Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə59/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   55   56   57   58   59   60   61   62   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



162

                                                            

Xammurapi  məcəlləsi  təkcə  quldarların  deyil,  həm  də  qulların 

mənafelərini  qoruyurdu.  Məsələn,  məcəllənin  282-ci  maddəsi  tabeçilik 

göstərməyən  qulun  cəzalandırılmasını,  117-ci  maddəsi  borca  görə  qul 

edilənin ən çoxu 3 ildən sonra azadlığa buraxılması tələbini və s. nəzərdə 

tuturdu. 

cma və qul əməyi ilə yanaşı muzdlu əməkdən də istifadə edilirdi. 

rriqasiya  sistemlərinin  qurulması  istiqamətində  fəaliyyətin 

intensivləşməsi dövlətin iqtisadiyyatda rolunu durmadan yüksəldirdi. 

Çarlar icma torpaqlarının bir hissəsini özləri və  ruhanilər üçün ələ 

keçirməyə  başladılar  və  beləliklə  də,  saray  və  məbəd  təsərrüfatları 

yarandı.  Eyni  zamanda,  işğal  edilmiş  ərazilər  də  çar  torpaqlarına  daxil 

edilirdi. Sonrakı dövrlərdə bütün torpaqlar çarın mülkiyyətinə keçir və bu 

torpaqlardan  ruhanilərə,  məmurlara,  hərbçilərə  və  saray  əyanlarına  pay 

verilirdi.  cma  çar  torpaqlarından  istifadə  edirdi  və  buna  görə  dövlətin 

xəzinəsinə  vergi  ödəyirdi.  Çar  torpaqları,  eyni  zamanda,  müqavilə 

əsasında icarəyəyə də verilirdi. 

Müqavilədə icarənin obyekti, icarəhaqqının məbləği və ödənilməsi 

vaxtı qeyd olunurdu.  carə haqqı əsasən natural formada – məhsulun bir 

hissəsi  ilə  ödənilirdi.  Hətta,  stimullaşdırıcı  tədbirlər  də  tətbiq  olunurdu. 

Məsələn, xam torpaqların işlənməsi üçün birinci il icarəhaqqı alınmırdı. 

Torpaq  sahibliyinin  yeni  formaları  artıq  sosial  təbəqələşmədən 

xəbər  verirdi:  Ali  ruhani  –  36  hektar,  ruhani  –  18  hektar,  məmur  –  15 

hektar,  kiçik  torpaq  sahibləri  –  bir  neçə  sotdan  2  hektara  qədər  torpağa 

sahiblik  edə  bilərdilər.  Yararlı  torpaq  sahələrinin  azlığı  qeyd  edilən 

tənasüblüyü  dəyişdirir,  çar  tərəfindən  ruhani  torpaqlarının  dövlət 

ehtiyacları üçün müsadirə olunmasını şərtləndirirdi. 

qtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edirdi. Erkən dövrlərdə 

heyvandarlıq geniş yayılmışdır. 

Əkinçilik  əsasən  məhsuldar  torpaqlarda  inkişaf  etməyə 

başlamışdır.Əsas  taxıl  məhsulu  –  arpa  idi.  Arpa  təkcə  çörəkbişirmədə 

deyil,  həmçinin  pivə  istehsalında  istifadə  olunurdu.  Pivə  texnologiyası 

Mesopotamiyada  b.e.  3  min  il  əvvəl  işlənib  hazırlanmışdır.  Xammurapi 

kodeksi yüksək qiymətlə pivə satanları çaya atmaqla, bu işlə gizli məşğul 

olanları  isə  ölüm  cəzası  ilə  cəzalandırmağı  nəzərdə  tuturdu.  Eyni 

zamanda, bağçılıq, üzümçülük və tərəvəzçilik kənd təsərrüfatının mühüm 

sahələri sırasında idi. 

Əkinçiliyin inkişafı, erkən dövrlərdə dövlətin yaranması və bununla 

bağlı çar sarayının, ordunun, məmurların və şəhərlərin meydana gəlməsi 




Dünya iqtisadiyyatının tarixi 

 

 



163

                                                            

sənətkarlığın  əkinçilikdən  çox  erkən  vaxtlarda  ayrılmasına  gətirib 

çıxardı. 

Meşə  örtüyünün  azlığı,  bununla  bahəm  qamış,  gil  və  s.  geniş 

yayılması, məhz ikincilərin istifadəsinin bütün əraziyə yayılmasını, saxsı 

və kərpic istehsalının meydana gəlməsini şərtləndirmişdir. 

Metallurgiya  istehsalının  meydana  gəlməsi  əvvəlcə  mis,  sonralar 

tunc  və  dəmir  məmulatlarının  (kənd  təsərrüfatı,  tikinti,  məişət  və  s. 

istifadə  edilən)  hazırlanmasına  güclü  təkan  vermişdir.  4500  il  (b.e.ə.) 

əvvəl  Mesopotamiyada  tətbiq  edilən  zərgərlik  məmulatlarının 

hazırlanması texnologiyası bu gün də öz aktuallığını itirməmişdir.  nkişaf 

etmiş  heyvandarlıq  paralel  olaraq  dəri  istehsalına  və  toxuculuğa  güclü 

təkan vermişdir. 

 

 

§ 5.6.2. Qədim Misirin iqtisadiyyatı 



 

 Qədim  Misir  “Asiya  istehsal  üsulunun”  tipik  ölkəsidir.  Əkinçi  və 

maldarların Nil vadisində məskunlaşması b.e.ə VI-IV minilliklərə təsadüf 

edir.  Təsərrüfatın  təşkili,  strukturu  və  istifadə  olunan  əmək  alətlərinin 

çeşidi  baxımından  Qədim  Mesopotamiya  ilə  oxşar  cəhətlər  kifayət 

qədərdir. Təbəqələşmənin başlanğıcı və gedişi prosesi də, demək olar ki, 

üst-üstə düşür. B.e.ə. IV-III minilliklərdə ilk dövlətlər – nomlar meydana 

gəlməyə başladı. Yuxarı və Aşağı Misir çarlıqları birləşərək vahid dövlət 

– Qədim Misir dövlətini yaratdılar. Ümumiyyətlə, Qədim Misirin, Misir 

sivilizasiyasının  tarixi  sinifli  cəmiyyət  və  dövlətçiliyin  yarandığı  andan 

başlayaraq  (b.e.ə.  IV  minilliyin  ikinci  yarısı)  müstəqil  misir  dövlətinin 

süqutuna (b.e.ə. VI əsr) qədərki (Persiya tərəfindən işğal olunana qədər) 

tarixi  əhatə  edir.  3  min  il  yaşı  olan  qədim  Misirin  tarixi  aşağıdaki 

dövrlərə bölünür: 

-

  Birinci sülaləyəqədərki dövr (b.e.ə. IV minilliyin I yarısı). Nəsil-



icma münasibətlərinin dağılması; 

-

  kinci sülaləyəqədərki, yaxud gerzey dövrü (b.e.ə. IV minilliyin II 



yarısı).  Sosial  təbəqələşmənin  başlaması,  irriqasiya  sisteminin  ayrı-

ayrı  elementlərinin  yaranması,  ilk  dövlət  yaranışlarının  meydana 

çıxması;  Dövrün  sonunda  Yuxarı  Misir  və  Aşağı  Misir  çarlıqlarının 

yaranması; 

-

  lk çarlıq. Vahid ümummisir dövlətinin yaranması (b.e.ə. XXXI-



XXIX əsrlər); 

-

  Misirin inkişafı; (b.e.ə. XXVIII XXIII əsrlər); 




Dünya iqtisadiyyatının tarixi 

 

 



164

                                                            

-

  I  keçid  dövrü  (b.e.ə.  XXIII-XXI  əsrlər).  Vahid  Misir  dövlətinin 



ayrı-ayrı nomlara parçalanması; 

-

  Mərkəzləşdirilmiş Misir dövlətinin bərpası (dirçəlişi) (b.e.ə. XXI-



XVIII əsrlər); 

-

  II keçid dövrü (b.e.ə. XVIII-XVI əsrlər). Misirin zəifləməsi. Xalq 



üsyanları; Misirin rukclər tərəfindən işğalı; 

-

  Misir  sivilizasiyasının  yüksəliş  dövrü  (b.e.ə.  XVI-XI  əsrlər). 



Misir imperiyasının yaranması; 

-

  III keçid dövrü (b.e.ə. XI-X əsrlər). Misirin tənəzzülü. 



-

  Son  çarlıq.  Misir  əcnəbi  sülalələr  tərəfindən  idarə  olunur  (b.e.ə. 

XI-VIII əsrlər). 

-

  Misirin Persiya tərəfindən işğalı və onun tərkibinə daxil edilməsi 



(b.e.ə VI-V əsrlər). 

Qədim Misirin əlverişli coğrafi mövqeyi var idi. Aralıq dənizi onu 

Ön  Asiya,  Kipr,  Egey  dənizi  adaları  və  Yunanıstanla  birləşdirirdi.  Nil- 

mühüm  naviqasiya  rolunu  oynayırdı.  Misirdə  faydalı  qazıntılar  mövcud 

idi. 

Qədim Misir təsərrüfatının əsasını suvarma əkinçiliyi təşkil edirdi. 



Kənd təsərrüfatı ixtisaslaşdırılmışdır. Yuxarı Misir əkinçiliyin, Aşağı isə 

heyvandarlığın, bağçılığın və üzümçülüyün mərkəzinə çevrilmişdi. 

         Hələ qədim dövrlərdən əkin sahələrini “yuxarı” və “aşağı” (çayların 

(Nilin)  daşdığı  zaman  xüsusi  bəndlərlə  suyun  yığılıb  saxlanması) 

hissələrə  bölən  irriqasiya  sistemi  yaradılmışdır.  Təsərrüfatın  əsas 

fərqləndirici  xüsusiyyətlərindən  biri  torpaq  və  irriqasiya  sistemləri 

üzərində  dövlət  mülkiyyətinin  olması  idi.  Fironlar,  saray  əyanları 

iqtisadiyyatda  hökmran  mövqeyə  sahib  idilər.  Çar,  məbəd  və  xüsusi 

təsərrüfatlarda  həm  qullar,  həm  də  asılı  vəziyyətə  düşmüş  icma  üzvləri 

çalışırdı.  Dövlət,  insanları  birləşdirməklə  əvvəlki  icma  öhdəliklərini 

saxlamış  və  sonralar  onu  dövlət  əmək  mükəlləfiyyətinə  çevirmişdir. 

ctimai  işlər  vasitəsilə  hökmdarlar  azad  icma  üzvlərini  özlərinə  tabe 

etdirirdilər. 

 Belə  şəraitdə  qul  əməyi  –  ikinci  dərəcəli  əhəmiyyət  kəsb  edirdi. 

Qullar  adətən  nökər  funksiyalarını  yerinə  yetirirdilər.  Qul  əməyinə 

yanaşma tərzi yalnız b.e.ə. XVI-XII əsrlərdə dəyişməyə başladı. “Asiya” 

icmalarında  əlavə  işçi  qüvvəsinə  ehtiyac  yox  idi.  Əksinə,  əmək 

resurslarının  artıqlığı  müşahidə  edilirdi.  Aydındır  ki,  izafi  əmək 

resurslarının  mövcudluğu  şəraitində  kənd  təsərrüfatında  qul  əməyindən 

istifadə mənasız bir iş idi.  cma üzvləri - əkinçilər demək olar ki, müftə 

işçi  qüvvəsi  keyfiyyətində  çıxış  edirdi  və  onları  saxlamaq  (yedirtmək, 



Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə