Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə58/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   54   55   56   57   58   59   60   61   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



159

                                                            

“birləşdirilməsi”  qədim  şərq,  yunan  və  roma  xalqlarının  sosial-iqtisadi 

quruluşunda,  siyasi  institutlarında,  dini-mədəni  xüsusiyyətlərində 

mövcud olan ümumi cəhətlərdən qaynaqlanır. 

Belə  ki,  Qədim  Şərq,  Yunan  və  Roma  cəmiyyətləri  hər  şeydən 

əvvəl, uzun tarixi proses ərzində primitiv ibtidai icmadan formalaşmışlar. 

nsanın  təbiət  qarşısında  gücsüzlüyü,  nəsil  münasibətləri,  yaşamaq  – 

elementar  olaraq  sağ  qalmaq  uğrunda  mübarizə,  məntiqi  və  abstrakt 

təfəkkürün inkişaf etməməsi və s. və.i.a. cəhətlərə münasibətdə identiklik 

mövcud olmuşdur. 

Eyni  zamanda,  ətraf  mühitə  adaptasiya  olunma  və  öz  sivil 

dəyərlərini  yaratma  yolunda  həmin  cəmiyyətlərin  özünəməxsusluğu  da 

qabarıq şəkildə təzahür edir. 

Qədim  Şərq,  Yunan  və  Romanın  xüsusi  komplekslər  kimi  tarixi 

fərqlilikləri,  məhz  sivilizasiya  mərhələsinə  keçidlə  formalaşmış  və 

məzmun identikliyi aradan qalxmışdır. 

Ümumdünya  tarixinin  yeni  mərhələsi  kimi  sivilizasiyanın  6 

əlamətini göstərmək olar: 

1.istehsalçı  təsərrüfatın  yaranması,  iqtisadiyyatın  rasional  təşkili, 

cəmiyyətin  sərəncamına  keçən  izafi  məhsulun  artımı  –  birgə 

mənimsəmə, mənfəətə yönəlməyən ibtidai təsərrüfat sistemi; 

2.xüsusi  mülkiyyət  institutunun  yaranması,  sərvətin  bir  və  ya  bir 

neçə əldə təmərgüzləşməsi, sosial təbəqələşmə − varlı və yoxsullar 

qrupunun meydana çıxması; 

3.sosial  münasibətləri  və  konfliktləri  tənzimləyən  xüsusi 

institutların – dövlət və hüquq − yaranması; 

4.təsərrüfat,  inzibati,  hərbi,  mədəni-dini  mərkəzlər  kimi  şəhərlərin 

meydana çıxması. 

5.yaranmaqda  olan  sivilizasiyaların  böyük  imkanlara  malikliyinin 

nümayişi  kimi  iri,  nəhəng  tikililərin  (məs.:  piramida)  həyata 

keçirilməsi; 

6.yazının  yaranması;  yazının  kəşfi  –  yeni  mentalitetin  meydana 

çıxması,  sivilizasiyanın  maddi  və  intellektual  imkanlarının  nəhəng 

sıçrayışı demək idi. 

Sivilizasiyaya ilkin keçid əmək alətləri, sosial-iqtisadi münasibətlər, 

idarəetmə  sferasında  baş  verən  keyfiyyət  dəyişiklikləri  ilə  səciyyələnir. 

Belə  ki,  metaldan  istifadə  əmək  prosesinin  fərdiləşməsinə,  icmadaxili 

əmlak  bərabərsizliyinin  yaranmasına,  hərbi  əsirlər  və  borcluların  qula 

çevrilməsi  idarəetmədə  icma  təşkilatının  ərazi-dövlət  forması  ilə 

əvəzlənməsinə və hərbi diktaturanın qurulmasına gətirib çıxardı. 



Dünya iqtisadiyyatının tarixi 

 

 



160

                                                            

 

§ 5.6. Qədim Şərqin tarixi iqtisadiyyatı 

 

Qədim  Şərqin  tarixini  adətən  (əksər  mənbələrdən)  bizim  eradan 

əvvəl  IV  minilliyin  ikinci  yarısında  Nil  və  Evrat  vadilərində  ilk  sinifli 

cəmiyyət  və  dövlətin  yaranmasından  başlayaraq  b.e.  IV  əsrin  30-20-ci 

illərində Yaxın Şərqlə yekunlaşdırırlar. Məhz həmin dövrdə bütün Yaxın 

Şərq  Makedoniyalı  sgəndər  tərəfindən  işğal  olundu  və  bu  ərazilərdə 

“ellin” dövlətləri (Qədim Yunanıstan) yaranmağa başladı. “Qədim Şərq” 

coğrafi termini müasir Tunisdən müasir Çin, Yaponiya və  ndoneziyaya 

(qərb-şərq  yönümündə),  cənubdan  şimala  doğru  isə  Həbəşistandan 

Qafqaz dağları, Aral dənizinin cənub sərhədlərinə qədər böyük bir ərazini 

əhatə edirdi. 

3  min  il  tarixi  olan  Qədim  Şərqdə  o  dövrki  dünyanın  ən  qüdrətli 

dövlətləri mövcud olmuşdur (Şumer, Akkad, Babil, Misir, Assuriya və s. 

Nil  vadisi  və  onunla  qonşu  olan  ərazilər  (gələcək  Misir  dövlətinin 



ərazisi) ilk insan məskənlərindən biridir. Burada hətta paleolit dövrünün 

əmək  alətləri  aşkar  olunub.  Qədim  Şərqdə  daş  əsrinin  mədəniyyəti 

özünün  ən  yüksək  səviyyəsinə  20-10  min  il  b.e.ə.  çatmışdır.  Əhalinin 

sürətli  artımı  Nil  vadisinin  qısa  zaman  kəsiyində  mənimsənilməsinə 

gətirib çıxardı. 

Neolit  epoxasına  aid  qədim  əkinçi  və  heyvandarların  ilk  yaşayış 

məskənləri (Nil vadisində) VI-V min il b.e.ə. tarixdə mövcud olmuşdur. 

 

§ 5.6.1. Mesopotamiya dövlətlərinin iqtisadiyyatı 



 

Yer  kürəsində  ən  qədim  dövlətlər  b.e.ə.  IV  minillikdə 

Mesopotamiyada yaranmışdır. Mesopotamiya – şimalda Qafqaz, cənubda 

Fars  körfəzi,  qərbdə  Suriya  çölləri  ilə,  şərqdə  müasir  raq  arasında 

yerləşən  coğrafi ərazidir. Bu ölkə  ən qədim dövrlərdən Şumer və Semit 

tayfaları  ilə  məskunlaşmışdır.  B.e.ə  IV  minillikdə  ilkin  olaraq  Şumer 

dövləti  yaranmışdır.  Afrikanın  şimalından  (b.e.ə.  V  minillik)  Ərəbistan 

yarımadasına,  Suriyaya  və  sonradan  Mesopotamiyaya  köç  edən  Semit 

tayfaları Akkad dövlətini, sonrakı dövrdə isə Babil dövlətini – Babilistanı 

yaratmışlar.  Təxminən  b.e.ə.  VI-VIII  minilliklər  ərzində  həmin  tayfalar 

tərəfindən bir çox heyvanların – donuz, keçi, iribuynuzlu mal-qara və s. 

əhliləşdirilməyə  başlanılmış,  arpa,  taxıl  və  digər  mədəni  bitkilərin  əkini 




Dünya iqtisadiyyatının tarixi 

 

 



161

                                                            

genişləndirilmiş,  kənd  təsərrüfatı  inkişaf  etdirilmişdir.  Məhz  bu  tayfalar 

dünyaya cüt və kotanı, suvarma sistemini bəxş etmişlər. 

Dünyada  ilk  dəfə  olaraq  məhz  Mesopotamiyada  saxsı  (gil)  qablar 

və  tikintidə  istifadə  edilən  kərpic  istehsalına  başlanmışdır  (b.e.ə.  V 

minilliyin birinci yarısında). 

B.e.ə.  VIII  minillikdə  misin  metallurji  emalının,  b.e.ə.  V-IV 

minilliklərdə  tunc  məmulatların  və  nəhayət,  b.e.ə.  II  minillikdə  dəmir 

alətlərin  yaranması  bütövlükdə  Qədim  Şərqdə  məhsuldar  qüvvələrin 

sürətli inkişafına təkan vermişdir. 

B.e.ə.  2340-cı  illərdə  Şumer-Akkad  dövlətlərinin  birləşməsi 

Mesopotamiyanın iqtisadiyyatına müsbət təsir göstərmişdir. Bu birləşmə 

iki  çayarası  ərazidə  bütün  çay  və  suvarma  sistemlərinin  tənzimlənməsi 

imkanını  yaratmışdır  ki,  nəticədə  nəqliyyat  və  irriqasiya  şəbəkəsi  xeyli 

yaxşılaşmışdır. Vahid ölçü və çəki sisteminin tətbiqi ticarətin inkişafında 

əhəmiyyətli rol oynamışdır. 

Sonsuz  müharibələr  b.e.ə  2007-ci  ildə  Akkad  dövlətinin 

mövcudluğuna son qoydu və ölkə köçəri Semit tayfaları tərəfindən işğal 

olunaraq  b.e.ə.  1897-ci  ildə  Babil  çarlığı  yarandı.  Çar  Xammurapi 

yenidən Mesopotamiya ərazilərini birləşdirdi və güclü dövlət yaratdı. Çar 

Xammurapinin  qanunlar  məcmusu  –  Xammurapi  kodeksi  Qədim  Şərq 

dövlətlərinin  quruluşu  və  təsərrüfat  həyatının  öyrənilməsi  prizmasından 

mühüm əhəmiyyət kəsb edən tarixi mənbədir. 

Mesopotamiya  iqtisadiyyatının  əsas  xüsusiyyətlərindən  biri  kənd 

icması  ilə  marksist  anlamda  quldarlıq  təsərrüfatının  birgə  mövcudluğu 

olmuşdur.  Kənd  icmasının  saxlanılması  əsasən  təbii  şəraitin  spesifikliyi 

ilə  bağlıdır.  sti  iqlim  çoxlu  sayda  irriqasiya  sistemlərinin  qurulmasını 

tələb  edirdi.  Bu  proses  yalnız  kollektiv  şəkildə  həyata  keçirilə  bilərdi. 

qlim  şəraiti  (bitkiçilikdə)  qurutma  və  suvarma  kanalları  sisteminin 

yaradılmasını  müxtəlif  rayonlardan  olan  insanların  birliyi  və  fəaliyyətin 

koordinasiyasını zəruri şərt kimi irəli sürürdü. 

Məhz,  çox  erkən  zamanlarda  dövlətin  yaranması  da  bu  tələblə 

şərtlənir. 

Dövlət  –  bütövlükdə  irriqasiya  sisteminə  nəzarət  edir,  icmalar  isə 

onun ayrı-ayrı sahələrində fəaliyyət göstərirdilər. 

Bu  baxımdan  işçi  qüvvəsinə  tələbat  böyük  idi.  Əsas  mənbə  kimi 

hərbi əsirlərin, eləcə də yerli sakinlərin qula çevrilməsi çıxış edirdi. Qul 

alqı-satqı  obyekti  idi.  Qulun  qiyməti  14-20  şekel  (1  şekel=  8  qram 

gümüş) arasında dəyişirdi. Quldarlıq (Qədim Şərqdə) hələ o qədər inkişaf 

etməmişdir. 



Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə