Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə43/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   39   40   41   42   43   44   45   46   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



116

                                                            

4.

  Əməyin peşəkarlaşması; 



5.

  stehsalçı və istehlakçı rolların bölünməsi və s. 

 Qilderbrant

121


 – Blüxerin

122


 3 mərhələli modeli: 

Alman  alimləri  (XIX  əsr)  təsərrüfatın  tarixini  3  mərhələyə 

bölmüşlər.  Bölgü  yaxud  dövrlənmə  əmtəənin  (məhsulun)  istehsalçıdan 

istehlakçıya çatdırılması yolunun uzunluğu prinsipə söykənir: 

-

  “Təbii”,  natural  (yaxud  ev)  təsərrüfatı:  ən  qədim  dövrdən 



XII  əsrin  ortalarına  qədər  davam  etmişdir.  Məhsulun 

çatdırılma yolunun uzunluğu bir mildən çox deyil (tarladan, 

yaxud bostandan dəyirmana və oradan da istehlakçıya). 

-

  “Pul”(yaxud şəhər) təsərrüfatı: XII əsrin ortalarından XVIII 



əsrin  sonuna  qədər  davam  etmişdir.  Məhsulun  istehlakçıya 

çatdırılma  yolunun  uzunluğu  bir  neçə  mildən  10  və  daha 

çox 

milə 


qədərdir 

(Tarladan 

yaxud 

sənətkarın 



emalatxanasından  şəhər  bazarları,  yaxud  yarmarkalar 

vasitəsi ilə tacirlər tərəfindən istehlakçıya çatdırılma:) 

-

  “Kredit”  (yaxud  xalq)  təsərrüfatı:  XIX  əsrdən  başlanır. 



Məhsulun  çatdırılma  yolunun  uzunluğu  yüz,  min  və  daha 

çox mildir. 

 Tarixi-xronoloji  yanaşma:  Aralıq  dənizi  regionu  xalqlarının 

tarixinə  münasibətdə  istifadə  olunan  ənənəvi  yanaşmadır:  7  dövr 

fərqləndirilir: 

1.

  Qədim  dövr  –  XXXIII  –  VIII  (b.e.ə.).  Əmək 



bölgüsü; əsas sosial institutlar – ailə, icma, mülkiyət, 

hüquq, dövlət, din yaranmışdır; 

2.

  Antik  dövr  –  b.e.ə.  VII  əsrdən  b.e.  V  əsrinə  qədər 



olan  dövr:  Sənətkarlıq,  ticarət,  xüsusi  mülkiyyət 

(torpaq üzərində) və qullar meydana gəlmişdir. 

3.

  Orta  əsrlər  –  VI-XV  əsrlər:  Müstəqil  şəhərlər 



yarandı, Avropanın əsas millətləri formalaşdı; 

4.

  ntibah  dövrü  –  XV  əsrin  ortalarından  XVII  əsrin 



ortalarına  qədərki  dövr.  lkin  kapital  yığımı  və 

böyük coğrafi kəşflər dövrü. 

                                                 

121


 Б.Гильдербранд. Политическая экономия настоящего и будущего. СПБ. 1860.- 

С. 61-72 

122

 К. Вюхер. Возникновение народного хозяйства. Директмедиа Паблишинг; 1907 




Dünya iqtisadiyyatının tarixi 

 

 



117

                                                            

5.

  Maarifçilik  dövrü  –  XVII  əsrin  ortalarından  XVIII 



əsrin  sonuna  qədərkı  dövr.  Dünyanın  ərazicə 

bölünməsi baş verdi. 

6.

  Azad  rəqabət  dövrü  –  XVIII  əsrin  sonu  XIX  əsrin 



ikinci yarısına qədərki dövr. Sənaye inqilabı. 

7.

  nhisar  rəqabəti  dövrü  –  XIX  əsrin  sonu  XX  əsrin 



40-50-ci 

illərinə 

qədərki 

dövr. 


Kapitalın 

təmərgüzləşməsi  və  dünyanın  iqtisadi  cəhətdən 

bölgüsü  müstəvisində  aparılan  mübarizə  böhranlara 

və müharibələrə yol açdı. 

8.

  Sosial  (bazar)  təsərrüfat  dövrü  –  XX  əsrin 



ortalarından  başlanır  və  hal-hazırda  da  davam 

etməkdədir.  Ən  çox  inkişaf  etmiş  ölkələr  sabitliyə 

nail  olmuş,  yeni  orta  təbəqə  və  istehlak  cəmiyyəti 

formalaşmışdır. 

Ənənəvi  yanaşmalardan  biri  də  ibtidai  dövrdən  sonrakı  inkişaf 

prosesini üç əsas epoxaya bölünməsidir: 

 

1.Qədim aqrar cəmiyyət; 



2.Orta əsrlərin aqrar-industrial cəmiyyəti; 

3.Müasir industrial cəmiyyət. 

Bu  epoxaların  hər  birində  bir,  yaxud  bir  neçə  sivilizaiya  mövcud 

ola  bilər.  Bu  anlamda  sivilizasiya  –  eyni  zamanda  həm  hərəkətdə  olan, 

həm də sabit qalan yaranışdır. 

Uzun  minilliklər  boyu  mövcud  olmuş  aqrar  cəmiyyətin  forma 

müxtəlifliyinə baxmayaraq, ümumi səciyyə  daşıyan müəyyən xarakterik 

cəhətləri olmuşdur. 

Məhz  bu  cəmiyyətdə  (bəşər  tarixində  ilk  dəfə  olaraq)  nəzəri 

təfəkkür  formalaşmağa  başlamış,  “görünən”  və  real  dünya  arasında 

fərqliliklər  meydana  çıxmış,  dövlət  yaranmışdır  və  s.  Aqrar  cəmiyyətin 

əksər  sakinləri  qapalı  icmalarda  yaşayan  kənd  təsərrüfatı  işçiləri 

olmuşlar.  Hakim  (idarəedən)  sinif  əhalinin  əsas  kütləsindən  ayrılır, 

ağalıq→tabeçilik prinsipinə istinadla ideoloji baxışlar formalaşır. Hakim 

sinfin  özü  də  tərkib  etibarilə  yekcins  deyildir  –  bir  neçə  təbəqəyə 

bölünmüşdür (hərbiçilər, ruhanilər, inzibatçılar və s.) 

Həmçinin, aqrar cəmiyyət – müasir terminologiyadan istifadə etsək 

makrososial  sabitliyi  ilə  seçilirdi.  Dövlət  tərəfindən  bərabərsizliyin 

qanuniləşdirilməsi, ona təbiilik görüntüsü verilməsi, labüdlüyü hər vəchlə 

təsbit olunurdu. Cəmiyyətin milli əlamətlərə görə bölgüsü yox idi. 




Dünya iqtisadiyyatının tarixi 

 

 



118

                                                            

Orta əsrlərin aqrar-industrial cəmiyyəti hər şeydən əvvəl, şəhərlərdə 

təmərgüzləşən  sənətkarlar  təbəqəsinin  artımı,  pərakəndə  halda  mövcud 

olan aqrar icmalar arasında ticarət və kommunikasiyaların kəskin inkişafı 

və monoteist dinlərin hökmran mövqelərə keçməsi ilə səciyyələnir. 

Bütün  aqrar-industrial  cəmiyyətlərdə  mərkəzləşdirilmiş  dövlətlər 

yaranır. Bununla yanaşı, yuxarıda qeyd etdiyimiz “makro-sosial” sabitlik 

laxlamağa başlayır. 

Ticarət və kooperasiyanın artımı ilə əlaqədar əmək bölgüsü sürətlə 

mürəkkəbləşir. Məhz aqrar-industrial cəmiyyət dövründə təbəqələşmənin 

daha  da  dərinləşməsi  baş  verir:  Həkimlər,  alimlər,  qanunvericilər, 

teoloqlar və s. formalaşır. 

Bəzi  tədqiqatlarda  orta  əsrlər  cəmiyyətini  birmənalı  olaraq  aqrar 

cəmiyyətlərə  aid  edirlər  ki,  bu  da  tarixi  prosesin  real  dərki  nöqteyi-

nəzərindən  problemli  situasiyalar  doğurur.  Məsələn,  belə  olan  təqdirdə 

qədim  Misir  cəmiyyəti  ilə  Maya  cəmiyyəti  arasında  bütün  fərqliliklər 

silinir.  Əslində  isə,  aqrar  və  aqrar-industrial  cəmiyyətlər  arasında  həm 

struktur,  ideoloji,  həm  də  təfəkkür  tərzi  və  maddi  həyatın  quruluşu 

(yaşam  tərzi)  prizmasından  prinsipial  fərqlər  mövcuddur.  Orta  əsrlər 

cəmiyyətini  birmənalı  olaraq  aqrar  cəmiyyətlərə  aidetmənin  əsas 

səbəblərindən  biri  həmin  dövrə  məxsus  tarixi  mənbələrdə  hakim  sinifə 

həddən artıq  yer ayrılması ilə şərtlənir. Belə təsəvvür yaranır ki, əslində 

elə bir əhəmiyyətli dəyişiklik baş verməmişdir. Aqrar və aqrar-industrial 

cəmiyyətlər arasında struktur fərqliliyi göstərmək üçün J.Qurviç

123


 ən azı 

beş  “cəmiyyətin”,  beş  müxtəlif  iyerarxiyanın  mövcud  olduğunu  qeyd 

edirdi. 

1.

  Ən qədim cəmiyyət – “senyer” cəmiyyəti; 



2.

  Teokratik cəmiyyət; 

3.

  “Ərazi” dövlət ətrafında formalaşan “gənc” cəmiyyət; 



4.

  Feodal cəmiyyəti; 

5.

  Şəhər cəmiyyəti. 



Artıq X əsrdə, Qurviçin göstərdiyi kimi, şəhərlər – xüsusi dövlətlər, 

xüsusi  cəmiyyətlər,  xüsusi  sivilizasiya  və  iqtisadiyyatlar  kimi  çıxış 

edirdilər. 

Ümumiyyətlə,  əgər  son  orta  əsrlər  aqrar-industrial  epoxa  hesab 

edilməsə idi, onda çox qısa tarixi dövr ərzində aqrar cəmiyyətin kapitalist 

cəmiyyəti  ilə  əvəzlənməsinin  rasional  yozumunu  tapmaq  müşkülə 

çevrilərdi. 

                                                 

123

 Gourvitch G. Determinismes sociauxet liberte humanaivie. Paris, 1963, p.261 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə