Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə163/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   159   160   161   162   163   164   165   166   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



442

                                                            

sosiumla  bağlı  bəzi  problemlərin  müzakirəsini  (müzakirədən  o  yana 

keçmir)  aparırlar  və  əgər  qismət  olursa,  bəzi  hallarda  müəyyən  qərarlar 

da  ortalığa  qoyurlar.  Amma,  beynəlxalq  təşkilatların  qərarları  bir  qayda 

olaraq, tövsiyə xarakterli olur, yəni heç bir hüquqi yük daşımır. 

Qətiyyən unudulmamalıdır ki, nəyin və necə baş verməsindən asılı 

olmayaraq,  sosium  həmişə  milli  xarakter  daşıyır  və  bu  xassə  onun 

substansiyası kimi  çıxış edir. “Abstrakt sosium”  xalis təxəyyül məhsulu 

olmaqla heç bir halda reallığa çevrilə bilməz. Sosium daxili baş verən və 

onun  monolitliyini  (bunsuz  inkişaf  yoxdur)  formalaşdıran  proses  sosial-

həmrəylik → sosial əməkdaşlıq → milli identiklik oxu üzrə getməklə heç 

bir  tarixi  dönəmdə  alayı  məzmun  daşımamışdır  və  bu  əslində  heç 

mümkün də deyildir. 

Əslində  nə  baş  verir?  Neoliberal  məzmunlu  qloballaşma  həm 

planetar,  həm  regional,  həm  də  milli  səviyyələrdə  cəmiyyətin 

idarəedilməsi  sferasında  mövcud  olan  və  yeni  yaranan  problemləri  ifrat 

dərəcədə kəskinləşdirməkdədir. 

Fərd-fərd,  fərd-cəmiyyət,  cəmiyyət-dövlət  və  nıəhayət  fərd-dövlət 

münasibətlərində az və  ya  çox dərəcədə problemli situasiyalar meydana 

çıxmış və bu proses getdikcə dərinləşməkdədir. 

Eyni  zamanda,  qeyd  edilməlidir  ki,  semantik  yanaşmanın  daxili 

məntiqinə söykənməklə gəlinən nəticənin həqiqiliyi müəyyən şübhələrlə 

qəbul  edilə  bilər.  Belə  ki,  əvvəla,  problemə  yanaşmanın  metodoloji 

bazası 

müəyyən 


suallar 

doğurur. 

Praqmatik 

həqiqətin 

müəyyənləşdirilməsində  semantik  yanaşmadan  istifadə  nə  dərəcədə 

doğrudur?  Həqiqətin  aşkarlanması  və  əsaslandırılması  kriteriyalarının 

müxtəlifliyi  inkar  edilmədiyi  təqdirdə  -  bu  həqiqətən  də  belədir  -  hansı 

əsasla  gəlinən  qənaətin  gerçək  olduğu  iddia  edilir?  kincisi,  vətəndaş 

cəmiyyəti  heterogen  xassəli  funksional  yaranış  olmaq  etibarilə  (düzdür, 

vətəndaş  cəmiyyəti  quruculuğu  prosesinin  müəyyən  mərhələsində 

determinləşmiş dinamika müşahidə edilir, yaxud edilə bilər) özündə ifrat 

dərəcədə  parçalanmış  mənafe  qruplarının  “mənə  məxsus  olmalıdır” 

prinsipi  əsasında  aparılan  qarşılıqlı  rəqabət  müstəvisində  göstərdikləri 

fəaliyyətlərinin məcmusunu ehtiva edir. Axı, vətəndaş cəmiyyətinin əksər 

struktur  bölmə  və  elementlərini  özündə  birləşdirə  biləcək  “ümumi 

məqsəd”  olmur.  Əgər  məqsəd  ümumiliyi  yoxdursa,  “bəlkə  də 

qaytardılar”  prinsipinə  güvənmək,  ümid  etməklə  hansı  sinergetik 

effektdən  danışmaq  olar?  Dövlət  →  vətəndaş  cəmiyyəti  tandemi 

dayanıqlı inkişafın mühüm amillərindən biridir – yalnız o halda ki, dövlət 

vətəndaş cəmiyyətinin struktur bölmələri arasında, eləcə də fərd-vətəndaş 




Dünya iqtisadiyyatının tarixi 

 

 



443

                                                            

cəmiyyəti,  fərd-dövlət  və  nəhayət,  dövlət-vətəndaş  cəmiyyəti  arasında 

mənafe tarazlığını təmin edə bilsin. Başqa sözlə, vətəndaş cəmiyyətinin, 

bir  sıra  tədqiqatçılar  tərəfindən  formalaşdırılmış  “ideal  simasının”  real 

məzmun kəsb etməsi birbaşa və bilavasitə dövlətin “davranış tərzindən” 

funksional asılılıqdadır. Başqa sözlə,vətəndaş cəmiyyətini beynəlxalq və 

milli  səviyyədə  dövlətə  bərabər  aktor  kimi  səciyyələndirmək  nəinki 

yalnışdır, hətta çox ağır nəticələrə gətirib çıxara bilər. 

Həmçinin,  şübhə  yoxdur  ki,  qloballaşma  (neoliberal  model 

çərçivəsində)  ayrı-ayrı  strukturların  azadlıq  dərəcəsi  ilə  onların  planetar 

səviyyədə mənafe tarazlığının formalaşdırılması arasında birbaşa və tərs 

mütənasib asılılığın olduğunu üzə çıxarır.  

radə  azadlığı  →  sosial  məsuliyyət  cütlüyünün  isə  həqiqi  bir 

“cütlük”  olmadığı,  daha  çox  arzuedilən  funksional  bağlılıq  keyfiyyətinə 

sahibliyi  və  ifrat  dəyişkən  xarakterə  malikliyi  adi  gözlə  müşahidə 

edilməkdədir.  Problemi  qəlizləşdirən  əsas  məsələ  ondan  ibarətdir  ki, 

qloballaşma  ictimai  sistemin  açıqlıq  dərəcəsini  kəskin  şəkildə 

genişləndirir  və  yüksəldir.  Bu  prosesə  paralel  olaraq  ayrı-ayrı  fəaliyyət 

sferalarının  (qlobal  miqyasda)  nataraz  yönümlü  inteqral  qovuşması  baş 

verir  ki,  nəticədə  alınan  “inteqral  bütövlük”  daha  çox  anklav  xarakteri 

kəsb  edir  və  geridönməzliyi  ilə  səciyyələnir.  Məsələn,  qlobal  maliyyə 

bazarının artıq ayrı-ayrı ölkə, yaxud region çərçivəsində spontan qaydalı 

əlahiddələşməsi  mümkünsüzdür.  Yaxud,  mümkündür,  amma  çox  ağır 

nəticələrlə  sonuclana  bilər.  Məhdud  zaman  çərçivəsində  müvəqqəti 

olaraq müəyyən əlahiddələşmələr baş verə bilər. Lakin, yuxarıda da qeyd 

etdiyimiz  kimi,  müstəsna  hallar  bir  qayda  olaraq  dayanıqlı  xarakter 

daşımır. 

Digər tərəfdən, anklav xarakterli “inteqral bütövlüklərin” yaranması 

bütünlükdə  bəşəriyyətin  davamlı  və  sabitqədəmli  inkişafı  nöqteyi-

nəzərində fəsadlar kompleksi doğurur: 

1.

 



Hər  şeydən  əvvəl,  planetar  miqyasi  əhatə  edə  biləcək 

“qlobal  ümumilik”  daha  çox  pərakəndəliklərin  süni 

bütövlüyü  təsirini  bağışlayır.  Belə  ki,  maliyyə  sferasını 

çıxmaq  şərti ilə  qlobal  bütövlük  anlamına  gələn  ikinci  bir 

sferanın adının çəkilməsi problematikdir. 

2.

 



Müasir qloballaşma prosesi nəinki “müxtəlifliklərin”, hətta 

“müxtəlif  sürətlilərin”  belə  ortaq  məxrəcini  tapmaqda 

acizdir. 

3.

 



Geniş  təkrara  istehsal  prosesinin  milli  tamlığı,  bütövlüyü 

pozulur; 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə