Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə164/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   160   161   162   163   164   165   166   167   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



444

                                                            

4.

 

Ölkə  özünün  klassik  anlamını  dəyişir.  Ölkə  →  “ölkə-



sistemə” transfer edir. 

5.

 



Qloballaşma  (neoliberal  bazarla  birlikdə)  qlobal  geniş 

təkrar  istehsal  prosesinin  gedişində  kəskin  “separatizm” 

meyilləri  doğurmaqda  davam  edir.  Qlobal  maliyyə  sferası 

“özündə  şeyə”  çevrilməklə  “isti  pullar”  (həmçinin,  real 

mövcud  olmayan  pullar),  “möhtəkir  əməliyyatlar”  dalınca 

qaçmaqdadır. 

  Araşdırmalarımız  göstərir  ki,  qloballaşmanın  gətirdiyi  naqisliklərin 

əsaslı  səbəblərdən  qaynaqlanmasında  istinad  edilən  neoliberal  bazar 

modelinin həlledici rolu vardır. Belə ki, neoliberal bazar modeli: 

1.

  Seçim  və  manevr  imkanlarını  ifrat  dərəcədə  məhdudlaşdırır. 



Strateji qərarların qəbulu prosesi çox dar çərçivəyə salınır. 

2.

  Bu model alternativsizlik keyfiyyətini ortalığa qoyur ki, nəticədə 



də milli səviyyədə siyasi pessimizm qaçılmaz olur. 

3.

  Dayanıqlı  inkişafın  başlıca  sütunlarından  olan  orta  təbəqə 



eroziyaya uğrayır. 

4.

  Əhalinin ifrat təbəqələşməsi və marginallaşması prosesi sürətlənir 



və s. 

 

Araşdırmalarımız  belə  bir  qənaətə  gəlməyə  imkan  verir  ki, 



qloballaşmanın  neoliberal  modeli  tam  şəkildə  yararlı  deyildir  və  onun 

(yəni,  qloballaşmanın)  struktur  prinsiplərinin  real  gerçəkliyə  adekvat 

olaraq dəyişdirilməsi zərurəti mövcuddur. 

 

 



 

 



Dünya iqtisadiyyatının tarixi 

 

 



445

                                                            



XVI fəsil. Dünya iqtisadiyyatının inkişafında V mərhələ

“informasiya iqtisadiyyatı” 

 

§16.1.  nformasiya iqtisadiyyatı: mahiyyəti və 

xüsusiyyətləri 

 

nformasiya  iqtisadiyyatına  keçid  (postindustrial  cəmiyyətin 



altsistemi  kimi)  təbiidir  ki,  “qəflətən”  baş  verməmişdir.  nformasiya  və 

iqtisadiyyat  (yaxud,  cəmiyyət)  anlayışlarının  tarixinə  nəzər  salmaqla 

prosesin  daxili  məntiqinin  özəlliklərini  anlamaq  mümkündür.  Əslində, 

“informasiya”  anlayışı  bəşəriyyətin  özü  qədər  qədimdir.  nformasiya-

ictimai  varlığın  istənilən  tarixi  inkişaf  prosesində  ayrılmaz  atribut 

keyfiyyətində  çıxış  etmişdi.  Başqa  sözlə,  bizim  qəbul  edib-

etməməyimizdən  asılı  olmayaraq  sosial  təşkilin  ən  qədim  formları  ilə 

formalaşmaqda  olan  postindustrial  sivilizasiya  arasında  genetik  əlaqə 

mövcuddur.  Bizim  məxsusi  olaraq  “əlaqə”  sözünü  işlətməkdə 

məqsədimiz  ümumdünya  tarixi-iqtisadi  prosesin  vahidliyinin  qəbul 

edilməzliyini bir daha vurğulamaqdır. 

Bu  aspektdən  N.Vedinin

201

  “....  Hələ  ki,  iqtisadçılardan  heç  kim 



primitiv icma ilə müasir sivilizasiyanın zirvəsi arasında varislik əlaqəsini 

araşdırmağa  cəhd  göstərməmişdi”  tipli  deyimini  “varsliyin”  absolyuta 

yüksəldilməsi cəhdi kimi qəbul etmək olar. 

Aydındır ki, bəşəriyyət özünün uzun tarixi boyu gələcəkdə baş verə 

biləcək  (və  baş  verən  )  transformasiyaların  “genofondunu”  yaratmışdır, 

lakin  yekun  etibarilə  baş  verən  transformasiyanı  təbii-tarixi  prosesin 

məntiqi  yekunu  çərçivəsində  şərh  etməyə  çalışmaq  yalnışlıqdır.  Əks-

təqdirdə, dünya iqtisadiyyatı həm bütövlükdə, həm də ayrı-ayrı ölkələr və 

regionlar bölümündə mahiyyət və məzmunca homogen olardı: 

-Tam fərqli məzmuna malik yaranışla – heterogenliklə üz-üzəyik; 

-  Müasir  dünya  iqtisadiyyatı  ən  yaxşı  halda  (yəni,  ifrat  optimist 

nöqteyi-nəzərdən) 

ifrat 

müxtəlifliklərin 



kontiniumu 

kimi 


mövcuddur; 

-  Ümumbəşəri  tarixi-iqtisadi  prosesdə  kəmiyyət  çoxalmaları 

avtomatik  olaraq  keyfiyyət  yenilənməsinə  gətirib  çıxarmır. 

Kəmiyyətin 

keyfiyyətə 

keçidi 


idarəolunan 

proses 


kimi 

məqsədyönlü fəaliyyətin məntiqi nəticəsi formasında baş verir və s. 

                                                 

201


 Ведин Н.В. Постиндустриальное общество: становление новой системы при-

своения// Проблемы современной экономики.- 2002.- N1.- C.63-65 




Dünya iqtisadiyyatının tarixi 

 

 



446

                                                            

Bu  sıranı  xeyli  uzatmaq  da  olar.  Söhbət  ondan  gedir  ki, 

ümumbəşəri tarixi – iqtisadi prosesin “dayanacaqları” arasında “varislik” 

dediyimiz şey ümumzaman axıcılığının mikrohissəciklərindən biri kimi - 

yalnız biri kimi – təzahür edir və onun keyfiyyət yeniləşməsindəki rolunu 

yalnız ən güclü mikroskop altında müşahidə etmək mümkündür... 

Beləliklə,  informasiya  iqtisadiyyatının  təşəkkülü  proses  olmaq 

etibarilə  universal  xarakter  daşımır  və  bu  keyfiyyətə  nə  vaxtsa 

yiyələnəcəyi hələ ki, naməlumdur. Bununla belə, inkişaf etmiş ölkələrin 

sürətlə 

informasiya 

iqtisadiyyatına 

keçidi 


bütövlükdə 

dünya 


iqtisadiyyatında yeni iqtisadi düzənin formalaşmasına gətirib çıxarmışdı. 

nformasiya  iqtisadiyyatı  -  ənənəviçiliyin  sonu,  tamamilə  yeni 

mahiyyətdə, yeni məzmunda yaranışlar deməkdir. 

nformasiya və elmi bilik strateji resursa çevrilirlər.  nformasiyanın 

istehsalı,  emalı  və  yayılması  sferasında  çalışanların  xüsusi  çəkisi  maddi 

istehsal sferasında çalışanların xüsusi çəkisini üstələməyə başlayır. Hələ 

1980-ci  ildə  bu  50:50  nisbəti  kimi  qərarlaşmışdı.  nformasiya  və  elmi 

biliklərin  yayılması  məhsuldar  qüvvələrin  ərazicə  yerləşməsində 

əhəmiyyətli  dəyişikliklərə  gətirib  çıxarır.  Məsələn,  məlumdur  ki,  aqrar 

iqtisadiyyatın  hökmran  olduğu  (industrializmə  qədərki  dövr)  dövrdə 

şəhərlər ticarət  yollarının kəsişdiyi ərazilərdə, industrial dövrdə xammal 

və  enerji  mənbələrinin  yaxınlığında  yaranırdı.  Postindustrial  dövrdə  isə 

texnopolislər  bir  qayda  olaraq  elm  mərkəzlərinin  və  iri  tədqiqat 

laboratoriyalarının (texnoloji vahə) ətrafında formalaşırlar.  nkişaf etmiş 

ölkələrdə  “bilik  sənayesinin”  sürətli  inkişafına  paralel  olaraq  maddi 

istehsalın sərhədlərinin “sıxılması” prosesi gedir. 

nformasiya iqtisadiyyatının təzahür aspektləri çoxsaylıdır: 

1.

  stehsal  sferası  (informasiya  istehsalı);  başqa  sözlə, 



iqtisadi fəaliyyət növüdür; 

2.

  nformasiya  –  istehsalın  amili,  istənilən  iqtisadi  sistemin 



fundamental resurslarından biridir; 

3.

  nformasiya - əmtəədir, yəni alqı-satqı obyektidir; 



4.

  nformasiya (bəzi hissəsi) – ictimai nemətdir, cəmiyyətin 

əksər üzvləri tərəfindən istifadə olunur: 

5.

  nformasiya – bazar mexanizminin elementidir; Qiymət və 



faydalılıqla  birlikdə  iqtisadi  sistemin  optimallığı  və 

tarazlığının müəyyənləşdirilməsinə təsir göstərir; 

6.

  nformasiya – rəqabət mübarizəsinin mühüm amillərindən 



biridir; 


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə