Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə52/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   48   49   50   51   52   53   54   55   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



141

                                                            

2.  Dövrlənmə  eyni  əsaslandırma  tipinə,  yaxud  eyni  kriterilərə 

əsaslanmalıdır  (bərabır  güclü).  Amma  əksəriyyətin  dəqiq  kriteriləri 

yoxdur,  yaxud  əsaslar  elektik  xarakterlidir  və  mərhələdən-mərhələyə 

dəyişir. Buna görə də əsas istiqamətlənmə sxemi kimi Qədim dövr →orta 

əsrlər→yeni dövr çıxış edir. 

 3.  Digər  bir  məqam  dövrlənmənin  əsaslarının  hansı  dərəcədə 

arqumentləşdirilməsi,  onun  ümumi  konsepsiya  ilə  əlaqəsi  və  təyinatı  ilə 

bağlıdır.  Adətən  ən  müxtəlif  əsaslardan  istifadə  olunur:  ideya  və 

təfəkkürün 

xarakterinin 

dəyişməsindən 

tutmuş 


ekoloji 

transformasiyalara, 

mədəniyyətlərarası 

qarşılıqlı 

təsirə 

qədər. 


Əsaslanmanın  seçilməsində  iki  ifrat  kənarlılıq  müşahidə  edilir:  Əksər 

hallarda  seçilən  amillərin  əhəmiyyəti  absolyuta  yüksəldilir  –  nəticədə 

onlar hissəvi olaraq haqlı, eyni zamanda birtərəfli yanlış olurlar. 

4.  qtisadi fəaliyyətin, iqtisadi prosesin sərhədləri məsələsi açıq qalır; 

5.  nsanın,  bütövlükdə  bəşəriyyətin  mövcudluğunun  əsas  məqsədi, 

yaxud məqsədləri açıqlanmır (Teoloji paradiqma istisnadır). 

 

 

 




Dünya iqtisadiyyatının tarixi 

 

 



142

                                                            



III  BÖLMƏ 

 

DÜNYA  QT SAD YYATININ  

GENEZ S NƏQƏDƏRK  DÖVR 

 

V fəsil. Ən qədim və qədim dünyanın tarixi iqtisadiyyatı 

 

Ən  qədim  dünyanın  bizim  təsnifatda  xronoloji  sərhədləri  insanın 

meydana  gəldiyi  dövrdən  tutmuş  b.e.ə.  V  minilliyə  qədər  –  Qədim 

Mesopotamiyada  ilk  dövlətlərin  yarandığı  dövrəqədərki  zaman 

intervalını  əhatə  edir.  Məhz  bu  keçid  dövründə  “mənimsəmə” 

iqtisadiyyatı “istehsal” iqtisadiyyatına çevrildi. 

Eyni zamanda, ən qədim dövrü biz iki mərhələyə ayırırıq: 

1.

  Tarixəqədərki və cəmiyyətəqədərki dövr (1.6-0.04 mln. il b.e.ə). 



2.

  “Mənimsəmə”  iqtisadiyyatının  qərarlaşmadığı  dövr  (400-12 

min il b.e.ə.). 

 

§ 5.1. Tarixəqədərki və cəmiyyətəqədərki dövr 



 (1.6-0.04 mln il əvvəl) 

 

Təxminlərə  görə,  məhz  bu  dövrdə  insan  heyvanlar  aləmindən 

ayrılmışdır.  Həmin  ehtimalla  da  (bəzi  mənbələr  bunu  ciddi  fakt  hesab 

etsələr  də)  belə  bir  qənaətə  gəlinir  ki,  heyvanlarla  homo  sapriens 

arasında,  hədsiz  dərəcədə  uzun  tarixi  proses  ərzində  sonuncunun 

formalaşması  (antropososiogenez)  baş  vermişdir.  lkin  başlanğıcda  olan 

insan  –  insanaqədərki  insan  kimi  qəbul  edilir  (analoji  hal  cəmiyyətə  də 

xasdır). 

Əvvəldə  də  qeyd  etdiyimiz  kimi,  insanın  meydana  gəldiyi  dövrlə 

bağlı  yekdil  fikir  yoxdur.  Bir  yanaşmaya  görə  ilk  insanlara,  yaxud 

insanaqədərki “insana” 2.5 mln. il əvvəl avstralopiteklərin yerinə gəlmiş 

habilisləri, digər yanaşmaya görə 1.6 mln. il əvvəl habilisləri əvəz etmiş 

arxeantropları (pitekantrop, sinantrop, atlantrop və s.) aid edirlər. 

Böyük  əksəriyyətin  mövqeyi  belədir  ki,  ikinci  yanaşma  həqiqətə 

daha  yaxındır.  Belə  ki,  məhz  arxantroplarla  nitqin,  təfəkkürün  və  sosial 

münasibətlərin  formalaşması  prosesi  başlanmışdır.  Habilislər,  eləcə  də 

avstralopiteklər,  həmçinin  qomonidlər  isə  insanaqədərki  canlını  deyil, 

həmin canlının formalaşmasına qədərki məxluqatı əks etdirirlər. 

nsanın  və  insan  cəmiyyətinin  təşəkkülünün  əsasında  istehsal 

fəaliyyətinin,  maddi  istehsalın  yaranması  və  inkişafı  prosesi  dayanır. 




Dünya iqtisadiyyatının tarixi 

 

 



143

                                                            

stehsal  fəaliyyətinin  yaranması  və  inkişafı  istehsalçı  məxluqun 

orqanizmində  adekvat  dəyişikliklərlə  yanaşı  əvvəlki  dövrlərdən 

keyfiyyətcə  fərqlənən  yeni  münasibətlərin  –sosial  münasibətlərin 

yaranmasına  və  yekun  etibarilə  insan  cəmiyyətinin  formalaşmasına 

gətirib  çıxarmışdır.  Sosial  münasibətlər  –  yalnız  insana  xas 

münasibətlərdir. 

 

Cədvəl 5.1 

Tarixəqədərki tarix: geoxronologiya 

Geoloji eralar 

Həyat 

Təxmini tarixi mln.il 

1.“Həyatın başlanğıcı” 

 

 

2. “ lkin həyat” (Proterozoy) 



 

3. “Qədim həyat” (Palezoy) 

 

 

4. “Orta həyat” (Mezozoy) 



 

5. “Yeni həyat” (Kaynazoy) – 

üçüncü dövr 

 

 



 

 

 



 

 

- dördüncü dövr 



 

 

 



Canlı orqanizmlər yoxdur 

 

 



 

Sadə orqanizmlər, 

molyusklar və s; 

 

Balıqlar, həşəratlar, 



sürünənlər, bitkilər və s; 

 

 



Nəhəng sürünənlər, bitkilər; 

 

 



Heyvanların, balıqların, 

quşların, bitkilərin müxtəlif 

növləri. Dövrün sonunda 

insanabənzərlərin – 

antropoidlərin (driopiteklər, 

avstralopiteklər) meydana 

gəlməsi; Əmək fəaliyyətinin 

ilkin rüşeymləri 

 

4030-4000 



 

 

 



4000-1500 

 

 



345 

 

 



 

163 


 

 

72 



 

 

 



 

 

 



 

 

 



7.5 

 

Bitkilərin  müasir  forması, 



sürünənlərin 

hökmranlığı; 

Təfəkkürün, 

nitqin 


yaranması; 

Antropososiogenez 

(arxeantroplar, 

paleantroplar). 

 



Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə