Бизнесин тяшкили вя идаря едилмяси
97
verir. Qarşıya qoyulmuş məqsəddən asılı olaraq investorlar xaricdə müxtəlif
profilli qız şirkətləri yarada bilərlər:
a) vasitəçi və agent müəssisələri, o cümlədən:
−
reklam, informasiya və nümayəndəlik fəaliyyətinə ixtisaslaşan
agent şirkətləri. Belə şirkətlər işgüzar əlaqələrin inkişafına və marketinq xid-
mətinin keyfiyyətinin yüksəlməsinə kömək edir, ana şirkətin “imicini”
artırır;
−
ticarət-vasitəçi, ixrac-idxal müəssisələri. Belə müəssisələr xarici
ticarət fəaliyyətinin effektivliyini yüksəldir və adətən ixrac-idxal əməliyyat-
larında gəlirin olduqca böyük hissəsini udan topdansatış vasitəçilərinin
xidmətlərindən imtina etməyə imkan verir.
b) stehsal profilli müəssisələr:
−
Xaricdə istehsal-satış tsiklinin bir hissəsini həyata keçirən yığma,
təmir, servis və başqa istehsal müəssisələri. Xarici komplektləşdiricilərdən
istifadə edərək yığma müəssisələri ixrac olunan malın xarici bazarın tələb-
lərinə adaptasiyasına, xarici istehsal və texnoloji standartlarına keçməyə
imkan verir;
−
Digər ölkələrdə obyekt inşasını həyata keçirən xarici partnyorların
iştirakı ilə innovasiya layihələrini müştərək reallaşdıran müəssisələr;
−
Xaricdə elmi-tədqiqat və təcrübi konstruktor işləri aparan şirkətlər;
−
Ticarət müəssisələri: xarici diler və distribüter şəbəkələri, alıcı
ş
irkətlər;
−
Xarici ticarət fəaliyyətinə xidmət edən nəqliyyat-ekspeditor müəs-
sisələri;
c) nvestisiya və maliyyə profilli müəssisələr:
−
Səhmlərə və müxtəlif qiymətli kağızlara, xarici ölkə banklarına,
digər qız şirkətlərinə, daşınmaz əmlaka və başqa aktivlərə vəsait qoymaq
yolu ilə kapitalı effektiv idarə etməyə imkan verən holdinq şirkətləri;
−
Ana şirkətin xarici qız şirkətlərinə, həmçinin azad müştərilərə
kredit verməkdə, kredit vasitəçiliyində və başqa maliyyə xidmətlərində ixti-
saslaşan maliyyə şirkətləri. Vasitəçi maliyyə və holdinq şirkətləri vasitəsilə
xaricdə kredit resurslarının və nizamnamə kapitallarının, həmçinin onlardan
gələn gəlirlərin beynəlxalq köçürmələri həyata keçirilir;
−
Şirkətdaxili sığortadan qənaət əldə etməyə imkan verən sığorta
ş
irkətləri;
−
Trast şirkətləri və fondları. Trast şirkətləri müştərilərin kapitalını
idarə etmək üzrə mərkəz rolunu oynayırlar.
Xarici qız şirkətləri şirkətin maliyyə siyasətinə çeviklik verir (belə ki,
ticarət konyukturundan asılı olaraq gəlir mal dövriyyəsinin genişləndiril-
məsinə istiqamətləndirilə bilər və ya investisiyaya qoyula bilər), dünya
bazarlarında geniş sahibkar ekspansiyası üçün imkan yaradır, ana şirkətin
Бизнесин тяшкили вя идаря едилмяси
98
xarici iqtisadi əməliyyatlarını yüngülləşdirir. Bir qayda olaraq xarici şir-
kətlər qapalı tip səhmdar cəmiyyəti şəklində yaradılır.
Xaricdə investisiya qoymağa başlayan sahibkarların ilk addımı vergi
güzəşti olan zonalarda, yəni o ölkələrdə ki, xarici investorlar əlverişli hüquqi
və vergi güzəştləri alırlar, qız şirkətləri yaratmaqdan ibarətdir.
Vergi güzəştləri ənənəvi olaraq, xarici investorların gəlirləri praktiki
olaraq vergilərdən tamamilə azad olunduğu “vergi limanlarında” və ya ofşor
zonalarda verilir. Qız şirkətləri “vergi limanlarında” ana şirkətin xarici
iqtisadi fəaliyyətini əhəmiyyətli dərəcədə artırmağı bacarırlar. Bununla əla-
qədar ən müxtəlif funksiyaları yerinə yetirən bir neçə qız müəssisəsini y-
aratmaq zərurəti yarana bilər.
Təyinatından asılı olaraq güzəştli vergi yurisdiksiyasında yerləşdiril-
miş və ana şirkətin fəaliyyəti ilə bağlı əməliyyatları yerinə yetirən ofşor
ş
irkətlərinin standart tipləri yaranmışdır:
−
Holdinq tipli şirkətlər: investisiya, daşınmaz əmlaka və əqli mül-
kiyyət obyektlərinə sahiblik üzrə operativ-holdinq şirkətləri;
−
Ticarət-vasitəçi şirkətlər: ixrac-idxal, alıcı və distribüter şirkətləri;
−
Maliyyə profilli şirkətlər: ofşor bankları, maliyyə-vasitəçi və sı-
ğ
orta şirkətləri.
Bəzən vergi güzəştli zonalarda ana şirkətin əsas fəaliyyəti ilə məşğul
olan kiçik şirkətlər yerləşdiririlir.
Qız şirkətlərini açarkən ixtisaslaşmış müəssisələrin xidmətlərindən
istifadə etmək məqsədəuyğundur. Müştərilərin tapşırığı ilə şirkətin qeydiy-
yatını və idarə edilməsi işini sərəncamında zəruri informasiyaları və tex-
nologiyaları bilən ixtisaslı kadrlar olan maliyyə, yaxud katiblik şirkətləri
həyata keçirirlər.
Dünya praktikasında bütün ölkələr vergiqoyma və kommersiya fəa-
liyyətinə, qız şirkətlərinin yaradılmasına çəkilən xərclərin həcminə görə üç
böyük qrupa bölünürlər. Birinci qrupa daxil olan sənayecə inkişaf etmiş ən
iri ölkələrdə (ABŞ, Almaniya, Yaponiya, Böyük Britaniya, Fransa, taliya)
gəlir vergisi xalis gəlirin 40-50 faizini təşkil edir. Təsərrüfat subyektlərinin
fəaliyyəti ciddi şəkildə nizamlanır, şirkətdaxili əməliyyatları və vergidən ya-
yınmaq məqsədilə xarici şirkətlərdən istifadəni məhdudlaşdıran xüsusi hü-
quqi normalar mövcuddur. Bu ölkələrin qanunlarında səhmdar cəmiyyətləri
üçün minimum nizamnamə kapitalı böyük həcmdə müəyyən edilir. Məsələn,
Almaniyada - 100 min marka, Fransada - 500 min frank. kinci və üçüncü
qruplara daxil olan ölkələr vergi güzəştli zona kimi nəzərdən keçirilir. kinci
qrup ölkələrdə gəlir vergisi kifayət qədər yüksək səviyyədə olduqda aşa-
ğ
ıdakı hallarda xüsusi vergi güzəştləri sistemi tətbiq olunur:
a) Şirkətin müəyyən tip fəaliyyəti, o cümlədən holdinq, maliyyə və
ticarət fəaliyyəti;