Dünya iqtisadiyyatının tarixi
144
nsan erası
Üzvi həyatın müasir
formaları. Neantroplar;
Müasir insan
04-02
Qeyd: Mənbə - М .3. Бор. «История мировой экономики» М.; 1998.- С.22
Keyfiyyətcə yeni münasibətlərin intişarı, o cümlədən insanın
davranış tərzinin stimulları baxımından yeniləşmə davranış tərzinin
əvvəlki əsas hərəkətverici qüvvəsi olan bioloji instinkti sosial çərçivəyə
salmaqla məhdudiyyətlər sisteminin yaranması ilə nəticələnmişdir.
Bioloji instinktin sosial çərçivəyə salınması prosesi öz başlanğıcını
arxoantroplardan götürməklə 75-70 min il əvvəl son paleantropların
dövründə ilkin formada yekunlaşmış – sosial-iqtisadi münasibətlərin
ibtidai dövr üçün ilkin forması ortalığa çıxmışdır.
§ 5.2. Ən qədim dövr – “mənimsəmə” iqtisadiyyatı
btidai icma dövrü bəşər tarixinin ən uzun dövrüdür. Bu dövr
insanın yaranmasından başlayıb sinifli cəmiyyətin – dövlətin meydana
gəlməsinə qədər davam etmişdir.
btidai icma dövrünün – “mənimsəmə” iqtisadiyyatının əsas
xarakterik cəhətlərinə aşağıdakılar aiddir:
1.
Məhsuldar qüvvələrin ifrat aşağı səviyyəliliyi və ifrat
ləngliklə təkmilləşməsi.
2.
Təbii resursların və istehsalın nəticələrinin kollektiv
surətdə mənimsənilməsi.
3.
Bərabər bölgü, sosial bərabərlik.
4.
Cəmiyyətin ifrat aşağı səviyyəli inkişafı.
5.
Xüsusi mülkiyyət və dövlətin yoxluğu.
btidai dövrün inkişaf mərhələlərinin müəyyənləşdirilməsi kifayət
dərəcədə mürəkkəb məsələdir (Faktiki məlumatların kasadlığı
ucbatından). Bu baxımdan bir neçə variant mövcuddur. Amma, demək
olar ki, əksər hallarda arxeoloji sxemdən istifadə olunur. Məsələn, həmin
sxemə uyğun olaraq əmək alətlərinin hazırlandığı materiala görə ibtidai
dövr 3 əsas xronoloji mərhələyə bölünür:
1.
Paleolit (qədim daş dövrü) – 3 mln – 12 min il əvvəl.
2.
Mezolit (orta daş dövrü) – 12-8 min il əvvəl.
3.
Neolit (yeni daş dövrü) – 8-3 min il əvvəl.
Dünya iqtisadiyyatının tarixi
145
Göründüyü kimi, ibtidai icma dövrü xronoloji baxımdan daş dövrü
ilə üst-üstə düşür. Ayrı-ayrı ərazilərdə (xalqlarda) dövrlərin müxtəlif
sürətliliyinə baxmayaraq, onların hamısı üçün ümumi olan cəhətlər
mövcuddur: əvvəla, təsərrüfatın əsas forması – “mənimsəmə” xarakterli
olmuşdur.
Yəni insanlar heç bir maddi nemət istehsal etmədən yalnız təbiətdə
hazır şəkildə mövcud olanlardan yararlanmışlar. kincisi, istehsal
münasibətlərinin əsasında kollektivçilik, əmək aləti üzərində icma
mülkiyyəti dayanırdı.
btidai dövrün ən uzun mərhələsi – qədim daş dövrü (Paleolit)
olmuşdur. Yenicə formalaşmış insanın fəaliyyətinin ilk təsərrüfat forması
ovçuluq, yığım və balıqçılıq olmuşdur. Arxeoloji tapıntılara istinadla
tədqiqatçılar qeyd edirlər ki, ovçuluq ilkin dövrdə - spesifik xarakter
daşımışdır. Ovçuluğun kollektiv üsulları tətbiq olunurdu. Bitki kökləri və
digər qida kimi qəbul edilə bilən bitkilərin yığımı onsuz da kasad olan
qida rasionunu nisbətən tamamlayırdı. nsanı heyvandan fərqləndirən
əsas cəhət (o dövrdə) əmək alətləri düzəltmək qabiliyyəti idi. Arxeoloqlar
hesab edirlər ki, ilk daş alətlər 2.5 mln. il bundan əvvəl yaradılmışdır.
Lakin bu alətlərin sayı o qədər də çox deyildir.
Lakin, zaman keçdikcə alətlərin sayı artırdı. Bəzi arxeoloji
mənbələrdə qeyd olunur ki, artıq ilk paleolit (3 mln. – 200 min il b.e.ə.)
dövründə 30-40 funksiyası olan alətlər dəsti yaradılmışdır. Orta
paleolitdə (200-400 min il b.e.ə) iti, üçkünc, kəskin uclu alətlər, nizələr
meydana cıxmağa başladı.
Bəzi mənbələrə görə təxminən 1 mln. il əvvəl insanaqədərki
“insanın” (yarımeymun) yeni növü – arxeantroplar meydana gəlmişdir.
Bu insanlar əsasən Şimali Çində, Avropada, Afrikanın səhralarında
məskunlaşmışlar.
Məhz həmin dövrdə buzlaşma prosesi başlamış və Avrasiyanın
(təxminən 100 min il əvvəl) böyük hissəsi qalınlığı 2 m-ə çatan buz qatı
altında qalmışdır. qlim dəyişkənliyi odun yaranmasına gətirib çıxardı.
Təxminən 250 min il əvvəl arxeontroplar neondertallarla (homo sapiens)
əvəz olundular. 35-10 min il əvvəl buzlaq əriməyə başladı və demək olar
ki, müasir iqlimə oxşar iqlim formalaşdı.
Cədvəl 5.2
Zooloji sürünün ibtidai icmaya keçidi