Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə167/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   163   164   165   166   167   168   169   170   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



453

                                                            

Lider  ölkələr  bir  qayda  olaraq  təhsil  sferasına,  ələlxüsus  texnoloji 

biliklərin  aşılanması  yönümündə  böyük  vəsait  sərf  edirlər.  nsan 

kapitalında  tərəqqiyə  nail  olmanın  digər  yolu  effektiv  immiqrasiya 

siyasətinin  yeridilməsidir.  Bu  siyasət  konkret  ölkə  miqyasında  effektiv 

hesab  olunsa  da,  qlobal  səviyyədə  -  nəticə  etibarilə  gözlənilən  yekunla 

sonuclanmır və s. 

Qeyd edilən göstəricilər elektron kommersiyanın inkişafı üçün əsas 

elementlər  keyfiyyətində  çıxış  edirlər.  Bununla  yanaşı,  göstərmək 

lazımdır  ki,  elektron  ticarət  sadalananların  “cəmindən”  çoxdur.  Bunun 

üçün  əlverişli  siyasətlə  yanaşı  rəqabət  mühitinin yaradılması  da  mühüm 

əhəmiyyət  kəsb  edir.  Ümumiyyətlə,  elektron  ticarətin  qərarlaşması 

prosesinin əsas tərkib ünsürləri kimi aşağıdakıları göstərmək olar: 

1.

 

Rabitə  və  informasiya  xidməti  göstərənlər  arasında  real 



məzmunlu rəqabətin mövcudluğu; 

2.

 



Maliyyə  sisteminin  elektron  əməliyyatları  dəstəkləmək 

qabiliyyətinin olması; 

3.

 

nformasiya  texnologiyaları  sferasının  xarici  investorlar 



üçün açıq olması; 

4.

 



Siyasi  və  maliyyə  sabitliyi,  tənzimləmənin  şəffaflığı, 

dövlət  xidmətlərinin  açıqlığı  və  biznes  sferasında  ümumi 

riskin dərəcəsi. 

nkişaf  etmiş  ölkələrin  əksəriyyəti  rəqabətin  yüksəlməsi  və 

imkanların  genişləndirilməsi  məqsədilə  milli  bazarlarının  açıqlıq 

dərəcəsini yüksəltməyə çalışırlar. 

Bununla  belə,  hələ  ki,  daxili  ziddiyyətlərdən  tam  şəkildə  yaxa 

qurtarmaq mümkün olmamışdır. 

Hal-hazırda,  elektron  ticarətin  inkişafı  istiqamətində  çoxsaylı 

tədbirlər  həyata  keçirilməkdədir.  “Elektron  kommersiya  üzrə  qlobal 

dialoq”, “Qlobal internet-layihə” və s. tipli layihələr tətbiq olunmaqdadır. 

Hətta  “böyük  səkkizlər”  (Böyük  Britaniya,  Almaniya,  taliya,  Kanada, 

Rusiya,  ABŞ,  Fransa,  Yaponiya)  “ nformasiya  imkanları  üzrə  xüsusi 

komissiya” yaratmaq haqqında razılaşmaya gəlmişlər. 

nformasiya iqtisadiyyatının qərarlaşmasında müstəsna rol oynayan 

elektron ticarətin regional bölümdə tətbiqi sferasında əhəmiyyətli fərqlər 

mövcuddur. 

1.

 



Latın  Amerikası  (Argentina,  Braziliya  və  s.)  ölkələrində 

elektron  ticarətin  inkişafı  baxımından  əlverişli  imkanlar 

mövcuddur. 

Bununla 


belə, 

informasiyanın 

təhlükəsizliyinin 

təminatı 

sistemində 

qeyri-adekvat 




Dünya iqtisadiyyatının tarixi 

 

 



454

                                                            

dəyişikliklər  elektron  ticarət  üçün  etibarlı  baza  yaratmağa 

imkan  vermir.  Eyni  zamanda,  internetə  çıxış  ifrat  aşağı 

səviyyədədir  və  elektron  ticarətə  maliyyə  vəsaitlərinin 

qoyuluşunda problemlər mövcuddur. 

2.

 

Asiya  (Hindistan,Çin  və  s.)  ölkələrinin  əsas  xüsusiyyəti 



ondan  ibarətdir  ki,  onların  bir  çoxu  1997-ci  il  böhranının 

ağır  nəticələrini  aradan  qaldırmaq  istiqamətində  elektron 

ticarətdən  bir  vasitə  kimi  istifadə  etməyə  başlamışdılar. 

Bununla  bahəm,  bu  regionun  informasiya  iqtisadiyyatına 

keçidinə  əngəl  törədən  əsas  məsələ  informasiya 

təhlükəsizliyinin 

adekvat 

şəkildə 


təmin 

oluna 


bilməməsidir. 

3.

 



Mərkəzi  və  Cənubi  Avropa  (Türkiyə,  Rusiya,  spaniya, 

Macarıstan  və  s.)  -  informasiya  iqtisdiyyatına  ən  yaxın 

olan  regionlardan  biridir.  Qeyd  etmək  lazımdır  ki,  bu 

ölkələrdə  də  bir  sıra  problemlər  hələ  də  öz  həllini 

tapmamışdır:  adekvat  hüquqi  mühit:  elektron  ticarətin 

aparılması üçün əlverişli şəraitin yaradılması və s. 

4.

 

Yaxın  Şərq  və  Afrika  (Qana,  Misir,  Nigeriya  və  s.)  - 



informasiya  iqtisadiyyatına  keçid  nöqteyi-nəzərindən  ən 

problematik situasiya məhz bu regionda formalaşmışdı. 

 

 

§16.3.  nformasiya iqtisadiyyatı: virtuallaşmanın fəsadları 



 

Virtuallaşma  –  tamı,  bütövü  görmə,  anlama  imkanlarını  potensial 

mümkünlük  sferasından  reallığa  çevirən  bir  prosesdir.  Dünya  “kiçilir”, 

“nöqtələşir”.  Dərketmə,  araşdırmaların  real  empirik  bazasını  toplu 

halında  əldə  etmə,  qlobal  proseslərin  təzahür  formalarını  üzə  çıxarma 

baxımından sözügedən prosesin alternativi yoxdur. Təşkil, tənzimlənmə, 

idarəetmə sferalarında maksimum effektivliyə nail olma və təbii ki, elmi-

tədqiqatlarda sistemliliyin təminatı prizmasından virtuallaşma son dərəcə 

mühüm əhəmiyyət kəsb edir.... 

Həm  qlobal,  həm  də  regional  və  milli  səviyyələrdə  reallığın 

virtuallaşması 

prosesinin 

intensivlik 

dərəcəsi 

yüksələn 

xəttlə 


getməkdədir. Proses artıq bütün təsəvvür edilən və edilməyən sərhədləri 

keçməkdə,  konkretləşməkdə,  konkret  varlığın  virtuallaşmasını  reallığa 

çevirməkdədir. Yəni, virtual reallıq – virtual varlıq (mahiyyət fərqliliyini 



Dünya iqtisadiyyatının tarixi 

 

 



455

                                                            

nəzərə  almadan)  eyniyyəti  aktual  reallığın  təbii  “görünüşlü”,  immanent 

xassəli törəməsi kimi meydana çıxmaqdadır... 

Heç bir şübhə  yoxdur ki, “Homo vitualis” (virtual insan) problemi 

üçüncü minilliyin mərkəzi probleminə çevriləcəkdir. 

“Virtual”  anlayışı  latın  mənşəli  “virtualis”  sözündən  yaranıb  və 

“mümkün  olan,  elə  bir  şey  ki,  müəyyən  şəraitdə  yaranır  yaxud 

yaranmalıdır” anlamındadır. Virtual reallıq fenomeni – bu gün elmin əsas 

“baş ağrısıdır”. 

Virtual  reallıq  şüurlu,  dərkedilən  şəkildə  və  məqsədyönlü  olaraq 

yaradılanda  artefakta  –  süni  şəkildə  formalaşdırılan  obyektə  çevrilir  və 

spontanlığı  itirir.  Virual  reallıq  -  əslində  yabançı  təbiətli  reallıqdır.  Bu 

reallıq  –  həqiqi  mövcud  olan  reallıqdan  daha  çox  azadlığa 

(məhdudiyyətsiz)  malikdir  və  bəzi  hallarda  (əsasən  iqtisadi  sferada  ) 

insan  motivasiyasının  “bespredeli”  kimi  xarakteristikaya  da  sahiblənə 

bilir.  lğım  məzmunluluğu  arxasında  isə  kifayət  qədər  iddialı  bir  istək 

dayanır: real varlıq statusuna sahiblənmək istəyi? Virtual reallığın aydın 

şəkildə formalaşdırılan məqsədləri var:  

 

1.



 

stəyin ödənilməsi situasiyasını yaratmaq; 

2.

 

Mental itkilərin komnensasiyası; 



3.

 

Hipotetik  yaxud  şərti  olaraq  aparılan  dialoqda  məna 



axtarışı prosesini həyata keçirmək; 

Bu,  artıq,  əgər  belə  demək  caizdirsə,  nəzəriyyələşmə  anlamına 

gəlir. 

Virtual  reallığın  mərkəzi  problemi  surəti  yaxud  obrazı  yaradılan 



şeylə  onun  özünün,  yəni  real  mövcud  olan  şey  arasındakı,  başqa  sözlə 

obrazın hegemonluğu və şeyin konkretliyi dixotomiyasındakı münasibət 

problemidir.  Başqa  sözlə,  geridönüşlə  hərəkət  traektoriyasını  dəyişmə 

istəyi  yaxud  müxtəlif  kalibrli  manipulyasiyaların  həyata  keçirilməsi, 

əslində  yaxşı  heç  nə  vəd  etmir.  Yaxud,  müəyyən  çərçivədə  əldə  edilən 

“yaxşı”  çox  qısaömürlü  olur  və  tezliklə  özünün  əksinə  -  pisə  çevrilir. 

Belə  ki,  konkret  reallığın  sərhədləri  və  müstəqil  mövcudluq  imkanında 

olan  konkret  varlıq  hər  hansı  bir  individual  “Mən”in  ideal  yeniləşmə 

“istəyinə”,onun istədiyini etmə istəyinə tabe deyildir. 

Eyni  zamanda,  virtual  reallığın  aktual  reallıqla  identikliyi 

mövcuddur.  Yəni,  o  məkan,  zaman,  hərəkət,  inkişaf  və  s.-ni  özündə 

ehtiva  edir,  həmçinin  ideal  –artefakt  və  virtual-spesifik  xassələrə 

malikdir. Amma ... qeyd edilən atributika aktual reallıqla eyni “davranış” 

xarakterinə  malik  deyildir.  Belə  ki,  virtual  reallıqda  məkan-zaman 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə