Dünya iqtisadiyyatının tarixi
456
prosesləri fundamental səciyyəli sabit keyfiyyətlərlə birmənalı olaraq
bağlılıqda deyildir. Zaman axıcılığı subyektiv istəkdən asılı olaraq
pozula, dayandırıla, gücləndirilə yaxud ləngidilə bilər. Başqa sözlə,
keçmişdən indiyə və gələcəyə yönəlik zaman hərəkəti mütləq dəyişmə
statusu daşımır. Yəni, prosesin istənilən nöqtəsində geriyə dönüş
mümkündür. Qeyd edilən aspekt virtual reallığın anlaşılmaz, qəribə
xassələr kəsb etməsini, gerçəklikdə mövcud olan səbəbiyyətlə izahı
mümkünsüz olan “hoqqalar” doğurmasını sərtləndirən əsas cəhətdir.
Beləliklə, virtual reallıq ifrat fenomenallıq xarakteristikası daşıyır.
Hadisə - onu doğuran səbəblərdən uzaqlaşaraq – mütləq müstəqillik əldə
edir və gerçək münasibətlər sistemindən tamamilə fərqli məzmun daşıyan
qarşılıqlı təsir və qarşılıqlı əlaqələr kompleksi formalaşdırır. Virtual
reallığın polisemantikliyi onda təzahür edir ki, bir tərəfdən şəxsi
identiklik problemini gərginləşdirir, digər tərəfdən, onu tam şəkildə
aradan qaldırır və şəxsiyyəti obyektiv varlığa qarşı etinasız edir. Bəzi
hallarda virtuallığın əsas keyfiyyəti kimi interpretasiyanın üzərində
dayanırlar. Məhz bu mövqedən qiymətli kağızlar hesabına sərvət
toplamanın
mexanizmini
anlamaq
mümkündür.
Məhz
sosial
fenomenlərin virtuallığı insanın daxili eksistensiyasının ikiliyi, hətta
çoxluğu keyfiyyətini doğurmaqdadır.
Virtual reallıq bir-biri ilə keçid münasibətləri olmayan çoxlu sayda
ontoloji nöqteyi-nəzərdən müstəqil reallıqların model imitasiyasını
yaradır. Fizikada olduğu kimi, sosial fenomenlər və iqtisadiyyat
sferasında da virtual “hissəciklər” gerçəklikdə mövcud olan
“hissəciklərin” (öz xassələri kompleksi nöqteyi-nəzərindən) analoqları
deyildirlər: “... onlar konkret varlıq keyfiyyətinə sahib deyillər, ani olaraq
potensial vəziyyətdən çıxış edir və heç vaxt tam şəkildə
aktuallaşmırlar”
204
“...Belə varlığın paradoksallığı ondadır ki, “mövcud”
olan həqiqətdə yoxdur”
205
.
qtisadiyyatın spesifik xassələrə malikliyi, əsasən konkret və gerçək
varlıqlar şəkilində mövcudluğu, sabitlik və dayanıqlılıq keyfiyyətinin
vazkeçilməzliyi virtual reallıq adlanan aldanışa aludəçiliyi birmənalı
şəkildə rədd edir.
Müəyyən sərhədlərə qədər (bu sərhədlərin maksimumu gerçək
varlıqdan uzaqlaşma məsafəsi ilə müəyyənləşir; təəssüf ki, böhranlar
204
Севальников А.Ю. Виртульная рельность и проблемы ее описания // Смирнов-
ские чтения – М., 1999.- С 226
205
Yenə orada, s.227
Dünya iqtisadiyyatının tarixi
457
şəklində) virtual reallığın subyektiv iradəyə tabeçiliyi yaxud belə bir
görüntünün yaradılması idarə edən subyektdə - insanda qələbə eyforiyası
doğurur. “Gerçəklikdən uzaqlaşma, xəyallar aləminə” daxil olmaqla
virtual reallıq rasional yozumu mümkünsüz olan təmayüllər doğurmaqla
sanki gerçək bir prosesin inkişafını əks etdirir
Virtuallaşma – fundamental xarakterli paradiqmaları (klassik
liberalizm çərçivəsində) yararsızlaşdırmaqda davam edir. Fikrimizcə,
problemin əsas mahiyyəti məhz bu aspektlə (bəzilərinin postmodernizm
adlandırdıqları reallıqla) bağlıdır. Bazarın hər şeyi əhatə etməsi həm
klassik, həm də müasir liberalizm mövqeyindən doğru deyimdir. Lakin,
deyimin müasir yozumu klassik yanaşmadan mahiyyətcə əsaslı sürətdə
fərqlənir. Belə ki, bazarın tam mütləqləşdirilməsi və bazar qiymətlərinin
birja dövriyyəsinə qədərki proseslərin nəzərə alınmadan qoyuluşu əsl
həqiqətdə bazar reallığını mifoloji yaranış, xüsusi instansiya (varlığı
idarəedən) kimi səciyyələndirir və qeyd edilən yanaşmanın real bazası
kimi “virtual qanunauyğunluqlara”??? istinad edilir. Başqa sözlə, anlama
müstəvisində antoloji nöqteyi-nəzərdən son dərəcə ciddi dəyişiklik baş
verir. Bazar – artıq təsərrüfat prosesinin, yaxud tsiklinin yekunu kimi
deyil, səbəbi keyfiyyətində çıxış edir. Digər tərəfdən, məlumdur ki,
klassik yanaşmada hər bir şeyin varlığı tələb → təklif münasibətləri
sistemində təzahür edir, onunla birbaşa bağlılıqda müəyyənləşir. Müasir
yanaşma isə şeyin varlığını tələb → təklif münasibətləri sistemindən tam
şəkildə təcrid etməklə, birjanın virtual məkanında kortəbii fasiləsizliklərə
daxil edir. Buna görə də, təəccüblü deyildir ki, qeyd edilən şəraitdə “isti
pullar”, valyuta əməliyyatları, virtual pullarla (iqtisadi prosesdən təcrid
olunmuş formada) aparılan əməliyyatlar prioritet xarakter kəsb etməyə
başlayır.
Təsadüfi deyildir ki, yalnız maliyyə kapitalı qlobal şəbəkə təşkilinə
malikdir. Əgər nəzərə alsaq ki, dünya maliyyə bazarının strukturunda
dövriyyədə olan vəsaitlərdə “isti pulların” xüsusi çəkisi 90%-dir
(möhtəkir əməliyyatları ilə əlaqədar), onda qlobal elektron şəbəkənin
“sərvətyaratma”da əhəmiyyətli rolu üzə çıxacaqdır.
206
1980-1999-cu illər arasında dünya maliyyə bazarlarının
kapitallaşması 2 trln. dollardan 20 trln. dollara qədər artmışdır. Hələ o
dövrdə mütəxəssislər hesab edirdilər ki, yeni informasiya texnologiyaları
növbəti 8-10 il ərzində kapitallaşma dərəcəsini 10 dəfə (200 trln.dol)
206
Погорлецкий А.И. Экономика зарубежных стран. СПБ., 2000.- С.47