Dünya iqtisadiyyatının tarixi
479
Sadə şəkildə ifadə etsək, bu o deməkdir ki, seçilən konseptual
prinsiplər milli mənafelərin tam və dolğun şəkildə ödənilməsinin
təminatına xidmət etməlidir.
§ 17.3.3. Yeni paradiqma: keçid situasiyasının konseptual sərhədləri
Dünya
iqtisadiyyatı
qlobal
sistem
olmaq
etibarilə
parçalanmaqdadır. Prosesə “dur” deyə biləcək gücün yoxluğu bütün
çılpaqlığı ilə ortalıqdadır. Əslində, böhranlı prosesi dayandıra biləcək
hansısa subyektin yoxluğu başa düşüləndir və bu, heç mümkün də
deyildir. Mövcud qlobal iqtisadi sistemin söykəndiyi baza prinsiplərinin
kardinal dəyişikliyinə getməkdən özgə bir çıxış yolu qalmır.
Ümumplanetar səviyyədə iqtisadi inkişafın dayanıqlılığı və normal
templərlə gedişinin təminatına nail olmaq probleminin həlli, keçilməsi
labüd olan yeni inkişaf paradiqmasının konseptual sərhədlərinin düzgün
müəyyənləşdirilməsindən birbaşa asılılıqdadır:
1.
Yeni paradiqmaya keçiddə dövlətin yeri və rolu adekvat
formada nəzərə alınmalıdır. Transformasiyaya məruz qalan
yalnız dövlətin funksiyaları (iqtisadiyyatla bağlı) ola bilər.
Dövlət – müqəddəsdir. Dövlət müstəqilliyi heç bir halda
məhdudlaşdırıla bilməz.
2.
Paradiqmanın təməl prinsiplərinin qlobal səviyyədə milli
mənafelərin tarazlığı üzərindən formalaşdırılması; Yəni əsas
prioritetlər kimi ön planda tutulan mənfəət və hökmranlıq
hədəflərinin daha humanist məzmun kəsb edən prinsiplərlə
əvəzlənməsi.Ümumbəşəri rifahın yüksəlməsini əsas götürməklə
real məzmunlu əməkdaşlıq və sosial ədalət prinsiplərinin yeni
inkişaf paradiqmasının prioritetləri kimi təsbiti.
3.
Milli → regional → qlobal mənafelərin optimal
mütənasibliyinin gözlənilməsi. “Qonşunu soymaq” siyasətindən
əl götürülməsi
4.
Prioritet dəyişkənliyi bazasında fərdlərarası münasibətlərdən
tutmuş dövlətlərarası münasibətlərə qədər açıq-aydın şəkildə
müşahidə edilən sosial identiklik böhranının aradan
qaldırılması.
5.
Qlobal səviyyədə, eləcə də ayrı-ayrı regional güc mərkəzlərində
geniş təkrar istehsal prosesinin tamlığı və bütövlüyünü
qorumaq, bu mənada “nəyinsə” əlahiddələşməsinə, “özündə
şeyə” çevrilməsinə yol verməmək.
Dünya iqtisadiyyatının tarixi
480
6.
Neoliberal maksimalizmdən uzaqlaşma: Maksimum mənfəət,
maksimum fayda , tam hökmranlıq istəyinin heçliyə apardığının
və müəyyən tarixi dönəmlərdə özünün əksinə çevrildiyinin
gerçək xarakter daşıdığını qəbul etmək; Plüralist rasionalizmin
inkarının arzuedilməz nəticələrlə sonuclandığının təsbiti.
7.
Dövlət→ bazar dixotomiyasının effektiv həlli prizmasından
vətəndaş cəmiyyətinin rolu və təsirinin gücləndirilməsi.
8.
Bazara → həzmedə biləcəyi qədər sərbəstliyin verilməsi;
9.
qtisadi azadlığın sərhədlərinin sosial ədalət və ümumbəşəri
rifahın təhlükəsizlik xətti ilə məhdudlaşdırılması: Ələlxüsus
Trans-Milli Korporasiyaların fəaliyyətinə münasibətdə bu
aspekt müstəsna əhəmiyyət kəsb edir.
10.
Qlobal inkişafın imperiya variantından imtina edilməsi, inkişaf
səviyyəsindən asılı olmayaraq qlobal “oyun qaydalarının”
formalaşmasında əksər milli dövlətlərin bərabər hüquqlu aktor
kimi iştirakını təmin edəcək effektiv fəaliyyət mexanizminin
hazırlanması və tətbiqi;
11.
Dünya sistem nəzəriyyələrinin konseptual tutumunda kardinal
dəyişikliklər etmək; Dünya iqtisadiyyatının tənzimlənməsi
mexanizmini işlək hala gətirmək məqsədi ilə məhz tənzimləmə
sferasında reqional aspekti ön plana çıxarmaq (söhbət iri
reqionlardan, məsələn Avrasiya, Cənub-Şərqi Asiya, Amerika
və.s gedir), inteqrasiya bloklarının qapalılığını aradan
qaldırmaq;
12.
Nəhayət qlobal inkişafın sistemliliyi, kompleksliliyi
dayanıqlılığının təminatı baxımından mədəniyyətlər, dinlər və
ümumiyyətlə, sivilizasiyalar arası dıaloqu inkişaf etdirmək,
sözün həqiqi mənasında qlobal bütövlüyə nail olmaq;
Sübut etməyə ehtiyac yoxdur ki, sadalananların nəzərə alınması və tətbiqi
tamamilə yeni, keyfiyyətcə kifayətqədər yüksək səviyyədə dayana
biləcək dünya nizamını reallığa cevirə bilərdı. Amma, deyilənlərin
reallığa transferi baş tutacaqmı? Sualın cavabına akademik
R.Mehdiyevin məlum məqaləsində rast gəldik: “... Yeni dünya nizamının
qurulması şəraitində biz özümüzü aldatmamalı, başa düşməliyik ki, bəzi
aparıcı ölkələrin hakim elitaları millətlərin müstəqillik hüququ və onun
tarixi-mədəni xüsusiyyətlərinin qorunub saxlanması barədə yalnız
mücərrəd təsəvvürləri rəhbər tuturlar. ... Başa düşmək çətin deyil ki,
Dünya iqtisadiyyatının tarixi
481
onlar yalnız öz xüsusi maraqlarını reallaşdırmaq üçün əlverişli xarici
mühit yaratmağa çalışırlar.”
212
Necə deyərlər, şərhə ehtiyac yoxdur.
212
R.Mehdiyev. Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik
və innovasiyalılıq // Azərbaycan.- 2008.-30 dekabr.