Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə34/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   30   31   32   33   34   35   36   37   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



90

                                                            

2.

 

Tsiklik  zaman:  daha  sürətli  konyunktur  ritmlərini  əhatə 



edən zaman kəsiyi. 

Brodelin  məntiqi  ilə  hərəkət  edərək,  zamanın  iki  tipologiyasına:       

1) kəmiyyət ölçülü zaman – zaman kəsiyinin uzunluq dərəcəsi; 2) keyfiy-

yət ölçülü zaman – substansional mahiyyət üzrə - istinadla Vallerstayn

97

 

belə bir qənaətə gəlir ki, zaman kəsiklərinin uzunluq (davamlılıq) dərəcə-



sinə  uyğun  məkan  paralelliyi  mövcuddur  və  buna  görə  də,  “zaman  və 

məkan  ayrı-ayrı  kateqoriyalar  deyil,vahiddirlər  və  onu  “zaman-məkan” 

kimi ifadə edəcəyəm”. 

Tarixi zaman problematikasına yeni məna verməklə sosial elmlərin 

(XIX  əsr)  artıq  “köhnəlmiş  cəmiyyət”  və  eləcə  də  “milli  dövlət” 

anlayışları  yerinə  təhlilin  yeni  vahidi  –  “tarixi  sistem”  anlayışı  elmi 

dövriyyəyə  daxil  edilir.  Vallerstaynın  fikrincə,  sistem  –  fəaliyyət  və 

inkişaf nöqteyi-nəzərindən öz məntiqinə söykənir. O, müəyyən “istehsal 

üsulu”  üzərində  qərarlaşır.  “ stehsal  üsulu”  -  əmək  prosesinin  təşkilinin 

xüsusi  forması  olmaqla,  əmək  bölgüsü  vasitəsilə  sistemin  bütövlükdə 

təkrar istehsalını həyata keçirir. Bu artıq keyfiyyətcə yeni obyekt olmaqla 

(təhlilin obyekti) “zaman  və məkan” strukturuna uyğun gəlir. 

Dünya – sistem yanaşmasında tarixi sistemin mahiyyət açıqlanması 

aşağıdakıları ehtiva edir: 

1.

 

Nisbi  avtonomlular,  yəni  onların  fəaliyyət  parametrləri 



daxili proseslərin təsiri ilə müəyyənləşir; 

2.

 



Tarixi  sistemlərin  əvvəli  və  sonu  vardır.  Yəni  konkret 

zaman sərhədləri daxilindədirlər; 

3.

 

Nəhayət,  tarixi  sistemlər  konkret  məkan  sərhədləri 



daxilindədirlər.  Amma  bu  sərhədlər  tarixi  mövcudluq 

dövrü ərzində dəyişə bilər. 

 

Dünya  sistem  yanaşması  sosial  elmlərin  ənənəvi  anlayışlarından 



olan  xətti  təkamüldən  (o  cümlədən,  tərəqqi)  də  imtina  edir.  Tərəqqi 

anlayışı  dəyişikliklərin  daimi  və  birmənalı  yönümlülüyünü  ehtiva  edir. 

Amma, tarixi faktlar sübut edir ki, sosial proseslərdə geriyə dönə, ləngiyə 

və  nəhayət,  dayana  bilir.  .Vallerstaynın  fikrincə,  tarixi  təkamül  əgər, 

həqiqətən  də  birölçülü  məntiqlə  determinə  (sistemli  inkişaf  məntiqi) 

olunmuşdursa  da,  bu  determinliyin  intensivliyi  qeyri-bərabərdir  və  o, 

tədricən “güclənir”, eləcə də labüd olaraq tükənir və hadisələrin istənilən 

istiqamətdə inkişafı üçün bütöv bir imkanlar spektrinə yol açır. 

                                                 

97

 Yenə orada. p.139  




Dünya iqtisadiyyatının tarixi 

 

 



91

                                                            

Tarixi  sistemin  tənəzzül  dövrünə  qədəm  qoyduğu  (bu  adətən  bir 

dəfə  -  dövrün  sonunda  baş  verir)  andan  etibarən  hər  şey  baş  verə  bilər, 

yaxud  minimal  səviyyədə  cəhdlər  kifayətdir  ki,  geniş  spektrli 

alternativlər meydana gəlsin. 

Dünya-sistem  yanaşmasının  orijinallığı  ondadır  ki,  bu  konsepsiya 

sosial,  iqtisadi  və  siyasi  proseslərin  təhlilində  prinsipcə  yeni  tədqiqat 

perspektivlərini  ortaya  qoyur.  Harada  ki,  dünya  sistemli  və  struktur 

bütövlük,  tamlıq  kimi  çıxış  edir,  ayrı-ayrı  milli  sosium  və  dövlətlərin 

inkişaf  trayektoriyasını  dünya-sisteminin  inkişaf  qanunları  çərçivəsində 

müəyyənləşdirməyə imkan verir. 

Eyni  zamanda  ,  ədalət  naminə  qeyd  olunmalıdır  ki,  dünya-sistem 

yanaşması bir neçə nəzəri baxışların sintezi kimi yaranmışdır: 

1.

  F.Brodelin  “geotarix”  nəzəriyyəsi  və  “Annallar”  məktəbinin 



nəzəri irsi; 

2.

  A.Framun  versiyasında  “asılılıq”  nəzəriyyəsi  (marksist 



imperializm nəzəriyyələrinə qədər gedib çıxır); 

3.

  Qeyri-ortodoksal  iqtisadi  nəzəriyyələr  (iqtisadi  tsikllər 



konsepsiyası  da  daxil  olmaqla).  Xüsusilə,  K.Polaninin, 

Y.Şumpeterin və N.Kondratyevin elmi baxışları. 

Vallerstaynda təhlilin əsas anlayışı olan “tarixi sistem” mahiyyətcə 

yekcins deyildir və forma müxtəlifliyinə malikdir (şəkil 4.3). 

 

  

Şə

kil 4.3. Tarixi sistemlərin forma müxtəlifliyinin Vallerstayn 



versiyası 

 

Tarixi sistem 

Mini-sistem 

Dünya-sistemləri 

Dünya imperiyaları 

Dünya 

iqtisadiyyatları 


Dünya iqtisadiyyatının tarixi 

 

 



92

                                                            

Əslində,  dünya-sistem  yanaşmasında  xüsusi  mövqeyə  malik  olan 

“dünya-sistemləri” 

anlayışı 

F.Brodelin 

“dünya-iqtisadiyyatları” 

konsepsiyasından  götürülmüşdür.  F.Brodel  “dünya-iqtisadiyyatları” 

anlayışının  mahiyyətini  aşağıdakı  kimi  ifadə  etmişdir:  “Dünya-

iqtisadiyyatları.  Planetin  iqtisadi  cəhətdən  müstəqil  olan  və  daxili 

əlaqələri,  mübadilə  proseslərinin  üzvi  vahidlik  keyfiyyəti  verdiyi, 

özünüsaxlaya bilmə qabiliyyətinə malik hissəsidir”

98



Onun  fikrincə,  “dünya-  iqtisadiyyatları”  siyasi,  mədəni  və  dini 



sərhədlərin fövqündə mövcud olmaqla konkret xarakterik cəhətləri 

ilə səciyyələnir: 

1.

  Onlar  müəyyən  coğrafi  məkanda  formalaşırlar  ki,  bu  məkanın 



sərhədləri zaman keçdikcə dəyişə bilir; 

2.

  Bu  sistemlərdə  hansısa  qütb,  ağırlıq  mərkəzi,  yaxud  iqtisadi 



“paytaxt” həmişə mövcud olur; 

3.

  Bu mərkəz ətrafında təmərgüzləşmə zonaları yaranır: mərkəzin 



(yaxud “nüvə”nin) ətrafında yarıməyalət tipli “orta zona”, sonra 

uzaq  və  yaxın  əyalət  və  nəhayət,  xarici  məkan  mövcud  olur. 

Məsələn,  dayanıqlı  “dünya-iqtisadiyyatlarına”  klassik  nümunə 

kimi  Aralıq  dənizi  zonasını,  Hindistanı,  Çini  və  Rusiyanı 

göstərmək olar. 

.Vallerstayn  sözügedən  yanaşmadan  çıxış  etməklə  “dünya-

sistemləri” anlayışına daha geniş aspektdə baxmağı təklif edir. 

O,  “dünya-iqtisadiyyatlarına”  “dünya-imperiyaları”  anlayışı  ilə 

birlikdə  “dünya-sistemlərinin”  yalnız  bir  variantı  kimi  yanaşmağı 

məqsədəuyğun hesab edir (cədvəl 4.5). 

Tarixi  dövrlənmənin,  eləcə  də  istehsal  üsullarının  təsnifatının  əsas 

kriteriləri  kimi  bölgü  çıxış  edir.  Cədvəldən  göründüyü  kimi,  3  sosial 

sistem və 3 istehsal üsulu fərqləndirilir: 

1.

  Qarşılıqlı mübadilə münasibətlərinə əsaslanan mini-sistem; 



2.

  Dünya-imperiya 

sistemi-mahiyyətcə, 

A.Toynbinin 

“sivilizasiyası”. 

3.

  Əmtəə-pul münasibətlərinə əsaslanan kapitalist dünya sistemləri 



(dünya-iqtisadiyyatları). 

Tarixi sistemlərin birinci variantı – mini-sistemlər: məkanca kiçik, 

nisbi  qısamüddətli  və  mədəni  yekcinsliyi  ilə  səciyyələnən  lokal 

yaranışlardır.  nkişafın  əsas  məntiqi  müxtəlif  nemətlərin  qarşılıqlı 

                                                 

98

 Бродель Ф. Материальная цивилизация, экономика, капитализм.XV-XVII вв. 



Т3.М.: Прогресс, 1992.- С.14. 


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə