antanta dövlətlərindən
68
maliyyə-iqtisadi asılılığı çox böyük idi. 1914-cü il avqustun 2-
də alman-türk ittifaq müqaviləsi imzalandı. Müqaviləyə görə,
ə
gər Rusiya Avstriya-Macarıstan münaqişəsinə qarışarsa,
Almaniya Avstriya-Macarıstan tərəfindən müharibəyə qoşu-
larsa, Türkiyə də Rusiyaya müharibə elan etməlidir. Türkiyə
ordusunu bütünlüklə Almaniyanın ixtiyarına verirdi. Bununla
yanaşı, ittifaq müqaviləsi imzalanandan bir gün sonra Türkiyə
özünün bitərəfliyini elan etdi. Bu onunla izah edilirdi ki,
Türkiyə hələ müharibəyə hazır deyil.
Osmanlı dövlətinin 1914-cü ilin ortalarındakı xarici
siyasətinin qeyri-müəyyənliyi hökumət daxilindəki fikir ay-
rılığı idi. Belə ki, Ənvər paşa başda olmaqla bir qrup Almaniya
ilə ittifaq tərəfdarı oduğu halda, maliyyə naziri Cavid bəy
başda olmaqla digər bir qrup isə Antanta dövlətləri ilə ittifaq
tərəfdarı idi. 1914-cü ilin avqustun 18-də Rusiya ilə ngiltərə
birlikdə irəli sürdükləri təklifdə Türkiyənin bitərəf qalması
müqabilində Osmanlı dövlətinin müstəqilliyinə və ərazi bütöv-
lüyünə təminat verdiklərini və hər hansı bir təcavüzə qarşı
çıxacaqlarını bildirdilər. Rusiya və ngiltərənin müştərək tək-
lifinə qarşı Türkiyə aşağıdakı təklifləri irəli sürdü:
1.Kapitulyasiyaların tam ləğv edilməsi;
2.Müharibənin başlanğıcında
ngiltərə hökumətinin
müsadirə etdiyi iki zirehli gəminin geri verilməsi;
3. Qərbi Frakiyanın Osmanlı dövlətinə geri verilməsi;
4. Yunanıstan tərəfindən işğal edilmiş adaların Tür-
kiyəyə qaytarılması;
5. Misir məsələsinin həll edilməsi;
6. Rusiyanın Türkiyənin daxili işlərinə qarışmamasına
təminat verilməsi;
7. Rusiyanın Türkiyə üzərinə hücum edəcəyi təqdirdə n-
giltərə və Fransanın həqiqətən Osmanlı dövlətini müdafiə edə-
cəklərinə vəd verməsi.
Camal paşa bu təklifləri stanbuldakı ingilis səfiri
Malletə təqdim etmiş, o da öz növbəsində bu təklifləri Londona
Dostları ilə paylaş: |