Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə175/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   171   172   173   174   175   176   177   178   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



474

                                                            

gerçəkliyin  səviyyə  müxtəlifliyi  mövcuddur.  Onu  yalnız  empirik 

səviyyədə  təzahür  edən  və  əsasən  nəticə  keyfiyyətində  çıxış  edən 

təmayüllərə 

əsaslanmaqla 

düzgün 

dərketmə 



ifrat 

dərəcədə 

problematikdir.  Belə  ki,  gerçəklik  əslində  4  səviyyənin  dialektik 

bütövlüyündən “qurulan” situasiyon reallıqdır: 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

Şə

kil 17.1. Gerçəkliyin ierarxik səviyyə müxtəlifliyi 



 

Empirik səviyyə - “aysberq”in görünən, konkret kəmiyyətlərlə ifadə 

oluna  və  hesablana  bilən  informasiya  məcmusudur.  Ondan  aşağıda  – 

aktual  səviyyədə  -  hadisə  və  proseslərin  özü,  daha  dərin  qatlarda  isə 

səbəbiyyət  və  onu  doğuran  mexanizmlər,  nəhayət  səbəbiyyəti 

formalaşdıranlar, yəni ilkin başlanğıc gəlir! 



 

 

§ 17.3. Yeni qlobal inkişaf paradiqması 

 

§ 17.3.1. Problemin qoyuluş

 

Anqlo-sakson modelli qloballaşma - əslində, modernizm epoxasının 

yaxud  tsiklinin  başa  çatması,  postmodernizmin  “bütün  cəbhə  boyu” 

hücumu deməkdir. 

Bu  gün  dövriyyədə  olan  neoliberal  paradiqma  5  böyük  (qlobal) 

prosesin ifrat intensivliklə gedişinin təminatçısı rolunda çıxış edir: 

 

Empirik səviyyə 



Aktual səviyyə 

Səbəbiyyət səviyyəsi 

Səbəbiyyət doğuran səviyyə (Başlanğıc) 



Dünya iqtisadiyyatının tarixi 

 

 



475

                                                            

1.

  Fərdiləşmə:  Ümumiliyin,  vahidliyin  əksinə  olan  proses; 



Fərdiyyətçiliyin 

görünməmiş 

sürətdə 

genişlənməsi, 

“dərinləşməsi”; 

2.

  Kütlələşmə: 



Həyat 

tərzinin 

standartlaşdırılması; 

Diferensiyasiya  olunmuş  müxtəlif  məzmunlu  (modelli) 

həyat tərzləri arasında fərqlərin silinməsi; 

3.

  Dünyanın  elmi  interpretasiyasının  dominant  mövqelərə 



çıxması; Metafizik zəkanın inkarı; 

4.

  nstrumental  zəkanın  dominantlığı;  Həyat  tərzlərinin 



rasionallaşdırılması; 

5.

  Universallaşma:  Eyni  təfəkkür  və  dəyərlər  sisteminin 



ümumplanetar  səviyyədə  genişlənməsi,  yaxud  milli 

“kimlik” 

nöqteyi-nəzərindən 

simasızlaşma, 

abstrakt 

sosiumun (qlobal səviyyədə) yaranması; 

Neoliberalizm  bazara  çox  geniş  anlamda  yanaşır  və  onu  bütün 

sosial  nəticələrin  paradiqması  kimi  qəbul  edir.  Həqiqətən  də,  XX  əsr 

ərzində  bazarın  substansional  mahiyyəti  kardinal  hesab  edilə  biləcək 

dəyişikliklərə məruz qalmışdır. 

Məlumdur  ki,  ilkin  olaraq  effektiv  bazar  hipotezi  (A.Kouls, 

L.Başenye  və  s.)  (XX  əsrin  əvvəlləri)  formalaşdırılmışdır  (Pareto 

optimumu əsas kimi götürülərək). 

1953-cü  ildə  Kendall  fond  bazarlarında  işgüzar  aktivliyi  “təsadüfi 

gəzinmələr” kimi xarakterizə edən model təklif etdi. Başqa sözlə, statistik 

substansiya  virtual  tipdə  nəzərdən  keçirilirdi.  Məhz  stoxastik,  “təsadüfi 

gəzinmələrdə”  (XX  əsrin  ortalarında)  bazarın  effektivliyini  görürdülər. 

Məhz  buradan  da  bazarın  qeyri-müəyyənliyi  (gələcək  baxımından)  və 

dövlət müdaxiləsinin olmamasının zəruriliyi irəli sürülürdü. 

1970-ci  illərdə  real  gerçəkliyin  tədqiqi  belə  bir  nəticəni  ortalığa 

qoydu ki, bazarlardaki statistik asılılıq Qaussun normal bölgü qanununa 

uyğun deyil və ənənəvi metodlarla modelləşdirilə bilməz. 

1991-ci  ildə  koqerent  bazar  hipotezi  ortalığa  çıxdı.  (Emergentlik 

prinsipi,  obyektin  sistem  xassələrinin  təzahürü,  tam  və  hissələrin 

antinomiyasının ifadəsi kimi). 

Sonrakı  dövrdə  mürəkkəb  qeyri-xətti  nataraz  proseslərin  təsviri 

üçün  B.Mandelbrotun  fraktallar  nəzəriyyəsindən  istifadə  edilməyə 

başlandı. “Bazar” tipli sistemlərdə “varislik”, “uzun yaddaş”, “mutasiya”, 

“fraktallıq” və s.kimi hadisələrin müşahidə edildiyini (həm faza, həm də 

struktur  səviyyələrində)  əsas  götürməklə  fraktal  bazar  hipotezi  ortalığa 




Dünya iqtisadiyyatının tarixi 

 

 



476

                                                            

qoyuldu. Bu – effektiv bazar hipotezinin inkarı demək idi.  ndi, bazarın 

sinergetik hipotezi yaranıb (Priqojin, Xaken). 

Bazar  “möhtəşəmliyinin”  absolyuta  yüksəldilməsinin  məntiqi 

nəticəsi kimi “iqtisadi insan”ın mütləqliyi ön plana çıxarıldı. Bu mənada, 

qloballaşma  –  “iqtisadi  insanın”  hökmranlığına  keçid  deməkdir  (qlobal 

səviyyədə). 

Unutqanlıq 

çayına 


axıdılanların 

fonunda 


bazar 

“möhtəşəmliyinin”  hüdudsuzluğunun  təsbiti  problemli  situasiyaların 

meydana  çıxmasında  həlledici  rol  oynayırdı.  Belə  ki,  qəbul  edib-

etməməyimizdən  asılı  olmayaraq  bazar  hüdudsuz  deyil,  onun  konkret 

sərhədləri mövcuddur: 

1.

  Milli-mənəvi dəyərlər və ümumiyyətlə cəmiyyət bir sistem 



kimi  nəzərə  alınmır;  Bazar  –  “öz”  dəyərlər  sistemini 

yaradır  və  milli  dəyərlər  sistemini  ictimai  şüurun 

periferiyasına sıxışdırır. 

2.

  Bazar – antidemokratik  qurumdur. “Özbaşına” buraxıldığı 



təqdirdə böyük fəsadlar doğurur. 

3.

  Qeyri-kommersiya  xarakterli  fəaliyyət  sferası  və  fərdi 



keyfiyyətlər bazarın sərhədləri xaricindədir. 

4.

  Ölkələrarası  inkişafın  qeyri-bərabərliyini  nəinki  aradan 



qaldırmır, onun əsas qaynağı kimi çıxış edir. 

5.

  Ekoloji təmizlikdə maraqlı deyildir və s. 



Bir  sözlə,  neoliberal  bazar  hesablana  bilməyən,  rentabellik 

terminləri  ilə  ifadə  olunmayan  hər  şeyi  –  mövcud  olmayan  şey  hesab 

edir. 

Paradiqmal  yeniləşmə  zəruriliyi  dünya  iqtisadiyyatının  inkişaf 



prosesində  qabarıq  şəkildə  təzahür  edir.Gerçəkliyin  ifrat  tezliklə 

dəyişməsi  və  ölkələr  bölümündə  məqsəd  müxtəlifliyinin  dərinləşməsi 

universal  xarakterli  nəzəri  konstruksiyaların  əhəmiyyətsizləşdiyini 

ortalığa qoyur. 

Eyni  zamanda,  formalaşdırılması  qaçılmaz  olan  yeni  elmi 

paradiqma  müasir  dövrün  gerçəkliklərindən  çıxış  etməklə  konkret 

tələblər  çərçivəsində  adekvatlığını  təmin  etməlidir.  Belə  ki,  yeni 

paradiqma ən azı aşağıdakıları nəzərə almaq məcburiyyətindədir: 

1.

 

Konkret situasiyadan çıxış etməli; 



2.

 

Konkret vəzifələri həyata keçirməli; 



3.

 

Ən  “kiçik”  amilin  belə  dəyişmə  variasiyasını  nəzərə 



almalı; 

4.

 



Mürəkkəb və gerçəkliyə adekvat olan davranış modellərini 

qurmağa imkan verməlidir. 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə