Dünya iqtisadiyyatının tarixi
447
7.
nformasiya – ictimai rəyin formalaşması və qərarların
qəbulunda işgüzar və hökumət dairələrinin rezervi kimi
çıxış edir.
Xüsusi ilə qeyd edilməsi zəruri olan bir məqam ondan ibarətdir ki,
öz miqyası etibarilə milli xarakter daşıyan “istehsal” iqtisadiyyatından
(industrial iqtisadiyyat) fərqli olaraq, “xidmət” və “informasiya”
iqtisadiyyatı qlobal xarakter daşıyır. Başqa sözlə, informasiya
iqtisadiyyatının qərarlaşdığı məkan qloballaşmaya bilməz. Məhz bu
anlamda bir sıra tədqiqatçılar qloballaşmanı qaçılmazlıq terminləri ilə
ifadə edirlər.
Bir sıra tədqiqatçılar “informasiya cəmiyyətini” “inkişaf etmiş
postindustrial cəmiyyət” kimi xarakterizə edir və göstərirlər ki, yeni
iqtisadiyyat o ölkələrdə reallaşır ki, hansılarda postindustrial cəmiyyətə
keçid 1960-1970-ci illərdə baş vermişdi.
nformasiya
cəmiyyətinin
əsas
xarakteristikası
aşağıdakı
kriteriyalar vasitəsilə əks olunur:
1.
Texnoloji: əsas amil – informasiya texnologiyaıarı ictimai
həyatın əksər sferalarında tətbiq olunur.
2.
Sosial: informasiya həyat səviyyəsinin dəyişməsində mühüm
stimul kimi çıxış edir;
3.
qtisadi: informasiya resurs, xidmət, əmtəə, əlavə dəyərin və
məşğulluğun mənbəyi keyfiyyətində çıxış edir;
4.
Siyasi: azad informasiya əhalinin sosial təbəqələri arasında
konsensusa xidmət edir.
5.
Mədəni: ayrıca götürülmüş fərdin və bütövlükdə cəmiyyətin
mədəni tərəqqisinə yardım göstərir.
§16.2. Qlobal informasiya iqtisadiyyatı indeksi:
ölkə
lə
r bölümündə
qiymə
tlə
ndirmə
nformasiya iqtisadiyyatına keçidin və ümumiyyətlə, yeni
iqtisadiyyatın qərarlaşması prosesinin qiymətləndirilməsində “qlobal
informasiya indeksi” adlanan metodikadan istifadə olunur
202
(şəkil16.1).
ndeksdən istifadə əsasında aparılan araşdırmalar göstərir ki, ABŞ
liderliyi öz əlində saxlamaqda davam edir. Hal-hazırda texnoloji
202
Отчет компании Metrcinet.com “The Global New Economy ndex: a Cyber-Atlas”,
2-nd edition, 2000.
Dünya iqtisadiyyatının tarixi
448
yeniliklər və bunun nəticəsində formalaşan yeni satış bazarları və
kanalları Amerika iqtisadiyyatının əsas artım mənbəyinə çevrilmişdir.
Ölkənin ÜDM-də elektron ticarətin payı 15%-ə yaxındır. Bununla
belə, yeni iqtisadiyyatın modeli kimi çıxış edən ABŞ-da hələ çox iş
görülməlidir.
Reytinqdə ikinci yer Yaponiyaya məxsusdur. ABŞ-dan əhəmiyyətli
dərəcədə geri qalsa da, texnoloji yeniliklərin tətbiqi sferasında əksər
ölkələrdən öndədir. Yapon iqtisadiyyatının qloballaşma dərəcəsi də
maksimum səviyyəyə çatmışdır.
Skandinaviya ölkələri ( slandiya, Norveç, Finlandiya və s.)
kifayətqədər
yüksək
səviyyəyə
malikdirlər.
Bu
ölkələr
telekommunikasiya sferasına qoyulan investisiyaların həcminə və
nternetə qoşulan kompyuterlərin sayına görə liderdilər. Hər iki göstərici
yeni iqtisadiyyatda müvəffəqiyyət qazanmağın əsas amilləri kimi çıxış
edirlər. Kontinental Avropa ölkələri (Almaniya, Fransa, sveçrə və
Avstriya) qeyd edilən yönümündə ya əvvəlki mövqeni saxlamış, ya da
daha da irəliyə getmişlər. Son dövrlərdə Almaniya və sveçrədə yüksək
iqtisadi artım nümayiş etdirilir. Fransada da iqtisadi artım yüksəkdir.
Böyük Britaniya reytinqinə görə 7-i yerdədir. Eyni vəziyyət Kanada da
müşahidə edilir.
Şə
kil 16.1. Qlobal informasiya iqtisadiyyatın indeksinin
kateqoriya və
göstə
ricilə
r sistemi.
Qlobal informasiya iqtisadiyyatı indeksi
Kateqoriyalar
Yüksək ixtisas tələb edən iş
yerləri
qtisadiyyatın
qloballaşması
qtisadi dinamika və
rəqabət
nformasiya iqtisadiyyatına
transformasiya
Texnoloji yeniliyin tətbiqi
imkanları
G
Ö
S
T
Ə
R
C
L
Ə
R
- xtisaslı mühəndislər;
- KT mütəxəssisləri;
-Rəhbər işçilər;
-Ali məktəb tələbələri
-Əmtəə ixracı;
-Kommersiya xidmətləri ixracı;
-Birbaşa investisiyaların ixracı;
-Xaricdə əmlaka birbaşa kapital
qoyuluşu;
-Proteksionizm: idxalı aradan qaldırmaq
məqsədi güdən milli proteksionist
tədbirlərin səviyyəsi.
-Ümumi
məhsuldarlıq;
motivasiya;
proseslərin idarəolunması; Sahibkarlıq;
maliyyə sabitliyi; Vençur kapitalı
- nternetə çıxış; elektron ticarət;
telekommunikasiyaya investisiya
qoyuluşu; Kompyuterlərin sayı;
Kompyuterlərin gücü
-Verilən patentlərin sayı; Tədqiqatlara
çəkilən xərclərin ümumi həcmi;
Tədqiqatlarla məşğul olan insanların sayı