Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə62/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   58   59   60   61   62   63   64   65   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



170

                                                            

1.

 Qədim ( nd, Xarrap) sivilizasiyalar – b.e.ə XXII-XVIII əsrlər.  lk 



şəhərlərin, erkən dövlət yaranışlarının meydana çıxması; 

2.

 “Vedi” dövrü – b.e.ə  II  minilliyin sonu –  I minilliyin ortalarına 



qədər: 

a)  Erkən  dövr  -  b.e.ə.  XIII-X  əsrlər;  Ari  tayfaların  Şimali 

Hindistanda məskunlaşması; 

b)  Son  dövr  –  b.e.ə.  IX-VI  əsrlər;  Sosial  və  siyasi  təbəqələşmə, 

Qanq çayı hövzəsində ilk dövlətlərin yaranması; 

3.“Budda”  dövrü  –  b.e.ə.  VI-III  əsrlər;  Buddizmin  yaranması  və 

yayılması; Urbanizasiya prosesi və ilk böyük dövlətin – Mauri dövlətinin 

yaranması; 

4.“Klassik  epoxa”  –  b.e.ə.  II  -  b.e  V  əsrləri;  Qədim  Hind 

sivilizasiyası,  Cənubi  Asiyanın  mədəniyyəti  və  sosial  təşkilinin 

xarakterik xüsusiyyətlərinin formalaşması. 

 Cənubi  Asiya  –  qədim  dünyanın  fərqli  xüsusiyyətlərinə  malik 

regionu olmuşdur. Belə ki, burada inkişafın varisliyi, sosial münasibətlər 

və mədəniyyətdə dayanıqlılıq əsas səciyyəvi cəhətlər kimi çıxış edir. 

Qədim  Hindistan  sivilizasiyasına  münasibətdə  yekdil  fikir  yoxdur. 

Bir  qrup  tədqiqatçılar  hesab  edirlər  ki,  ind  sivilizasiyası  kənardan,  ari 

tayfaları  tərəfindən  gətirilib.  Bəziləri  onun  şumer  əsaslı  olduğunu 

göstərirlər.  Arxeoloq  R.Qeyne-Qelden

136

  isə  yazır  ki,  Hindistanda 



sivilizasiya  qəflətən  meydana  çıxıb.  Belə  ki,  onun  əvvəlki  inkişafının 

izləri  tapılmamışdır.  Eyni  zamanda,  Hind  sivilizasiyasının  yerli  mənşəli 

olduğunu  qeyd  edən  tədqiqatçılar  da  vardır.  Hesab  edilir  ki,  Hind 

sivilizasiyası qədimliyinə görə  kiçay arası və Misirdən sonra üçüncüdür. 

Qədim  Hindistanın  ən  iri  şəhərlərində  (ticarət,  sənətkarlıq  və 

inzibati  hakimiyyət  şəhərlərdə  cəmlənmişdir)  yüz  minə  qədər  insan 

yaşayırdı.  Bu  şəhərlərin  əsas  xarakterik  cəhətləri  aşağıdakılardan 

ibarətdir:  

1.Şəhərlər  iki  yerə  -  “Yuxarı”  və  “Aşağı”ya  –  bölünürdü  ki,  bu 

hissələr  arasında  gediş-gəliş  məhdudlaşdırılırdı.  “Yuxarı”da 

zadəganlar və s., “Aşağı”da isə əhalinin əsas hissəsi məskunlaşırdı; 

2.Şəhərin yaşayış hissəsi düzbucaqlı formasında qurulmuşdur; 

3. ctimai anbarlar və taxıl anbarları şəhərlərdə yerləşirdi; 

4.Tikinti ciddi plan əsasında aparılırdı. Məsələn, əsas küçələrin eni 10 

metr götürülürdü; 

                                                 

136

 Антонова К.А. История Индии (краткий очерк). М.: Мысль, 1973.- С.13-22 




Dünya iqtisadiyyatının tarixi 

 

 



171

                                                            

5.Əkinçilər  və  heyvandarlar  icma  şəklində  şəhər  divarlarından 

kənarda, kənddə yerləşirdilər; 

6.Kərpic - əsas tikinti materialı idi; 

7.Su təchizatı və kanalizasiya sistemi mövcud olmuşdur.  

Qədim  Hindistanın  iqtisadiyyatında  əsaslı  irəliləyişlər  Mauri 

dövlətinin  yarandığı  andan  müşahidə  edilməyə  başlanmışdır.  Kənd 

təsərrüfatı  (düyü,  taxıl  arpa)  yüksək  səviyyəyə  çatmış,  heyvandarlıq  isə 

köməkçi  sahə  kimi  inkişaf  etməkdə  idi.  Eyni  zamanda,  bağçılıq  və 

bostançılıq da xeyli irəliləmişdir. 

Bir sıra yerlərdə süni suvarma sistemindən müvəffəqiyyətlə istifadə 

olunurdu.  ldə iki dəfə məhsul götürmək adi hala çevrilmişdir. 

Qədim  dövrdən  başlayaraq  orta  əsrlərə  qədər  Qədim  Hindistanda 

sənətkarlıq  durmadan  inkişaf  etmiş,  əsas  məmulatlar,  ələlxüsus  pambıq 

parça  digər  ölkələrə  ixrac  edilməyə  başlanmışdır.  Eyni  zamanda,  hind 

sənətkarları metallurgiyada da böyük uğurlar qazanmışlar. 

Sənətkarlıq  əsasən  şəhərlərdə  mövcud  olmuş  və  başlıca  olaraq 

dövlət  ehtiyaclarının,  eləcə  də  elitanın  təmtəraq  məmulatlarına  olan 

tələbatını ödəməklə məşğul idi. 

Təsərrüfatın  natural  tipinin  hökmran  olmasına  baxmayaraq  ticarət 

inkişaf  etməkdə  davam  edirdi.  Ticarətin  əsas  obyekti  təmtəraq 

məmulatları  olmuş  və  əsasən  karvan  ticarəti  formasında  həyata 

keçirilmişdir. 

Ticarət  əlaqələrində  su  yolları,  ələlxüsus  Qanq  çayı  müstəsna  rol 

oynamağa  başlamışdır.  Qədim  Hindistanın  digər  ölkələrlə  (Mesopo-

tamiya, Misir,  ran, Orta Asiya və s.) ticarət əlaqələri mövcud idi. 

Ticarətin  inkişafı  metal  pulların  yaranmasına  gətirib  çıxardı.  Hələ 

b.e.ə. I minillikdə mis qırıqları gümüş və qızıl (müəyyən çəkidə) pul kimi 

istifadə olunurdu. B.e.ə. V-IV əsrlərdə karşapana, yaxud dxarana adlanan 

gümüş pullar yarandı. Bununla belə, əmtəələrin sadə mübadiləsi ticarətin 

mühüm forması kimi qalmaqda idi. 

Sözügedən  dövrdə  ticarət  əməliyyatları  dövlət  tərəfindən  ciddi 

şəkildə  reqlamentləşdirilmişdir.  Bazarda  çəki  və  ölçülərin  düzgünlüyü 

xüsusi  məmurlar  tərəfindən  yoxlanılırdı.  Keyfiyyətsiz  məhsul  satışı, 

yaxud fırıldaqçılıq cəzalandırılırdı. Əksər hallarda cərimə şəklində. 

Hətta  çarın  özü  də  ticarətlə  məşğul  olurdu.  Bir  sıra  məhsulların 

ticarəti  (dağ-mədən  məmulatları,  duz,  spirtli  içkilər)  çarın  inhisarında 

olmuşdur. 

Qədim Hindistanın siyasi və sosial strukturu haqqında irəli sürülən 

fikirlər  yalnız  təxminlərə  əsaslanır.  Bir  tərəfdən,  vahid  çəki  və  ölçü 



Dünya iqtisadiyyatının tarixi 

 

 



172

                                                            

sistemlərinin,  tikintinin  oxşar  prinsiplərinin,  yazının  mövcudluğu  bütün 

ərazi miqyasında idarəetmənin mövcud olması təəssuratını yaradır. Digər 

tərəfdən, bu idarəetmənin necə və haradan həyata keçirildiyi aydın deyil. 

Bir  sıra  tədqiqatçılar  cəmiyyətin  quldarlıq  prinsipləri  ilə  idarə 

olunduğunu,  digərləri  Qədim  Mesopotamiya  ilə  oxşarlığı,  üçüncülər  isə 

respublika quruluşunu önə çəkirlər. 

Ümumiyyətlə, 

nd 


sivilizasiyasının 

əsas 


xüsusiyyətlərinə 

aşağıdakılar aid edilir: 

1.

 

Dini-ruhani komponentin dominantlığı; 



2.

 

Müəyyən  imtiyazlara  malik  sosial-siyasi  qrupun  tədricən 



əlahiddələşməsi; 

3.

 



Zəif  və  qısamüddətli  dövlət  yaranışlarının  üstünlük  təşkil 

etməsi; 


4.

 

Varno-Kasta sistemi; “Varna”- növ, dərəcə, rəng deməkdir 



və  cəmiyyətin  əsas  sosial  təbəqələrinin  bir-birindən 

fərqləndirilməsində  istifadə  olunur.  Cəmiyyətin  bir-birinə 

qarşı duran təbəqələrə bölünməsi labüddür. Varna sistemi 

zaman  keçdikcə  nəinki  dağılmadı,  əkisnə  daha  da  inkişaf 

edərək  kasta  sisteminə  çevrildi.  Həmin  sistem  müasir 

Hindistanda bu gün də mövcuddur. 

 

 

§ 5.7. Antik epoxa (b.e.ə. VIII əsr-b.e. V əsri): 



Qədim Yunanıstan və Qədim Roma 

 

Antik  cəmiyyətin  formalaşması  Qədim  Şərq  sisteminin  yunan 

sosio-orqanizmlərinə hərtərəfli təsiri altında baş vermişdir. Sistemli təsiri 

–  Qədim  Şərq  cəmiyyəti  tərəfindən  –  tarixçilər  istiqamətləndirici  təsir 

kimi  səciyyələndirirlər.  Yunanlardan  sonra  antik  istehsal  üsulu  digər 

yerlərə  də  yayıldı:  Etrusk,  Karfagen,  Latın.  Birgə  götürülmüş  antik 

sosiotarixi  orqanizmlər  yeni  tarixi  arenanı  –  Aralıq  dənizi  hövzəsini 

ortalığa çıxardı ki, yekunda da ümumdünya tarixi inkişafın mərkəzi məhz 

bu  zonaya  keçdi.  Dünya  epoxalarının  növbələşməsi  baş  verdi:  Qədim 

Şərq  epoxası  Antik  epoxa  ilə  əvəzləndi.  Yeni  dünya  sistemi  bəşəriyyəti 

tarixi inkişafın yeni mərhələsinə yüksəltdi. 

B.e.ə. IV əsrdə Yaxın Şərq və Aralıq dənizi tarixi arenaları birlikdə 

yeni super sistemi – mərkəzi tarixi məkanı formalaşdırdılar. Tərəflərarası 

münasibət baxımından sözügedən supersistemdə  iki tarixi zona  yarandı: 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə