Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə54/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   50   51   52   53   54   55   56   57   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



147

                                                            

 

 

 



son 

 

 



“_______“ 

10 min il 

əvvəl 

“_________“ 



Matriarxat → 

Patriarxata keçir. 

Birinci böyük 

əmək bölgüsü – 

maldarlığın 

əkinçilikdən 

ayrılması. 









ı 

Mis-daş 


əsri 

 

Müasir 



insan 

6 min il 

əvvəl 

“_________” 



Sənətkarlığın 

inkişafı; 

şəhərlərin 

yaranması. 

Monoqamiya 

Tunc əsri 

“_______

__” 


Avropada 3 

min il əvəl 

Asiyada 4-3 

min il əvvəl 

“_________” 

Nəqliyyat 

vasitələrinin 

təkmilləşməsi, 

Sənətkarlığın 

əkinçilikdən 

ayrılması, ikinci 

böyük əmək 

bölgüsü. Bazarın 

rüşeymlərinin 

yaranması. 

Dəmir 


əsri 

“_______


__” 

3 min il 

əvvəl 

“_________” 



“_________” 

 

Qeyd edilən dövrdə həm də antropogenez – insanaqədərki “insanın” 



homo  sapiensə  (müasir  insana)  çevrilməsi  prosesi  başa  çatdı.  Mezolit 

erasında  artıq  irqlərin  –  avropoid,  monqolid,  neqroid  formalaşması 

prosesi yekunlaşdı. 

Əmək  alətlərinin  təkmilləşməsi  prosesi  fasiləsiz  olaraq  davam 

etməkdə idi. Sümükdən istifadə etməklə yaradılan əmək alətlərinin sayca 

çoxalmasına istinad edən arxeoloqlar son paleolit dövrünü “sümük əsri” 

adlandırmışlar. Bugünkü günə qədər paleolit erasının 150 növ daş və 20 

növ  sümük  alətlərinin  olduğu  təsbit  edilmişdir.  Son  paleolitdə  ibtidai 

icma  nəsil  icmasına  çevrilir.  Qan  qohumluğu  əsasında  formalaşmış 

icmada kollektiv mülkiyyət hakim idi və təsərrüfat fəaliyyəti yaş və cins 

üzrə əmək bölgüsünə və sadə kooperasiyaya əsaslanırdı. 

Qadınlar  üstün  rola  malik  idilər.  Nəsil  icmasının  birinci  pilləsi 

matriarxat adlanır və o, metal erasına qədər davam etmişdir. 

Paleolit dövrünün sonunda “zooloji fəlakət” baş verdi.  ri sürülərin 

sayı kəskin şəkildə azaldı, bəzi növlər isə ümumiyyətlə, yox oldular. Bu 



Dünya iqtisadiyyatının tarixi 

 

 



148

                                                            

hal  əhalinin  sayının  əhəmiyyətli  dərəcədə  azalmasına  və  çox  güman  ki, 

təsərrüfat həyatında müəyyən dəyişikliklərə səbəb olmuşdur. 

Mezolit  erasında  (  12-8  min  il  əvvəl)  buzlaq  geriyə-şimala  doğru 

çəkilməyə  başladı  və  demək  olar  ki,  müasir  epoxa  start  götürdü.  Daş 

alətlərin  emalında  yeni  nailiyyətlər  əldə  edildi.  Daş  baltalar  yarandı.  O 

dövrün  əsas  nailiyyəti  isə  ox  və  kamanın  icadı  olmuşdu.  Eyni  zamanda 

qarpun və torların köməyi ilə balıq ovu  yeni vüsət almışdı. Heyvanların 

əhliləşdirilməsi prosesi başlandı. 

Mezolit  epoxasında  Avrasiyanın  tam  şəkildə  məskunlaşması  başa 

çatdı. 


Neolit  epoxası  (8-3  min  il  əvvəl)  “mənimsəmə”  iqtisadiyyatının 

yüksək  səviyyəyə  çatması  və  “istehsal”  iqtisadiyyatına  keçidlə 

xarakterizə  olunur.  Bu  epoxada  birinci  böyük  ictimai  əmək  bölgüsü  – 

heyvandarlığın əkinçilikdən ayrılması baş verdi. 

“Mənimsəmə”  iqtisadiyyatının  sahə  strukturunu  ayrı-ayrı  sahələr, 

yaxud  ayrı-ayrı  təsərrüfatlar  şəklində  fərqləndirmək  müşkül  məsələdir. 

Bu  təsərrüfatlar  qapalı  natural  təsərrüfat  çərçivəsində  mövcud  olmaqla 

avtarkiya  səciyyəsi  daşıyırdı.  Məhz  ictimai  əmək  bölgüsü  iqtisadiyyatın 

sahə  strukturunun  formalaşmasında  xüsusi  rol  oynamışdır.  Ərazicə 

formalaşmanın  əsasında  isə  təbii-iqlim  şəraiti  və  ayrı-ayrı  ərazilərin 

mənimsənilmə  sürəti  dayanırdı:  qədim  əkinçilik  sivilizasiyaları  daha 

əlverişli iqlim şəraiti olan ərazilərdə meydana  gəlmişdir. Eyni zamanda, 

ərazi  ixtisaslaşması  birbaşa  xammal  mənbələri  və  ticarətin  inkişafına 

güclü təsir götərmişdir. 

Məhz  bu  dövrdə  texnikada,  istehsalın  formaları  və  həyat  tərzində, 

yeni  ərazilərin  mənimsənilməsi  və  onlardan  daha  effektiv  istifadə 

mahiyyətcə radikal xarakter daşıyırdı. Buna görə də, təsadüfi deyildir ki, 

sözügedən dəyişikliklər kompleksi “neolit inqilabı” adlanır. 

Neolit  inqilabı  –  “mənimsəmə”  iqtisadiyyatından  “istehsal” 

iqtisadiyyatına keçidi təmin etməklə, izafi məhsulun artımı əhalinin həyat 

səviyyəsinin  yüksəldilməsi,  əhalinin  sayca  artımı  və  dövlətin 

yaranmasının müqəddəm şərtlərinin formalaşdırılmasında əhəmiyyətli rol 

oynamışdır.  Eyni  zamanda,  qeyd  etmək  lazımdır  ki,  neolit  epoxası 

müxtəlif ərazilərdə, müxtəlif xronoloji çərçivədə davam etmişdir. Belə ki, 

neolit epoxası Asiyada 8-5 min il əvvəl, Avropada 8-6 min il, Avropanın 

şimalında III minilliyə (b.e.ə.) qədər sürmüşdür. Neolit dövrü, həmçinin 

köçəri  həyat  tərzindən  oturaq  həyat  tərzinə  keçidlə  xarakterizə  olunur. 

qtisadi  fəaliyyət  və  əmək  alətləri  mürəkkəbləşir:  oraq,  kotan  və  s. 

meydana çıxır. Daimi olaraq məhsul əldəetmə imkanının yaranması insan 



Dünya iqtisadiyyatının tarixi 

 

 



149

                                                            

fəaliyyətinin  təşkili  formalarını  da  müəyyən  dəyişikliyə  məruz  qoyur. 

Paralel olaraq sosial birliyin mahiyyət dəyişkənliyi baş verir: nəsil icması 

qonşular icmasına çevrilir. 

“Mənimsəmə”  iqtisadiyyatın  ərazi  strukturunun  əsas  xüsusiyyəti  – 

polisentrizmdir (çoxmərkəzçilik). 

Məsələn,  bugünkü  günə  qədər  arxeoloqlar  tərəfindən  əkinçiliyin 

yarandığı bir neçə ərazi müəyyənləşdirilmişdir: 

-

  Şimal-Qərbi Tailand (10-6 min il b.e. əvvəl) 



-

  Ön Asiya və Şərqi Aralıq dənizi regionu (8-6 min il b.e.ə). 

-

  Hind-Çin yarımadası (7-6 min il b.e.ə.) 



-

  ran və Orta Asiya (6-5 min il b.e.ə.) 

-

  Nil vadisi (5-4 min il b.e.ə.) 



-

  Hindistan (5-3 min il b.e.ə.) 

-

  ndoneziya, Çin, Mərkəzi Amerika, Peru (4-1 min il b.e.ə.). 



btidai  dövrün,  ibtidai  icmanın  dağılmağa  başladığı  zamanı  adətən 

metal erası ilə bağlayırlar. 

Eneolit  –  mis-daş  əsri  (6  min  il  b.e.ə.)  yalnız  Avropanın  ayrı-ayrı 

rayonlarında  müşahidə  edilir.  Bu  dövr  iriölçülü  mis  əmək  alətlərinin 

yaranması ilə səciyyələnir. Tunc əsri (Avropada – 3 min il; Asiyada – IV-

III min il b.e.ə.) tunc əmək alətlərinin yayılması ictimai əmək bölgüsünün 

ikinci  mərhələsi  ilə  xarakterizə  olunur.  kinci  böyük  ictimai  əmək 

bölgüsü  -  əməyin  fərdiləşməsinə,  xüsusi  mülkiyyətin  yaranması  və 

inkişafına  təkan  verdi.  Bununla  belə,  sənətkarlığın  müstəqil  sahəyə 

çevrilməsi prosesi heç də qısa zaman kəsiyində baş verməmişdir. 

Prosesin uzanması bir neçə amillə izah edilə bilər: 

1.

 



Sənətkarlıq  –  texnoloji  mürəkkəbliyə  malikdir  və  xüsusi 

vərdiş-bacarıq tələb edir. Buna görə də, ilkin olaraq əmək 

bölgüsü  icma  daxili  deyil,  icmalararası  müstəvidə  baş 

vermişdir  ki,  bu  da  icmalararası  sərhəd  ticarətinin 

yaranmasına səbəb olmuşdur. 

2.

 



Sənətkarlıq  –  mövsumi  xarakterli  istehsal  sferasıdır.  Bu 

sahə  üzrə  tam  məşğulluq  yalnız  o  yerlərdə  ola  bilərdi  ki, 

orada  sabitqədəmli  artım  yönümlü  izafi  məhsul  istehsal 

edilsin. 

Sənətkarlığın inkişafı ticarəti əhəmiyyətli dərəcədə fəallaşdırmışdır. 

Bu  da  üçüncü  böyük  ictimai  əmək  bölgüsünə  -  ticarətin  ayrılmasına  və 

şəhərlərin  yaranmasına  səbəb  olmuşdur.  Tunc  əsrində  sənətkarlıq 

məmulatları  ilə  yanaşı  duz,  dəri  məmulatları  da  ticarətin  obyekti  kimi 

çıxış edirdi. Mübadilə vasitəsilə insanlar nadir şeylərin (mis, tunc,qızıl və 



Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə