Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə46/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   42   43   44   45   46   47   48   49   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



125

                                                            

Bərabərlik  və  ədalət  prinsipləri  düzgünlük  və  tərəfsizlik  prinsipləri  ilə 

əvəzlənəcək.  Ictimai  rifahda  iştirak  dərəcəsindən  asılı  olmayaraq  yeni 

cəmiyyətin 

hər 


bir 

üzvü 


üçün 

ləyaqətli 

həyat 

səviyyəsi 



formalaşdırılacaqdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şə



kil 4.10. Tarixi dövrlənmənin Q.Kan interpretasiyası 

 

Əslində,  Tofflerin,  Bellin  və  s.  konseptual  baxışları  daha  çox 

futuroloji səciyyə daşıyır. 

 

§ 4.13. Tarixi dövrlənmənin riyazi modelləri 



 

Tarixi  araşdırmalarda  riyazi  üsullardan  istifadə  halları  heç  də  az 

olmamışdır (A.Panov, A.Çuçina-Rusova, S.Kapitsa və s). 

Tarixin dövrlənməsi 

qtisadi əsas 

Siyasi 

institut 



deoloji 

institut 

Ənənəvi, 

yaxud indus-

trializmə 

qədərki 


cəmiyyət 

Kənd 


təsərrüfatı 

 

Ordu 



 

Din 


ndustrial 

cəmiyyət 

 1) Sənaye; 

 2)  stehsalın 

korporativ 

təşkili 


 

Demokratik 

dövlət 

 

Sahibkarlıq 



ideologiyası 

 

Postindustrial 



cəmiyyət 

 

“Xidmət ” 



iqtisadiyyatı 

- Peşəkar struktur; 

Mərkəzləşdirilmiş 

dövlət planlaşdı-

rılması və nəzarəti 

(elmə əsaslanmaqla) 

deologiyasız-

laşdırma; 

“Universitet” 

elminin təsbiti 




Dünya iqtisadiyyatının tarixi 

 

 



126

                                                            

Bunların  sırasında  Qrininin  araşdırmaları  özünün  sistemliliyi  və 

mötədilliyi  ilə  nəzər-diqqəti  cəlb  edir.  Məlumdur  ki,  zaman-tarixi 

inkişafın  amili  kimi  riyazi  analizin  predmeti  ola  bilər.  Ümumiyyətlə, 

tarixi-iqtisadi  sferada  müxtəlif  uzunluqda  olan  zaman  tsikllərindən 

istifadə  olunur.  Qrininin  konsepsiyasında  inkişafın  təkrarlanan 

tsikllərinin  (dövrlənmə  bunun  əsasında  aparılır)  6  mərhələsi  göstərilir. 

Tarixi prosesin sürətlənməsi səbəbindən hər bir mərhələ özündən əvvəlki 

mərhələyə nisbətən daha qısadır. Qrininin apardığı riyazi təhlil aşağıdakı 

məqamları üzə çıxarmağa imkan vermişdir: 

1.

 



stehsalın  hər  bir  prinsipi  zaman  etibarilə  təkrarlanma 

xüsusiyyətinə malikdir; 

2.

 

Hər  bir  istehsal  prinsipinin  çərçivəsində  mərhələlərin 



uzunluğu  və  kombinasiyaları  arasında  sabit  riyazi 

tənasüblük mövcuddur; 

3.

 

Tsikllərin  təhlili  açıq-aydın  şəkildə  göstərir  ki,  məhz 



istehsal inqilablarının başa çatması inkişaf tempini kəskin 

surətdə yüksəldir; 

4.

 

Tarixi proses hiperbola görünüşündədir; 



5.

 

stehsal  prinsipinin  tsikllərinin  xüsusiyyətləri  və  sabit 



tənasüblüklərin  təhlili  proqnoz  modelini  qurmağa  (şərti 

olsa da) imkan verir (ən azı 4-cü istehsal prinsipinin ayrı-

ayrı mərhələlərinin uzunluğu ilə bağlı). 

Riyazi  modellərdən  yararlanmada  bir  sıra,  yumşaq  şəkildə  ifadə 

etsək,  “qəribəliklər”in  şahidi  oluruq.  Belə  ki,  qrafiklərdə  tarixi  proses 

(zaman  amilindən  çıxış  etməklə)  yüksələn  xətt  formasında  sonsuzluğa 

istiqamətlənir. 

Bu aspektlə bağlı Dyakonov

127

 tamamilə haqlı olaraq qeyd edir ki, 



“... tarixə münasibətdə “sonsuzluq” anlayışı heç bir məna daşımır: tarixi 

inkişafın  gələcək  fazaları  sürətlənməklə  illər,  aylar,  həftələr,  günlər, 

saatlar  və  saniyələrlə  davam  etsin.  Əgər  fəlakət  olmayacaqsa...  onda, 

əvvəllər  nəzərə  alınmayan  və  qrafikin  formasını  dəyişmək  iqtidarında 

olan  hansısa  hərəkətverici  qüvvənin  təsirini  gözləmək  lazımdır”. 

Həqiqətən də, diaqram və qrafiklərdə tarixi prosesin yalnız bir dəyişəni – 

texnologiya  öz  əksini  tapır.  Texnoloji  və  ümumi  inkişafın  üst-üstə 

düşməsinin  isə  kifayət  qədər  ciddi  məhdudiyyət  sərhədləri  mövcuddur. 

Bu  sərhədlərə  yaxınlaşdıqca  həm  inkişafın  vektorları,  həm  də  templəri 

                                                 

127

 Дьяконов И.М. Пути истории. От древнейшего человека до наших дней. М.: 



Восточная литература, 1994 


Dünya iqtisadiyyatının tarixi 

 

 



127

                                                            

arasında  fərqliliklərin  yaranması  tamamilə  mümkündür  və  yaranır  da! 

Belə ki. 

1.  Sistemin  ümuminkişafı  texnoloji  inkişafın  sürətinə  çatma 

imkanında deyil; 

2.  Artan  fərqlilik  o  deməkdir  ki,  tərəqqinin  “qiyməti”  daima 

yüksələcək  və  belə  tərəqqinin  labüd  olaraq  yaranan  neqativ  məqamları 

artacaq  –  o  vaxta  qədər  ki,  “tərəqqini”  üstələsin!  Başqa  sözlə,  nəzarət 

edilməyən  elmi-texnoloji  və  iqtisadi  dəyişikliklər  öz  ardınca  müxtəlif 

deformasiyalara, böhranlara və s. yol açmaqla yekunda ümumi tərəqqini 

ləngidəcək və sonuc etibarilə inkişafın istiqamətini dəyişəcəkdir. 

Faktiki  olaraq,  bu  halda  sistemin  ümuminkişaf  tempi  onun  ən 

konservativ və az hərəkətdə olan elementinin inkişaf tempinə uyğunlaşır. 

qtisadi,  informasiya  və  texnoloji  reallıqların  təsiri  altında  sistemdaxili 

fərqliliklərin çoxalması onun – yəni sistemin yenisi ilə əvəz olunmasına 

gətirib  çıxarır.  Məhz,  bu  anlamda,  sürətli  transformasiya  qlobal 

səviyyədə görünməmiş kataklizmlər doğurmaq gücündədir. 

L.Qrininin  konsepsiyasında  tarixi  proses  4  mərhələyə,  yaxud 

formasiyaya bölünür. 

1. Ovçuluq-yığım; 

2. Aqrar-sənətkarlıq; 

3. Sənaye; 

4. Elmi-informasiya. 

Dövrlənmənin  əsas  kriterisi  istehsal  prinsipidir.  Mərhələ 

dəyişkənliyi,  mahiyyət  etibarilə  sözügedən  dövrə  xas  olan  bütün 

keyfiyyət  xarakteristikalarının  dəyişkənliyidir.  Eyni  zamanda,  aydındır 

ki,  bir  sahədə  baş  verən  keyfiyyət  dəyişikliyi  labüd  olaraq  digər 

sahələrdəki  analoji  vəziyyətlə  qarşılıqlı  bağlılıqdadır,  buna  görə  də, 

dominant kimi qəbul edilə biləcək amil yoxdur. Qrininin fikrincə, az və 

ya çox dərəcədə, bu amilin rolunda istehsal prinsipi çıxış edə bilər: 

1)

 



stehsalda  baş  verən  köklü  dəyişikliklər  daha  böyük 

həcmdə izafi məhsulun və əhalinin artımına səbəb olur. Bu 

iki  sfera  ictimai  həyatın  bütün  spektrində  adekvat 

dəyişiklik yaradır. 

2)

 

Sərvəti  digər  yollarla  (təbii  resurslar,  ticarət,  müharibələr 



və  s.)  artırmaq  mümkündür.  Lakin  bu  yol  ümumilik 

xassəsinə malik deyildir. 

3)

 

stehsal  texnologiyalarının  reallaşdırılmasında  cəmiyyətin 



bütün təbəqələri, ələlxüsus aşağı təbəqələr fəal iştirak edir. 


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə