Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə45/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   41   42   43   44   45   46   47   48   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



122

                                                            

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şə

kil 4.9. Bəşəriyyətin inkişafının əsas mərhələləri. 



 

§ 4.11. Tarixi dövrlənmə: texnoloji-amil nəzəriyyələri 

 

Dünya  iqtisadiyyatının  tarixi  dövrlənməsi  kriterilərini  üç  böyük 

qrupa ayırmaq olar:  

1.

  nkişafın hərəkətverici qüvvələri; 



2.

  Mərhələli dövrlənmənin keyfiyyəti parametrləri 

3.

  Eyni  zamanda,  yalnız  bir  elementə,  yaxud  kriteri  (texnoloji, 



yaxud  təbiət  xarakterli)  əsaslanmaqla,  onu  inkişafın  universal 

xarakterli 

hərəkətverici 

qüvvəsi 


kimi 

götürməklə 

formalaşdırılan texnoloji-amil nəzəriyyələri. 

Qədim Şərq 

epoxası 

Antik 


epoxa 

VI-XV 


əsrlər 

III-II 


min il 

b.e.ə. 


b.e.ə. VIII 

əsr b.e. V 

əsr 

Orta 


əsrlər 

Sivilizasiyaya-

qədərki cəmiyyət 

35-5 min 

il əvvəl 

Sivilizaiya 

cəmiyyəti 

5 min il əvvəldən 

bu günə qədər 

cma, primitiv, eqalitar və s. 



Bəşər tarixinin əsas mərhələləri 

Tarixəqədərki, 

yaxud 

cəmiyyətəqədərki 



era 

1.6-0.04 

mln.il 

əvvəl 


Formalaşmış 

cəmiyyət 

 erası 

40-35  


min il 

əvvəl 


Ən yeni  1917-dən 

dövr 


 

Yeni dövr  XVI-1917-ci il 




Dünya iqtisadiyyatının tarixi 

 

 



123

                                                            

Məlumdur  ki,  əksər  mürəkkəb  sistemlər  kimi  iqtisadiyyat  da  daha 

mürəkkəb məzmunlu qanunauyğunluqlarla səciyyələnir ki, bu da bir yox, 

inkişaf amillərinin kompleksini tədqiqatın obyektinə çevirməyi tələb edir. 

Bununla  yanaşı,  o  da  etiraf  olunmalıdır  ki,  texnoloji  –  amil 

konsepsiyaları  inkişafın  ümumi  mənzərəsinin  yaradılması  prosesində 

əhəmiyyətli  rol  oynayırlar.  Bu  qəbildən  olan  konsepsiyalara  ilk  versiya 

kimi  L.Morqanın  texnoloji  innovasiyalara  –  odun  əldə  olunması,  ox  və 

kamanın  icadı  və  s.  əsaslanmaqla  apardığı  dövrlənməni  göstərmək  olar. 

Xalis  texnoloji  yanaşmalar  çərçivəsində  energetika  nəzəriyyələri  – 

bəşəriyyətin  iqtisadi  inkişafını  enerjinin  yeni  formalarının  (od,  buxar, 

elektrik,  enerji,  atom-nüvə  enerjisi)  mənimsənilməsi  ilə  bağlayan 

yanaşmalar da mövcuddur. 

Təbii amillər nəzəriyyəsinin müxtəlif modifikasiyaları mövcuddur. 

Bu  nəzəriyyələr  iqtisadi  sistemlərin  genezisi  və  təkamülünü  təbii-iqlim 

resursları ilə əlaqələndirirlər. 

Millətin  texnoloji  və  mədəni  inkişafı  onun  coğrafi  mövqeyi,  iqlim 

xüsusiyyətləri və hətta ərazinin relyefi ilə bağlanır. 

T.Maltusdan  başlayaraq  çoxlu  sayda  tədqiqatçılar  iqtisadi  inkişafı 

demoqrafik amillərlə izah etməyə çalışırlar. 

Bu qəbildən olan yanaşmalarda əhali məskunlaşması iqtisadiyyatın 

əsas  hərəkətverici  qüvvəsi  hesab  olunur.  Həqiqətən  də,  kiçik  ngiltərə 

XVI-XVII əsrlərdə güclü demoqrafik sıçrayışla az qala dünyanın yarısına 

nəzarət etmək imkanı əldə etdi. Halbuki, XV əsrdə təkcə Parisin əhalisi 

bütün  ngiltərənin əhalisindən çox idi. 

Demoqrafik  yanaşma ilə sıx bağlılıqda olan aqrar texnologiyaların 

təkmilləşməsinin və müvafiq sürətdə ərzaq resurslarının artımına yönəlik 

interpretasiyalar da mövcuddur. 

Bir  sıra  konsepsiyalar  isə  ön  plana  kommunikasiya-informasiya 

amillərini çıxarırlar. 

Məsələn,  L.Meçnikov  inkişafın  əsas  amili  keyfiyyətində  su 

yollarının  götürülməsini  tövsiyə  edir.  O,  bu  amilə  əsaslanmaqla 

bəşəriyyətin tarixini 3 dövrə bölür: 

1.

  “Çay” dövrü (ənənəvi təsnifatda Qədim dünyaya uyğun gəlir); 



2.

  “Dəniz” dövrü (Orta əsrlər); 

3.

  “Okean” dövrü (Yeni və Ən yeni dövr). 



Tədricən  rabitə  texnologiyaları  ön  plana  çıxarılır.  Nəqliyyat-

kommunikasiya texnologiyalarının təkamül zənciri qurulur: yollar, dəmir 

yol nəqliyyatı, təyyarə, poçt, teleqraf, teletayp, telefaks, elektron şəbəkə. 

Şübhə  yoxdur  ki,  qeyd  edilənlər  iqtisadi  təkamülə  müəyyən  təsir 




Dünya iqtisadiyyatının tarixi 

 

 



124

                                                            

göstərmişlər. Lakin onun, yəni inkişafın əsaslandırılmasında hər hansı bir 

rol  oynamışlarmı?  Və,  nəhayət  XX  əsrin  sonunda  informasiya  amili 

dominant  mövqeyə  keçir.  Bir  çox  tədqiqatçılar  cəmiyyətin  inkişafını 

informasiya  texnologiyalarının  təkmilləşməsi  prosesi  ilə  bağlılıqda  şəhr 

edirlər:  Nitqin  yaranması  →  çap  dəzgahı→  kompyuter-internet.  Hal-

hazırda dəbdə olan yanaşmalar sırasında maliyyə nəzəriyyələri xüsusi yer 

tutur. 

Bu  baxımdan  təkamül  prosesi  sadə  mübadilə  əməliyyatlarından 



tutmuş müasir kompyuter bankçılığına qədər uzun tarixi dövrü əhatə edir. 

Kifayət qədər orijinal yanaşmalar da var. Məsələn, amerikan tədqiqatçısı 

Ç.Adams tarixidə baş vermiş bütün iri hadisələri – Roma imperiyasının, 

span hökmranlığının süqutu, Amerikada müstəqillik müharibəsi, Böyük 

Fransız inqilabı və s. – insanların vergi sistemlərindən narazılığı ilə izah 

edir. 


K.Blüxer marketinq yanaşmasını əsas kimi götürmüşdür və s.  

 

 



§ 4.12. Tarixi dövrləmənin futuroloji interpretasiyası 

 

“Futurologiya”  termini  elmi  leksikona  alman  alimi  O.Flextxeym 

tərəfindən (1943-cü il) daxil edilmişdir. 

Futurologiya – ictimai inkişafın gələcək modellərinin hazırlanması 

ilə  məşğul  olur.  Bu  modellər  içərisində  sosiomədəni,  demoqrafik, 

energetik, ekoloji və s. proqnozlar xüsusi yer tutur. 

Proqnozların  xarakterindən  asılı  olaraq  futuroloqlar  iki  qrupa 

bölünür: 

1.Pessimistlər – “Roma klubu”nun üzvləri (1968); 

2.Optimistlər. 

Pessimist  proqnoza  görə  (D.Medous,  D.Forrester)  gələcək 

“gəlməyə” bilər: Qlobal iqtisadi inkişafın bugünkü templərinin saxlandığı 

şəraitdə “Qlobal fəlakət” baş verəcəkdir (XXI əsrin birinci yarısında). Bu 

fəlakətdən qorunmaq üçün əvvəlcə “sıfır artıma”, sonralar isə - “məhdud 

artım”a  keçmək  lazımdır.  Optimistlər  (A.Viner,  Q.Kan  və  b.) 

bəşəriyyətin inkişaf tarixini 3 dövrə bölürlər (şəkil 4.10) 

Z.Bjenzinskinin  də  özünəməxsus  futuroloji  modeli  mövcuddur. 

Yanaşmanın mərkəzində “texnotron cəmiyyət” anlayışı dayanır. O hesab 

edir  ki,  sözügedən  cəmiyyət  artıq  başlamış  “texnotron  inqilab” 

nəticəsində  qərarlaşacaqdır.  darəetmə  sferasında  menecerlərin  yerinə 

meriokratiya  –  ləyaqətlilərin,  bacarıqlıların  hakimiyyəti  gələcək. 



Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə