Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə61/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   57   58   59   60   61   62   63   64   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



167

                                                            

Çin  tarixi  ənənəvi  olaraq  Şan  dövlətindən  –  5  əfsanəvi 

imperatordan  başlanır.  Bu  dövr  Çin  tarixində  müdriklik,  ədalət  və 

xeyirxahlığın qızıl əsri adlanır. 

Neolit  epoxasının  sonunda  (b.e.ə.II  minillik)  Xuanxe  hövzəsində 

şəhər-dövlətlər  yaranır.  Bunların  sırasında  inkişaf  etmiş  tunc 

mədəniyyətinə malik olan Şan-in (“Böyük şəhər Şan”) xüsusilə seçilirdi. 

Şan-in  epoxası  üçün  yüksək  keyfiyyətli  tunc  döyüş  texnikası,  məişət 

əşyaları, zərgərlik məmulatları xarakterik olmuşdur. Bir sıra tədqiqatçılar 

belə  bir  mövqedədirlər  ki,  Çin  sivilizasiyasının  genezisində  b.e.ə.  II 

minilliyin ortalarında Orta Asiyaya miqrasiya etmiş hindavropa tayfaları 

əhəmiyyətli rol oynamışlar. 

B.e.ə.  XIII-XII  əsrlərdə  Şan  şəhər  –dövlətinin  siyasi  strukturu  üç 

qeyri-bərabər hissədən ibarət olmuşdur: 

1. Daxili zona: hökmdarın (Vanın) və onun mərkəzi icra aparatının 

birbaşa nəzarətində olan ərazi; 

2.  Ara  zonası:  paytaxtı  əhatə  edən  yerli  hökmdarlar  tərəfindən 

(Vana tabe olan) idarə olunan çoxsaylı regional bölmələr; 

3.  Xarici  zona:  müxtəlif  tayfaların  yaşadığı  ərazilər.  Bu  tayfaların 

rəhbərləri  Vanın  avtoritetini  qəbul  edir,  lakin  ondan  asılı  olmadan  – 

müstəqil fəaliyyət göstərirdilər. 

Şan  dövlətinin  yerinə  b.e.ə  1027-771-ci  illərdə  Qərbi  Çjou  dövləti 

gəlir. Bu dövlət kifayət qədər böyük olsa da, dayanıqlı deyildi. 

Bu  dövr  dövlətin  etnik  müxtəlifliyi  və  möhkəm  iqtisadi,  ictimai-

siyasi  əlaqələrin  yoxluğu  ilə  səciyyələnir.  darəetmə  sferasına  əkinçilik 

təsərrüfatlarının  birgə  işlənən  sahələri,  sənətkarlıq  və  tikinti,  vergi  və 

töycülərin alınması, məhkəmə və s. daxil idi. 

Torpaq  üzərində  mülkiyyət  hökmdara,  onun  yaxın  ətrafına, 

məmurlara məxsus idi. 

Onların hər birinin tam hakimiyyəti altında olan torpaq payı (udel) 

vardı. B.e.ə. VIII əsrdən başlanan ölkədaxili siyasi kataklizmlər daha az 

ərazini  əhatə  edən  Şərqi  Çjou  dövlətinin  və  çoxlu  sayda  müstəqil 

çarlıqların yaranmasına gətirib çıxardı. 

Marksizmin  feodalizm  adlandırdığı  formasiya  Çində,  orta  əsrlər 

Avropasından  fərqli  olaraq  sosial-iqtisadi  deyil,  sosial-siyasi  xarakter 

daşımışdır  (yəni  iqtisadi  mexanizmlərə  yox,  münasibət  və  tabeçilik 

sisteminə əsaslanırdı). 

Qərbi  Çjou  üçün  bir  pilləli,  Şərqi  Çjou  üçün  isə  çoxpilləli 

iyerarxiya xas idi: Hökmdarlar; formal vassal asılılığında olanlar (torpaq 

payları – udelləri olanlar) – udellərin muxtar hökmdarları; Xidmətçi Şilər 



Dünya iqtisadiyyatının tarixi 

 

 



168

                                                            

(aşağı idarəetmə təbəqəsinə aid, titulları olmayan vassallar); Tsin DAFU 

– titullu zadəganlar (mülkiyyəti olmayan, hərbidə xidmət edənlər). Bütün 

pillələrdə “mənim vassalımın vassalı mənim vassalım deyil” tipli orta əsr 

prinsipi hökmran idi. 

Çin feodalizminin əsas cəhətlərinə aşağıdakıları aid etmək olar: 

-

  iyerarxiya  normaları  və  vassal  öhdəliklərinə  dəqiq  riayət 



edilməsi; 

-

  Hakimiyyətə  və  vəzifələrə  mümkün  iddialarda  klan 



qohumluq dərəcəsinin nəzərə alınması; 

-

  Ağaya sadiqlik; 



-

  Döyüş meydanlarında, eləcə də vəzifə öhdəliklərində qəbul 

edilmiş davranış qaydalarına əməl olunması; 

-

  Zadəganlığa  pərəstiş,  statusa  uyğun  olaraq  etika 



normalarının gözlənilməsi. 

Ölkə  daxili  mübarizənin  güclənməsi  hökmdarların  bir  çoxunu 

islahatlara başlamağa məcbur etdi: 

-

  Udellərin zəifləməsi və daxili administrasiyanın güclənməsi. 



B.e.ə.  VII-VI  əsrlərdə  udel  yaratma  praktikasına  son 

qoyuldu. Xidmətlərə görə şərti vəzifə mülkiyyətləri hədiyyə 

edilməyə 

başlandı. 

Torpaq 

bütünlüklə 



hökmdarın 

mülkiyyətinə  keçdi.  Uyezdlər  yaradıldı  və  məmurlar 

tərəfindən idarəedilməyə başlandı. 

-

  Nəsil  elitasının  zəifləməsi:  Vəzifə  və  başlıca  postlara 



təyinatda  klan  qohumluğu  əsas  kimi  götürülmüşdü.  Vəzifə 

pillələri  ilə  yüksəlmə  birmənalı  olaraq,  şəxsi  nailiyyətlərlə 

müəyyənləşirdi.  Əslində  bunlar,  mahiyyət  etibarilə  inzibati 

bürokratik sistemin əks-feodallaşması idi. 

B.e.ə  V-III  əsrlər  Çin  tarixinin  “dəmir  əsri”  adlanır.  Dəmirdən 

istifadə 

edilməyə 

başlanması 

sivilizasiyanın 

inkişafına 

güclü 

stimullaşdırıcı təsir göstərmişdir: 



- Yeni torpaqların dövriyyəyə qatılması; 

-  rriqasiya qurğularının sürətli artımı; 

- Bazar üçün sənətkarlıq məmulatlarının hazırlanması; 

-  stehsalın həcminin sürətli artımı; 

-  Sənətkarlığın,  ticarətin,  kredit  əməliyyatlarının,  sələmçiliyin, 

əmtəə-pul əlaqələrinin inkişafı; 

-  cmanın  dağılmaqda  davam  etməsi  (icarə,  muzdlu  əmək, 

borcluların qula çevrilməsi, borca görə ailə üzvlərinin satılması); 

- Qulların azsaylı olması və əsasən nökər kimi istifadəsi; 



Dünya iqtisadiyyatının tarixi 

 

 



169

                                                            

- Silahların təkmilləşməsi; 

- Müharibələrin xarakteri və miqyasının dəyişməsi. 

Bu dövrdə 7 iri çarlıq yaranmışdır: Bey, Çjao, Xan, Tsin, Tsin Yan, 

Çu.  Ən  radikal  islahatlar  Tsin  çarlığında  (b.e.ə.  IV  əsrdə  -  Şan  Yan) 

aparılırdı: 

I.

  cma 



torpaqlarından 

istifadənin 

ciddi 

şəkildə 


reqlamentləşdirilməsi: 

- Böyük ailələr daha kiçik ailələrə bölünməli və onların hər birinin 

özünəməxsus təsərrüfatı yaradılmalıdır; 

-  Qarşılıqlı  əlaqə  sistemi:  5-lik  və  10-luqlarda  birləşmələr,  bir-

birinə nəzarət və qarşılıqlı cavabdehlik; 

-  Digər  çarlıqlardan  olan  immiqrantların  əlverişli  şərtlərlə  Tsin 

torpaqlarında  işə  cəlb  edilməsi  (əsas  məqsəd  tsinlərin  orduda 

xidmət üçün işdən ayrılmasıdır). 

- Hərbi sferada islahatlar; Hərbçilərin nüfuzunun artırılması; 

- Varlanmış mülkiyyətçilərin dövlət nəzarətinə alınması; 

slahatların növbəti dalğası b.e.ə. 350 ildən başlanır: 

- Ölkə-məmurlar tərəfindən idarəolunan uyezdlərə bölünür; 

- Olçü və çəki sistemlərinin unifikasiyası aparılır; 

- Torpaq payları kəndlilərə verilir. 

slahatların  nəticəsində  iqtisadiyyatın  və  sosial  münasibətlərin 

inkişaf tempi hissediləcək dərəcədə yüksəlmişdir. 

B.e.ə.  VII  əsrdən  aparılan  islahat  isə  mərkəzi  hakimiyyətin 

güclənməsinə,  Çinin  birləşməsi  və  imperiyaya  çevrilməsinə  səbəb 

olmuşdur. 

Bu  proses  b.e.ə.  221  ildə  başa  çatdı  və  Tsin  imperiyası  yarandı. 

Sosial-iqtisadi  həyatda  və  idarəetmə  sistemində  ardıcıl  olaraq  islahatlar 

həyata  keçirilməyə  başlandı.  Böyük  Çin  səddi  də  məhz  həmin  dövrün 

məhsuludur. 

 

§ 5.6.4. Qədim Hindistanın iqtisadiyyatı 

 

Qədim Hindistan – ilk dünya sivilizasiyalarına aiddir. Burada insan 

məskunlaşması  (arxeoloqların  şəhadətinə  görə)  daş  dövründən  başlanır. 

Tunc mədəniyyətinə aid olan məmulatlar  nd çayının sahilində (3 min il 

b.e.ə.) aşkarlanmışdır. Hesab edilir ki, ən qədim sinifli cəmiyyət b.e.ə. 3-

cü  minilliyin  ikinci  yarısından  2-ci  minilliyin  birinci  yarısına  qədər 

mövcud olmuşdur. 

Qədim Hindistan tarixi aşağıdakı dövrlərə bölünür: 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə