Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə172/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   168   169   170   171   172   173   174   175   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



465

                                                            

iqtisadi  böhran  baş  vermişdi.  Bu  və  ya  digər  dərəcədə  planetar  xarakter 

daşıyan  böhranların  sırasında  aşağıdakılar  dağıdıcı  təsir  gücünə  görə 

fərqlənmişlər: 

1.

  1857-ci il böhranı: ABŞ-ın fond bazarında başlamış və çox 



tezliklə bütün Avropaya yayılmışdır. 

2.

  1873-cü  il  beynəlxalq  maliyyə  böhranı:  Avstriya  və 



Almaniyadan  başlamış  (daşınmaz  əmlak  bazarındakı 

möhtəkir  əməliyyatlarının  artması  ilə)  ABŞ  və  Latın 

Amerikası ölkələrini də  əhatə etməklə böyük itkilərə səbəb 

olmuşdu: 

3.

  1914-cü il Beynəlxalq maliyyə böhranı: I Dünya müharibəsi 



ilə bağlı ABŞ,  Böyük  Britaniya,  Fransa və Almaniya hərbi 

xərcləri  maliyyələşdirmək  məqsədi  ilə  qiymətli  kağızların 

(xarici  emitentlərə)  kütləvi  satışını  həyata  keçirməyə 

başlamışlar  ki,  bu  da  bütün  bazarların  (əmtəə  və  pul) 

fiaskosu ilə nəticələnmişdir. 

4.

  1929-33-cü  illərin  Böyük  depressiyası;  Nyu-York  fond 



birjasından 

başlayan 

böhranın 

bütövlükdə 

dünya 

iqtisadiyyatına  vurduğu  zərərin  həcminə  görə  bəşər 



tarixində analoqu yoxdur. 

5.

  1957-ci il iqtisadi böhranı: ABŞ. Böyük Britaniya, Kanada, 



Belçika,  Hollandiya  və  bir  sıra  digər  inkişaf  etmiş  ölkələri 

əhatə edirdi. 

6.

  1973-cü  il  iqtisadi  böhranı:  ABŞ-dan  başlamaqla  dağıdıcı 



təsirinə görə 1957-il böhranını xeyli geridə qoymuşdu. 

7.

  1987-ci il böhranı – “Qara birinci gün”: ABŞ başda olmaqla 



əsasən inkişaf etmiş ölkələri əhatə etmişdir. 

8.

  1994-95-ci illər Meksika böhranı: kapitalın ölkədən “qaçışı” 



ilə  başlamış,  yekunda  bank  sisteminin  böhranı  xarakterini 

almışdı. 

9.

  1997-ci il Asiya böhranı: Fond bazarının süqutu nəticəsində 



başlamış. QMM-un 2 trln. dollar azalmasına səbəb olmuşdu. 

10.


 1998-ci il Rusiya böhranı: Rusiya iqtisadiyyatına və bir sıra 

region ölkələrinə böyük zərər vurmuşdu. 

Məhz  bu  böhrandan  sonra  mütəxəssislər  növbəti  qlobal  böhranın 

2007-2008-ci illərdə baş verəcəyini proqnozlaşdırırdılar. Elə də oldu.... 

Əslində,  bu  gün  dünya  seçim  qarşısındadır.  Sadə  şəkildə  ifadə 

etsək,  söhbət  “ya-ya”  tipli  seçimdən  gedir.  Ya  anqlosakson  modellə 

mahiyyət uyğunluğu çərçivəsində “fəlakətlə” mübarizə aparılmalıdır,  ya 



Dünya iqtisadiyyatının tarixi 

 

 



466

                                                            

da  dünyanın  yeni  iqtisadi  düzənə  keçməsinə  imkan  verə  biləcək  fərqli 

inkişaf paradiqması formalaşdırılmalıdır. 

 

§ 17.2.1.  Böhran niyə baş verdi? 

 

Beləliklə,  qlobal  maliyyə  böhranı  niyə  baş  verdi?  Yaxud 



gözlənilən idimi? suallarına cavab verməzdən əvvəl çox maraqlı bir tarixi 

analogiya aparmaq məqsədəuyğun olardı. 

Belə ki, 1929-cu ildə ABŞ-dan başlayan qlobal iqtisadi böhranla 

müasir  maliyyə  böhranı  arasında  çox  qəribə  bir  oxşarlıq  mövcuddur. 

Məlumdur ki, real məzmunlu bazarın formalaşdığı dövrdən XX əsrin 30-

cu  illərinə  qədər  planetar  səviyyəli  iqtisadi  proseslər  “piramida” 

quruculuğu  formasında  getmişdir.  Yəni  real  sektorun,  əsas  kapitalın 

təmərgüzləşməsi  və  mərkəzləşməsi  prosesi  formasında  o  dövr  üçün 

yeganə düzgün gediş hesab edilə biləcək bir iqtisadi məcmuluq şəklində 

ortaya  çıxmışdır.  Söhbət  “sənaye  inqilabı  dövrü”  adlandırdığımız  tarixi 

inkişaf  mərhələsində  formalaşmış  iqtisadi  sistemin  əsas  dəyişənlərindən 

gedir.  Həmin  dövrdə  problemin  ( nkişaf  probleminin)  konseptual 

qoyuluşu aşağıdakı məntiqi yanaşmaları özündə ehtiva edirdi: 

-

 



Əsas olan standartlaşdırılmış kütləvi istehsaldır. 

-

 



Məhsulun  realizasiyası  problem  deyil.  Təklif  spontan 

şəkildə  tələb  doğurur.  Yəni,  marketoloqların  ifadə  etdiyi 

kimi, “satıcı bazarı” hökmrandır. 

-

 



Maliyyə  -  real  sektorun  xidmətçisidir  və  bundan  kənarda 

“fəaliyyət” göstərə bilməz. 

Aydındır  ki,  qeyd  etdiyimiz  yanaşma  geniş  təkrar  istehsal 

prosesinin  tamlığını,  bütövlüyünü  pozmaqla  inkişafın  sistemli 

xarakterinə ciddi zərbə vurur və kəskin fəsadların meydana çıxmasına 

yol açırdı. Məhz buna görə də 1929-1933-cü illər ərzində “piramida” 

quruculuğu prosesi özünün fiziki sərhədlərinə çatmaqla ömrünü başa 

vurdu. Məhz o böhrandan sonra dünya yalnış yolda olduğunu, yalnız 

real sektora “güvənməklə” və əsas diqqəti onun üzərində cəmləməklə 

inkişafın  nizamlı  gedişinə  nail  ola  bilməyəcəyini  başa  düşdü  və 

yenidən sistemlilik problemi ön plana çıxarıldı. Lakin ifrat kənar elmi 

mövqelərin  mübarizəsi  kimi  yadda  qalan  bu  tarixi  inkişaf 

mərhələsində  də  qlobal  miqyası  əhatə  edə  biləcək,  bir  növ  “ümumi 

resept”  məzmunlu  yanaşma  tərzi  ortalığa  qoyulmamışdır.  1980-ci 

illərdən  etibarən  dünyanı  yeni  düzənə  “sürükləyən”  son  dərəcə 

təhlükəli meyil və təmayüllər meydana çıxmağa başladı. Bütövlükdə 




Dünya iqtisadiyyatının tarixi 

 

 



467

                                                            

bəşəri  təhlükə  doğuran  meyillər  sırasında  geniş  təkrar  istehsal 

prosesinin sistemliliyi və tamlılığının yenidən pozulması əlahiddə yer 

tutur. Bu mənada, müasir dünya 1929-1933-cü illərin “piramidasının” 

astar üzü ilə qarşılaşmışdır. 

Maliyyə  sferasının  əlahiddələşməsi,  “özündə  şeyə”  çevrilməsi, 

real sektorla birbaşa bağlılığı olmayan güclü pul axınlarının meydana 

çıxması,  törəmə  maliyyə  bazarlarının  görünməmiş  yüksəlişi 

neoliberal 

modellə 

qloballaşmaya 

doğru 

gedən 


dünya 

iqtisadiyyatında  tamamilə  yeni,  əvvəlki  dövrlərdən  mahiyyətcə 

fərqlənən  “oyun  qaydalarının”  formalaşmasına  gətirib  çıxardı.  Artıq 

2001-ci ildən dünya  yeni düzənə qədəm qoydu. Başqa sözlə, son 20 

illik  (1980-2001)  dövr  geniş  təkrar  istehsal  prosesinin  kəskin 

disproporsiyalarının,  kəskin  fəsadların  meydana  çıxdığı  dövr  kimi 

səciyyələndirilə bilər. 

Əslində,  problemin  qoyuluşu  çox  sadədir.  “ qtisadi  proses” 

dediyimiz  şey  (maliyyə  də  iqtisadi  prosesdir)  fasiləsizdir.  qtisadi 

proses heç vaxt, nə əvvəlki dövrlərdə, nə də indi ayrı-ayrı indilərdən, 

ayrı-ayrı  keçmişlərdən  və  ayrı-ayrı  gələcəklərdən  ibarət  olmayıb. 

Keçmiş,  indi  və  gələcək  həm  funksional,  həm  determinoloji 

baxımdan  vəhdətdə  olub.  Elə  buradaca  qeyd  etmək  lazımdır  ki, 

iqtisadi  zaman  fiziki  zamanla  heç  vaxt  üst-üstə  düşməyib.  qtisadi 

prosesin tsiklik xarakteri var.  Bu  gün başlanan prosesin hansı effekt 

verəcəyini  bir  ildən  sonra  qiymətləndirəcəyik  deyimi  abstraksiyadan 

başqa  bir  şey  deyildir.  Yalnız  tsikl  başa  çatdıqdan  sonra  məlum 

olacaq  ki,  başlanan  prosesin  real  effekti  hansı  həcmdə  olub.  Tsikl 

başa çatmamış bu fikri yürütmək mümkün deyildir. 

Bəri  başdan  qeyd  edək  ki,  iqtisad  elmi  öz  mahiyyətinə  adekvat 

olan reaksiya sərgiləməkdə, yəni hadisələrin arxasınca “sürünməkdə” 

davam etməkdədir. Bununla belə, yenə də, yəni artıq tarixə çevrilmiş 

hadisənin  (baxmayaraq  ki,  hələ  də  davam  edir)  səbəbiyyət 

probleminə yanaşmada vahid mövqe müşahidə olunmur. 

Müxtəlif tədqiqatçılar müxtəlif səbəblərdən danışırlar: 

1.

  Böhran “təbii” prosesdir. 



2.

  Əsas  problem  maliyyə  sferasında  yeni  arxitekturanın 

qurulması ilə bağlıdır. 

3.

  Problemə  sistemli  yanaşılmalı,  nəinki  iqtisadiyyatın  sahə 



və  sferaları,  eləcə  də  bütövlükdə  ictimai  həyatın  əksər 

“dəyişənləri” nəzərə alınmalıdır: 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə