Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə41/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   37   38   39   40   41   42   43   44   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



110

                                                            

baxımdan, eləcə də tarixi prosesin əvvəlki dövrlənməsindən çıxış etməklə 

“ənənəvi cəmiyyət” anlayışını dərk etmək mümkündür. Lakin Rostounun 

sonrakı  mərhələləri  yeniləşmənin  birtərəfli  şərhindən  başqa  bir  şey 

deyildir. 

“ qtisadi  artımın  mərhələləri”  nəzəriyyəsi  mahiyyətcə  ümumdünya 

tarixinin  ənənəvi,  industrial  və  postindustrial  cəmiyyətlərə  bölgüsünə 

yaxındır.  

Bu  dövrlənmədə  əmək  vasitələrinin  inkişafı  əsas  kriteri  kimi 

götürülmüşdür.  Yəni  hər  iki  halda  bütöv  sosiotarixi  və  sosiomədəni 

orqanizm 

kimi 

cəmiyyətin 



təkamül 

prosesinin 

sistemli 

qiymətləndirilməsinə rast gəlmirik. 

Daha  konkret  formada  U.Rostounun  “ qtisadi  artımın  mərhələləri” 

nəzəriyyəsinin əsas nöqsan cəhətlərinə aşağıdakıları da aid edə bilərik: 

1.

 

btidai  dövrə  ümumiyyətlə,  baxılmır.  Yəni  nəzəriyyə 



tarixi prosesi bütövlükdə deyil, yalnız son 250 illik dövrü 

əhatə edir. 

2.

 

Yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  ictimai  tərəqqinin 



mürəkkəb  konstruksiyası  birölçülü  texniki  determinizm 

prinsipinə aid edilir. 

3.

 

qtisadi artıma sırf mexanistik yanaşma sərgilənir. 



A.Frank

119


  modernləşmənin  xətti-mərhələli  konsepsiyasını  kəskin 

şəkildə  tənqid  etməklə  U.Rostounun  “ qtisadi  artım  mərhələləri” 

nəzəriyyəsini  ümumiyyətlə,  inkar  edir.  Onun  fikrincə,  Rostounun 

sözügedən nəzəriyyəsi iqtisadi cəhətdən geri qalmış ölkələrin nə keçmişi, 

nə də “indisi” ilə heç cür səsləşmir. 

Yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  U.Rostou  üçün  “ənənəvi 

cəmiyyət  =  iqtisadi  cəhətdən  geri  qalmış  ölkə”  eyniyyət  təşkil  edir. 

qtisadi  gerilik  –  birinci  mərhələdir  və  bundan  sonra  inkişaf  başlayır. 

Lakin tarixi faktlar bu yanaşmanın gerçəkliyə adekvat olmadığını ortalığa 

qoyur. Məsələn, Latın Amerikasında iqtisadi gerilik 400 ildir davam edir, 

amma inkişaf təmayüllərini heç “üfüqdə” də görmək mümkün deyildir. 

Bu  gün  dünyada  elə  bir  cəmiyyət  tapmaq  mümkün  deyildir  ki, 

“ənənəvi”liyə  uyğun  gəlsin.  Onlar,  eyni  zamanda  Rostounun  ikinci 

mərhələsinə - keçid mərhələsinə də uyğun gəlmirlər. 

Gerilik  –  nə  ilkin,  nə  də  ənənəvi  vəziyyət  deyil.  Gerilik  –  inkişaf 

etmiş ölkələrin istismarının nəticəsidir. 

                                                 

119


 Frank A.G. Sosiology of Development and Underdevelopment of Sosiology// 

N.Y.1969 




Dünya iqtisadiyyatının tarixi 

 

 



111

                                                            

Frank Rostou  yanaşmasının digər bir cəhətini də diqqət mərkəzinə 

çıxarır. Belə ki, sözügedən nəzəriyyədə inkişaf etmiş ölkələr sanki bütün 

dünyadan  təcrid  olunmuş  yolla  gediblər  və  gedirlər.  Əslində  isə,  bu 

ölkələrin inkişafı qalan dünyanın geriliyindən qaynaqlanır. 

.Vallerstayn  U.Rostounu  ngiltərə  modelini  qlobal  miqyasda 

yeganə  düzgün  olan  kimi  təqdim  etməkdə  günahlandırır.  Bütün  ölkələr 

məhz  həmin  model  çərçivəsində  inkişaf  etməlidirlər.  “...  Lakin  təhlil 

etmək  lazımdır  ki,  bir  mərhələdən  digərinə  keçid  necə  baş  verir,  nədən 

bəzi millətlər digərləri ilə müqayisədə, ləng hərəkət edirlər və nəhayət, nə 

etmək lazımdır ki, “artım” prosesi sürətlənsin?”

120

 

Amerikan  sosioloqu  Daniel  Bell  (1919)  marksist  və  “industrial 



cəmiyyət”  konsepsiyalarının  yalnız  “bir  ox”  ətradında  firlandıqlarını 

(marksizm  –  iqtisadiyyat;  “industrial  cəmiyyət”  –  texnoloji,  yaxud 

texniki  dəyişikliklər  “oxu”)  tənqid  edərək,  “Postindustrial  cəmiyyət” 

nəzəriyyəsini irəli sürür. 

Tarixi  dövrlənməyə  yanaşmada  əsas  kriteri  kimi  texniki-iqtisadi, 

mədəni  və  siyasi  sferalardakı  dəyişikliklərə  söykənir.  O,  cəmiyyətə 

texnologiya  və  biliklər  prizmasından  baxır.  Bu  prizmadan  yanaşmaqla 

amerikan cəmiyyətinin “postindustrial” olmasının 5 əlamətini göstərir: 

1.

  Əmtəə istehsalından xidmət istehsalına keçid; 



2.

  Peşəkar  mütəxəssislər  və  texniki  işçilərin  xüsusi  çəkisinin 

böyüklüyü; 

3.

  Nəzəri biliyin aparıcı rolu; 



4.

  Texniki-iqtisadi  mühitin  texnologiyalar  üzərində  nəzarətə 

istiqamətlənməsi; 

5.

  Yeni  intellektual  texnologiyalar  əsasında  qərarların  qəbulunun 



təminatı; 

Ədalət naminə qeyd etmək lazımdır ki, D.Bell kifayət qədər pozitiv 

olan məqamları görə bilmişdir: 

1.

  Elmin artan rolu; 



2.

  Elmin insan fəaliyyətinin mühüm sferasına çevrilməsi; 

3.

  Məşğulluq sferasında proqressiv dəyişikliklər; 



4.

  Kooperasiya olunmuş əməyin rolunun artması və s. 



 

 

Cədvəl 4.10 

                                                 

120

 Wallerstein I. The Present State of the Debate on World  ntequality // Montreal, 



1975, p.14. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



112

                                                            



Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri 

Cəmiyyətin sosial təşkili 

tipləri 

Hakim olduğu 

ölkələr 

Xarakteri 

Həyat 

fəaliyyətinin əsas 



istinad nöqtəsi 

1. ndustrializmə qədərki tip 

Afrika, Latın 

Amerikası, 

Cənubi Asiya 

Əkinçilik, 

heyvandarlıq, 

balıqçılıq, dağ-

mədən, meşə 

sənayesi. 

nsan → təbiət 

münasibətləri 

2.  ndustrial tip 

Şimali 


Amerika, 

Avropa, keçmiş 

sovet 

respublikaları, 



Yaponiya 

Kütləvi 


istehlak 

malları 


istehsalı 

nsan → 


yeniləşmiş təbiət 

münasibətləri 

3. Postindustrial tip 

ABŞ, Yaponiya 

(yeni başlayır) 

Xidmət 


istehsalı. 

nformasiyanın 

əldə edilməsi, 

emalı, 


saxlanması və 

istifadəsinə 

yönəlik əmək 

məsrəfləri 

“ nsan→insan” 

münasibətləri 

    

D.Bellin konsepsiyası “xidmət” iqtisadiyyatın məzmun açıqlanması 



baxımından  təqdirəlayiqdir  (baxmayaraq  ki,  tarixi  aspektdə  elə  bir 

əhəmiyyətli 

rol 

oynamır). 



“Xidmət” 

iqtisadiyyatının 

ilkin 

parametrlərindən  biri  iqtisadi  məşğul  əhalinin  sahələr  üzrə  strukturudur. 



Belə ki, Afrikada məşğul əhalinin 2/3 hissəsi kənd təsərrüfatında çalışır. 

ABŞ-da bu göstərici 3%-dən də azdır. 

ABŞ əhalisinin 1/3 hissəsi sənayedə, 2/3 hissəsi  xidmət sferasında 

çalışır.  Kəskin  fərqlərin  yaranması  elmi-texniki  tərəqqi  ilə  bağlıdır. 

nkişaf  etmiş  ölkələrdə  kənd  təsərrüfatında  əmək  məhsuldarlığı  inkişaf 

etməkdə olan ölkələrin analoji göstəricisindən 15 dəfə yüksəkdir. 

Postindustrial  ölkələr  üçün  insan  fəaliyyətinin  bütün  sferalarında 

elm və texnikanın nailiyyətlərindən geniş istifadə ilə yanaşı, fundamental 

elmlərin  inkişafına  istinadla  daha  təkmil  texnologiyaların  tətbiqi  də 

xasdır.  

Əsas  nöqsan  cəhət  kimi  isə  onu  göstərmək  olar  ki,  D.Bell  yalnız 

texniki-iqtisadi  təmayüllərin  təhlili  əsasında  ictimai  inkişaf  nəzəriyyəsi 

qurmağın mümkünlüyünü sübut etməyə çalışırdı. 



Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə