Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə44/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   40   41   42   43   44   45   46   47   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



119

                                                            

ndustrial  cəmiyyətə  keçid  tarixən  XVIII  əsrdə  başa  çatmışdır.  Bu 

cəmiyyətin əsas xarakterik cəhətləri aşağıdakılardan ibarətdir: 

1.

  Əvvəlki  epoxalardan  fərqli  olaraq  kənd  təsərrüfatı  və  sənaye 



istehsalının sürətli artımı; 

2.

  Elm  və  texnikanın,  o  cümlədən  kommunikasiyanın  güclü 



inkişafı; 

3.

  Əhalinin sürətli artımı; 



4.

  Həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi; 

5.

  Mürəkkəb  əmək  bölgüsü  və  beynəlxalq  əmək  bölgüsünün 



sistemləşməsi; 

6.

  Mərkəzləşdirilmiş dövlət; 



7.

  Əhalinin 

üfüqi 

təbəqələşməsində 



kəskin 

fəsadların 

“yumşaldılması”,  şaquli  təbəqələşmənin  artımı  (cəmiyyətin 

millətlərə, regionlara və s. bölgüsü). 

 

Kapitalizm  iqtisadiyyatın  yeni  tipi  ilə  yanaşı,  yeni  həyat  tərzi  və 



yeni təfəkkür tipi yaratdı. M.Veber hesab edirdi ki, bu – protestantizmin 

yaranması ilə bağlıdır (kapitalizm XVI əsrdə formalaşmağa başlamışdır). 

V.Zombart

124


  kapitalizmin  başlanğıcını  XV  əsr  Florensiyası  ilə 

bağlayırdı.  O.Koks  isə  ümumiyyətlə  XI  əsr  Venesiyasını  önə  çəkirdi. 

Kapitalizmin  yaranması  tarixi  ilə  əlaqədar  mövcud  olan  fərqliliklər 

onunla izah oluna bilər ki, əvvəla, orta əsrlər cəmiyyəti birmənalı olaraq, 

aqrar  cəmiyyət  kimi  qəbul  edilirdi,  ikincisi,  kapitalizm  –  tərəqqinin 

yekun mərhələsi keyfiyyətində səciyyələndirilirdi. 

 

 

F.Brodel yazırdı ki, kapitalizm tarixi təkamülün son sözü deyil, “... 



Onun  süqutu,...  mutasiyası  heç  də  mümkün  olmayanlar  sırasında 

deyildir”.

125

 

Müasir industrial cəmiyyətin qərarlaşması prosesini Brodel 3 dövrə 



ayırır: 

1.

  Kapitalizməqədərki dövr (XIV-XVIII); 



2.

  ndustrial kapitalizm dövrü ( XVIII-XX); 

3.

  Postindustrial kapitalizm dövrü (XX əsrdən başlayaq). 



                                                 

124


 В.Зомбарт. Буржуа: Этюды по истории духовного развития современного эко-

номического человека. М.: Наука.- 1999. 

125

 Бродель Ф. Материальная цивилизация, экономика и капитализм. XV-XVIII вв. 



1986, Т.1. Структуры повседневности: возможное и невозможное. С.34 


Dünya iqtisadiyyatının tarixi 

 

 



120

                                                            

Kapitalizməqədərki  dövrdə  formalaşmaqda  olan  yeni  münasibətlər 

kompleksi  dayanıqlı  deyildir.  Əslində,  kapitalizmin  XIX  əsrdə  tam 

şəkildə qərarlaşması prosesinin 3 əsas şərtini ön plana çıxarır: 

1.

  Həyat  qabiliyyətli  və  tərəqqiyə  istiqamətlənmiş  bazar 



iqtisadiyyatının  yaranması;  O  qeyd  edir  ki,  ilkin  dövrlərdə  bazar 

iqtisadiyyatı hər yerdə eyni məzmun daşıyırdı. “...Lakin belə formada 

mövcud  olan  bazar  iqtisadiyyatı  kapitalist  inkişaf  prosesinin  zəruri, 

amma kafi şərti deyildi”.

126

 

2.



  Cəmiyyət kapitalizmin inkişafına dəstək verməli idi. Sözügedən 

“dəstək” təbii ki, minlərlə amili əhatə  edir. Brodelin fikrincə isə, bu 

daha  çox  siyasi,  “tarixi”  səciyyə  daşımalıdır  (nəinki  iqtisadi  və 

sosial). 

3.

  Son  nəticədə  dünya  bazarının  mövcudluğu  zəruri  amil 



keyfiyyətində çıxış edir. 

Qeyd etmək olar ki, Rusiyada ikinci, Çində isə həm ikinci, həm də 

üçüncüsü şərtlər olmayıb. 

Postindustrial  epoxa  əvvəlki  dövrlərdən  hər  şeydən  əvvəl  radikal 

xarakterli dəyişiklikləri ilə fərqlənir. XX əsr bu anlamda – bəşər tarixində 

xüsusi  yer  tutur.  Məsələn,  məhz  XX  əsrdə  (əsasən  əsrin  ortalarından 

başlayaraq) iqtisadi inkişaf sıçrayış xarakteri almışdır. 

Hal-hazırda  bəşəriyyətin  istehlak  etdiyi  məmulatların  90%-i  məhz 

bu  dövrdə  yaradılmışdır.  1950-2000-ci  illər  ərzində  sənaye  istehsalı  50 

dəfə,  təbii  qazdan  istifadə  30  dəfə  artmışdır.  600  mln-dan  çox  minik 

maşınları istifadəyə verilmiş, 4000 süni peyk buraxılmışdır. 1980-2000-ci 

illərdə  istifadə  olunan  mineral  ehtiyatlar  bəşəriyyətin  bütün  tarixi  boyu 

istifadə etdiklərindən çoxdur. 

Müasir  postindustrial  cəmiyyət  ifrat  dərəcədə  mürəkkəb,  çoxlaylı 

və  dinamik  surətdə  dəyişən  sosial  sistemdir.  Bu  cəmiyyətin  ən  ümumi 

cəhətlərinə aşağıdakıları aid etmək olar: 

1.

  Qlobal səviyyədə hamı üçün keçərli olan vahid məqsəd yoxdur; 



Məqsəd spontan şəkildə formalaşır; 

2.

  ctimai proseslər vahid mərkəzdən tənzimlənmir; 



3.

  Cəmiyyət  daxili  koordinasiya  universal  davranış  qaydalarına 

əməl etməklə formalaşır; Yəni koordinasiya – nə hansısa vahid 

məqsədlə tənzimlənmir, nə də vahid mərkəzdən formalaşmır. 

                                                 

126


 Бродель Ф. Материальная цивилизация, экономика и капитализм. XV-XVIII вв. 

1986, Т.2. Игры обмена., с.609 




Dünya iqtisadiyyatının tarixi 

 

 



121

                                                            

4.

  Cəmiyyətin  iqtisadi  əsasını  xüsusi  mülkiyyət  və  sahibkarlıq 



(özəl), bazar sistemi və rəqabət təşkil edir. 

5.

  Fərdlər  avtonomdur,  qanunla  mühafizə  edilən  şəxsi  həyata 



malikdir, qərar qəbulunda müstəqildirlər; 

6.

  Fərdlər bütün fundamental azadlıqlara malikdirlər; 



7.

  Çoxpartiyalı  cəmiyyətdir;  partiyaların  heç  birinin  hakimiyyət 

səlahiyyətləri yoxdur; 

8.

  Dövlət  hakimiyyəti  və  yerli  özünüidarəetmə  orqanlarının 



rəhbərləri ümumxalq səsverməsi ilə təyinat alırlar; 

9.

  Hakimiyyətin  3  qanadı  var:  qanunverici,  icra  və  məhkəmə 



(bunların hər biri müstəqildir). 

Müasir  fəlsəfi  fikirdə  F.Brodelin  təsvir  etdiyimiz  yanaşması 

birmənalı qarşılanmır. Əsas iradlar sırasına aşağıdakıları aid etmək olar: 

1.

  Tarixin  Brodel  tərəfindən  aparılan  dövrlənməsi  səthi  və 



kobuddur.  Onun,  yəni  bölgünün  əsasında  yalnız  bir  kriteri  - 

artımın səviyyəsi dayanır ; 

2.

  Bu  baxımdan  industrial  cəmiyyətlə  postindustrial  cəmiyyət 



arasındakı fərqlilik birmənalı olaraq iqtisadi artımın səviyyəsinə 

ürcah edilir. 

3.

  Lakin  son  3  əsrdə  inkişaf  etmiş  cəmiyyətlərə  münasibətdə  bu 



kriteri  ikincidərəcəli  əhəmiyyət  daşıyır.  Ön  plana  isə 

mədəniyyət  çıxır.  Əsas  diqqət  son  300  illik  tarixə  yönəldilir. 

Minilliklər  boyu  davam  etmiş  epoxa  isə  industrializməqədərki 

dövr kimi ümumiləşdirilir. 

Tənqidçilər  belə  bir  qənaətə  gəlirlər  ki,  postindustrial  cəmiyyət  – 

müstəqil  tarixi  epoxa  deyil,  o,  yalnız  industrial  epoxanın  müasir 

mərhələsidir və daxili eyniyyətə malikdir. 

Ümumdünya  tarixinin  əsas  mərhələlərinin  elmi  fikirdə  qəbul 

edilmiş  təsnifatlarından  biri  də  qlobal  –  mərhələli  inkişaf  konsepsiyası 

çərçivəsndə öz əksini tapmışdır (şəkil 4.9). 

 

 

 



 

 

 



 

 

 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə