Dünya iqtisadiyyatının tarixi
453
Lider ölkələr bir qayda olaraq təhsil sferasına, ələlxüsus texnoloji
biliklərin aşılanması yönümündə böyük vəsait sərf edirlər. nsan
kapitalında tərəqqiyə nail olmanın digər yolu effektiv immiqrasiya
siyasətinin yeridilməsidir. Bu siyasət konkret ölkə miqyasında effektiv
hesab olunsa da, qlobal səviyyədə - nəticə etibarilə gözlənilən yekunla
sonuclanmır və s.
Qeyd edilən göstəricilər elektron kommersiyanın inkişafı üçün əsas
elementlər keyfiyyətində çıxış edirlər. Bununla yanaşı, göstərmək
lazımdır ki, elektron ticarət sadalananların “cəmindən” çoxdur. Bunun
üçün əlverişli siyasətlə yanaşı rəqabət mühitinin yaradılması da mühüm
əhəmiyyət kəsb edir. Ümumiyyətlə, elektron ticarətin qərarlaşması
prosesinin əsas tərkib ünsürləri kimi aşağıdakıları göstərmək olar:
1.
Rabitə və informasiya xidməti göstərənlər arasında real
məzmunlu rəqabətin mövcudluğu;
2.
Maliyyə sisteminin elektron əməliyyatları dəstəkləmək
qabiliyyətinin olması;
3.
nformasiya texnologiyaları sferasının xarici investorlar
üçün açıq olması;
4.
Siyasi və maliyyə sabitliyi, tənzimləmənin şəffaflığı,
dövlət xidmətlərinin açıqlığı və biznes sferasında ümumi
riskin dərəcəsi.
nkişaf etmiş ölkələrin əksəriyyəti rəqabətin yüksəlməsi və
imkanların genişləndirilməsi məqsədilə milli bazarlarının açıqlıq
dərəcəsini yüksəltməyə çalışırlar.
Bununla belə, hələ ki, daxili ziddiyyətlərdən tam şəkildə yaxa
qurtarmaq mümkün olmamışdır.
Hal-hazırda, elektron ticarətin inkişafı istiqamətində çoxsaylı
tədbirlər həyata keçirilməkdədir. “Elektron kommersiya üzrə qlobal
dialoq”, “Qlobal internet-layihə” və s. tipli layihələr tətbiq olunmaqdadır.
Hətta “böyük səkkizlər” (Böyük Britaniya, Almaniya, taliya, Kanada,
Rusiya, ABŞ, Fransa, Yaponiya) “ nformasiya imkanları üzrə xüsusi
komissiya” yaratmaq haqqında razılaşmaya gəlmişlər.
nformasiya iqtisadiyyatının qərarlaşmasında müstəsna rol oynayan
elektron ticarətin regional bölümdə tətbiqi sferasında əhəmiyyətli fərqlər
mövcuddur.
1.
Latın Amerikası (Argentina, Braziliya və s.) ölkələrində
elektron ticarətin inkişafı baxımından əlverişli imkanlar
mövcuddur.
Bununla
belə,
informasiyanın
təhlükəsizliyinin
təminatı
sistemində
qeyri-adekvat
Dünya iqtisadiyyatının tarixi
454
dəyişikliklər elektron ticarət üçün etibarlı baza yaratmağa
imkan vermir. Eyni zamanda, internetə çıxış ifrat aşağı
səviyyədədir və elektron ticarətə maliyyə vəsaitlərinin
qoyuluşunda problemlər mövcuddur.
2.
Asiya (Hindistan,Çin və s.) ölkələrinin əsas xüsusiyyəti
ondan ibarətdir ki, onların bir çoxu 1997-ci il böhranının
ağır nəticələrini aradan qaldırmaq istiqamətində elektron
ticarətdən bir vasitə kimi istifadə etməyə başlamışdılar.
Bununla bahəm, bu regionun informasiya iqtisadiyyatına
keçidinə əngəl törədən əsas məsələ informasiya
təhlükəsizliyinin
adekvat
şəkildə
təmin
oluna
bilməməsidir.
3.
Mərkəzi və Cənubi Avropa (Türkiyə, Rusiya, spaniya,
Macarıstan və s.) - informasiya iqtisdiyyatına ən yaxın
olan regionlardan biridir. Qeyd etmək lazımdır ki, bu
ölkələrdə də bir sıra problemlər hələ də öz həllini
tapmamışdır: adekvat hüquqi mühit: elektron ticarətin
aparılması üçün əlverişli şəraitin yaradılması və s.
4.
Yaxın Şərq və Afrika (Qana, Misir, Nigeriya və s.) -
informasiya iqtisadiyyatına keçid nöqteyi-nəzərindən ən
problematik situasiya məhz bu regionda formalaşmışdı.
§16.3. nformasiya iqtisadiyyatı: virtuallaşmanın fəsadları
Virtuallaşma – tamı, bütövü görmə, anlama imkanlarını potensial
mümkünlük sferasından reallığa çevirən bir prosesdir. Dünya “kiçilir”,
“nöqtələşir”. Dərketmə, araşdırmaların real empirik bazasını toplu
halında əldə etmə, qlobal proseslərin təzahür formalarını üzə çıxarma
baxımından sözügedən prosesin alternativi yoxdur. Təşkil, tənzimlənmə,
idarəetmə sferalarında maksimum effektivliyə nail olma və təbii ki, elmi-
tədqiqatlarda sistemliliyin təminatı prizmasından virtuallaşma son dərəcə
mühüm əhəmiyyət kəsb edir....
Həm qlobal, həm də regional və milli səviyyələrdə reallığın
virtuallaşması
prosesinin
intensivlik
dərəcəsi
yüksələn
xəttlə
getməkdədir. Proses artıq bütün təsəvvür edilən və edilməyən sərhədləri
keçməkdə, konkretləşməkdə, konkret varlığın virtuallaşmasını reallığa
çevirməkdədir. Yəni, virtual reallıq – virtual varlıq (mahiyyət fərqliliyini
Dünya iqtisadiyyatının tarixi
455
nəzərə almadan) eyniyyəti aktual reallığın təbii “görünüşlü”, immanent
xassəli törəməsi kimi meydana çıxmaqdadır...
Heç bir şübhə yoxdur ki, “Homo vitualis” (virtual insan) problemi
üçüncü minilliyin mərkəzi probleminə çevriləcəkdir.
“Virtual” anlayışı latın mənşəli “virtualis” sözündən yaranıb və
“mümkün olan, elə bir şey ki, müəyyən şəraitdə yaranır yaxud
yaranmalıdır” anlamındadır. Virtual reallıq fenomeni – bu gün elmin əsas
“baş ağrısıdır”.
Virtual reallıq şüurlu, dərkedilən şəkildə və məqsədyönlü olaraq
yaradılanda artefakta – süni şəkildə formalaşdırılan obyektə çevrilir və
spontanlığı itirir. Virual reallıq - əslində yabançı təbiətli reallıqdır. Bu
reallıq – həqiqi mövcud olan reallıqdan daha çox azadlığa
(məhdudiyyətsiz) malikdir və bəzi hallarda (əsasən iqtisadi sferada )
insan motivasiyasının “bespredeli” kimi xarakteristikaya da sahiblənə
bilir. lğım məzmunluluğu arxasında isə kifayət qədər iddialı bir istək
dayanır: real varlıq statusuna sahiblənmək istəyi? Virtual reallığın aydın
şəkildə formalaşdırılan məqsədləri var:
1.
stəyin ödənilməsi situasiyasını yaratmaq;
2.
Mental itkilərin komnensasiyası;
3.
Hipotetik yaxud şərti olaraq aparılan dialoqda məna
axtarışı prosesini həyata keçirmək;
Bu, artıq, əgər belə demək caizdirsə, nəzəriyyələşmə anlamına
gəlir.
Virtual reallığın mərkəzi problemi surəti yaxud obrazı yaradılan
şeylə onun özünün, yəni real mövcud olan şey arasındakı, başqa sözlə
obrazın hegemonluğu və şeyin konkretliyi dixotomiyasındakı münasibət
problemidir. Başqa sözlə, geridönüşlə hərəkət traektoriyasını dəyişmə
istəyi yaxud müxtəlif kalibrli manipulyasiyaların həyata keçirilməsi,
əslində yaxşı heç nə vəd etmir. Yaxud, müəyyən çərçivədə əldə edilən
“yaxşı” çox qısaömürlü olur və tezliklə özünün əksinə - pisə çevrilir.
Belə ki, konkret reallığın sərhədləri və müstəqil mövcudluq imkanında
olan konkret varlıq hər hansı bir individual “Mən”in ideal yeniləşmə
“istəyinə”,onun istədiyini etmə istəyinə tabe deyildir.
Eyni zamanda, virtual reallığın aktual reallıqla identikliyi
mövcuddur. Yəni, o məkan, zaman, hərəkət, inkişaf və s.-ni özündə
ehtiva edir, həmçinin ideal –artefakt və virtual-spesifik xassələrə
malikdir. Amma ... qeyd edilən atributika aktual reallıqla eyni “davranış”
xarakterinə malik deyildir. Belə ki, virtual reallıqda məkan-zaman
Dostları ilə paylaş: |