Dünya iqtisadiyyatının tarixi
458
artıracaqdır.
207
Əslində isə bu artım 30 dəfə olmuş, qeyd edilən göstərici
600 trln. dol. (2008-ci il) təşkil etmişdi ki, bu da Qlobal Məcmu
Məhsuldan (60 trln.dol.) 10 dəfə çoxdur.Əslində, sərvətyaratma
modelinin mahiyyətində kardinal dəyişikliklər baş verir. Əmək – artıq
sərvətin başlıca mənbəyi deyil yaxud əvvəlki zirvəni tərketmək
məcburiyyətindədir.
Daha konkret şəkildə ifadə etsək, bu o deməkdir ki, reallıq, sözün
həqiqi mənasında virtuallaşır. Yəni, real mallar bazarından xalis maliyyə
“burulğanına”, virtual iqtisadiyyata keçid baş verir. Beləliklə, kapitalın
xalis hərəkəti real məzmunlu iqtisadi proses “statusu” alır, maliyyə
sferası
reallığın
digər
aspektlərindən
“təmizlənmiş”
formada
avtonomlaşır. Nəticədə, qlobal iqtisadi sistemin mahiyyətində qeyri-
müəyyənliyin hökmran mövqelərə yiyələnməsinə istinadla güclü
keyfiyyət dəyişikliyi baş verir. Artıq problemin ağırlıq mərkəzi tələb və
təklifin tarazlı dinamikası üzərinə deyil, fond birjalarının, fyüçers
axınlarının təşkili və idarəedilməsi üzərinə düşür, real sektor və ənənəvi
ticarət iqtisadiyyatın periferiyasına sıxışdırılır. Eyni zamanda,
sadalananlar avtonom status əldə etməklə özü-özünün ölçü vahidi kimi
çıxış edir və mərkəzi məsələyə çevrilir.Birja tsikllərində kapitalın xalis
hərəkəti artan sürətlə getməklə elə yüksək səviyyələrə çatır ki, onun
müqabilində iqtisadiyyatın digər, həm də sırf real məzmunlu sferaları elə
bir əhəmiyyət kəsb etmirlər.
Problemi kifayət qədər qəlizləşdirən və təcrübənin də göstərdiyi
kimi, böhrana gətirib çıxaran digər cəhət qiymətlərlə bağlıdır. Məsələ
burasındadır ki, birja qiymətləri – klassik yanaşmanın iddia etdiyi kimi –
artıq stoxastik xarakterli mutasiyaya məruz qalmır və onun
müəyyənləndirilməsində tələb - təklif münasibətləri iştirak etmirlər.
Belə ki, birja qiymətləri – özünün xüsusi tətbiqi məntiqinə istinadla
konkret sərhədləri və yolu olan trayektoriya boyunca hərəkət edirlər.
Qiymətlər virtual məkanın immanent qanunları əsasında formalaşır
və trendlə dəyişirlər. Beləliklə, bazar qiymətlərinin dinamikası sözügedən
trendlər sistemində müstəqil prosesə çevrilir, mal və axınların faktiki
reallığından asılı olmurlar. Trendlərin müstəqilliyi dünyanın bu gün
üzləşdiyi əsas problemlərdən birinin yaranmasında müstəsna rol
oynamışdır. Belə ki, bazar obyektlərinin fiktivliyi şəraitində də qiymət
trendlərinin real şəkildə mövcudluğuna xələl gəlmir. Maraqlıdır ki, təsvir
207
Минс Г. Шнайдер Д. Метакапитализм и революция в электронном бизнесе:
какими будут компании и рынки в XXI веке/ Пер. сангл. М., 2001.- С.25
Dünya iqtisadiyyatının tarixi
459
etdiyimiz situasiyanı bəziləri “maliyyə əlkimyası”, “bazar cadugərliyi”
və s. epitetlərlə səciyyələndirsələr də, digərləri bu proseslərdə
postmodernizm ruhu görürlər.
Sivilizasiyanın fundamental mutasiyası kimi çıxış edən
postmodermizmin, əgər həqiqətən mövcuddursa, qlobal iqtisadi inkişafı
qeyri-müəyyənlik labirintinə sürəkləməsindən, dayanıqsızlıq və
etibarsızlıq sindromlarını yaratmadan özgə nəyə isə gətirib çıxaracağı
böyük sual altındadır.
Konkret kəmiyyət ölçüsü və konkret təyinatı olan iqtisadi
varlıqların virtuallaşması - əsasən pul və onunla bağlı olan sferada –
qeyri-müəyyənliyin əhatə dairəsini ifrat dərəcədə genişləndirməklə (həm
də, tam süni olaraq) sistemin entropiyasını maksimum həddə çatır və
ilkin olaraq, “titrətmə”, sonraki proseslərdə isə böhranla yekunlaşır.
Virtual pullar - əslində qlobal iqtisadi gerçəkliyin qan-damar sisteminin
trombositidir – virtual pullara aludəçiliyi minimal səviyyədə olan ölkələr
– təcrübə göstərdiyi kimi – “varikoz genişlənmə” ilə böhrandan yaxa
qurtara bilirlər.
Ümumiyyətlə, müasir sivilizasiyanın daha çox abstrakt görünüşə və
dərketmə çətinliyinə malik olan institutlarına münasibətdə inamsızlıq
özünün ifrat sonluğuna qədər uzanmaqdadır. Qlobal səviyyədə nəinsə,
deyək ki, pulun və onun əsasında formalaşan maliyyə institutları
şəbəkəsinin real işləmə mexanizminin kənar gözlərdən “gizlədilməsi”,
məxfilik libasına bürünməsi planetar miqyasda spontan qaydanın həqiqi
“spontanlıq” xassəsi daşıdığını böyük şübhə altına alır.
Pul münasibətləri – iqtisadi müstəvidə ağıla gələn və gəlməyən
əksər abstraksiyaların əsas mənbəyidir. Fon Xayek yazır ki, əvvəllər “....
sənətkarlardan qorxurdular, ona görə ki, onlar maddi substansiyanın
dəyişilməsi ilə məşğul olurdular. Sonralar ticarətçilərdən qorxmağa
başladılar – dəyəri dəyişdirdiklərinə görə; indi isə insanlar bankirlərdən
hansısa dərəcədə qorxmalıdırlar - ən abstrakt şeylə dəyişikliklərə baş
vurduqlarına görə”.
208
qtisadi fəaliyyətin təməl prinsiplərindən biri, hətta bəzi şərtlərin
mövcudluğu şəraitində birincisi olan azadlığın mövcudluğu pul
münasibətlərinin “neçəliyindən” birbaşa asılılıqdadır. Pul münasibətləri
real məzmunlu azadlıqdan real məzmunlu əsarətə, istismara qədər çox
geniş diapazonu əhatə edən mental yaranışdır. Onun qeyd edilən qütblər
arasında davranış tərzi və dəyişmə tezliyi (məzmunca) konkretliyin
208
Ф.А.Хайек. Пагубная самонадеянность. М; 1999.- С 110