Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə51/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   47   48   49   50   51   52   53   54   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



139

                                                            

“davranış  tərzindən”  qaynaqlanan  çətinliklərlə  üzləşir.  Belə  ki,  konkret 

tarixi  dövrün  təhlili  yalnız  əldə  olunan  faktların  araşdırılması  ilə 

yekunlaşmır. 

Təhlilin  nəticəsinin  sistemliliyi  və  gerçəkliyi  həmin  dövrün 

reallığının maksimum şəkildə əhatə edilməsindən, yəni mövcud faktlarla 

kifayətlənməməkdən  –  yeni  faktların  aşkarlanmasına  çalışmaqdan 

birbaşa  asılılıqdadır.  Digər  tərəfdən,  seçilmiş  faktların  araşdırılan  tarixi 

prosesə,  yaxud  dövrə  birbaşa  yaxud  dolayısı  ilə  aidiyyətliliyi  problemi 

mövcuddur.  Adətən,  faktların  bir  qismi  prosesin  struktur  məzmununun 

əsasında dayanır, digər qismi isə - birbaşa aidlik baxımından sözügedən 

strukturun  birmənalı  şəkildə  aşkarlanmayan  xassələrində  “gizlənirlər”. 

Həmçinin,  nəzərə  alsaq  ki,  ümumdünya  tarixi  prosesin  obyektləri 

əvvəlcədən  qeyri-xətti  mühitdə  meydana  çıxır,  onda  aparılan  bölgünü 

(tarixi  prosesin  dövrlənməsi)  ifrat  müxtəlifliyinə  təəccüblənmək  lazım 

gəlmir.  Dövrlənmə  -  müəyyən  kriterilərə  (prinsiplərə)  uyğun  olaraq 

prosesin  ayrı-ayrı  dövrlərə  bölünməsidir.  Yekunda  alınan  dövrlər  – 

müəyyən  zaman  sürəci  kimi  başa  çatmış  proses  timsalındadır.  Eyni 

zamanda, tarixi mötədillik nöqteyi – nəzərindən heç bir prosesin konkret 

zaman sərhədlərini birmənalı müəyyənləşdirmək mümkün deyildir.  

Belə ki, konkret dövrün başlanğıcı əvvəlki dövrdə, gələcəyi, yaxud 

sonu isə özündən sonra gələn dövrdə müşahidə edilir (bəzi hallarda, heç 

sonun  özünü  birmənalı  qiymətləndirmək  mümkün  olmur).  Yəni  dövrün 

(konkret  zaman  intervalının)  ayrılması,  yaxud  mənalandırılması 

obyektivliyin  yüksək  dərəcəsi  kimi  deyil,  qiymətləndirmə  xarakterli 

mühakimələr formasında ortalığa çıxır. 

Bu anlamda ortodoksal dövrlənmə daha çox tarixi materialın yadda 

saxlanılması  rahatlığını  doğurur.  Sistemli  şəkildə  tarixi  prosesin  dərki 

prizmasından isə yararsızdır. Bu aspektdən diqqət yetiriləsi məsələlərdən 

biri  –  determinizmin  “təbiətinin”  dəyişməsidir.  Belə  ki,  tarixi  hadisələr 

arasında  əlaqənin,  yaxud  bağlılığının  səbəb-nəticə  çərçivəsində  primitiv 

şəkildə  interpretasiyası  reallıqda  mövcud  olan  zaman,  məkan  və 

funksional  əlaqələrin  (yaxud  bağlılıqların)  təzahür  çoxluğunu  ifrat 

dərəcədə azaldır, “yoxsullaşdırır”. 

Eyni  zamanda,  tarixi  tədqiqatlarda  müşahidə  olunan  digər  bir 

məsələ  -  hadisələrin  yaranma  səbəblərinin  hadisələrarası  münasibətlərin 

formalaşması 

səbəbləriylə 

əvəzlənməsi 

funksional 

asılılığı 

(determinizmlə  müqayisədə)  ön  plana  çıxarır.  Əslində,  söhbət  konkret 

paradoksal  situasiyadan  gedir.  Paradoks  bundan  ibarətdir  ki,  tarixi 

prosesə  aid  olmayan  və  təfəkkürün  gətirdiyi  “nəisə”  prosesin  özündən 



Dünya iqtisadiyyatının tarixi 

 

 



140

                                                            

kənarlaşdırmağa  və  kriterilərdən  istifadə  etmədən  nəzəri  müddəaların 

formalaşdırılmasına  cəhd  göstərilməsi  gerçəkliyin  dərk  edilməsi 

dərəcəsini kəskin şəkildə aşağı salacaqdır ki, bu da hər bir obyekt, yaxud 

fenomenin ifrat fərdiliyi və unikallığı ilə şərtlənir.   

Bir  sıra  tədqiqatlarda  “bəşəriyyət”  termini  “sivilizasiya” 

(Danilevski, Toynbi və s.), yaxud “dünya-sistem” (Vallerstayn, Frank və 

s.)  anlayışları  ilə  əvəz  olunur.  Tənqidi  mövqedə  dayanan  tədqiqatçılar 

(L.Qrinin və s.) hesab edirlər ki: 

1.

 

Bu  anlayışlar  “bəşəriyyət”  terminindən  zaman  (aqrar 



dövrəqədərki  və  ilkin  aqrar  dövr  kənarda  qalır)  və  məkan 

miqyaslarına  görə  fərqlənirlər.  (Təbii  ki,  əgər  həmin 

terminlər sinonim kimi qəbul edilmirsə); 

2.

 



Bəşəriyyəti  və  onun  tarixi  prosesini  daha  dar  anlayışlarla 

əvəzetməyə  cəhd  göstərilməsi,  mahiyyətcə  daha  yüksək 

ümumiləşmə  səviyyəsində  tədqiqatın  qadağan  olunması 

tələbi  kimi  səslənir.  Bu  sadəcə  olaraq  tədqiqatın 

səviyyəsinin  daha  dar  səviyyə  ilə  əvəzlənməsidir.  Əslində 

bu  yönümdə  dəyişikliklərə  canatma  olmuşdur.  Məsələn, 

Milyukov ümumdünya tarixi nöqteyi-nəzərin köhnəldiyini 

bəyan  etmiş  və  onun  yerinə  elmi  tədqiqatın  təbii  vahidi 

kimi milli orqanizmi götürməyi məsləhət bilmişdir. 

Ümumiyyətlə,  tarixi  prosesin  dövrlənməsi  probleminə  yanaşmada 

müşahidə  edilən  çoxvariantlılıq,  ələlxüsus  marksist  və  qeyri-marksist 

yanaşmalar  arasında  prinsipial  olaraq  struktur  fərqlilikləri  yoxdur. 

Sadəcə, hər iki istiqamət “yarımçıqlıq” sindromunun daşıyıcılarıdırlar. 

Konseptual qiymətləndirmənin yekun nəticələri: 

1.

  Dövrlənmə zəruridir. Məlumatların sistemləşdirilməsi və təhlili 



baxımından effektiv metoddur; 

2.

  Amma  ...  Dövrlənmə  mürəkkəb  hadisələrin  prosessual,  inkişaf 



etməkdə  olan  və  müvəqqəti  tipi  ilə  “işləyir”,  buna  görə  də 

təxminilik və tarixi reallığın sadələşdirilməsi qaçılmazdır. 

3.

  Ona  görə  də,  bəzi  tədqiqatçılar  dövrlənmənin  əhəmiyyətini 



azaltmağa çalışır, proses→mərhələ əksliyi yaradırlar. Bu cütlük 

əslində  yalançı  dixotomiyadır.  Belə  ki,  mərhələ  -  elə  prosesin 

“dayanacaq” nöqtəsidir. Proses – mərhələlərdən ibarətdir. 

Beləliklə: 

1.  Tarixi-iqtisadi  prosesin  dövrlənməsi  ilə  bağlı  istənilən  yanaşma 

birtərəfli xarakter daşıyır. 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə