Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə53/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   49   50   51   52   53   54   55   56   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



144

                                                            

nsan erası 

Üzvi həyatın müasir 

formaları. Neantroplar; 

Müasir insan 

04-02 

 

Qeyd: Mənbə - М .3. Бор. «История мировой экономики» М.; 1998.- С.22 



 

Keyfiyyətcə  yeni  münasibətlərin  intişarı,  o  cümlədən  insanın 

davranış  tərzinin  stimulları  baxımından  yeniləşmə  davranış  tərzinin 

əvvəlki  əsas  hərəkətverici  qüvvəsi  olan  bioloji  instinkti  sosial  çərçivəyə 

salmaqla  məhdudiyyətlər  sisteminin  yaranması  ilə  nəticələnmişdir. 

Bioloji  instinktin  sosial  çərçivəyə  salınması  prosesi  öz  başlanğıcını 

arxoantroplardan  götürməklə  75-70  min  il  əvvəl  son  paleantropların 

dövründə  ilkin  formada  yekunlaşmış  –  sosial-iqtisadi  münasibətlərin 

ibtidai dövr üçün ilkin forması ortalığa çıxmışdır. 

 

 § 5.2. Ən qədim dövr – “mənimsəmə” iqtisadiyyatı 



 

btidai  icma  dövrü  bəşər  tarixinin  ən  uzun  dövrüdür.  Bu  dövr 

insanın  yaranmasından  başlayıb  sinifli  cəmiyyətin  –  dövlətin  meydana 

gəlməsinə qədər davam etmişdir. 

btidai  icma  dövrünün  –  “mənimsəmə”  iqtisadiyyatının  əsas 

xarakterik cəhətlərinə aşağıdakılar aiddir: 

1.

  Məhsuldar  qüvvələrin  ifrat  aşağı  səviyyəliliyi  və  ifrat 



ləngliklə təkmilləşməsi. 

2.

  Təbii  resursların  və  istehsalın  nəticələrinin  kollektiv 



surətdə mənimsənilməsi. 

3.

  Bərabər bölgü, sosial bərabərlik. 



4.

  Cəmiyyətin ifrat aşağı səviyyəli inkişafı. 

5.

  Xüsusi mülkiyyət və dövlətin yoxluğu. 



btidai  dövrün  inkişaf  mərhələlərinin  müəyyənləşdirilməsi  kifayət 

dərəcədə  mürəkkəb  məsələdir  (Faktiki  məlumatların  kasadlığı 

ucbatından).  Bu  baxımdan  bir  neçə  variant  mövcuddur.  Amma,  demək 

olar ki, əksər hallarda arxeoloji sxemdən istifadə olunur. Məsələn, həmin 

sxemə  uyğun  olaraq  əmək  alətlərinin  hazırlandığı  materiala  görə  ibtidai 

dövr 3 əsas xronoloji mərhələyə bölünür: 

1.

 

Paleolit (qədim daş dövrü) – 3 mln – 12 min il əvvəl. 



2.

 

Mezolit (orta daş dövrü) – 12-8 min il əvvəl. 



3.

 

Neolit (yeni daş dövrü) – 8-3 min il əvvəl. 




Dünya iqtisadiyyatının tarixi 

 

 



145

                                                            

Göründüyü kimi, ibtidai icma dövrü xronoloji baxımdan daş dövrü 

ilə  üst-üstə  düşür.  Ayrı-ayrı  ərazilərdə  (xalqlarda)  dövrlərin  müxtəlif 

sürətliliyinə  baxmayaraq,  onların  hamısı  üçün  ümumi  olan  cəhətlər 

mövcuddur:  əvvəla,  təsərrüfatın  əsas  forması  –  “mənimsəmə”  xarakterli 

olmuşdur. 

Yəni insanlar heç bir maddi nemət istehsal etmədən yalnız təbiətdə 

hazır  şəkildə  mövcud  olanlardan  yararlanmışlar.  kincisi,  istehsal 

münasibətlərinin  əsasında  kollektivçilik,  əmək  aləti  üzərində  icma 

mülkiyyəti dayanırdı. 

btidai  dövrün  ən  uzun  mərhələsi  –  qədim  daş  dövrü  (Paleolit) 

olmuşdur. Yenicə formalaşmış insanın fəaliyyətinin ilk təsərrüfat forması 

ovçuluq,  yığım  və  balıqçılıq  olmuşdur.  Arxeoloji  tapıntılara  istinadla 

tədqiqatçılar  qeyd  edirlər  ki,  ovçuluq  ilkin  dövrdə  -  spesifik  xarakter 

daşımışdır. Ovçuluğun kollektiv üsulları tətbiq olunurdu. Bitki kökləri və 

digər  qida  kimi  qəbul  edilə  bilən  bitkilərin  yığımı  onsuz  da  kasad  olan 

qida  rasionunu  nisbətən  tamamlayırdı.  nsanı  heyvandan  fərqləndirən 

əsas cəhət (o dövrdə) əmək alətləri düzəltmək qabiliyyəti idi. Arxeoloqlar 

hesab  edirlər  ki,  ilk  daş  alətlər  2.5  mln.  il  bundan  əvvəl  yaradılmışdır. 

Lakin bu alətlərin sayı o qədər də çox deyildir. 

Lakin,  zaman  keçdikcə  alətlərin  sayı  artırdı.  Bəzi  arxeoloji 

mənbələrdə qeyd olunur ki, artıq ilk paleolit (3 mln. – 200 min il b.e.ə.) 

dövründə  30-40  funksiyası  olan  alətlər  dəsti  yaradılmışdır.  Orta 

paleolitdə  (200-400  min  il  b.e.ə)  iti,  üçkünc,  kəskin  uclu  alətlər,  nizələr 

meydana cıxmağa başladı. 

Bəzi  mənbələrə  görə  təxminən  1  mln.  il  əvvəl  insanaqədərki 

“insanın”  (yarımeymun)  yeni  növü  –  arxeantroplar  meydana  gəlmişdir. 

Bu  insanlar  əsasən  Şimali  Çində,  Avropada,  Afrikanın  səhralarında 

məskunlaşmışlar. 

Məhz  həmin  dövrdə  buzlaşma  prosesi  başlamış  və  Avrasiyanın 

(təxminən 100 min il əvvəl) böyük hissəsi qalınlığı 2 m-ə çatan buz qatı 

altında  qalmışdır.  qlim  dəyişkənliyi  odun  yaranmasına  gətirib  çıxardı. 

Təxminən 250 min il əvvəl arxeontroplar neondertallarla (homo sapiens) 

əvəz olundular. 35-10 min il əvvəl buzlaq əriməyə başladı və demək olar 

ki, müasir iqlimə oxşar iqlim formalaşdı. 

 

Cədvəl 5.2 

 

Zooloji sürünün ibtidai icmaya keçidi 

 



Dünya iqtisadiyyatının tarixi 

 

 



146

                                                            



Arxeoloji 

zaman 

 

nsanın təkamülü 

(antropososiogenez) 

Ə

mək alətləri 



Təsərrüfatın 

forması 

Növlə

Təxmini 

tarix 

P

al



eo

li



 

 

 



Antropoidlər 

(insanabən- 

zərlər) 

4 mln. il 

əvvəl 

 

 



 

Məlum deyil 

Məlum deyil 

Arxeantroplar 

(Pitekantropla

r, 


sinantroplar) 

1 mln.il 

əvvəl 

 

 



 

Ağac və daşdan 

düzəldilmiş 

alətlər 


Ovçuluq, yığım. 

Ailə hələ yoxdur. 

Nitqin rüşeymləri 

yaranmağa 

başlayır. 

Paleantroplar 

(Neonder 

tallar) 


300-400 

min il 


əvvəl 

 

 



 

 

Daş və sümükdən 



hazırlanmış 

alətlər; Tədrici 

təkmilləşdirmə 

Ovçuluq, yığım; 

nitq inkişaf edir. 

Ailə hələ yoxdur. 

Neantroplar 

(Homo 


sapiens) 

40-50 min 

il əvvəl 

 

 



Daş və ağacdan 

hazırlanan 

(alətlərin təkmil 

variantı) nizə və 

s. 

Ovçuluq yiğim, 



oddan istifadə, 

kobud, gil qablar, 

eksoqamiya.  kili 

nikah sistemi. 

Ailənin 

rüşeymləri. 

 

Mezolit 


 

Homo sapiens 

irqlərin 

yaranması 

40-14 min 

il əvvəl 

Ox və kamanın 

icadı; Alətlər 

təkmilləşir. 

tlərin, 


donuzların, 

əhliləşdirilməsi,b

alıqçılıq Cüt 

nikahlara keçid 

 

N

eo



li

 



lkin  

 

 



 

 

 



“_______“ 

14 min il 

əvvəl 

“_________” 



stehsala keçid: 

əkinçilik və 

maldarlıq. 

Qoyun, keçi, 

inək və atların 

əhliləşdirilməsi. 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə