Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə37/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   33   34   35   36   37   38   39   40   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



99

                                                            



Cədvəl 4.9 

Hegemonluq tsikllərinin dinamikası və dünya qaydasının əsas 

modellərinin transformasiyası 

 

 

Böyük Britaniya 



ABŞ 

Yaponiya / Çin 

yaxud A  / 

Rusiya 

Hegemonluq 

uğrunda qlobal 

“Otuzillik” 

müharibə və  ttifaq 

formulu 


Böyük Britaniya + 

Hollandiya; Fransa 

1801-1815 

ABŞ+Böyük 

Britaniya; 

Almaniya 1914-

1945 

(Yaponiya/ Çin + 



ABŞ). 

(A /Rusiya) 

2050/55-2100/05 

Beynəlxalq rejimin 

yenidən 

strukturlaşması 

Vyana konfransı 

1815 


Yalta və BMT 

1945/47 


2100/05 

Dünya dövləti 

1815-1848 

1946-1973 

2100/05-2150/55 

Hegemonluğun 

keçişi 

(delegitimizasiya) 



1848-1873 

1973-2000/05 

2150/55 -2175/80 

Beynəlxalq rejimin 

parçalanması 

1873-1913/20 

2000/05-2050/55 

2175/80-2200/05 

 

 

.Vallerstayn  müasir  dünya  sistemin  2000-2025/30  perspektiv 



inkişaf xüsusiyyətlərini aşağıdaki kimi qruplaşdırır: 

1.  Dövlətlərin  daxili  qaydaları  qoruyub-saxlamaları  əhəmiyyətli 

dərəcədə  çətinləşəcəkdir.  Eyni  zamanda  milli  dövlətlərin  dünya 

sistemində  rolu  zəifləyəcək,  hətta  onlardan  bir  çoxu  tarix  səhnəsindən 

silinəcəkdir.  Kapitalist  dünya-iqtisadiyyatı  sisteminin  nüvəsini  təşkil 

edən  inkişaf  etmiş  ölkələrdə  sosial  hüzursuzluq  normaya  çevriləcək  və 

çox güman ki, vətəndaş müharibələri baş verəcəkdir. 

Artıq bu gün belə sözügedən ölkələr rifah və təhlükəsizliyin zəruri 

səviyyəsini təmin etməkdə çətinlik çəkirlər.

101


 

2.  Müasir  dünya-sistemin  dövlətlərarası  strukturu  daha  zəif 

tənzimlənəcək, BMT-nin rolu durmadan aşağı düşəcəkdir. 

                                                 

101

 Wallerstein I “Capitalist Civilization”, Chinese University Bulletin? Supplement 23; 



1992., p.25. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



100

                                                            

3.  Dövlətçilik  institutunun,  eləcə  də  müasir  dövlətlərarası  sistemin 

effektivliyi  azalacaq  ki,  bu  da  müxtəlif  formalı  partikulyar,  qrup 

identikliyinin  (etnik,  dini,  nəsil,  yaxud  gender  və  s.)  yüksəlişinə  səbəb 

olacaqdır.  Mümkündür  ki,  sözügedən  partikulyarizm  milli  dövlətlərdə 

“ümumvətəndaşlıq”  identifikasiyası  çərçivəsində  inteqrasiya  olunaraq 

(ola  bilsin  ki)  dövlətin  funksiyalarını  həyata  keçirsin,  yəni  vətəndaşın 

təhlükəsizliyini, qayda-qanuna riayət olunmasına nəzarəti təmin etsin. 

Paradoks  ondadır  ki,  partikulyarizm  –  demokratikləşmənin 

simptomlarından  biri  kimi  “...  Milli  dövlətlərin  ləğvinə”  yardım  etsin. 

Belə  ki,  “...  Liberal  islahatlar  həqiqətdə  ilğımdır,  zira  real  olaraq 

dövlətlərin  “universalizminə”  deyil,  daha  zəif  təbəqələrin  sıxışdırılması, 

yaxud “unudulmasına” gətirib çıxarmışdır”

102



    4. Nəinki Cənub ölkələrində və Şimalda lokal müharibələr və müxtəlif 



“azlıqların”  toqquşması  olacaq,  eləcə  də  Cənubun  Şimala  qarşı  “kiçik” 

müharibələri  də  realdır  (Fars  köfrəsindəki  müharibə  ilk  simptom  hesab 

edilə bilər). 

5.  Xaos  situasiyasını  daha  da  dərinləşdirən  amillərdən  biri  kimi 

XIV  yüzilliyin  ortalarında  baş  vermiş  “Qara  ölüm”  tipli  yeni  qlobal 

epidemiyalar çıxış edəcəkdir. 

.Vallerstaynın  fikrincə,  tarixi  sistemin  “keçid”  dövrünə  qədəm 

qoyduğu  zaman  biz  köməyə  “utopik  utopiya”  elmini  çağırmalı  və  əsl 

tarixi alternativləri müəyyənləşdirməliyik. 

Özünün  “Kapitalist  sivilizasiyası”  əsərində  .Vallerstayn  qlobal 

səviyyədə hadisələrin inkişafının üç ssenarisini göstərir: 

1.

  Neofedalizmə keçid; Yalnız üfüqi əlaqələr sistemi olan avtoritar 



regionların “mozaikası” yaranır; 

2.

  Demokratik faşizm: Dünya iki kastaya bölünür: a) Dünya əhali-



sinin təxminən 20%-ni əhatə edən  yüksək təbəqə - kifayət qə-

dər  yüksək  səviyyəli  eqalitar  bölgü  sisteminə  əsaslanacaq;         

b) Aşağı təbəqə - əhalinin yerdə qalan 80 %-i: Siyasi, sosial və 

iqtisadi hüquqlardan məhrum olan zəhmətkeşlər; Hitlerin “yeni 

qaydası” qeyd edilən sistemə çox yaxındır; 

3.

  Yüksək  eqalitar  dünya  qaydasına  keçid  –  Çox  utopik  səslənir, 



lakin  bu  ssenarini  inkar  etmək  də  düzgün  olmazdı.  Bu 

ssenarinin  reallaşması  üçün  istehlak  xərclərinin  əhəmiyyətli 

dərəcədə  məhdudlaşması  labüddür.  Lakin  bu  yoxsulluğun 

                                                 

102

 Wallerstein I. The Essential Wallerstein. N.Y. The New Press, 2000, p.451 




Dünya iqtisadiyyatının tarixi 

 

 



101

                                                            

sosiallaşdırılması anlamını verməməlidir. Ona görə ki, bu halda 

ssenarinin reallaşması siyasi cəhətdən mümkünsüzləşəcəkdir. 

.Vallerstayn dünyanın gələcəyinə (2050-2075-ci illər) münasibətdə 

belə bir yekun nəticəyə gəlir ki: “... Biz yalnız bəzi şeylərə münasibətdə 

əmin ola bilərik. Biz kapitalist dünya-iqtisadiyyatında deyil, hansısa yeni 

qayda,  yaxud  qaydalarda,  hansısa  yeni  tarixi  sistem,  yaxud  sistemlərdə 

yaşayacağıq. Lakin bu daha yaxşı dünya, daha yaxşı sabitlik, yaxud daha 

yaxşı legitimlik olacaqmı (əvvəlkilərlə müqayisədə - Ş.H., Ə.B.),  yaxud 

ondan da pis variantla rastlaşacağıq? Həm bu, həm də o biri naməlumdur 

və bizdən asılıdır”.

103

 

F.Brodel  və  ələlxüsus  .Vallerstaynın  dünya-sistem  yanaşmasının 



əsas  qiymətli  cəhəti  ondan  ibarətdir  ki,  başlıca  vurğu  sosiorlararası 

“üfüqi” əlaqələrin üzərinə düşür. Onlar sübuta yetirmişlər ki, ən azı yeni 

dövrdə  eyni  sosior  sistemə  daxil  olan  heç  bir  konkret  cəmiyyətin 

sistemdaxili  üfüqi  əlaqələri  nəzərə  alınmadan  inkişaf  tarixi  dərkedilə 

bilməz və s. 

Bununla  yanaşı,  dünya-sistem  yanaşması  da  konkret  nöqsanlardan 

xali deyildir: “Üfüqi” əlaqələrin mütləqləşdirilməsi; Bu hal özünü əsasən 

bütövlükdə  sistemin  rolunun  ifrat  şəkildə  artırılmasında,  onun  tərkib 

ünsürlərinin  –  ayrı-ayrı  sosiotarixi  orqanizmlərin  nisbi  müstəqilliyinin 

lazımi  səviyyədə  qiymətləndirilməməsində  təzahür  etdirir.  “Üfüqi” 

əlaqələrin 

mütləqləşdirilməsi 

labüd 

olaraq 


ayrı-ayrı 

konkret 


cəmiyyətlərin  mövcudluğunun,  eləcə  də  mərhələlərarası  –  “şaquli” 

əlaqələrin inkarına gətirib çıxarmışdır.  .Vallerstayn ümumiyyətlə, tarixin 

xətti-mərhələli  anlanmasının  həm  marksist,  həm  də  modernist 

interpretasiyalarını  tam  şəkildə  inkar  etmişdir,  və  tam  məntiqi  olaraq 

inkişaf anlayışından (eləcə də tərəqqi) əl çəkməyi tövsiyyə etmişdir. 

Bu  yanaşma  çərçivəsində  əsas  məsələlərdən  biri  bəşər  tarixində 

mövcud olmuş dünya-sistemlərin sayı ilə bağlıdır. Vallerstayna görə, əsl 

dünya-sistemi  kapitlizmlə  bağlıdır.  Digər  mövqeyə

104

  görə  (J.Abu-



Loxyd)  ilk  dünya-sistemi  hələ  XIII  əsrdə  formalaşmış  və  5  müstəqil 

“nüvə”dən ibarət olmuşdur. 

1.

  Qərbi Avropa; 



2.

  Ərəb dünyası; 

3.

  Hind okeanı zonası; 



                                                 

103


 Wallerstein I. The Esential Wallerstein. N 4. The New Press., 2000., p.453  

104


 Абу Лохуд Дж. Переструктурируя миросистему, предшествующую Новому 

времени. Время мира 2. М; 2001.- С.449-461 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə