Dünya iqtisadiyyatının tarixi
119
ndustrial cəmiyyətə keçid tarixən XVIII əsrdə başa çatmışdır. Bu
cəmiyyətin əsas xarakterik cəhətləri aşağıdakılardan ibarətdir:
1.
Əvvəlki epoxalardan fərqli olaraq kənd təsərrüfatı və sənaye
istehsalının sürətli artımı;
2.
Elm və texnikanın, o cümlədən kommunikasiyanın güclü
inkişafı;
3.
Əhalinin sürətli artımı;
4.
Həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi;
5.
Mürəkkəb əmək bölgüsü və beynəlxalq əmək bölgüsünün
sistemləşməsi;
6.
Mərkəzləşdirilmiş dövlət;
7.
Əhalinin
üfüqi
təbəqələşməsində
kəskin
fəsadların
“yumşaldılması”, şaquli təbəqələşmənin artımı (cəmiyyətin
millətlərə, regionlara və s. bölgüsü).
Kapitalizm iqtisadiyyatın yeni tipi ilə yanaşı, yeni həyat tərzi və
yeni təfəkkür tipi yaratdı. M.Veber hesab edirdi ki, bu – protestantizmin
yaranması ilə bağlıdır (kapitalizm XVI əsrdə formalaşmağa başlamışdır).
V.Zombart
124
kapitalizmin başlanğıcını XV əsr Florensiyası ilə
bağlayırdı. O.Koks isə ümumiyyətlə XI əsr Venesiyasını önə çəkirdi.
Kapitalizmin yaranması tarixi ilə əlaqədar mövcud olan fərqliliklər
onunla izah oluna bilər ki, əvvəla, orta əsrlər cəmiyyəti birmənalı olaraq,
aqrar cəmiyyət kimi qəbul edilirdi, ikincisi, kapitalizm – tərəqqinin
yekun mərhələsi keyfiyyətində səciyyələndirilirdi.
F.Brodel yazırdı ki, kapitalizm tarixi təkamülün son sözü deyil, “...
Onun süqutu,... mutasiyası heç də mümkün olmayanlar sırasında
deyildir”.
125
Müasir industrial cəmiyyətin qərarlaşması prosesini Brodel 3 dövrə
ayırır:
1.
Kapitalizməqədərki dövr (XIV-XVIII);
2.
ndustrial kapitalizm dövrü ( XVIII-XX);
3.
Postindustrial kapitalizm dövrü (XX əsrdən başlayaq).
124
В.Зомбарт. Буржуа: Этюды по истории духовного развития современного эко-
номического человека. М.: Наука.- 1999.
125
Бродель Ф. Материальная цивилизация, экономика и капитализм. XV-XVIII вв.
1986, Т.1. Структуры повседневности: возможное и невозможное. С.34
Dünya iqtisadiyyatının tarixi
120
Kapitalizməqədərki dövrdə formalaşmaqda olan yeni münasibətlər
kompleksi dayanıqlı deyildir. Əslində, kapitalizmin XIX əsrdə tam
şəkildə qərarlaşması prosesinin 3 əsas şərtini ön plana çıxarır:
1.
Həyat qabiliyyətli və tərəqqiyə istiqamətlənmiş bazar
iqtisadiyyatının yaranması; O qeyd edir ki, ilkin dövrlərdə bazar
iqtisadiyyatı hər yerdə eyni məzmun daşıyırdı. “...Lakin belə formada
mövcud olan bazar iqtisadiyyatı kapitalist inkişaf prosesinin zəruri,
amma kafi şərti deyildi”.
126
2.
Cəmiyyət kapitalizmin inkişafına dəstək verməli idi. Sözügedən
“dəstək” təbii ki, minlərlə amili əhatə edir. Brodelin fikrincə isə, bu
daha çox siyasi, “tarixi” səciyyə daşımalıdır (nəinki iqtisadi və
sosial).
3.
Son nəticədə dünya bazarının mövcudluğu zəruri amil
keyfiyyətində çıxış edir.
Qeyd etmək olar ki, Rusiyada ikinci, Çində isə həm ikinci, həm də
üçüncüsü şərtlər olmayıb.
Postindustrial epoxa əvvəlki dövrlərdən hər şeydən əvvəl radikal
xarakterli dəyişiklikləri ilə fərqlənir. XX əsr bu anlamda – bəşər tarixində
xüsusi yer tutur. Məsələn, məhz XX əsrdə (əsasən əsrin ortalarından
başlayaraq) iqtisadi inkişaf sıçrayış xarakteri almışdır.
Hal-hazırda bəşəriyyətin istehlak etdiyi məmulatların 90%-i məhz
bu dövrdə yaradılmışdır. 1950-2000-ci illər ərzində sənaye istehsalı 50
dəfə, təbii qazdan istifadə 30 dəfə artmışdır. 600 mln-dan çox minik
maşınları istifadəyə verilmiş, 4000 süni peyk buraxılmışdır. 1980-2000-ci
illərdə istifadə olunan mineral ehtiyatlar bəşəriyyətin bütün tarixi boyu
istifadə etdiklərindən çoxdur.
Müasir postindustrial cəmiyyət ifrat dərəcədə mürəkkəb, çoxlaylı
və dinamik surətdə dəyişən sosial sistemdir. Bu cəmiyyətin ən ümumi
cəhətlərinə aşağıdakıları aid etmək olar:
1.
Qlobal səviyyədə hamı üçün keçərli olan vahid məqsəd yoxdur;
Məqsəd spontan şəkildə formalaşır;
2.
ctimai proseslər vahid mərkəzdən tənzimlənmir;
3.
Cəmiyyət daxili koordinasiya universal davranış qaydalarına
əməl etməklə formalaşır; Yəni koordinasiya – nə hansısa vahid
məqsədlə tənzimlənmir, nə də vahid mərkəzdən formalaşmır.
126
Бродель Ф. Материальная цивилизация, экономика и капитализм. XV-XVIII вв.
1986, Т.2. Игры обмена., с.609
Dünya iqtisadiyyatının tarixi
121
4.
Cəmiyyətin iqtisadi əsasını xüsusi mülkiyyət və sahibkarlıq
(özəl), bazar sistemi və rəqabət təşkil edir.
5.
Fərdlər avtonomdur, qanunla mühafizə edilən şəxsi həyata
malikdir, qərar qəbulunda müstəqildirlər;
6.
Fərdlər bütün fundamental azadlıqlara malikdirlər;
7.
Çoxpartiyalı cəmiyyətdir; partiyaların heç birinin hakimiyyət
səlahiyyətləri yoxdur;
8.
Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının
rəhbərləri ümumxalq səsverməsi ilə təyinat alırlar;
9.
Hakimiyyətin 3 qanadı var: qanunverici, icra və məhkəmə
(bunların hər biri müstəqildir).
Müasir fəlsəfi fikirdə F.Brodelin təsvir etdiyimiz yanaşması
birmənalı qarşılanmır. Əsas iradlar sırasına aşağıdakıları aid etmək olar:
1.
Tarixin Brodel tərəfindən aparılan dövrlənməsi səthi və
kobuddur. Onun, yəni bölgünün əsasında yalnız bir kriteri -
artımın səviyyəsi dayanır ;
2.
Bu baxımdan industrial cəmiyyətlə postindustrial cəmiyyət
arasındakı fərqlilik birmənalı olaraq iqtisadi artımın səviyyəsinə
ürcah edilir.
3.
Lakin son 3 əsrdə inkişaf etmiş cəmiyyətlərə münasibətdə bu
kriteri ikincidərəcəli əhəmiyyət daşıyır. Ön plana isə
mədəniyyət çıxır. Əsas diqqət son 300 illik tarixə yönəldilir.
Minilliklər boyu davam etmiş epoxa isə industrializməqədərki
dövr kimi ümumiləşdirilir.
Tənqidçilər belə bir qənaətə gəlirlər ki, postindustrial cəmiyyət –
müstəqil tarixi epoxa deyil, o, yalnız industrial epoxanın müasir
mərhələsidir və daxili eyniyyətə malikdir.
Ümumdünya tarixinin əsas mərhələlərinin elmi fikirdə qəbul
edilmiş təsnifatlarından biri də qlobal – mərhələli inkişaf konsepsiyası
çərçivəsndə öz əksini tapmışdır (şəkil 4.9).
Dostları ilə paylaş: |