Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə50/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   46   47   48   49   50   51   52   53   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



137

                                                            



 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şə

kil 4.12. Tarixi prosesin dinamik hiperbolik modeli 

 

 

§ 4.14. Tarixi dövrlənmə: nəzəri ümumiləşdirmə və problemlə

 

Tarixin  dövrlənməsi  ifrat  dərəcədə  mürəkkəb,  prosessual,  inkişaf 

etməkdə olan müvəqqəti (keçici) tipə malik hadisələrin araşdırılması ilə 

birbaşa  bağlılıqdadır.  Tarixi  gerçəkliyin  qeyd  edilən  mürəkkəblik 

keyfiyyətinə  söykənməklə  üzə  çıxarılması,  bu  aspektdən  əldə  edilən 

biliklərə  elmi  status  verilməsi  son  dərəcə  müşkül  məsələdir.  Buna  görə 

də,  konseptual  yanaşmaların  əksəriyyətində  tarixi  gerçəkliyin 

bəsitləşdirilməsi,  yüksək  səviyyəli  təxminilik  və  s.  labüd  olaraq  yer 

almaqdadır. Ola bilsin ki, məhz buna görə də tədqiqatçıların

129


 bir qrupu 

                                                 

129

 Shanks M.,C.Tilley., Sosial Theory and Archeology Cambridge. Polite Press. 



• 

•  • 

•  • 

• 

•  • 

• 

• 

• 

• 

 

2000 



2000 



• 

• 

• 

 2000 


  

 1800 


 

 1600 


 

 1400 


 

 1200 


 

 1000 


 

 800 


 

 600 


 

 400 


 

 200 


 

 0 


 

 -

50000 



 

 -200 


 

 -400 


         38000                                                                                                       8000        1430 

-40000    -3000    -20000                             -10000  



•  •  • 

• 

1955 



Dünya iqtisadiyyatının tarixi 

 

 



138

                                                            

dövrlənmə prosedurlarının rolunu kiçiltməyə, bəzi hallarda isə proses → 

mərhələ əksliyinə istinad etməyə cəhd göstərirlər. 

R.Korneyro

130


  tamamilə  haqlı  olaraq  göstərir  ki,  proses  və 

mərhələni  üz-üzə  qoymaq  yalançı  dixotomiyadır.  Belə  ki,  mərhələ  - 

fasiləsiz  davam  edən  prosesin  epizodlarıdır  və  proses  anlayışı  mərhələ 

anlayışını dərk etmənin çıxış nöqtəsidir. 

Qeyd  etmək  lazımdır  ki,  tarixin  dövrlənməsi  ilə  bu  və  ya  digər 

dərəcədə  bağlı  olan  əksər  yanaşmalar  birtərəflidir  və  reallığın  adekvat 

təsvirini verə bilməkdə acizlik nümayiş etdirir. Ümumiyyətlə, dövrlənmə 

-  eyniyyət  halında  olan  əsaslandırmadan  çıxış  etməli,  yaxud  dövrlərin 

ayrılması eyni kriterilərə söykənməlidir. 

Problemin  qaynaqlandığı  mənbə  məhz  buradadır.  Dövrlənmə  üzrə 

yanaşmaların  böyük  əksəriyyətinin  dəqiq  kriteriləri  yoxdur.  Bir  qayda 

olaraq,  ya  eklektik  əsaslandırmaya,  ya  da  bəsit  sxemə:  Qədim  dövr→ 

Orta əsrlər →Yeni dövr istinad edilir. 

Dövrlənmə probleminin ikinci mühüm məqamı əsaslandırma tipinin 

gerçəklik  dərəcəsi  və  onun  ümumkonseptual  baxışla,  eləcə  də 

dövrlənmənin  təyinatı  ilə  bağlılığı  məsələsidir.  Belə  ki,  dövrlənmə 

kriteriləri  çox  geniş  diapazonda  dəyişir:  ideya  və  təfəkkürün 

xarakterindən

131

  tutmuş  ekoloji  transformasiya



132

  və  mədəniyyətlərarası 

qarşılıqlı təsirə

133


qədər. XVIII əsrdən başlayaraq (Tyurqo, Barnav, Smit) 

müasir  postindustrializmə  qədər  (Bell,  Toffler)  çox  saylı  tədqiqatçılar 

iqtisadi-istehsal kriterisini əsas kimi götürmüşlər. 

Kriteri  seçimində  iki  ifrat  kənar  mövqe  müşahidə  edilir.  Bəzi 

hallarda  seçilən  kriteri  mütləqləşdirilir  və  nəticədə  də,  P.Sorokinin

134


 

qeyd  etdiyi  kimi,  onlar  qismən  haqlı,  eyni  zamanda  birtərəfli  qaydada 

haqsız  olurlar.  Eyni  zamanda,  bəzi  tədqiqatlarda  dövrlənmə  və 

konsepsiya arasında əlaqələrə ümumiyyətlə, fikir verilmir. 

Tarixi  prosesin  dövrlənməsi  və  ümumiyyətlə,  xronologiyasının 

tədqiqi təkcə faktiki materialların eynicinsli olmamasından deyil, həm də 

bu  və  ya  digər  tarixi  hadisələrin  qarşılıqlı  müqayisəsi  prinsipinin 

                                                 

130

 Carneiro R.L. A false Dichotomy in Tracing the Rise of the state. Proccess vs. Strag-



es. Vladivostok. FEBRAS, 2000 

131


 Ясперс К. Смысл и назначение истории. М.,Республика, 1994. 

132


 Goudsblom J.Human History and Long-Term Social Processes. Toward a Synthesis 

of Chronbology and Phaseology. New York., N4; Sharpe. 1996 

133

 Bentley J.H. Cross- Cultural Interaction and Periodization in World History 



.American Historical Review (June) 1996. 

134


 Сорокин П.А. Так называемых факторах социальной эволюции. М., Политиз-

дат., 1992. 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə