Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə168/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   164   165   166   167   168   169   170   171   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



456

                                                            

prosesləri  fundamental  səciyyəli  sabit  keyfiyyətlərlə  birmənalı  olaraq 

bağlılıqda  deyildir.  Zaman  axıcılığı  subyektiv  istəkdən  asılı  olaraq 

pozula,  dayandırıla,  gücləndirilə  yaxud  ləngidilə  bilər.  Başqa  sözlə, 

keçmişdən  indiyə  və  gələcəyə  yönəlik  zaman  hərəkəti  mütləq  dəyişmə 

statusu  daşımır.  Yəni,  prosesin  istənilən  nöqtəsində  geriyə  dönüş 

mümkündür.  Qeyd  edilən  aspekt  virtual  reallığın  anlaşılmaz,  qəribə 

xassələr  kəsb  etməsini,  gerçəklikdə  mövcud  olan  səbəbiyyətlə  izahı 

mümkünsüz olan “hoqqalar” doğurmasını sərtləndirən əsas cəhətdir. 

Beləliklə,  virtual  reallıq  ifrat  fenomenallıq  xarakteristikası  daşıyır. 

Hadisə - onu doğuran səbəblərdən uzaqlaşaraq – mütləq müstəqillik əldə 

edir və gerçək münasibətlər sistemindən tamamilə fərqli məzmun daşıyan 

qarşılıqlı  təsir  və  qarşılıqlı  əlaqələr  kompleksi  formalaşdırır.  Virtual 

reallığın  polisemantikliyi  onda  təzahür  edir  ki,  bir  tərəfdən  şəxsi 

identiklik  problemini  gərginləşdirir,  digər  tərəfdən,  onu  tam  şəkildə 

aradan  qaldırır  və  şəxsiyyəti  obyektiv  varlığa  qarşı  etinasız  edir.  Bəzi 

hallarda  virtuallığın  əsas  keyfiyyəti  kimi  interpretasiyanın  üzərində 

dayanırlar.  Məhz  bu  mövqedən  qiymətli  kağızlar  hesabına  sərvət 

toplamanın 

mexanizmini 

anlamaq 


mümkündür. 

Məhz 


sosial 

fenomenlərin  virtuallığı  insanın  daxili  eksistensiyasının  ikiliyi,  hətta 

çoxluğu keyfiyyətini doğurmaqdadır. 

Virtual reallıq bir-biri ilə keçid münasibətləri olmayan çoxlu sayda 

ontoloji nöqteyi-nəzərdən müstəqil reallıqların model imitasiyasını 

yaradır. Fizikada olduğu kimi, sosial fenomenlər və iqtisadiyyat 

sferasında da virtual “hissəciklər” gerçəklikdə mövcud olan 

“hissəciklərin” (öz xassələri kompleksi nöqteyi-nəzərindən) analoqları 

deyildirlər: “... onlar konkret varlıq keyfiyyətinə sahib deyillər, ani olaraq 

potensial vəziyyətdən çıxış edir və heç vaxt tam şəkildə 

aktuallaşmırlar”

204


 “...Belə varlığın paradoksallığı ondadır ki, “mövcud” 

olan həqiqətdə yoxdur”

205

.  


qtisadiyyatın spesifik xassələrə malikliyi, əsasən konkret və gerçək 

varlıqlar  şəkilində  mövcudluğu,  sabitlik  və  dayanıqlılıq  keyfiyyətinin 

vazkeçilməzliyi  virtual  reallıq  adlanan  aldanışa  aludəçiliyi  birmənalı 

şəkildə rədd edir. 

Müəyyən  sərhədlərə  qədər  (bu  sərhədlərin  maksimumu  gerçək 

varlıqdan  uzaqlaşma  məsafəsi  ilə  müəyyənləşir;  təəssüf  ki,  böhranlar 

                                                 

204


 Севальников А.Ю. Виртульная рельность и проблемы ее описания // Смирнов-

ские чтения – М., 1999.- С 226 

205

 Yenə orada, s.227 




Dünya iqtisadiyyatının tarixi 

 

 



457

                                                            

şəklində)  virtual  reallığın  subyektiv  iradəyə  tabeçiliyi  yaxud  belə  bir 

görüntünün yaradılması idarə edən subyektdə - insanda qələbə eyforiyası 

doğurur.  “Gerçəklikdən  uzaqlaşma,  xəyallar  aləminə”  daxil  olmaqla 

virtual reallıq rasional yozumu mümkünsüz olan təmayüllər doğurmaqla 

sanki gerçək bir prosesin inkişafını əks etdirir 

Virtuallaşma  –  fundamental  xarakterli  paradiqmaları  (klassik 

liberalizm  çərçivəsində)  yararsızlaşdırmaqda  davam  edir.  Fikrimizcə, 

problemin əsas mahiyyəti məhz bu aspektlə (bəzilərinin postmodernizm 

adlandırdıqları  reallıqla)  bağlıdır.  Bazarın  hər  şeyi  əhatə  etməsi  həm 

klassik,  həm  də  müasir liberalizm  mövqeyindən  doğru  deyimdir.  Lakin, 

deyimin  müasir  yozumu  klassik  yanaşmadan  mahiyyətcə  əsaslı  sürətdə 

fərqlənir. Belə ki, bazarın tam mütləqləşdirilməsi və bazar qiymətlərinin 

birja  dövriyyəsinə  qədərki  proseslərin  nəzərə  alınmadan  qoyuluşu  əsl 

həqiqətdə  bazar  reallığını  mifoloji  yaranış,  xüsusi  instansiya  (varlığı 

idarəedən)  kimi  səciyyələndirir  və  qeyd  edilən  yanaşmanın  real  bazası 

kimi “virtual qanunauyğunluqlara”??? istinad edilir. Başqa sözlə, anlama 

müstəvisində  antoloji  nöqteyi-nəzərdən  son  dərəcə  ciddi  dəyişiklik  baş 

verir.  Bazar  –  artıq  təsərrüfat  prosesinin,  yaxud  tsiklinin  yekunu  kimi 

deyil,  səbəbi  keyfiyyətində  çıxış  edir.  Digər  tərəfdən,  məlumdur  ki, 

klassik  yanaşmada  hər  bir  şeyin  varlığı  tələb  →  təklif  münasibətləri 

sistemində təzahür edir, onunla birbaşa bağlılıqda müəyyənləşir. Müasir 

yanaşma isə şeyin varlığını tələb → təklif münasibətləri sistemindən tam 

şəkildə təcrid etməklə, birjanın virtual məkanında kortəbii fasiləsizliklərə 

daxil edir. Buna görə də, təəccüblü deyildir ki, qeyd edilən şəraitdə “isti 

pullar”,  valyuta  əməliyyatları,  virtual  pullarla  (iqtisadi  prosesdən  təcrid 

olunmuş  formada)  aparılan  əməliyyatlar  prioritet  xarakter  kəsb  etməyə 

başlayır. 

Təsadüfi deyildir ki, yalnız maliyyə kapitalı qlobal şəbəkə təşkilinə 

malikdir.  Əgər  nəzərə  alsaq  ki,  dünya  maliyyə  bazarının  strukturunda 

dövriyyədə  olan  vəsaitlərdə  “isti  pulların”  xüsusi  çəkisi  90%-dir 

(möhtəkir  əməliyyatları  ilə  əlaqədar),  onda  qlobal  elektron  şəbəkənin 

“sərvətyaratma”da əhəmiyyətli rolu üzə çıxacaqdır.

206

 

1980-1999-cu  illər  arasında  dünya  maliyyə  bazarlarının 



kapitallaşması  2  trln.  dollardan  20  trln.  dollara  qədər  artmışdır.  Hələ  o 

dövrdə mütəxəssislər hesab edirdilər ki, yeni informasiya texnologiyaları 

növbəti  8-10  il  ərzində  kapitallaşma  dərəcəsini  10  dəfə  (200  trln.dol) 

                                                 

206

 Погорлецкий А.И. Экономика зарубежных стран. СПБ., 2000.- С.47 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə