Dünya iqtisadiyyatının tarixi
477
§ 17.3.2. Nə
zə
ri problemlə
r
Bəri başdan qeyd edək ki, qlobal iqtisadi inkişafın yeni (yaxud,
yeniləşdirilməsi istənilən) paradiqmasının konseptual məzmunu
vahidlikdən uzaqdır. O mənada ki, paradiqmal konstruksiya hər hansı bir
konkret konseptual model üzərində qurula bilməz. Hal-hazırda istinad
edilən baza konsepsiyası – neoliberalizm təndiqçilərin kütləvi hücumuna
məruz qalmışdır (Q.Mürdal, R.Prebiş, S.Furtado, F.Perru, Q.Zinger və
s.). Onların əksəriyyəti sübut edirlər ki, bazarın (xarici kəsimə
münasibətdə) “özbaşına” buraxılması qlobal sistemdə dominant olan güc
mərkəzinin öz liderliyini qorumağa xidmət edir. Həqiqətən də, neoliberal
dəyərlərin hüdudsuzluğu assimmetrik asılılıq yaradır və yekun olaraq
qütbləşmə doğurmaqla inkişafı deformasiyaya uğradır.Bu, heç də ona
dəlalət etmir ki, asılılıq şəraitində inkişaf mümkünsüzdür. Sadəcə olaraq,
mahiyyət etibarilə sistemli keyfiyyət daşıyan inkişaf “anklav” xarakteri
alır. Və, nəticədə meydana çıxan “müasir yaxud modernləşmiş adalar”
birmənalı olaraq qlobal səviyyədə hegemon mövqe tutan ölkənin
mənafeyinə xidmət edir.
Digər tərəfdən, A.Smit dövrünün “iqtisadi insanı” hal-haırda
“rasional düşüncəli informasiyalı eqoistə” çevrilmişdir. Neoliberalizmin
ortalığa
qoyduğu
bu
yekunla
“rifah
dövlətinin”
bərpası
mümükünüsüzdür, yaxud bu bərpanın “irticaçı” sosializm libasına
bürünmə kimi səciyyələndirildiyi halda “sosial dövlət”ə keçidin
konseptual məzmunu metodoloji nöqteyi-nəzərdən qaranlıq qalır.
Amma, istisnalar da olmamış deyildir. Məsələn, Skandinaviya
ölkələri nə bazar islahatlarını, nə də sosial xərclərin mexaniki artımını öz-
özlüyündə məqsəd kimi götürməmiş, təhsil və elm sferasında effektiv
islahatları prioritet mövqeyə çıxarmışlar. Nəticədə, ortodoksal
neoliberalizmə alternativ olan postindustrial inkişaf modeli qurulmuşdur.
Ümumiyyətlə, aparılan araşdırmalar neoliberalizmin artıq qəbul
edilmədiyini, bazar fundamentalizmin problemlər doğuran yaranış
olduğunu təsbit etməkdədir.
Bir sözlə, neoliberal bazarda aparılan modernləşmənin axırı
yoxdur!
Digər konseptual yanaşma – neokonservatizm mövcud qaydaların
təkmilləşdirilməsi üzərində qurulmaqla, islahatların yalnız zərurət
yarananda aparılmasını məqsədəuyğun hesab edir. Başqa sözlə, fasiləsiz
olaraq yeniləşmənin zəruriliyi inkar edilir. Bu konsepsiya əsasən Cənub-
Şərqi Asiya ölkələrində geniş yayılmışdır.Məhz elə həmin regionda baş
Dünya iqtisadiyyatının tarixi
478
verən 1997-1998-ci il böhranı neokonservatizmin hec də “təhlükəsiz”
olmadığını üzə çıxardı.
Nəhayət, dövlətin mütləq prioritetliyinə istinad edən etatizm
konsepsiyasına qayıdışın da yalnış olacağını tarixi inkişaf təcrübəsindən
əxz etmək mümkünüdür.
Göründüyü kimi, inkişafın paradiqmal konstruksiyası konseptual
sintezin formalaşmasını qaçılmazlıq keyfiyyətində ortalığa qoyur.
Mövcud konsepsiyalardan heç birinin “xalis” şəkildə tətbiqi mümkün
deyildir.
Bir sıra elmi istiqamətlərdə qlobal inkişaf paradiqmasının
neoliberal modeli ilə dirijizm arasında hansısa bir tənasüblük
formalaşdırılmağa cəhd göstərilir.
Bu aspektdən vətəndaş cəmiyyətinin önəmli rol oynamaq
iqtidarında olduğu xüsusi vurğu ilə ifadə olunur. “... Başar → dövlət
dixotomiyası ifrat sadələşmədir. Bazarın çərçivəsindən kənara çıxmaq
zərurəti var... azad bazar ideologları qeyri-dövlət formaları, kooperativ
fəaliyyəti layiq olduğu səviyyədə qiymətləndirmirlər”
210
deyən Stiqlist
dövlət → bazar dixotomiyasında vətəndaş cəmiyyətinin müstəsna rol
oynadığını qabaratmağa cəhd etmişdir. Digər tədqiqatçılar isə bir az da
uzağa gedərək, qeyd edirlər ki, vətəndaş cəmiyyəti müasir qloballaşma
şəraitində dövlətlə sıx əməkdaşlıq etməklə nə neoliberalizm, nə də
dirijizmlə bağlı olmayan inkişafın “üçüncü yolunu” müəyyənləşdirmək
iqtidarında olan gücdür.
211
Əsaslandırmanın təxmini məntiqi bundan
çıxış edir ki, oliqopoliya şəraitində hökmran mövqedə olan TMK-ın
bürokratik aparatla (idarəetmə) qovuşması və dövlət siyasətini öz
nəzarəti altına alması təhlükəsi kifayət qədər realdır. Bu təhlükəni yalnız
güclü vətəndaş cəmiyyəti aradan qaldıra bilər. Sırf formal məntiqin
prizmasından çıxış etsək, onda belə alınır ki, dövlətin vətəndaş cəmiyyəti
ilə sıx əməkdaşlığı sinergetik effekt doğurmaqla ictimai sistemi daha
yüksək səviyyəyə qaldıra və qloballaşmanın ortalığa çıxardığı
problemlərə adekvat reaksiya sərgiləyə bilər.
Fikrimizcə, yeni qlobal inkişaf paradiqmasının neoliberalizm və
etatizmin müəyyən prinsipləri, eləcə də sosial-institusionalizm və
dirijizmin milli mənafelərin təminatı müstəvisində kəsişməsindən doğan
sinkretik bütövlüyünə əsaslanması məqsədəuyğun olardı.
210
Стиглиц Д. Ревущие девяностые. М., 2005.- С. 359
211
A.Giddens A Third Way and its Critics/L-2000.