Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə174/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   170   171   172   173   174   175   176   177   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



471

                                                            

pozulmasıdır.  Milli  iqtisadi  təhlükəsizlik  nöqteyi-nəzərindən  mühüm 

əhəmiyyət  kəsb  edən  “milli  bütövlük”  konseptinin  inkarı,  zənnimizcə, 

ABŞ-ın  dövlət  siyasətinin  əsas  elementlərindən  biri  olmaqla,  ABŞ-ın 

əgər  belə  demək  caizdirsə,  “qloballaşmasına”,  planetdə  baş  verən  hər 

şeyin ona aidiyyəti olmasına və s. xidmət edir. Başqa sözlə, ABŞ-ın geniş 

təkrar  istehsal  prosesi  tamlıq,  bütövlük  halında  mövcud  deyildir  və  bu 

gün  müşahidə  etdiyimiz  və  “qlobal  bütövləşmə”  adlandırdığımız  proses 

sistemlilik  prizmasından  elmi  abstraksiya  çərçivəsindən  kənara  çıxmır. 

“Qlobal  bütövləşmə”  dediyimiz  şey  yalnız  maliyyə  sferasını  (gerçək 

funksional  mahiyyət  daşıma  nöqteyi-nəzərindən)  əhatə  edir.  Məlumdur 

ki,  digər  sistemyaradan  istiqamət  yaxud  sfera  –  xarici  ticarət  dünya 

səviyyəsində  böhran  yaradan  səbəblər  sırasında  çox  nadir  hallarda  çıxış 

edə  bilər.  Maliyyə  sferasından  inteqrasiya  olunaraq  qlobal 

bütövləşmə  yaradan  dünya  anklav  xarakterli  inteqrasiya  birliyinə 

doğru gedir. Bu – anklav xarakterli bütövlükdür.  

Yəni, dünya ölkələrinin nə iqtisadi sistemləri, iqtisadiyyatları, nə 

də  geniş  təkrar  istehsal  prosesinin  əksər  fazaları  deyil,  yalnız  maliyyə 

sferası birləşmə əzmindədir və birləşir. 

Beləliklə, əslində nə baş verir: 

1.

  Bu gün inkişaf etmiş ölkələr artıq “klassik ölkə” anlamında 



mövcud deyillər. Ölkə  → “ölkə sistem”  yaranışına transfer 

olunmuşdur. 

2.

  Geniş  təkrar  istehsal  prosesinin  milli  tamlığı,  milli 



bütövlüyü  qəti  olaraq  pozulmuş,  prosesin  transmilliləşməsi 

geniş  vüsət  almış,  iqtisadi  təhlükəsizliyin  görünən  və 

görünməyən bütün sərhədlərini aşıb-keçmişdir. 

3.

  Ucuz  kredit  və  maliyyə  “köpüyünə”  əsaslanan 



sərvətyaratma modeli iflasa uğramışdır. 

4.

  Neoliberal  paradiqmanın  struktur  prinsipləri  (maksimum 



mənfəət, maksimum hakimiyyət) yararsız hala gəlmişdir. 

5.

  Dünya  müxtəlif  iqtisadi,  sosial-siyasi  və  mədəni  modellər 



bazasında parçalanma istiqamətinə qədəm qoymuşdur. 

6.

  Postindustrial  iqtisadiyyatın  formalaşması  və  inkişafının 



ilkin  –  mahiyyət  qanunauyğunluqları  milli  dövlətlər 

çərçivəsində  deyil,  qlobal  səviyyədə  təzahür  etməkdədir. 

Ölkələrarası əlaqələr (inkişaf səviyyəsindən asılı olmayaraq) 

artıq 


törəmə 

xarakteri 

kəsb 

etməyə 


başlayır. 

Qanunauyğunluq 

dediyimiz 

şey 


qlobal 

səviyyədə 




Dünya iqtisadiyyatının tarixi 

 

 



472

                                                            

formalaşır,  yaxud  qlobal  qanunauyğunluq  dominant 

səviyyəyə yüksəlir və s. 

Bu sıranı xeyli uzatmaq da olar. Lakin, təfərrüata varmadan da belə 

bir qənaətə gəlmək mümkündür ki, artıq köhnəlmiş iqtisadi, sosial-siyasi 

və  mədəni  ehkamlardan  uzaqlaşmasaq  dünya  öz  tarixinin  növbəti 

“qaranlıq” dövrlərindən birinə qədəm qoyacaqdır. 

 

§17.2.2.   qtisad elmi böhran müstəvisində 

 

Etiraf etmək lazımdır ki, qlobal böhran iqtisad elminə, onun bugünü 

və  sabahına  iflicedici  təsir  göstərdi.  Mövcud  metodoloji  arsenalın 

ümidsiz şəkildə köhnəldiyini, yeni dövrün tələblərinə adekvat olmadığını, 

kardinal dəyişikliklərin zəruriliyini ortalığa qoydu. 

Bu gün iqtisad elminin istinad etdiyi situasion məkan – az və ya çox 

dərəcədə təzahür edən təmayüllər və refleksiyalar “yığımından” ibarətdir. 

Reallıqla  adekvat  ola  biləcək  sistemli  yekun  (Niyə?  Nə  üçün?  və  Sonra 

nə?  suallarının  cavabı  nəzərdə  tutulur)  əldə  etmək  mövcud  nəzəriyyələr 

çərçivəsində mümkünsüzdür. 

Belə ki, bugünə qədər dominant mövqeyini qoruyub saxlaya bilmiş 

effektiv  bazar  nəzəriyyəsinin  və  bütövlükdə  neoliberal  paradiqmanın 

özünün böhranı ilə üz-üzəyik. Beləliklə: 

1.Bu  günkü  iqtisad  elmi  “sabahı”  görmək  qabiliyyətində 

deyildir: 

-  Texnogen  müdaxilənin  hüdudsuzluğu  elmi  aparatı  eroziyaya 

uğradıbdır; 

-  Ümumiləşdirici  sintez  öz  yerini  “təkcə”nin  fasiləsiz 

parçalanmasına veribdir. 

- Artıq iqtisadi anlamda tam və hissələrin dialektikası nonsensə 

çevrilmişdir. Belə ki, iqtisadi tam artıq hissələrdən nə çox , nə 

az, nə də onların cəminə bərabər deyil. O, sadəcə olaraq, başqa 

bir şeydir. 

2.  qtisad  elmi  bütövlükdə  “özündə  şeyə”  çevrilibdir.  Çılpaq 

praqmatizmin  hüdudsuz  tətbiqi,  fəlsəfədən,  ələlxüsus  elm 

fəlsəfəsindən  uzaqlaşma  (zatən,  yaxınlıq  heç  olmamışdır) 

iqtisadiyyatı  istehsal  xatirinə  istehsal  tipli  primitiv  hesabçılıq 

sxemində ortalığa qoyur ki, bu da, son nəticədə (digər təsirlərlə 

yanaşı) iqtisadi artımın sosial əsaslarını dağıdır. 

3.Reallıqla  bağlı  olmayan  “nəzəri  müddəalar”  irəli  sürülür  və 

qəbul  etdirilir.Yanaşmanın  yalnışlığı,  əldə  edilən  nəticələrin 



Dünya iqtisadiyyatının tarixi 

 

 



473

                                                            

gerçəkliyə  adekvat  olmaması  digər  səbəblərlə  yanaşı,  həm  də 

ekstrapolyasiyaya  istinaddan  qaynaqlanır.  Köhnə  biliyin  yeni 

predmet  sahəsinə  yaxud,  gələcəyə  ekstrapolyasiyası  həqiqəti 

aşkarlamağa  imkan  verirmi?  Əsla!  Belə  olan  tərzdə  çat  vermiş 

məlum paradiqmanı proses və hadisələrin geniş sferasına tətbiq 

(yenidən) etməyə ehtiyac varmı?Yaxud, bunun üçün ən azı kafi 

şərt  kimi  qəbul  edilən  məsələ  -  paradiqmanın  tətbiqinin 

ziddiyyətsizlik  sərhədləri  müəyyən  olunubmu?  Göründüyü 

kimi,  əldə  edilən  nəticələrin  həqiqəti  əks  etdirməməsinin  çox 

dərin  kökləri  vardır  və  bunlara  biganə  münasibət  elmi 

tədqiqatların “çıxılmaza” düşməsinin başlıca səbəblərindən biri 

kimi çıxış edir. 

4.Həm  klassik,  neoklassik  və  həm  də  sistemli  paradiqmaların 

(postneoklassik) eyni vaxtda istifadəsi yaxud mövcudluğu  yeni 

yaranan 

xassələr, 

imkanlar 

və 


qarşılıqlı 

əlaqələrin 

rəngarəngliyini  və  mürəkkəbliyini  yüksəldir. 

mkanların 

artımına paralel olaraq risklər də artır. Burada ən təhlükəli risk 

sistemli  paradiqmanın  maliyyə  oliqarxıyasının,  elitasının 

mənafelərinə  xidmətə  keçməsidir  ki,  yekunda  da  xətti  güc 

siyasəti vüsət alır. 

Bu  qəbildən  olan  və  elm  (iqtisad)  niyə  acizdir?  sualının  cavabını 

çoxlu sayda arqumentlərlə əsaslandırmaq mümkündür. 

Fikrimizcə, qlobal iqtisadi gerçəkliyin adekvat dərki və gələcəyi ilə 

bağlı iqtisad elmi sırf metodoloji anlamda ən azı iki problemli situasiya 

ilə üz-üzədir: 

1.

  qtisadi 



sistemin 

transformasiyası 

prosesində 

qloballaşmanın yeri və rolunun, eləcə də milli iqtisadiyyatın 

inkişaf  strategiyasının  seçilməsində  mümkün  təsiri 

imkanlarının adekvat qiymətləndirilməsi problemi; 

2.

  nkişaf  dinamikasının  ağlabatan  tərzdə  interpretasiyası  və 



gələcəyin proqnozlaşdırılması problemi: 

Sübut  etməyə  ehtiyac  yoxdur  ki,  keçmişdən  gələcəyə  doğru 

istiqamətlənmiş  ənənəvi  yanaşma  problemin  öhdəsindən  gəlməkdə 

acizdir.  Ən  azı  ona  görə  ki,  qeyd  edilən  baxış  proqnozlaşdırmanın 

özünün  mahiyyətindən  çıxış  etmir.  Bu  aspektdə  metatarixilik 

(metaistorizm)  nəzəriyyəsindən  çıxış  etmək,  başqa  sözlə,  gələcəyi 

gələcəkdə  araşdırmaq  yaxud  gələcəkdən  →  gələcəyə  yönümlü 

yanaşmadan 

istifadənin 

mümkünlüyü 

hələ 

ki, 


aprobasiyadan 

keçməmişdir.  Digər  tərəfdən,  nəzərə  alınmalıdır  ki,  qlobal  iqtisadi 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə