Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə35/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   31   32   33   34   35   36   37   38   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



93

                                                            

mübadiləsinə  söykənir.  Mini-sistemlər  –  “mənimsəmə”  iqtisadiyyatının 

lokal  yaranışları  olmaqla,  qeyri-sabitliyi  ilə  səciyyələnir  və  onların 

süqutu əsasən  ya ekoloji fəlakətlər,  ya da demoqrafik artımla determinə 

olunur. 


                                                             

Cədvəl 4.5 

Tarixi sistemlərin tipologiyasının  .Vallerstayn versiyası 

 

“ stehsal” iqtisadiyyatına keçidlə əlaqədar olaraq daha geniş zaman 



və  məkan  sərhədləri  daxilində  daha  dayanıqlı  dünya  sistemləri 

yaranmağa  başlamışdır.  “Dünya-imperiyaları”  tipli  (mədəni  müxtəlifliyi 

ilə xarakterizə olan siyasi-hərbi) yaranışlar meydana gəldi. Elə buradaca 

qeyd  etmək  lazımdır  ki,  Vallerstaynın  “dünya-imperiyaları”  Asiya 

istehsal üsulunun müxtəlif səpgili “genişləndirilmiş” versiyalarına  yaxın 

anlam kəsb edir. 

“Dünya-imperiyaları  ”  və  “dünya-iqtisadiyyatları”  tarixi  proses 

ərzində  bir-birinin  alternativi  kimi  çıxış  etməklə,  tsiklik  xarakter 

daşımışdır. 

Əgər  kapitalizməqədərki  “dünya-iqtisadiyyatları”,  onlarla  paralel 

şəkildə  mövcud  olan  “dünya-imperiyaları”  tərəfindən  (nəticə  etibarı  ilə) 

“udulurdusa”,  XVI  əsrdən  (1450  il)  başlayaraq  müxtəlif  konyunktur 

səbəblərə görə əvvəlki dövrlərdən dayanıqlılığı ilə fərqlənən lokal dünya-

iqtisadiyyatları formalaşmağa başladı. Məhz Qərbi Avropada formalaşan 

həmin  lokal  yaranışlar  kapitalizmin  inkişaf  çərçivəsi  rolunu 

oynamışdılar. 

Kapitalizmin  genezisinə  yanaşmada  .Vallerstayn  tam  fərqli 

mövqedən çıxış edir. Onun fikrincə, bu prosesdə heç bir “sivilizasiya”nın 

rolu  olmamış  və  ümumiyyətlə,  kapitalizmin  genezisinin  Avropa 

cəmiyyətində  inkişafın  daxili  immanent  “məntiqi”  ilə  heç  bir  əlaqəsi 

yoxdur. 

Tarixi sistemlərin tipi 

nteqrasiya üsulu 

Mübadilənin tipi 

Mini-sistemlər 

Ənənəvi (nəsil, adət-ənənə 

və s. əsasında formalaşmış 

münasibətlər) 

Qarşılıqlı mübadilə 

Dünya – imperiyaları 

Hərbi-siyasi 

Yenidən bölgü 

Dünya - iqtisadiyyatları 

qtisadi 


Bazar mübadiləsi 


Dünya iqtisadiyyatının tarixi 

 

 



94

                                                            

“Qərb,  kapitalizm  və  müasir  dünya-sistemləri”

99

  əsərində 



.Vallerstayn  qeyd  edir  ki,  kapitalizmin  yaranması  təsadüfi  amillərdən 

qaynaqlanır. 

Materiklərarası ticarətin (Böyük  pək Yolu) böhranı və bu böhranın 

gerçəkləşməsində  müstəsna  rol  oynayan  “monqol  həlqəsinin”  aradan 

çıxması (XIV-XV əsrlər), eyni zamanda “Qara ölüm” (vəba epidemiyası) 

Qərbi Avropada sistemli böhrana (senyor təsərrüfatının, feodal dövlətinin 

və katolik kilsənin böhranı) gətirib çıxardı. 

Beləliklə,  .Vallerstayn  belə  bir  nəticəyə  gəlir  ki,  kapitalizmin 

yaranması səbəbləri Avropa strukturlarının inkişafının daxili məntiqi ilə 

deyil,  ümumdünya  xarakterli  geosiyasi  və  geoiqtisadi  dəyişikliklərlə 

(gözlənilmədən  Qabsburq  dünya-imperiyalarının  zəifləməsinə  səbəb 

olmuş dəyişikliklər) determinə olunur, yəni ekzogen xarakterlidir. 

Dünya  kapitalist  sisteminin  formalaşmasında  .Vallerstayn  3  əsas 

mərhələni fərqləndirir:  

-

  “Uzun”  XVI  əsrin  (1640)  sonunda  ngiltərə  və  Şimali 



Fransa  “nüvə”ni,  Aralıq  dənizi  zonası  ( spaniya, 

Portuqaliya,  taliya,  Cənubi  Fransa)  “yarıməyaləti”,  Şərqi 

Avropa və Latın Amerikası “əyaləti” formalaşdırmışlar; 

-

  1640-1760-cı  illərdə  dünya  kapitalist  sistemi  sabit  artım 



dövrünə  qədəm  qoyur:  ABŞ-ın  Şimali,  Rusiya  və  sveç 

“yarıməyaləti”, ABŞ-ın Cənubi və Kəraib hövzəsi “əyaləti” 

genişləndirmiş,  kapitalist  sisteminə  daxil  olmayan  ərazilər 

isə onun xarici zonasını təşkil etmişdir; 

-

  XVIII  əsrin  sonu  XX  əsrin  başlanğıcında  –  (bu  dövrü 



Vallerstayn        “...  Kapitalist  dünya  –  iqtisadiyyatlarının 

böyük  müdaxiləsinin  ikinci  erası”  adlandırır)  ABŞ,  Böyük 

Britaniya,  Fransa  və  Almaniyadan  ibarət  dayanıqlı  “nüvə”, 

Şərqi  və  Cənubi  Avropa,  Rusiya,  Yaponiya  və  Latın 

Amerikasının  bəzi  inkişaf  etmiş  ölkələrindən  ibarət 

“yarıməyalət”  və  müstəmləkə,  yarımmüstəmləkə  (Asiya, 

Afrika  və  Latın  Amerikası)  ölkələrindən  ibarət  “əyalət” 

meydana çıxmışdır. 

Dünya-sistem 

yanaşması 

konsepsiyası 

kapitalist 

dünya-

iqtisadiyyatlarının əsas xarakterik cəhətlərinə aşağıdakıları aid edir: 



                                                 

99

 Wallerstein I. The West, Capitalizm, and the Modern World-System, Review, Vol. 



XV, N4. (Fall 1992) p. 516-619 

 



Dünya iqtisadiyyatının tarixi 

 

 



95

                                                            

1.Sistemin əsas hərəkətverici qüvvəsi kimi fasiləsiz kapital yiğimi 

prosesi; 

2.Mərkəz  və  əyalət  arasında  gərginlik  yaradan  “əsas”  (осевое) 

əmək bölgüsünün tətbiqi; Sistemdaxili qeyri-bərabər mübadilə 

məkan formalarında meydana çıxır; 

3.Sistemin strukturunda yarıməyalətin mövcudluğu; 

4.Muzdlu  əməklə  yanaşı,  müxtəlif  formalı  muzdlu  olmayan 

əməyin əhəmiyyətli rolu; 

5.Kapitalist  dünya-iqtisadiyyatlarının  sərhədlərinin  suveren 

ölkələrin dövlətlərarası sərhədləri ilə üst-üstə düşməsi; 

6.Kapitalist dünya-iqtisadiyyatlarının XIX əsrdə deyil, daha erkən 

– “uzun XIV əsrdə” meydana gəlməsi; 

7.Kapitalist  dünya-iqtisadiyyatlarının  əvvəlcə  dünyanın  bir 

hissəsində  (Şimal-Qərbi  Avropa)  yaranması,  sonrakı 

dövrlərdə isə xüsusi “inkorporasiya ” prosesi vasitəsilə bütün 

dünyaya yayılması; 

8.Sistemdə  hegemon  dövlət,  yaxud  dövlətlərin  mövcudluğunun 

qaçılmalığı;  Bu  hegemonluq  nisbətən  qısamüddətli  olur  və 

yerdəyişmələrə məruz qalır; 

9.Dövlətin,  etnik  qrup  və  ailələrin  ikinci  dərəcəliliyi,  hansı  ki, 

daima yaradılır və yenidən yaradılırlar; 

10.


   rqçiliyin fundamental əhəmiyyət kəsb etməsi; 

11.


  Kapitalist  dünya-iqtisadiyyatlarını  eyni  zamanda  həm 

gücləndirən,  həm  də  dağıdan  antisistem  hərəkətlərinin 

meydana çıxması; 

12.


 Sistemin  daxili  ziddiyyətlərini  özündə  “üyüdən”  tsiklik 

ritmlər  və  əsrlik  trendlərin  struktur  modeli  (sistemin  “sistem 

böhranının” əsas səbəbi). 

Müasir  dövrdə  kapitalist  dünya-sistemi  (dünya-iqtisadiyyatları)  3 

hissədən ibarət olmaqla fəaliyyətdədir: 

1.

  “Nüvə” – yüksək inkişaf etmiş ölkələr; 



2.

  “Yarıməyalət”  –  postsosialist  ölkələri  və  qismən  inkişaf 

etməkdə olan ölkələr; 

3.

  “Əyalət” – üçüncü dünya ölkələri. 



Müasir kapitalist dünya-sistemi “nüvə” və “əyalət” arasında qeyri-

ekvivalent  əmək  bölgüsünə  əsaslanır.  “Yarıməyalət”  –  dinamikdir,  bir 

çox  hallarda  innovativ  dəyişikliklərin  mənbəyi  kimi  çıxış  edir  və 

sistemdaxili  müstəvidə  “amortızator”  rolunu  oyanayır.  Müasir  dünya 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə